Dövlət Sosial müdafiə fondu

Fonda əlavə 100 milyon manat ayırılacaq

191
2017-ci ildə DSMF-in büdcəsinin gəlir və xərcləri 3 mlrd. 400 mln. manat proqnozlaşdırılıb

BAKI, 8 dek — Sputnik. Bu gün Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Sputnik xəbər verir ki, parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli çıxış edərək dünyada baş verən böhranın Azərbaycana da təsir etdiyini deyib.

Milli Məclis
© Sputnik / Murad Orujov

O bildirib ki, DSMF-in gələn il üçün nəzərdə tutulan büdcəsi ötən ilə nisbətən 100 milyon manat çoxdur: "2017-ci ildə DSMF-in büdcəsinin gəlir və xərcləri 3 mlrd. 400 mln. manat proqnozlaşdırılıb. DSMF-in xərclərinin 37,4%-i və ya 1 mlrd. 270 mln. manatı dövlət büdcəsindən ayrılan transfert, 62,6%-i və ya 2 mlrd. 130 mln. manatı məcburi dövlət sosial sığorta haqları və sair daxilolmalar hesabına maliyyələşdiriləcək".

Millət vəkili deyib ki, Fondun büdcədən asılılığı ilbəil azalır: "Əgər 2012-ci ildə dövlət büdcəsindən transfert Fondun gəlirlərinin 42%-ni təşkil edirdisə, gələn il bu göstərici 37,4% olacaq. Xərclərin 95%-ni isə əmək pensiyalarının ödənişi təşkil edəcək. Bu da 2016-cı illə müqayisədə 7,7% çoxdur. Gələn il orta aylıq pensiya 8% artırılaraq 203 manata çatdırılacaq".

191
Teqlər:
DSMF, Hadı Rəcəbli, Dövlət Sosial Müdafiə Fondu, plenar iclas, fond, Milli Məclis, millət vəkili, büdcə
Əlaqədar
2016-ci ildə DSMF-nin büdcəsi 22,3 mln. manat çox olacaq
DSMF-nin 2016-ci il üçün büdcə layihəsi müzakirə edilib
DSMF: Pensiya kartlarında hər hansı dəyişiklik baş verməyib
Prezident İlham Əliyev İtaliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

"Biz, sadəcə, kağız, sənəd üzərində deyil, reallıqda strateji tərəfdaşıq" - İlham Əliyev

15
(Yenilənib 15:00 12.06.2021)
İtaliyanın Azərbaycana yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edən Azərbaycan Prezidenti vurğulayıb ki, biz, sadəcə, kağız, sənəd üzərində deyil, reallıqda strateji tərəfdaşıq.

BAKI, 12 iyun — Sputnik. "Cənub Qaz Dəhlizi həqiqətən də tarixi bir layihədir, tarixi əhəmiyyətə və böyük mürəkkəbliyə malik olan layihədir. Lakin indi düşünürəm ki, bütün bunlara nail olduqdan sonra biz gələcəyə baxmalıyıq və dost ölkələr praktiki əməkdaşlıq üçün yeni sahələr tapmalıdır".

Sputnik Azərbaycan-ın dövlət başçısının rəsmi saytına istinadən məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də İtaliya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffurinin etimadnaməsini qəbul edərkən söyləyib.

Səfiri salamlayan Prezident İlham Əliyev dedi:

- Xoş gəlmisiniz, cənab səfir və xanım. Sizi görməyə çox şadam. Ümidvaram ki, Azərbaycanda mənalı vaxt keçirəcəksiniz. Siz burada bir neçə il fəaliyyət göstərəcəksiniz. Əminəm, ilk günlərdən siz onun şahidi olacaqsınız ki, xalqlarımız arasında təmaslar artır və Azərbaycan xalqı İtaliyanın dost ölkə olduğunu bilir. Bu, vacibdir. Siz bizim ikitərəfli əlaqələrimizin bütün tarixini, bütün vacib hədəfləri bilirsiniz.

Əlbəttə ki, strateji tərəfdaşlıq haqqında sənədlərin imzalanması, əslində, bizim əməkdaşlığın məğzini əks etdirirdi. Bu, tərəfdaşlığımızı çox yüksək səviyyəyə qaldırır. Biz bu çox mühüm siyasi inkişafın praktiki icrasını da görürük. Çünki açıq-aydındır ki, güclü siyasi əlaqələr olmasa, biz müxtəlif sahələrdə artıq belə bir böyük tərəqqiyə nail ola bilməzdik.

Beləliklə, siyasi dialoq və güclü siyasi əlaqələr müxtəlif sahələrdə əməkdaşlığın təməlini qoyur və bir çox italyan şirkəti Azərbaycanda aktiv fəaliyyət göstərir, ölkəmiz üçün önəmli layihələri həyata keçirir. 

Bunlar dəyəri milyardlarla dollar olan böyük həcmli layihələrdir. Gələcəkdə də daha çox fürsət olacaq. Əlbəttə ki, biz enerji əməkdaşlığından başladıq, Azərbaycan neftinin təchizatı İtaliyanı bizim ən böyük ticarət tərəfdaşımız edir. Lakin mən ümid edirəm ki, ticarət dövriyyəmizi artırmaq üçün biz başqa sahələri də tapa biləcəyik.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev İtaliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Sonra, əlbəttə ki, Cənub Qaz Dəhlizinin icrası əməkdaşlığın, uzunmüddətli əməkdaşlığın tamamilə yeni formatını yaratdı. İtaliya bizim təbii qaz üçün əsas bazarlardan birinə çevrilir, neftimiz üçün əsas bazardır. Bunlar bizim ikitərəfli əməkdaşlığımızda həqiqətən də mühüm nailiyyətlərdir və Cənub Qaz Dəhlizi həqiqətən də tarixi bir layihədir, tarixi əhəmiyyətə və böyük mürəkkəbliyə malik olan layihədir.

