Siyavuş Novruzov, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini

YAP icra katibinin müavini: "Bu ixtisarları xaricilərə necə izah edək?!"

4714
Siyavuş Novruzov: "Artıq strukturlar ləğv olunmalı, onlara verilən vəsait digər yerlərə sərf olunmalıdır. Oxşar strukturlar birləşdirilməlidir"

BAKI, 7 dek — Sputnik. "Azərbaycanda aztəminatlı ailələri nəzərə almalıyıq. Əgər harada nəsə kəsilirsə, aztəminatlı ailələrin hesabından heç nə kəsilməməlidir. O cümlədən şəhid ailələri, müharibə veteranları və digər şəxslər burada nəzərə alınmalıdır. Çox yaxşı haldır ki, sosial sahə öz yerindədir. Sosial sahədə gedən proseslər davamlı şəkildə həyata keçirilir".

Sputnik xəbər verir ki, bunu parlamentdə keçirilən plenar iclasda, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov deyib. Millət vəkili bildirib ki, digər sahələrdə kifayət qədər yeni islahatlar aparılmalıdır: "İlk növbədə kiçik və orta sahibkarlığa "yaşıl işıq" yandırılmalı, bəzi hallarda kiçik sahibkarlar vergidən azad edilməli, orta sahibkarlıq üçün isə vergi dərəcələri aşağı salınmalıdır. Ki, bu, növbəti illər üçün yeni gəlirlər gətirsin".

Onun sözlərinə görə, 2017-ci ilin büdcəsi hazırlanarkən bütün imkanlar nəzərə alınıb: "Büdcə layihəsi qanunvericiliyin tələblərinə uyğun olaraq təqdim olunub".

S. Novruzov deyib ki, Azərbaycan neft strategiyasından ən uğurlu istifadə edən ölkələrdən biri olub: "Neftin qiyməti baha olan zaman bir qrup insan hesab edirdi ki, neft gələcək nəsillərə, bir qismi isə düşünürdü ki, Dövlət Neft Fonduna yığılmalıdır. Amma Azərbaycan dövləti, ölkə başçısının rəhbərliyi ilə neft strategiyasını düzgün həyata keçirərək, bütün sosial obyektlərə və sosial sahəyə böyük diqqət yetirdi, nəticə etibarı ilə Azərbaycanda 3 mindən artıq məktəb tikildi, 600-dən çox xəstəxana və diaqnostika mərkəzi, 100-ə yaxın idman obyekti tikildi, istifadəyə verildi, yollar, körpülər salındı. Burada oturan insanlar da həmişə bunu uğurlu siyasət kimi tərifləyirdilər, amma bəzən görürəm ki, bu gün artıq bəziləri tənqidə keçiblər".

Deputat diplomatik korpusların bağlanması məsələsinə də toxunub: "Diplomatik korpusların açılması Milli Məclisin qərarı ilə olub. Bu məsələ diqqətlə ölçülüb-biçilməlidir. Çünki, digər ölkəyə biz hansı formada izah edəcəyik ki, burada biz diplomatik korpusu bağlayırıq və yaxud hansısa ştatı təxirə salırıq. Bu yaxınlarda biz Özbəkistanda səfərdə olduq. Özbəkistanda prezident seçkilərində iştirak edirdik. Özbəkistan Azərbaycanın strateji tərəfdaşıdır və az sayda ölkələrdəndir ki, Ermənistanda səfirlik açmayıb. Lakin Özbəkistanda hərbi attaşe vəzifəsi ixtisara salınır. Onlar heç cür başa düşə bilmirlər ki, bu, nəyə görə ixtisara salınır".

"Biz indi deməliyik ki, vəsaitimiz çatmadığına görə bunu ixtisara salırıq? Bunu Müdafiə Nazirliyi ölçüb-biçməli, ixtisara diqqət etməlidir. O cümlədən, Xarici İşlər Nazirliyi də bu sahəyə diqqət yetirməlidir", — Novruzov vurğulayıb.

