ABŞ dolları

Fevralın 20-nə dolların məzənnəsi açıqlanıb

95
(Yenilənib 19:48 17.02.2017)
Qeyd edək ki, fevralın 17-də də USD/AZN rəsmi məzənnəsi 1,7352 manat təşkil edib

BAKI, 17 fev — Sputnik. Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 20-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi 1,7352 səviyyəsində müəyyən olunub.

Qeyd edək ki, fevralın 17-də də USD/AZN rəsmi məzənnəsi 1,7352 manat təşkil edib.

95
Teqlər:
Rəsmi məzənnə, Azərbaycan Mərkəzi Bankı, AMB
Əlaqədar
Dolların məzənnəsi açıqlanıb
"Brent"in qiyməti 56 dollardan aşağıdır
Müslüm İbrahimov

Professor: "Bu ölkə neft bazarında defisit yaratmağa çalışır"

19
(Yenilənib 00:10 17.01.2021)
Almaniyanın Zigen Universitetinin qonaq professoru Müslüm İbrahimov deyir ki, neft bazarındakı vəziyyətə 3 vacib faktor təsir edir
Müslüm İbrahimov: “Neft ilə bağlı OPEC proqnozları çətinləşir”

ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) OPEC-in gündəlik neft hasilatına dair proqnozunu açıqlayıb. Cari ildə OPEC-in neft hasilatının sutkada orta hesabla 27,2 milyon barrel olacağı gözlənilir. 2020-ci ildə bu göstərici 25,6 milyon barrel olub.

OPEC proqnozlarını Sputnik Azərbaycan-a şərh edən Almaniyanın Zigen Universitetinin qonaq professoru Müslüm İbrahimov deyir ki, neft ilə bağlı OPEC proqnozları çətinləşir:

“Bunun bir neçə səbəbi var. ABŞ-da yeni administrasiyanın fəaliyyətə başlaması dövlət xərclərinin artması ilə nəticələnəcək. Bu proseslə paralel olaraq digər ölkələrdə də iqtisadi canlanma qeydə alınacaq. Hazırda ölkələr ucuz neftin alınmasında maraqlıdır. Digər faktor Səudiyyə Ərəbistanının makro-iqtisadi vəziyyəti ilə bağlıdır. Bu ölkə hasilatı azaltmaqla bazarda defisit yaratmağa çalışır. Ən mühüm təsiredici amillərdən biri də dünya miqyasında vaksinasiya prosesinin intensivləşməsidir”.

Müslüm İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

19
Teqlər:
OPEC, ABŞ, Səudiyyə Ərəbistanı, defisit, bazar, neft
Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj
Bankada dollarlar, arxiv şəkli

Financial Times: "Dolları taxtdan salacaqlar"

21
(Yenilənib 22:13 16.01.2021)
"Trampın hakimiyyət illəri bizim zəif yerlərimizi üzə çıxardı və hətta o gedəndən sonra da biz bu zəiflikləri aradan qaldırmalıyıq" - Avrokomissiyadakı mənbə

BAKI, 16 yanvar - Sputnik. Avropa Şurası dünya bazarında "dolların ağalığının" həddi aşdığını bəyan edəcək. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Financial Times Avropa Komissiyasındakı mənbələrinə istinadən yazıb. 

Qəzetin məlumatına görə, AŞ bu məsələni ABŞ-ın yeni prezidenti Co Baydenin yanvarın 20-də planlaşdırılan inauqurasiyasından əvvəl qaldırmaq istəyir. Avropa Komissiyasının layihəsinin yanvarın 19-da qəbul ediləcəyi gözlənilir, həmçinin ona əlavələrin ediləcəyi də istisna olunmur. 

FT əlavə edir ki, layihədə ABŞ Prezidenti Donald Trampın İrana qarşı tətbiq etdiyi məhdudlaşdırma tədbirlərindən sonra Avropa ölkələrinin müəyyən çətinlik çəkdiyi qeyd olunur. Sənəddə bazarların "qeyri-qanuni eksterritorial tətbiqin nəticələrindən" qorunmasının vacibliyi vurğulanır. 

"Trampın hakimiyyət illəri bizim zəif yerlərimizi üzə çıxardı və hətta o gedəndən sonra da biz bu zəiflikləri aradan qaldırmalıyıq. Söhbət AŞ-nın dünyadakı yerindən, ölçülərimizə müvafiq olan iqtisadi və maliyyə dövlətinin imkanlarından gedir", - mənbələrdən biri deyib.

21
Teqlər:
"The Financial Times", Avropa Komissiyası, Avropa Şurası, dollar
Шторм в Черном море

Qara dənizdə batan gəminin dörd üzvü ölüb, axtarışlar dayandırılıb

0
Rusiya Dənizçilərinin Həmkarlar İttifaqının məlumatına görə, gəminin operatoru Ukraynanın “Tesero Marine” şirkətidir.

BAKI, 17 yanvar - Sputnik. Qara dənizin Türkiyə sahillərində, Bartın vilayətinin İnkumu sahillərinə yaxın ərazidə batan Palau bayrağı altında üzən “Arvin” quru yük gəmisinin batması nəticəsində dörd nəfər həlak olub və həyatını itirənlərin sayı arta bilər.

Bunu Türkiyənin Bartın vilayətinin valisi Sinan Güner bildirib. Onun sözlərinə görə, “Arvin” gəmisinin batmasına əlverişsiz hava şəraiti səbəb olub:

“Son məlumata görə, 4 nəfər ölüb, 6 heyət üzvü xilas edilib. Yüksək dalğalara görə dənizdə axtarış-xilasetmə işləri dayandırılıb, helikopterlərdən isifadə edilərək havadan axtarışlar davam edir”.

Rusiya Dənizçilərinin Həmkarlar İttifaqının məlumatına görə, gəminin operatoru Ukraynanın Tesoro Marine LLC şirkətidir. Türkiyə Hərbi Dəniz Qüvvələri axtarış əməliyyatında iştirak etmək üçün freqat göndərmişdi.

Daha öncə gəminin Rusiya bayrağı altında üzdüyü bildirilirdi. Son məlumatlara görə, Palau bayrağı altında üzən gəminin 12 nəfərlik heyətinin 10 üzvü ukraynalı, ikisi isə rusdur. Gəminin sahibi Arvin Shipping LTD-dir (Beliz). Gəmi 1997-ci ildə Rusiyada qeydiyyatdan çıxarılıb.

0