Lakin indi düşünürəm ki, bütün bunlara nail olduqdan sonra biz gələcəyə baxmalıyıq və dost ölkələr praktiki əməkdaşlıq üçün yeni sahələr tapmalıdır. Əminəm ki, bu, baş verəcək. Çünki İtaliya şirkətləri azad edilmiş ərazilərin yenidən qurulması ilə bağlı işləməyə başlayan ilk xarici şirkətlər sırasındadır.

Siz bilirsiniz ki, layihələr - Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən, rəmzi əhəmiyyət kəsb edən, eləcə də iqtisadi inkişaf və infrastruktur layihələri var. Enerji sektorunda, elektrik enerjisi istehsalında artıq İtaliya şirkətləri dağıdılmış su elektrik stansiyalarının yenidən qurulması prosesinə, digər sahələrdə emal və istehsal prosesinə cəlb olunub. Beləliklə, bu, həqiqətən də onu göstərir ki, biz, sadəcə, kağız, sənəd üzərində deyil, reallıqda strateji tərəfdaşıq. Əminəm, siz bizim müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığımızı daha da təşviq etmək üçün Azərbaycanda aktiv fəaliyyət göstərəcəksiniz ki, ikitərəfli əməkdaşlığımız uzunmüddətli, dayanıqlı və uğurlu olsun. Bir daha xoş gəlmisiniz!

İtaliyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffuri İtaliya Prezidenti Sercio Mattarellanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev İtaliya Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İtaliyanın dövlət başçısına çatdırmağı xahiş etdi.

Azərbaycanla İtaliyanın dost və strateji tərəfdaşlar olduğunu deyən Klaudio Taffuri ölkəmizə səfir təyin edilməsindən məmnunluğunu bildirdi, fəaliyyəti dövründə ikitərəfli əlaqələrimizin daha da gücləndirilməsi üçün səylərini əsirgəməyəcini dedi. Səfir Prezident İlham Əliyevin 2020-ci ildə İtaliyaya dövlət səfərini xüsusilə qeyd edərək ölkələrimiz arasında siyasi, iqtisadi, ticarət, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu bildirdi. Klaudio Taffuri ölkəsinin Azərbaycanın azad olunmuş ərazilərində yenidənqurma işlərinə yaxından cəlb olunduğunu vurğuladı, bu fəaliyyətin bundan sonra da fəal surətdə davam edəcəyini diqqətə çatdırdı.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev on ölkənin Azərbaycanda yeni təyin olunmuş qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul edib

Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev  Qvatemala Respublikasının, İrlandiyanın, Albaniya Respublikasının, Norveç Krallığının, Monteneqro Respublikasının, Estoniya Respublikasının, Somali Federativ Respublikasının, Yeni Zelandiyanın, Sloveniya Respublikasının və Danimarka Krallığının ölkəmizdə yeni təyin olunmuş qeyri-rezident səfirlərinin etimadnamələrini də qəbul edib.

Eləcə də oxuyun:

  • Azərbaycanın təbii qazının Bolqarıstana çatacağı vaxt bilindi

  • Aİ-dən Azərbaycan istiqamətində yeni qaz xətti: Bakı “Qazprom”a rəqib olur?

  • İtaliya nümayəndə heyəti Ağdam şəhərində səfərdə olub - FOTO

15
Teqlər:
qəbul, İtaliya, səfir, İlham Əliyev
Bakı sakinləri

Əhali daha çox hansı işlərlə məşğuldur?

3256
İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub

BAKI, 12 iyun — Sputnik. 2021-ci il mayın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 min nəfər və ya 0,1 faiz artaraq 1678,4 min nəfər olub və onlardan 913,6 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 764,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Sputnik Azərbaycan-ın Dövlət Statistika Komitəsinə istinadən xəbərinə görə, muzdla işləyənlərin 19,7 faizi təhsil, 18,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8 faizi sənaye, 8,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2 faizi tikinti, 6,7 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 13,8 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2021-ci ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,9 faiz azalaraq 722,3 manat olmuşdur. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

3256
Rusiya millisinin hücumçusu Artyom Dzyuba (ön planda) və Belçika millisinin müdafiəçisi Tobi Alderveyreld

Rusiya millisinin futbolçuları AVRO-2020-nin startında Belçikaya uduzdular

0
(Yenilənib 01:10 13.06.2021)
Romelu Lukakunun dublu və Tom Menyenin qolu sayəsində belçikalılar AVRO-2020-də ilk oyunu qazanaraq B qrupunun lideri oldular.

Rusiya millisinin futbolçuları Avropa çempionatının qrup mərhələsindəki start oyununda Belçika komandasına uduzublar.

Sankt-Peterburqda keçirilən B qrupunun oyunu belçikalıların 3:0-lıq qələbəsi ilə yekunlaşıb.

Romelu Lukaku dubl edib (10-cu və 88-ci dəqiqələr), bir qol da Tom Menye (34-cü dəqiqədə) vurub. 

Rusiya turnirdəki növbəti matçını Sankt-Peterburqda iyunun 16-da Finlandiyaya qarşı keçirəcək. Belçikalılar bir gün sonra Kopenhagendə Danimarka millisi ilə oynayacaqlar.

 

0