Millət vəkili deyib ki, dövlət aparatında kifayət qədər struktur islahatları aparılmalıdır: "Artıq strukturlar ləğv olunmalı, onlara verilən vəsait digər yerlərə sərf olunmalıdır. Oxşar strukturlar birləşdirilməlidir. Diqqət edək ki, az vəsaitlə daha çox işlər görə bilək".

4714
Teqlər:
büdcə, sosial, səfirlik, ixtisar, millət vəkili, deputat, Milli Məclis, Siyavuş Novruzov, aztəminatlı ailələr
Əlaqədar
Yolların təmiri ilə bağlı külli miqdarda "yeyinti" üzə çıxdı
Fondun yerli şöbəsində nöqsanlar ortaya çıxdı
Abşeron rayon İcra Hakimiyyətində ciddi qanun pozuntuları aşkarlanıb
Parlamentdə büdcə müzakirələri davam edir
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov, arxiv şəkli

Baş Nazirdən sərt qərar - Məsuliyyət tam olaraq sahibkarların üzərinə düşəcək

53
(Yenilənib 19:22 08.08.2020)
Proses dövlət başçısı tərəfindən nəzarətdə saxlanılır. Hökumət vəziyyətə dair mütəmadi olaraq Prezidentə məruzə edəcək

BAKI, 8 avqust — Sputnik. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejiminə nəzarətin gücləndirilməsinə dair məsələləri müzakirə edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Baş Nazir Əli Əsədovun sədrlik etdiyi videokonfransda Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilati məsələlər üzrə köməkçisi Zeynal Nağdəliyev, Baş Prokuror Kamran Əliyev, Daxili İşlər Naziri Vilayət Eyvazov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Maliyyə naziri Samir Şərifov, Səhiyyə naziri Oqtay Şirəliyev, Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli, İcbari Tibbi Sığorta Agentliyinin sədri Zaur Əliyev, TƏBİB-in sədri Ramin Bayramlı, 68 şəhər və rayonun icra hakimiyyəti başçıları, şəhər və rayon prokurorları, daxili işlər və DTX şöbələrinin rəisləri, sanitar–epidemiologiya mərkəzlərinin, rayon mərkəzi xəstəxanaları və səhiyyə şöbələrinin rəhbərləri iştirak ediblər. 

Baş Nazir qeyd edib ki, Prezident İlham Əliyev avqustun 6-da  keçirdiyi videomüşavirədə hökumət və müxtəlif dövlət orqanları qarşısında nəzarətin gücləndirilməsi haqda ciddi tapşırıq verib.

Əli Əsədov bildirib  ki, Operativ Qərargah infeksiyaya yoluxmaların sayının azalmasını və iqtisadi fəallığın artırılması zərurətini nəzərə alaraq avqustun 10-dan bəzi istehsal, ticarət və xidmət sahələrində yumşalmaları elan edib. Tapşırıq ondan ibarətdir ki, sanitar qaydalara ciddi əməl olunmalı, nəzarət funksiyasını həyata keçirəcək orqanlar müəyyənləşməli, nəzarət funksiyası qüsursuz tətbiq edilməlidir.

Baş Nazir vurğulayıb ki, iqtisadi aktivlik ilə sanitar qaydalara əməl olunmasını sinxronlaşdırmaq lazımdır. Yenidən geriyə qayıtmamağımız üçün bu ən mühüm məsələdir.

Qəbul olunmuş qaydalara əməl olunmasına əsas məsuliyyət daşıyan orqanlar kimi şəhər və rayon İcra hakimiyyətləri, hüquq-mühafizə orqanları-Prokurorluq, DİN, DTX, səhiyyə strukturları və fəaliyyətinə icazə verilmiş sahələrdəki sahibkarlardır. Fəaliyyətinə icazə verilmiş sahələrdə yoluxmalara görə məsuliyyət tam olaraq sahibkarların üzərinə düşəcək.

Xüsusi qeyd olunub ki, şəhər və rayonlarda yoluxma hallarının artması tendensiyası müşahidə olunduğu təqdirdə şəhər və rayon rəhbərliyi əlaqələndirici qurum olaraq nəzarət mexanizmlərini daha da gücləndirməlidir.

