Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Hökumət büdcənin icrasında problemlər olacağını istisna etmir

© Sputnik / Murad OrujovMaliyyə Nazirliyi
Maliyyə Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Samir Şərifov: "Kəsiri bağlamaq üçün xərclərin azaldılması istiqamətində atılacaq addımlar kifayət etmədikdə büdcəyə yenidən baxıla bilər"

BAKI, 1 dek — Sputnik. "Neftin qiymətinin daha da ucuzlaşması risk faktorudur. Neftin qiymətinin büdcədə nəzərdə tutulan 1 barrel üçün 40 dollardan daha da azalması, qeyri-neft sektorunda artımın nəzərdə tutulan səviyyədə olmaması, xarici mühitdəki digər mənfi meyllər nəticəsində dövlət büdcəsinin icrasında çətinliklər ola bilər".

Sputnik xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov, Milli Məclisin komitələrinin birgə iclasında, "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, kəsiri bağlamaq üçün xərclərin azaldılması istiqamətində atılacaq addımlar kifayət etmədikdə büdcəyə yenidən baxıla bilər: "2017-ci ildə ÜDM-in 1 faiz, qeyri-neft sektoru üzrə ÜDM-in 2,5 faiz artması proqnozlaşdırılır".

Xəbər lenti
0