Yoxlama, arxiv şəkli

"Sahibkar məsuliyyətdən yayınacaqdı..."

95
(Yenilənib 18:10 24.11.2016)
Ekspertlər İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi müsbət addım hesab edirlər

BAKI, 24 noy — Sputnik. Azərbaycanda yoxlama zamanı dövlət orqanlarına təhrif olunmuş, yanlış məlumatın verən sahibkarlar cərimələnəcək. Bu, Azərbaycan prezidenti İlham Əliyevin 23 noyabr 2016-cı il tarixli sərəncamı ilə qüvvəyə minən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, qanun əsasında sahibkarlıq sahəsində yoxlama aparmaq səlahiyyəti verilmiş dövlət orqanına yoxlama zamanı təhrif olunmuş, yanlış məlumat verən vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcəklər.

Məsələ ilə əlaqədar İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) rəhbəri Qalib Toğrul Sputnik-ə açıqlamasında deyib ki, yoxlamalar ötən ildən 2 il müddətinə dayandırılıb: "Amma yoxlamaların dayandırılması o demək deyil ki, sahibkarlıq subyektlərində yoxlamalar keçirilə bilməz. Əgər İqtisadiyyat Nazirliyi hesab etsə ki, ərzaq təhlükəsizliyi və yaxud dövlətin iqtisadi maraqları ilə bağlı hər hansı bir təhlükə yaranıb. Bu zaman yoxlamaların aparılması barədə qərar verə bilər".

"Hesab etmirəm ki, bu, yoxlamaları artıracaq və yaxud hansısa bir mənfi amillərə yol açacaq. Ümumiyyətlə, yoxlamaların dayandırılması indiki halda çox yaxşıdır, baxmayaraq ki, dünyada yoxlamaları dayandırmırlar. Yoxlamaların daha şəffaf keçirilməsi, korrupsiya və rüşvətin aradan qaldırılması ilə bağlı fəaliyyətlər həyata keçirirlər. Amma hesab edirəm ki, bu 2 il müddəti dövlət orqanlarına imkan verəcək ki, yoxlamaların daha şəffaf aparılması sistemini qursunlar. Yəni, burada da məqsəd budur", — mütəxəssis bildirib.

Onun sözlərinə görə, yoxlamaların dayandırılması o demək deyil ki, sahibkarlar standartların tələblərinə əməl etməməli, ətraf mühitə zərər vurmalı və yaxud dövlətin iqtisadi maraqlarına təhlükə törədən hallar həyata keçirməlidirlər: "Ona görə də hesab edirəm ki, bu dəyişiklik normaldır. Digər tərəfdən, hesab etmirəm ki, oradan gələn müəyyən xırda vəsaitlə hansısa xərcləri maliyyələşdirək və problemləri həll edə bilərik. Ola bilər ki, sahibkar məhsulun istehsalı ilə bağlı tələb olunan standartlara əməl etmir, sənədləri saxtalaşdırır, yanlış, təhrif olunmuş məlumatlar verir və s. Bütün hallarda bu fəaliyyətlər müəyyən məsuliyyət yaratmalıdır. Bununla bağlı inzibati məsuliyyətin olması işin xeyrinədir", — deyə iqtisadçı qeyd edib.

Mən tək, siz dörd nəfər
© Karikatura
Mən tək, siz dörd nəfər

Hüquqşünas, bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov isə Sputnik-ə açıqlamasında deyib ki, dəyişikliyə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində "verilməməsinə və" sözləri "verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya" sözləri ilə əvəz edilib: "602-ci maddənin adı "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunvericiliyin pozulması"dır. Məcəllənin 602.4-cü maddəsində göstərilirdi ki, sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə və sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə — vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir".

"Bu, onsuz da var idi. Sadəcə, yalnız verilməməsinə görə deyil, həmçinin, "təhrif olunmuş" və "yanlış məlumatın verilməsi" əlavə olunub. Bu da düzgündür. Bir var ki, məlumat verilir, amma düzgün deyil, təhrif edilir. Ona görə də təhrif olunmuş, yanlış məlumatın verilməsi bura əlavə edilib. Bir tərəfdən texniki dəyişiklikdir, amma eyni zamanda da çox vacibdir. Çünki, bu, sahibkarlara imkan verə bilərdi ki, məsuliyyətdən haradasa yayınsınlar", — mütəxəssis vurğulayıb.

