“Müstəqil Azərbaycanın inkişafı rəqəmlərdə” mövzusunda elmi-praktiki konfrans keçirilib

Müstəqil Azərbaycanın inkişafı rəqəmlərdə

31
UNEC-də "Müstəqil Azərbaycanın inkişafı rəqəmlərdə" mövzusunda elmi-praktiki konfrans keçirilib

BAKI, 24 noy — Sputnik. Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "Müstəqil Azərbaycanın inkişafı rəqəmlərdə" mövzusunda elmi-praktiki konfrans keçirilib. Sputnik xəbər verir ki, tədbir Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 25 illiyinə həsr edilib.

UNEC rektoru, professor Ədalət Muradov bildirib ki, dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə bağlı Prezident İlham Əliyevin sərəncamından irəli gələn tapşırıqların icrasını təmin etmək məqsədilə təhsil naziri müvafiq əmr imzalayıb. Əmrə əsasən, təhsil sektorunda silsilə tədbirlərin həyata keçirilməsinə dair tapşırıqlar var. Bugünkü konfransın həmin tədbirlər planı çərçivəsində təşkil olunduğunu vurğulayan rektor, son 25 ildə ölkənin inkişaf yoluna nəzər salaraq, az müddət ərzində sosial-iqtisadi sahədə müşahidə edilən böyük nailiyyətlərdən danışıb.

  • “Müstəqil Azərbaycanın inkişafı rəqəmlərdə” mövzusunda elmi-praktiki konfrans keçirilib
    “Müstəqil Azərbaycanın inkişafı rəqəmlərdə” mövzusunda elmi-praktiki konfrans keçirilib
    © Photo : UNEC
  • “Müstəqil Azərbaycanın inkişafı rəqəmlərdə” mövzusunda elmi-praktiki konfrans keçirilib
    “Müstəqil Azərbaycanın inkişafı rəqəmlərdə” mövzusunda elmi-praktiki konfrans keçirilib
    © Photo : UNEC
  • “Müstəqil Azərbaycanın inkişafı rəqəmlərdə” mövzusunda elmi-praktiki konfrans keçirilib
    “Müstəqil Azərbaycanın inkişafı rəqəmlərdə” mövzusunda elmi-praktiki konfrans keçirilib
    © Photo : UNEC
1 / 3
© Photo : UNEC
“Müstəqil Azərbaycanın inkişafı rəqəmlərdə” mövzusunda elmi-praktiki konfrans keçirilib

Dövlət Statistika Komitəsinin (DSK) sədr müavini Yusif Yusifov "Müstəqil Azərbaycanın inkişafı rəqəmlərdə" mövzusunda çıxış edib. Komitənin sədr müavini 1991-2015-ci illərdəki iqtisadi dinamikanı, mühüm statistik göstəriciləri, o cümlədən son 10 ildəki davamlı sosail-iqtisadi inkişafı rəqəmlərlə təqdim edib. O, həmin dövrlərdə elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə qeydə alınan artım dinamikasından danışıb.

UNEC-in Elm və İnnovasiyalar mərkəzinin direktoru, professor Sakit Yaqubov "Azərbaycan təhsili müstəqillik illərində" mövzusunda təqdimatında 1991-2016-cı illər ərzində təhsildəki inkişaf meyllərinə xüsusi yer ayırıb. Mərkəz direktoru Ümummilli lider Heydər Əliyevin elm və təhsilə göstərdiyi diqqətdən danışaraq, son illərdə hər iki sahənin inkişafı istiqamətində atılan addımları statistik rəqəmlərlə qeyd edib.

Rektor Ə. Muradov UNEC-in əldə etdiyi bir neçə uğurlu nəticələrdən danışıb. Bildirib ki, ölkə üzrə MBA-da təhsilalanların 70%-i UNEC-i seçib. Son açıqlamalara görə, bu göstərici yeni tədris ilində 6.2% artıb. Universitetdə pedoqoji heyətin orta aylıq əmək haqqının 981 manat olduğunu deyən rektor, aparılan struktur islahatları sayəsində müəllimlərin maaşlarının daha da artırılacağını qeyd edib. Ə.Muradov məqsədin universitetə daha peşəkar müəllimləri cəlb etməklə, tələbələrə verilən biliyin səviyyəsinin artırılmasına nail olmaq olduğunu da vurğulayıb. Rektor universitetin qazandığı nailiyyətlərin ictimaiyyətə daha dolğun çatdırılmasını təmin etmək məqsədilə "UNEC rəqəmlərdə" adlı məlumat kitabçasının dərc olunacağını qeyd edib.

