Mərkəzi bank

Valyuta ehtiyatları artır

31
(Yenilənib 18:12 03.02.2017)
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları yanvarda 9% artıb

BAKI, 3 fev — Sputnik. Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmində artım müşahidə olunur.

Sputnik Azərbaycan AMB-nin açıqladığı statistikaya istinadən xəbər verir ki, 2017-ci il yanvar ayının 31-nə tənzimləyicinin sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 4 mlrd. 327,2 mln. dollar təşkil edib ki, bu da dekabr ayı ilə müqayisədə 8,9% və ya 352,8 mln. dollar çoxdur. Yanvar ayının 1-ə tənzimləyicinin ehtiyatları 3 mlrd. 974,4 mln. dollar təşkil edib.

Ötən ilin analoji dövrü ilə müqayisədə isə AMB-nin sərəncamında olan valyuta ehtiyatlarının həcmində 1,62% və ya 71,3 mln. dollar azalma olub.

31
Teqlər:
Ötən ilin analoji dövrü, statistika, valyuta ehtiyatları, Azərbaycan Mərkəzi Bankı, AMB, Azərbaycan