95
Teqlər:
yoxlama, Qalib Toğrul, Əkrəm Həsənov, sahibkar, İnzibati Xətalar Məcəlləsi
Əlaqədar
Dövlət orqanlarına yanlış məlumat verən sahibkarlar cərimələnəcək
Qanunsuz sahibkarlıq fəaliyyətinə qarşı mübarizə şöbəsi yaradılıb
Sahibkarlıq fəaliyyəti ilə bağlı şərtlər asanlaşdırılır
"Sahibkarlıq təhsili"nin qalibləri bəlli oldu
Xaçmazda yerli sahibkar qətlə yetirildi
Nazirdən rədd cavabı alan sahibkarlar məyusdur: "Maaşları artıracaqdıq..."
Baş nazir Əli Əsədov

İşğaldan azad olunmuş ərazilərlə bağlı konsepsiya Nazirlər Kabinetində müzakirə edilib

10
Videomüşavirədə Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən İqtisadi Şura işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı konsepsiyasının əsas parametrlərini müzakirə edib.

 

BAKI, 28 noyabr — Sputnik. Noyabrın 27-də Baş nazir Əli Əsədovun sədrliyi ilə İqtisadi Şuranın videomüşavirə formatında növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən İqtisadi Şura işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı konsepsiyasının əsas parametrlərini müzakirə edib.

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına dair digər məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

10
Teqlər:
işğaldan azad edilmiş ərazilər, baş nazir, Əli Əsədov, Nazirlər Kabineti
Azərbaycan manatı, arxiv şəkli

Qonşularımız pullarını "öldürürlər", biz - vergini. Malı kimə satmalı?

356
(Yenilənib 22:02 27.11.2020)
Ekspert: "Dünyada gedən valyuta müharibələrini də nəzərə alsaq, görürük ki, bütün ölkələr, əsasən də ixracatçı ölkələr, milli valyutalarını bir qədər ucuzlaşdırmağa çalışır. Yəni bunun hesabına ixracatı artıra bilsinlər deyə"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 27 noyabr — Sputnik. Nazirlər Kabineti "Malların ixrac qeydi ilə satışı Qaydası"nı təsdiq edib. Sputnik Azərbaycan xəbər verir ki, bu Qayda Azərbaycanda istehsal olunmuş və ixrac üçün nəzərdə tutulan məhsulların istehsalçısı ilə qeyri-neft məhsullarının ixracatı sahəsində təcrübəsi olan ixracatçılar arasında əməkdaşlığın şərtlərini müəyyən edir və işgüzar münasibətlərini tənzimləyir.

İstehsalçı ixrac üçün nəzərdə tutulan məhsulu ixracatçıya təqdim edərkən ƏDV-yə sıfır dərəcə ilə cəlb olunur.

Bəs bu addım Azərbaycanda ixracın və yerli istehsalın artmasına, sahibkarlara dəstək verəcəkmi?

İqtisadçı, "Respublikaçı Alternativ" Partiyasının icra katibi Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, bu addım ixracın stimullaşdırılması üçün atılıb: "Amma bununla yanaşı, bir sıra paralel addımlar da atılmalıdır ki, ixracın stimullaşdırılması üçün qarşıya qoyulan hədəflərə çatmaq mümkün olsun. Burada bir neçə problem mövcuddur.

Problemlərdən biri odur ki, son bir il ərzində qonşu ölkələrin milli valyutalarında kifayət qədər ciddi ucuzlaşma prosesi baş verib. Əsasən də bizim əsas ticarət tərəfdaşımız olan Türkiyə ilə Rusiyada lirə və rubl kifayət qədər ciddi şəkildə dəyərdən düşüb. Gürcüstanda da lari il ərzində 15-18 faiz ucuzlaşıb. Bu da idxalı stimullaşdırır, yerli istehsal və ixracat ilə bağlı müəyyən əngəllər yaradır".