Proses dövlət başçısı tərəfindən nəzarətdə saxlanılır. Hökumət vəziyyətə dair mütəmadi olaraq Prezidentə məruzə edəcək.

Müşavirədə son bir ay ərzində bütün ölkə üzrə karantin qaydalarına əməl olunmasına nəzarətin vəziyyəti müzakirə olundu, nöqsanlar qeyd edildi, onların aradan qaldırılması haqda təkliflər səsləndirildi. Karantin qaydalarına riayət edilməsi üzərində nəzarətin texniki, inzibati və maarifləndirmə aspektləri müzakirə olundu.

53
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Əvvəl açıq havadakı restoranlar, sonra rayonlara gediş-gəliş açılacaq
Toya icazə verəcəklər, amma hər şey sahibkarlardan asılı olacaq
Bir manat da xərclənməyib - Şahmar Mövsümov bloklanmış kartlar barədə
Hökumət karantin rejiminin daha da yumşaldılması barədə qərar qəbul edib
Bundan sonra mehmanxanalar yeni QAYDAlarla işləyəcək
Ofisdə kişi

İqtisadiyyatın dirçələcəyinə ümidlər: Agentlik 3 min nəfər hazırlayır

17
(Yenilənib 16:29 08.08.2020)
Keyfiyyət idarəetmə sistemləri üzrə hazırlanmış mütəxəssislər həm yerli, həm də xarici şirkətlərdə müvafiq peşə-ixtisas sahələri üzrə işləmək bacarığına malik olacaqlar

BAKI, 8 avqust — Sputnik. Dövlət Məşğulluq Agentliyi gələn ildən beynəlxalq sertifikatlı (İSO) mütəxəssis hazırlığına başlayacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, qurumun nəzdində olan agentlik ilk mərhələ kimi, 2021-ci ildə 3 min nəfər İSO (Keyfiyyət idarəetmə sistemləri üzrə)  standartlarına uyğun mütəxəssis hazırlığını həyata keçirməyi planlaşdırır. Bu, istehsalatda innovativ texnologiyaların tətbiqinin geniş vüsət aldığı şəraitdə işçi qüvvəsinin həmin standartlar əsasında rəqabət qabiliyyətinin artırılması məqsədi daşıyır. Qeyd edilən mütəxəssis hazırlığının təşkili üçün hazırda beynəlxalq tərəfdaşlarla da müzakirələr aparılır.

Keyfiyyət idarəetmə sistemləri üzrə hazırlanmış mütəxəssislər həm yerli, həm də xarici şirkətlərdə müvafiq peşə-ixtisas sahələri üzrə işləmək bacarığına malik olacaqlar.

17
Əlaqədar
Heç kim pulsuz qalmayacaq - İşsizlikdən sığorta fondunun büdcəsi artırılır
Dəyişikliyin astanasındayıq: ənənəvi peşələr əhəmiyyətini itirəcək
Dəqiq rəqəmi heç kim deyə bilmir! Pandemiya on minlərlə insanı işsiz qoyub
On üç bölgə üzrə 190 manatın verilməsi barədə qərar verildi
Dünyanın ən bədbəxt iqtisadiyyatları: inanılmaz reytinq
Belorusda seçkinin gedişi zamanı

Belarus MSK ilkin nəticələri açıqlayıb

0
Komissiyanın məlumatına görə, beş regionun səsvermələrinin nəticələrinə əsasən hazırkı dövlət başçısı Aleksandr Lukaşenko seçkilərdə liderdir.

BAKI, 10 avqust - Sputnik. Belarusun Mərkəzi Seçki Komissiyası bu gün ölkədə keçirilən prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.

Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.

Komissiyanın məlumatına görə, beş regionun səsvermələrinin nəticələrinə əsasən hazırkı dövlət başçısı Aleksandr Lukaşenko seçkilərdə liderdir. O, seçicilərin 82%-nin səslərini toplayıb. 

Qeyd edək ki, Lukaşenko altıncı dəfədir prezident seçkilərində namizəddir.  

0