Нефтяной насос, фото из архива

Neft qiymətləri düşüb

34
"Brent" markalı neftin qiyməti bu gün 48 dollardan aşağı düşüb.

BAKI, 27 noy — Sputnik. Dünya bazarlarında "Brent" markalı neftin yanvar fyuçersləri bir barelə görə 47,24 dollara düşüb.

"Report" xəbər verir ki, bazar günü 10:24-ə olan vəziyyətə görə, "Brent" neftinin fyuçerslərinin qiyməti 3,59% ucuzlaşıb.

Eyni zamanda, WTI markalı neftin yanvar fyuçerslərinin qiyməti 3,96% ucuzlaşaraq bir barel üçün 46,06 dollar təşkil edib.

34
Valyutadəyişmə məntəqəsində dollarlar sayılır, arxiv şəkli

Azərbaycan xalqının dollara tələbi azalıb

29
(Yenilənib 22:47 29.10.2020)
Azərbaycanda keçirilən bugünkü valyuta hərracında tələb əvvəlki hərracla müqayisədə 1,9% və ya 1,2 mln. dollar azalıb.

BAKI, 29 oktyabr — Sputnik. Bu gün Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, hərracda tələb 62,9 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Bugünkü valyuta hərracında tələb əvvəlki hərracla müqayisədə 1,9% və ya 1,2 mln. dollar azalıb.

Qeyd edək ki, oktyabrın 27-də Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirilib. Hərracda tələb 64,1 mln. ABŞ dolları təşkil edib.

29
Neft buruğu, arxiv şəkli

"Brent" nefti kədərli vəziyyətə düşdü

42
Dünya bazarlarında neftin qiymətləri aşağı düşməkdə davam edir. "Brent" markalı neftin bir barelinin qiyməti 38 dollardan da aşağı düşüb.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 29 oktyabr — Sputnik. Dünya bazarlarında neftin qiymətləri aşağı düşməkdə davam edir.

Sputnik Azərbaycan xəbər verir ki, bu gün "Brent" markalı neftin bir barelinin qiyməti 38 dollardan da aşağı düşüb.

Bakı vaxtı ilə saat 15:40-da "Brent" markalı neft 3,7 faiz ucuzlaşma ilə 37,65 dollardan alıcı tapıb. ABŞ xam neftinin qiyməti isə 3,8 faiz ucuzlaşma ilə 35,95 dollara düşüb.

Qeyd edək ki, neftin qiyməti qlobal miqyasda koronavirusa yoluxma hallarında artımın neft tələbatının bərpa prosesini ləngitdiyinə dair narahatlıqlar fonunda ucuzlaşır.

42
Bakıda tibbi maska taxmış şəxs, arxiv şək

Bakıda koronavirusa ən çox yoluxma bu rayondadır

0
(Yenilənib 12:09 30.10.2020)
Binəqədidə koronavirusa yoluxma 14.6 faiz, Xətaidə 12.7 faiz, Yasamalda 11.6 faiz, Sabunçuda 11.5 faiz, Nəsimidə 8.6 faiz təşkil edib.

BAKI, 30 oktyabr — Sputnik. Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb. Sputnik Azərbaycan-ın "koronavirus.info" saytına istinadən məlumatına görə, hazırda ən yüksək yoluxma Binəqədi rayonundadır.

Belə ki, Binəqədidə koronavirusa yoluxma 14.6 faiz, Xətaidə 12.7 faiz, Yasamalda 11.6 faiz, Sabunçuda 11.5 faiz, Nəsimidə 8.6 faiz, Nərimanovda 8.0 faiz, Suraxanıda 8.0 faiz, Nizamidə 7.2 faiz, Qaradağda 6.7 faiz, , Xəzərdə 5.9 faiz, Səbaildə 4.8 faiz, Pirallahıda 0.3 faiz təşkil edib.

0