"Dünyada gedən valyuta müharibələrini də nəzərə alsaq, görürük ki, bütün ölkələr, əsasən də ixracatçı ölkələr, milli valyutalarını bir qədər ucuzlaşdırmağa çalışır. Yəni bunun hesabına ixracatı artıra bilsinlər deyə. Digər bir institusional problem odur ki, bizim qeyri-neft ixracımız hələlik çoxşaxəli modelə keçməyib. Son dövrlərdə qeyri-neft məhsulları ixrac etdiyimiz ölkələrin sırasında Rusiya öndədir. Burada çoxşaxəli modelə keçməliyik, yəni yeni bazarlara çıxış imkanları kifayət qədər məhduddur", - deyə ekspert qeyd edib.

O bildirib ki, həmişə ixracda hədəf kimi biz qonşu ölkələri götürmüşük: "Amma yeni bazarlara çıxış əldə etsək, Azərbaycanın əsasən də aqrar sektorda olan məhsullarını daha baha qiymətə sata bilərik. Bununla bağlı da işlər görülməlidir. Düzdür, müəyyən işlər aparılıb, Azərbaycanın xaricdə ticarət nümayəndəlikləri açılıb, amma yetərli deyil. Nazirlər Kabinetinin bu addımı təqdirəlayiqdir, stimullaşdırıcı addımdır. Lakin paralel olaraq bir çox problemlər də aradan qaldırılmalıdır ki, ixracın stimullaşdırılması ilə bağlı addımlar effekt verə bilsin".

"Bəzi ixracatçılar var idi ki, daxili bazardan topladıqları məhsulları xarici bazara çıxardırdı və daxili bazar amilinə görə şəxs ƏDV ödəməyə məhkum idi. İndi daxili sənədləşmədə 18 faizlik ƏDV ödənilməyəndə bunun ixracat ilə bağlı müəyyən stimullaşdırıcı təsiri olacaq", - deyə ekspert əlavə edib.

Dövlət Vergi Xidmətinin şöbə rəisi Elnur Yusifov bu qərar ilə bağlı şərhində deyib ki, "Malların ixrac qeydi ilə satışı Qaydası"nda ixrac qeydi ilə satış həyata keçirən şəxsə (istehsalçıya) və ixrac qeydi ilə alınan malların ixracını həyata keçirən şəxsə (ixracatçıya) dair tələblər, malların ixrac qeydi ilə satışına aid edilməyən şəxslər və əməliyyatlara nəzarət, ixrac qeydi ilə malların ixracının həyata keçirilməsi prosesinə nəzarət tədbirləri öz əksini tapır:

"Bu imkandan yararlanmaq üçün istehsalçı və ixrac qeydi ilə alınan malların ixracını həyata keçirən şəxs (ixracatçı) Qaydada onlar üçün müəyyən edilmiş tələblərə cavab verməlidirlər. Qaydanın 3-cü hissəsində müəyyən edilmiş şəxslər və əməliyyatlar istisna olmaqla, Qayda ölkə ərazisində qeyri-neft məhsulları istehsal edən bütün istehsalçılara və ixracatçılara şamil olunur. İstehsalçı ixrac üçün nəzərdə tutulan məhsulu ixracatçıya təqdim edərkən Vergi Məcəlləsinin 165.1.9-cu maddəsinə müvafiq olaraq ƏDV-yə 0 dərəcə ilə cəlb olunur".

Şöbə rəisi qeyd edib ki, bu mexanizm ixracatçının ixrac edəcəyi malların alışına görə ödəməli olduğu ƏDV-nin məbləği qədər dövriyyə vəsaitinə qənaət etməsinə şərait yaradır və inzibatçılıq yükünü azaldır.

Qeyd edək ki, bu Qayda Nazirlər Kabinetinin 2020-ci il 14 noyabr tarixli qərarı ilə təsdiq edilib. İxrac qeydi ilə satılan mallara Azərbaycan ərazisində istehsal olunan qeyri-neft məhsulları aid edilir.

"Malların ixrac qeydi ilə satış qaiməsi"ndə satışı həyata keçirilən malların kodu, adı, ölçü vahidi və miqdarı əks olunur. "Malların ixrac qeydi ilə satış qaiməsi"ndə istehsalçı tərəfindən satılmış malların 3 ay müddətində ixrac edilməsi şərti qeyd edilir.

Bu Qaydanın tələblərinə əməl olunmasına nəzarət Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir.

356
Teqlər:
ekspertlər, Elnur Yusifov, Natiq Cəfərli, stimul, sıfır dərəcə, ƏDV, ixracatçı, ixracat, ixrac
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

0
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

0
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona