Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Azərbaycanda maliyyə amnistiyası elan olunmalıdır"

© azadliq.orgƏli Məsimli
Əli Məsimli - Sputnik Azərbaycan
Abunə olmaq
Əli Məsimli: "Vergi amnistisiyası, bir sıra ölkələrdə olduğu kimi maliyyə amnistiyası ilə tamamlanmalıdır"

BAKI, 20 dek — Sputnik. "Azərbaycanda vergi sisteminin kifayət qədər təkmilləşməsinə, vergi dərəcələrinin aşağı düşməsinə baxmayaraq, hələlik prioritet olan verginin fiskal funksiyasıdır. "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanun layihəsini qəbul edilməsi verginin fiskal funksiyası ilə yanaşı, digər istiqamətləndirici və stimullaşdırıcı funksiyalarının da genişlənməsinə şərait yaradacaq".

Vergi yoxlaması - Sputnik Azərbaycan
CƏMİYYƏT
Vergi borclarımız silinəcək

Sputnik xəbər verir ki, bunu millət vəkili Əli Məsimli, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib. Millət vəkili bildirib ki, dünya təcrübəsində bu cür vergi amnistiyasının müsbət, mənfi və nəzərə çarpmayan nəticələri mövcuddur.

"Biz çalışmalıyıq ki, nəzərəçarpan nəticə əldə edək. Bunun üçün bir neçə şərt tələb olunur. Vergi borclarının həmin qanunvericilik sənədində göstərildiyi kimi, silinməsi hələlik texniki xarakter daşıyır. Elə mexanizmlərin yaradılmasına çalışmalıyıq ki, bir neçə aydan sonra və ya ilin sonunda yeni vergi borcları yığılmasın. Hesab edirəm ki, islahatları bu istiqamətdə davam etdirmək lazımdır", — deputat bildirib.

Onun sözlərinə görə, vergi, maliyyə və digər amnistiyalarda 3 ay müddətin qoyulması nadir hadisədir: "Düşünürəm ki, bu proses 6 aya uyğunlaşdırılsa, daha məqsədə uyğun olar".

"Digər məsələ sənədin digər vacib sənədlərlə tamamlanmasıdır. Vergi amnistisiyası bir sıra ölkələrdə olduğu kimi maliyyə amnistiyası ilə tamamlanmalıdır. Belə olan halda, burada xeyli dərəcədə əlavə imkanlar yarana, xüsusilə də indiki zamanda iqtisadiyyata maliyyə vəsaiti qoymaq nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edə bilər", — Ə. Məsimli vurğulayıb.

Xəbər lenti
0