Birja

Dünyanın səbrsizliklə gözlədiyi qərar açıqlandı

9634
(Yenilənib 11:37 02.02.2017)
FED-in faiz qərarından sonra qlobal birjalarda kəskin qiymət dəyişiklikləri baş verməyib

BAKI, 2 fev — Sputnik. Qlobal bazarların səbirsizliklə gözlədiyi qərar açıqlanıb. Sputnik Azərbaycan "Marja"ya istinadən xəbər verir ki, ABŞ Mərkəzi Bankı FED-in Açıq Bazar Komitəsinin (FOMC) iclası başa çatıb. Gözlənildiyi kimi, FED faizi dəyişdirməyərək 0,50%-0,75% intervalında saxlayıb. Faiz qərarı yekdilliklə qəbul edilib. 

ABŞ Federal Ehtiyat Sisteminin yerləşdiyi bina
© AFP 2018 / Karen BLEIER

İqtisadçılar FED-in faiz artıracağını gözləmirdi. Bazarlar FED-in yayacağı bəyanata fokuslanıb. Bəyanatda növbəti faiz artırımına dair necə mesajlar veriləcəyi mühümdür.

Amerika Mərkəzi Bankı yaydığı bəyanatında, əmək bazarının mötədil (nə az, nə çox) inkişafın olduğu bir şəraitdə güclənməyə davam etdiyini qeyd edərək, məşğulluqdakı artımın "möhkəm" olduğunu və işsizliyin aşağı səviyyədə qaldığını bildirib.

Fed istehlakçı etimadı və iqtisadi inamın son zamanlar yüksəldiyini qeyd edib. Amerika Mərkəzi Bankının açıqlamasında investisiyaların "yumşaq" qaldığı, yaxınmüddətli risk mənzərəsinin "ümumi olaraq balanslı" olduğu qeyd edilib.

FED-in faiz qərarından sonra qlobal birjalarda kəskin qiymət dəyişiklikləri baş verməyib. Dollar avro qarşısında təxminən 0,5% bahalaşıb və EUR/USD məzənnəsi 1.0741 olub.

FED qeyd edib ki, inflyasiya son rübdə yüksəlib, amma hələ də 2% olan hədəfdən aşağıdır. FED Martda ehtimal olunan faiz artırımına dair mesaj verməyib. FED "dəstəkləyici" (yumuşaq pul siyasəti) siyasətin davam edəcəyini bəyan edib. Səbəb hələ də inflyasiyanın 2%-ə yüksəlməməsidir. Bəyanatdan sonra, Analitiklər FED-in İyun ayına qədər gözləyəcəyini bildirirlər.

Xəbər verdiyimiz kimi ABŞ-ın yeni prezidenti güclü Dollara qarşı çıxır.

9634
Teqlər:
faiz, FED, dollar
Əlaqədar
FED 4 dəfə faiz artımına gedəcək
Bu gün FED qərarını açıqlayacaq
FED-in dollar göstəricisi 14 ilin zirvəsinə yüksəldi
FED ucot dərəcəsini bu səbəbdən qaldıra bilər
FED-in uçot dərəcəsini qaldırma ehtimalı 100 faizə yaxınlaşır
FED-in dekabrda uçot dərəcəsini qaldırma ehtimalı 80 faizə yüksəldi