Çıxışlardan sonra Dövlət Statistika Komitəsinin yenicə çapdan çıxmış "Müstəqil Azərbaycan 25 il" adlı kitabının ilk nüsxələri UNEC-ə hədiyyə edilib. Elmi-praktiki konfrans müzakirələrlə davam edib. Sonda UNEC-də "Elm aylığı" çərçivəsində keçirilən elmi məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb. Universitetin professor-müəllim heyətinə diplom və sertifikatlar təqdim olunub.

31
Teqlər:
inkişaf, Ədalət Muradov, Azərbaycan Dövlət İqtisad Universiteti, UNEC, rəqəm
Əlaqədar
Səhiyyənin inkişafı müalicə üçün İrana gedənlərin sayına təsir edib
"Dövlətin dəstəyi olmadan QHT-lərin inkişafından danışmaq mümkün deyil"
"Azərbaycan insan inkişafı indeksinə görə 91-ci yerdən 78-ci yerə yüksəlib"
Prezident pambıqçılığın inkişafına dair respublika müşavirəsi keçirir
Azərbaycanda futbolun inkişafı ilə bağlı fond yaradılıb
Avropa Parlamentinin iclası, arxiv şəkli

Avropa Parlamenti Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnamə qəbul etdi

17
(Yenilənib 12:22 27.11.2020)
Bir oktyabr 2020-ci il tarixinə milli iqtisadiyyatda muzdlu işçilərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,6% artaraq 1,681 milyon nəfərə çatıb.

BAKI, 27 noyabr — Sputnik. Avropa Parlamenti Avropa İttifaqı üzv dövlətlərini Aralıq dənizindəki davranışına görə Türkiyəyə qarşı sərt sanksiyalar tətbiq etməyə çağıran qətnamə qəbul edib.

Banker.az xəbər verir ki, sənədlə bağlı səsvermə Avropa Parlamentinin Brüsseldəki plenar iclasında baş tutub.

Bildirilir ki, qətnaməyə 631, əleyhinə 3 deputat səs verib. "Parlament üzvləri Avropa Şurasını Türkiyənin qanunsuz fəaliyyəti ilə bağlı vahid mövqe tutmağa və buna cavab olaraq sərt sanksiyalar tətbiq etməyə çağırırlar", – sənəddə deyilir.

Qətnamə Türkiyənin Kiprin şimalındakı keçmiş Varoşa kurort zonasını açmaq qərarının bu problemin həlli perspektivlərini sarsıtdığını vurğulayır.

Eyni zamanda sənəddə Ankaranın Aralıq dənizi, Liviya və Suriyadakı hərəkətləri sayəsində Avropa İttifaqı ilə Türkiyə arasındakı münasibətlərin "tarixi minimuma" çatdığı qeyd edilir. Avropa İttifaqı və Türkiyə münasibətləri 10-11 dekabr sammitində diqqət mərkəzində olan mövzulardan biri olacaq.

17
Teqlər:
Brüssel, plenar iclas, Kipr, Türkiyə, Avropa Parlamenti, Sanksiya
Bakıda neft nasosları, arxiv şəkli

Azərbaycan nefti neçəyə satılır?

6
(Yenilənib 11:43 27.11.2020)
Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

BAKI, 27 noyabr — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,09 dollar ucuzlaşaraq 48,28 dollar təşkil edib.

"Brent" markalı neftin bir barelinin qiyməti 0,14 dollar geriləyərək 47,66 dollar, "Light" markalı neftin bir barelinin qiyməti isə 0,87 dollar ucuzlaşaraq 44,84 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

6
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli

Putinin suallara cavab verəcəyi konkret tarix bilindi

0
(Yenilənib 13:28 27.11.2020)
Ağır epidemioloji vəziyyətlə bağlı tədbir videokonfrans formatında keçiriləcək. Putin Novo-Oqarevodakı iqamətgahından sualları cavablandıracaq.

BAKI, 27 noyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin ilin yekunları ilə bağlı dekabrın 17-si mətbuat konfransı keçirəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Noyabrın 29-u saat 12:00-da Rusiya Federasiyasının mətbuat xidməti və informasiya idarəsi jurnalistlərin akkreditasiyasına başlayacaq", - deyə məlumatda qeyd olunur.

Ağır epidemioloji vəziyyətlə bağlı tədbir videokonfrans formatında keçiriləcək. Putin Novo-Oqarevodakı iqamətgahından sualları cavablandıracaq.

0