Maliyyə naziri Samir Şərifov

Maliyyə naziri: "Manat təzyiqlərə məruz qalır"

2676
(Yenilənib 12:25 01.12.2016)
Milli Məclisdə büdcə müzakirələri davam edir

BAKI, 1 dek — Sputnik. Bu gün Milli Məclisin Əmək və sosial siyasət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri və Mədəniyyət komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirə olunur. Sputnik xəbər verir ki, Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli çıxış edərək bildirib ki, iclasda 4 məsələyə baxılacaq.

Bunlar "2017-ci il üçün dövlət büdcəsi haqqında" qanun layihəsi, Dövlət Sosial Müdafiə Fondunun büdcə layihəsi, "2017-ci il üçün yaşayış minimumu haqqında" və "2017-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələridir.

Maliyyə naziri Samir Şərifov bildirib ki, büdcə layihəsi əvvəlki illərdən fərqli makroiqtisadi vəziyyətin yarandığını əks etdirir və yeni çağırışları nəzərə alır: "Neft bazarında təkilfin artması neftin qiymətinin hələ də aşağı səviyyədə olmasını şərtləndirir. Bu, xarici valyutaların daxilomalarını azaldıb".

"Manatın məzənnəsi cari ildə təzyiqlərə məruz qalmaqdadır. Bank sistemində pozulmuş sabitlik, dollarlaşma meylləri, ötən dövrdə ÜDM-in azalması, və s. yeni makroiqtisadi vəziyyətin mürəkkəbliyini səciyyələndirir", — nazir bildirib.

O, əlavə edib ki, cari ildə makroiqtisadi sabitliyin bərqərar olunması istiqamətində mühüm tədbirlər həyata keçirilməkədir: "Əsas məqsəd valyuta bazarında gərginliyi aradan qaldırmaqla sabitliyi bərpa etməkdir".

2676
Teqlər:
maliyyə naziri, Samir Şərifov, Milli Məclis, büdcə, manat
Əlaqədar
Millət vəkili həyacan təbili çaldı: "Manatı qorumaq mümkün deyil"
Dollar 1.71 manatı keçir
Cari il sahibkarlara 120 milyon manatdan artıq güzəştli kredit verilib
Dollar 1,70 manatı ötdü
Mərkəzi Bank 52 milyon manat cəlb edib
Çində neft zavodunun işçiləri, arxiv şəkli

Dünya lideri dəyişir Bu ölkə gələn ildən ABŞ-ı üstələməyə başlayacaq

65
Çində tikilən bu müəssisələrin ümumi gücü günlük 1,2 milyon bareldir ki, bu da Böyük Britaniyanın neft emalı üzrə analoji göstəricisi ilə müqayisə oluna bilər.

BAKI, 24 noyabr — Sputnik. 2021-ci ildə Birləşmiş Ştatlar neft emalı məsələsində dünya liderliyini Çinə təhvil verə bilər. Sputnik Azərbaycan xəbər verir ki, bunu "Bloomberg" nəşri Beynəlxalq Energetika Agentliyinə (BEA) istinadən xəbər verir.

Qeyd olunur ki, Birləşmiş Ştatlarda, məsələn, Luizianada elə də köhnə olmayan "Royal Dutch Shell Plc"-nin zavodu kimi neft emalı zavodları bağlandığı bir vaxtda Çində ən azı dörd yeni müəssisə tikilir. Çində tikilən bu müəssisələrin ümumi gücü günlük 1,2 milyon bareldir ki, bu da Böyük Britaniyanın neft emalı üzrə analoji göstəricisi ilə müqayisə oluna bilər.

Qeyd edək ki, dünyada koronavirus pandemiyası ilə bağlı yanacağa tələbat azalıb, bu isə öz növbəsində neft hasilatı və emalına da təsir edib. Bu göstərici rekord hesab olunan 1,7 milyon barelə düşüb. Bundan əlavə, böhran neftin kim tərəfindən və necə istifadə olunması barədə dəyişiklikləri daha da sürətləndirib. Belə ki, dərin iqtisadi böhranla mübarizə aparan ABŞ və Avropadan fərqli olaraq Çin və digər Asiya ölkələrində plastmas və neftə tələbat artır.

65
Teqlər:
zavod, yanacaq, pandemiya, Çin, ABŞ

Azərbaycanın xarici ticarət göstəriciləri

10
İxracat sahəsində Azərbaycanın əsas ticarət tərəfdaşları İtaliya, Türkiyə, Rusiya, Yunanıstan, Çin və Hindistandır. İdxal sahəsində isə ölkəmiz daha çox Rusiya, Türkiyə, Çin, ABŞ, Almaniya və Fransa ilə əməkdaşlıq edir.
© Sputnik / Elnur Salayev

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2020-ci ilin yanvar-sentyabr ayları ərzində ölkənin xarici ticarət dövriyyəsi 17,83 milyard dollar təşkil edib ki, bunun 10 milyard dolları ixracın, 7,8 milyard dolları isə idxal məhsullarının payına düşür. Müsbət ticarət saldosu 2.2 milyard dollara bərabər olub.

Bu dövrdə Azərbaycan məhsullarının əsas satış bazarı – İtaliya (29,5%), Türkiyə (19,9%), Rusiya (4,7%), Yunanıstan (4,1%), Çin (4%) və Hindistan (3,4%) olub. Ölkəmiz isə daha çox Rusiya (18.4%), Türkiyə (14.4%), Çin (13%), ABŞ (6.7%), Almaniya (4.3%) və Fransadan (4,2% ) ticarət məhsulları idxal edib.

Yanvar-sentyabr aylarının yekunlarına görə, Azərbaycan ümumilikdə dünyanın 178 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.

Azərbaycanın xarici ticarəti ilə bağlı vəziyyətə dair daha geniş məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasından tanış ola bilərsiniz.

10
Xəzər dənizi, arxiv şəkli

Xəzərdə zəlzələ olub

0
(Yenilənib 16:13 24.11.2020)
Xəzər dənizindəki zəlzələnin maqnitudası 3,2 bal, dərinliyi 62 km olub. Yeraltı təkanlar hiss olunmayıb

BAKI, 24 noyabr — Sputnik. Bu gün Xəzər dənizində zəlzələ olub. Sputnik Azərbaycan-ın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi xəbərə görə, zəlzələ yerli vaxtla saat 14:11-də Xəzər dənizində qeydə alınıb.

Zəlzələnin maqnitudası 3,2, dərinliyi 62 km olub. Zəlzələ hiss olunmayıb.

0
Teqlər:
zəlzələ, Xəzər dənizi