Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Hər 100 manatlıq alış-verişdə 18 manat ziyana düşəcəksiniz

© pixabay / geralt Elektron ticarət
Elektron ticarət - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər onlayn ticarətə vergi tətbiq olunmasının ciddi fəsadlara səbəb olacağını bildirirlər

BAKI, 27 dek — Sputnik. Vergilər Məcəlləsinə edilən son dəyişikliklər içərisində bir məqam xüsusi diqqət çəkir. Belə ki, Məcəlləyə elektron ticarətə dair xüsusi qeyd əlavə olunub.

Bu qeyddə, onlayn sifarişlə alınan mallara görə, əlavə dəyər vergisi (ƏDV) tətbiq ediləcəyi göstərilib. Vergilər Nazirliyində hesab edirlər ki, bu cür yanaşma yerli istehsalçılar və ticarətçilərə qarşı ədalətli addım olacaq və hər sifariş ediləcək malın dəyərinin 18%-i ƏDV kimi tutulacaq.

Сайт интернет-аукциона eBay - Sputnik Azərbaycan
Elektron ticarətin vergiyə cəlb edilməsi ilə bağlı xarici təcrübə öyrənilir

Elektron Ticarət İctimai Birliyinin idarə heyətinin üzvü Nicat Manafov Sputnik-ə açıqlamasında məsələni belə şərh edib: "Bundan sonra onlayn sifariş əsasında xaricdən aldığımız hər bir əşyanın qiymətindən əlavə, dövlət büdcəsinə o malın dəyərinin 18 faizi məbləğində ödəmə edəcəyik. Yəni, sizin ödəmə kartınızdan, avtomatik olaraq həmin 18 faiz ƏDV tutulacaq".

"Deyirlər ki, bu addım yerli sahibkarlara dəstək üçündür. Əgər hansısa malın Azərbaycanda alternativi olsaydı, bəli, yerli sahibkarı qorumaq üçün bunu etmək olardı. Amma elə məhsullar var ki, onun Azərbaycanda alternativi yoxdur, onları həmin 18 % vergidən azad etmək lazımdır." — ekspert bildirib.

İqtisadçı-ekspert Əkrəm Həsənov da Sputnik-ə açıqlamasın bildirib ki, son dövrlər onlayn satışa üstünlük verilirdi: "Onlayn ticarət mədəniyyəti get-gedə populyarlaşırdı. Vergilər Nazirliyi də bu sahədə irəliləyişi müşahidə edirdi və nəticədə ƏDV tətbiq etməyə qərar verildi".

© © KarikaturaOnline ticarətdə yeni qaydalar
Online ticarətdə yeni qaydalar - Sputnik Azərbaycan
Online ticarətdə yeni qaydalar

"İlk növbədə onlayn ticarət zəifləyəcək, alqı-satqı səviyyəsi aşağı düşəcək. Digər tərəfdən banklara zərər dəyəcək. Çünki, alış-veriş banklar vasitəsilə gedirdi. Habelə, ucuz və keyfiyyətli məhsullar almaq imkanları azalacaq." — mütəxəssis bildirib.

Həsənovun sözlərinə görə, yerli istehsalçılar xarici istehsalçılarla rəqabət aparacaq gücdə deyillər: "Eyni zamanda, yerli istehsalçılara kömək etmək istəyirlərsə, onların vergi yüklərini azaltsınlar."

İqtisadçı-ekspert Qadir İbrahimli isə onlayn ticarətə ƏDV tətbiq edilməsini normal qarşılayır: "Bu, yeni vergi növü deyil, illərlə tətbiq olunub. Sadəcə, onlayn hissəsi əlavə olundu".

"Hələ ki, Azərbaycanda internetdən onlayn aliş-veriş səviyyəsi yüksək deyil. Buna görə də yeni dəyişiklik biznesə böyük ölçüdə təsir göstərməyəcək" — İbrahimli bildirib.

Xəbər lenti
0