Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan Prezidenti CISCO şirkətinin baş vitse-prezidenti ilə görüşüb

© Official website of President of Azerbaijan Republicİlham Əliyev CISCO şirkətinin baş vitse-prezidentini qəbul edib
İlham Əliyev CISCO şirkətinin baş vitse-prezidentini qəbul edib - Sputnik Azərbaycan
Abunə olmaq
İlham Əliyev ölkəmizin inkişaf etdiyini, Azərbaycanda çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyini qeyd edərək, CISCO şirkəti ilə reallaşdırılan uzunmüddətli əməkdaşlığın davam etdirilməsinin zəruriliyini vurğulayıb

BAKI, 28 noy — Sputnik. Prezident İlham Əliyev CISCO şirkətinin baş vitse-prezidenti Maykl Qanserin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Sputnik president.az-a istinadən xəbər verir ki, CISCO şirkətinin prezidenti Con Çembers ilə Bakıda və Davosda keçirdiyi görüşləri məmnunluqla xatırlayan dövlət başçısı, bu şirkətin ölkəmizdə fəal işləməsinin önəmini vurğulayıb və Azərbaycanda həyata keçirdikləri fəaliyyəti yüksək qiymətləndirib.

İlham Əliyev Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisini qəbul edib - Sputnik Azərbaycan
İlham Əliyev Britaniya Baş nazirinin elçisini qəbul edib

İlham Əliyev ölkəmizin inkişaf etdiyini, Azərbaycanda çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyini qeyd edərək, CISCO şirkəti ilə reallaşdırılan uzunmüddətli əməkdaşlığın davam etdirilməsinin zəruriliyini vurğuladı. Prezident İlham Əliyev informasiya-kommunikasiya texnologiyaları sektorunun ölkə iqtisadiyyatının həmişə prioritet sahələrindən biri olduğunu diqqətə çatdıraraq, bu sahədə yaxşı nəticələr əldə edildiyini dedi və bildirdi ki, məqsədimiz bu sektorda regionda qabaqcıl yer tutmaqdır.

CISCO şirkətinin baş vitse-prezidenti Maykl Qanser XXII Bakutel sərgisində iştirak etmək üçün ölkəmizə səfərə gəldiyini bildirərək, təmsil etdiyi şirkətin Azərbaycan nümayəndəliyinin fəaliyyət göstərdiyini məmnunluqla qeyd etdi. Maykl Qanser tərəfdaşlıq əlaqələrinə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

O, Bakıda keçirilmiş birinci Avropa Oyunları və "Formula-1" yarışları, eləcə də ölkəmizin müvafiq qurumları ilə bəzi nüfuzlu layihələrdə uğurla iştirak etdiklərini, o cümlədən Qafqaz regionunda ilk Tier-III səviyyəli data mərkəzin Azərbaycanda tikintisi ilə bağlı avadanlıq, proqram təminatı, texniki həll yolları məsələlərinin CISCO şirkətinə də həvalə olunmasını məmnunluqla qeyd etdi.

CISCO şirkətinin baş vitse-prezidenti Maykl Qanser iqtisadiyyatların, sənaye sahələrinin rəqəmsal sistemə keçdiyini vurğulayaraq, bu baxımdan ölkəmizin həmin sahədə əldə etdiyi nəticələrin onda dərin təəssürat yaratdığını dedi.

Xəbər lenti
0