Milli Məclis

İşıq qazın qiymətinin artırılması büdcəyə 300 milyon manat qazandıracaq

143
Samir Şərifov: "2017-ci ildə də Azərbaycanda fiskal yığcamlaşdırılma siyasəti davam etdiriləcək"

BAKI, 6 dek — Sputnik. "Tarif Şurasının bəzi kommunal xidmətlərin qiymətlərinin diferensiallaşdırılması ilə əlaqədar, gələn ilin dövlət büdcəsində gəlir və xərclər 300 mln. manat artırılıb".

Sputnik xəbər verir ki, bunu parlamentin plenar iclasında büdcə zərfinin müzakirəsi zamanı, maliyyə naziri Samir Şərifov deyib. O, qeyd edib ki, gələn il dövlət büdcəsinin gəlirləri 16 mlrd. 255 mln. manat, xərcləri 16 mlrd. 900 mln. manat məbləğində proqnozlaşdırılır.

"2017-ci ildə də Azərbaycanda fiskal yığcamlaşdırılma siyasəti davam etdiriləcək. Dövlət Neft Fondundan büdcəyə transfertlərin həcmi mərhələli şəkildə azaldılır. Gələn il üçün transfertlər 1 milyard 515 milyon manat və ya 20% azaldılaraq 6,1 milyard manat nəzərdə tutulub", — nazir bildirib.

Şərifov əlavə edib ki, gələn il xərclərin optimallaşdırılması siyasəti davam etdiriləcək: "Xərclərin 35%-i konkret proqram və layihələrin reallaşdırılmasına yönəldiləcək".

143
Teqlər:
Samir Şərifov, nazir, qaz, elektrik, işıq, qiymət, Tarif Şurası
Mövzu:
İşıq və qazın qiymətlərinin qalxması (11)
Əlaqədar
Sabah dollar yenidən bahalaşacaq
Spiker büdcədəki gözlənilən dəyişikliklərdən danışdı
Plenar iclasda büdcə müzakirələri başladı
Kommunal ödənişlərin yeni hesablanma qaydası açıqlandı
Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov

Ekspert: “Əmlak bazarında ciddi dəyişikliklərin olacağı gözlənilmir”

10
(Yenilənib 14:24 27.11.2020)
Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov deyir ki, rəqabət müşahidə edilən ərazilərdə endirimləri görmək olar
Elnur Azadov: “Kirayə bazarında 20% endirim müşahidə edilir”

“Pandemiya ilə əlaqədar olaraq iqtisadi proseslərin dayanması daşınmaz əmlak bazarındakı qiymətlərə ciddi təsir etməyib”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov deyib.

O bildirib ki, bəzi tikinti şirkətləri inşaat prosesini davam etdirə bilmək üçün endirim aksiyalarına başlamışdılar:

“Bu ümumi bazara təsir göstərməsə də, rəqabət müşahidə edilən ərazilərdə endirimləri görmək olar. Kirayə bazarında isə 20% endirim müşahidə edilir. Bu baxımdan ilin sonuna qədər əmlak bazarında ciddi dəyişikliklərin olacağı gözlənilmir. Məcburi köçkünlərin qayıdışından sonra əmlak bazarında hansı vəziyyətin yaranması isə dövlət proqramından asılı olacaq”.

Elnur Azadovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

10
Манаты и рубли разных номиналов, фото из архива

Rusiya rublu manat qarşısında geriləyib

10
Xatırladaq ki, 2020-ci ilin noyabrın 27-də ABŞ dollarının məzənnəsi 1,7000 manat təşkil edib, 1 avronun məzənnəsi 2,0271 manat, 1 Rusiya rublunun məzənnəsi 0,0225 manat, 1 türk lirəsi isə 0,2156 manat olub. 

BAKI, 30 noyabr - Sputnik. Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, 2020-ci ilin noyabrın 30-na ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib, 1 avronun məzənnəsi 2,0344 manata yüksəlib, 1 Rusiya rublunun məzənnəsi 0,0224 manata enib, 1 türk lirəsi isə 0,2164 manata yüksəlib.

Xatırladaq ki, 2020-ci ilin noyabrın 27-də ABŞ dollarının məzənnəsi 1,7000 manat təşkil edib, 1 avronun məzənnəsi 2,0271 manat, 1 Rusiya rublunun məzənnəsi 0,0225 manat, 1 türk lirəsi isə 0,2156 manat olub. 

10
Teqlər:
Azərbaycan Mərkəzi Bankı, dollar, avro, valyuta, Rəsmi məzənnə, manat, rubl
Suqovşan

Su ehtiyatlarının qiymətləndirilməsi sahəsində dönüş yaranır

0
(Yenilənib 12:39 30.11.2020)
Ramiz Məmmədov suvarma sahəsində qabaqcıl, müasir təcrübəyə malik yerli və xarici ölkə fermerlərinə həsr olunmuş müntəzəm televiziya verilişlərinə ehtiyac olduğunu vurğulayıb.

BAKI, 30 noyabr — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasının akademiki H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun ölkənin su təminatı ilə vəziyyətinə aydınlıq gətirən məqaləsi dərc edilib. AMEA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycanın şirin su ekosistemləri: problemlər və gözləntilər" adlı məqalədə bu ilin yay-payız aylarında Kür çayında yaranmış vəziyyətlə əlaqədar aparılan tədqiqat işlərinin nəticələr yer alıb. Şirin su ilə bağlı problemlərin hələ bir müddət davam edəcəyini proqnozlaşdıran akademik bununla əlaqədar iqtisadiyyatın strateji sahələrinin strukturunda dəyişikliyə ehtiyac olduğunu diqqətə çatdırıb.

Qeyd olunub ki, Türkiyənin təcrübəsindən yararlanaraq, respublikamızın intellektual bazası hesabına "elm-bilik" mərkəzlərinin yaradılması ilə daha az şirin su işlədən emaledici sənayenin, xüsusilə yüksək texnologiyaya əsaslanan sahələrin inkişafını sürətləndirmək olar. Bundan başqa, suvarma sahəsində qabaqcıl, müasir təcrübəyə malik yerli və xarici ölkə fermerlərinə həsr olunmuş müntəzəm televiziya verilişlərinə ehtiyacın olduğu vurğulanıb.

Alim həmçinin bildirib ki, Tərtər çayı üzərindəki Suqovuşan, Araz çayı üzərindəki Xudafərin, Köndələnçaydakı Kaskad su anbarları, bir sıra çaylarımız, vaxtilə qazılmış yüzlərlə subartezian quyuları, İranla müştərək tikilməsi nəzərdə tutulmuş Qız qalası hidroqovşağı su ehtiyatlarının qiymətləndirilməsi və istifadəsi sahəsində bir dönüş yaradacaq.

0
Teqlər:
Kür çayı, təcrübə, Suqovuşan, su