İlham Əliyev Xəzər Dəniz Gəmiçiliyinin yeni gəmilərinin istismara verilməsi mərasimində iştirak edib

Prezident Xəzər Dəniz Gəmiçiliyinin yeni gəmilərinin istismara verilməsi mərasimində

56
(Yenilənib 15:52 18.11.2016)
İlham Əliyev Xəzər Dəniz Gəmiçiliyinin yeni gəmilərinin istismara verilməsi mərasimində iştirak edib

BAKI, 18 noy — Sputnik. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin "Rəşid Behbudov" sürətli sərnişin gəmisi, "Gəncə" tankeri və "Qafur Məmmədov" quru yük gəmisinin istismara verilməsi mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

İlham Əliyev Füzuli rayonu ərazisində ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olub
© Official website of President of Azerbaijan Republic

Sputnik president.az-a istinadən xəbər verir ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev Prezident İlham Əliyevə yeni gəmilər barədə məlumat verdi. Dövlət başçısı əvvəlcə "Gəncə" tankeri ilə tanış oldu. Bu tanker "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC və "Caspian Marine Services" Alyansı tərəfindən sifariş olunan 2 yeni tankerdən biridir. Tanker 7 min ton yükgötürmə qabiliyyətinə malikdir. Uzunluğu 140,9, eni 16,7, saya oturumu isə 4,2 metr olan bu tanker Volqa-Don-Maks tipli, yəni, dayaz sularda üzməklə maksimum yükgötürmə qabiliyyətinə malikdir.

  • İlham Əliyev Xəzər Dəniz Gəmiçiliyinin yeni gəmilərinin istismara verilməsi mərasimində iştirak edib
    İlham Əliyev Xəzər Dəniz Gəmiçiliyinin yeni gəmilərinin istismara verilməsi mərasimində iştirak edib
    © Photo : president.az

    © Photo : prezident.az

1 / 12
© Photo : president.az
İlham Əliyev Xəzər Dəniz Gəmiçiliyinin yeni gəmilərinin istismara verilməsi mərasimində iştirak edib

"Gəncə" tankerinin texniki göstəriciləri onun gələcəkdə Xəzər hövzəsində dayaz limanlara daxil olmasına, eyni zamanda, Volqa-Don, Volqa-Balt kanallarında üzməsinə imkan yaradır. Bu tanker ən müasir avadanlıqla təchiz olunub. Hazırda Xəzər dənizində yükgötürmə qabiliyyətinə görə ən böyük tankerlər Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə məxsusdur və onlar 13 min ton dedveytə malikdir. Bu tankerlərin saya oturumu çox olduğundan onlar Xəzər dənizini xarici sularla əlaqələndirən Rusiyanın daxili su kanallarına, o cümlədən İran limanlarına yüklə daxil ola bilmirlər. Həcminin artması proqnozlaşdırılan maye yüklərin daşınmasını təmin etmək üçün "Gəncə" tipli tankerlərin böyük iqtisadi əhəmiyyəti var.

Dövlət başçısı "Gəncə" tankerinin istismara verilməsini bildirən düyməni basdı.

Prezident İlham Əliyevə bu günlərdə Bakı gəmiqayırma zavodunda tikintisinə dair müqavilə imzalanmış nadir Ro-Pax/Bərə tipli iki gəmi barədə məlumat verildi. Yeni nəsildən olan bu tipli gəminin konsepsiyasının hazırlanması üçün "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC son 1 ildən artıq müddətdə Odessa Dəniz Mühəndisliyi Bürosunun təcrübəli mütəxəssisləri ilə uzunmüddətli texniki müzakirələr aparıb və Xəzər dənizində suyun səviyyəsi, yanalma körpülərinin maksimal imkanları nəzərə alınaraq, 100 sərnişin, 56 vaqon və ya 50 yük maşını (TIR) tutumlu gəminin eskiz və texniki layihəsi hazırlanıb. Bu cür nadir konsepsiyaya malik və yeni nəsildən olan ilk bərə tipli gəmilərin tikintisi müasir infrastruktura və potensiala malik Bakı gəmiqayırma zavodunda aparılacaq.

Sonra Bakı gəmiqayırma zavodunda "Gəncə" tipli daha 2 tankerin tikintisi üzrə sifarişlə bağlı "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC ilə Bakı gəmiqayırma zavodu arasında müqavilə imzalandı. Yeni tankerlər Xəzərdə suyun mövcud səviyyəsində, az saya oturumla maksimum çox yük götürə bilən nadir gəmilər olacaq. Belə ki, tankerin digər texniki xarakteristikaları eyni saxlanılmaqla, yükgötürmə qabiliyyətinin 8 min tonadək artırılmasına nail olunacaq. Yeni nəsil tanker ilk dəfə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin donanması üçün məhz Bakı gəmiqayırma zavodunda inşa ediləcək.

Daha sonra Prezident İlham Əliyev burada Rəşid Behbudovun ailə üzvləri görüşdü. Dövlət başçısı görkəmli müğənninin ailə üzvləri ilə xatirə şəkli çəkdirdi. "Rəşid Behbudov" gəmisinin istismara verilməsini bildirən rəmzi lent kəsildi.

Prezident İlham Əliyevə məlumat verildi ki, 150 nəfər tutan "Rəşid Behbudov" sürətli sərnişin gəmisi "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC və "Caspian Marine Services" Alyansının sifarişinə əsasən tikilib. Gəmidə ulu öndər Heydər Əliyev ilə Rəşid Behbudovun görüşləri və dövlətimizin başçısı İlham Əliyevin dünya şöhrətli müğənninin Bakıda abidəsinin açılışı zamanı çəkilən fotolardan ibarət stend yaradılıb. Xəzərdə neft və qaz layihələrində rəqabətqabiliyyətli, beynəlxalq standartlara uyğun yüksək səviyyəli xidmətlərin göstərilməsi istiqamətində mühüm rol oynayacaq bu gəmi alüminium gövdəli sürətli sərnişin gəmilərinin tikintisi dünyada məşhur olan Avstraliyanın "Austal" gəmiqayırma zavodunda inşa edilib və sərnişinlərin, eləcə də kiçikhəcmli yüklərin dəniz platformalarına təhlükəsiz çatdırılması üçün nəzərdə tutulub.

Gəmidə sərnişinlərin rahatlığı üçün yüksək şərait yaradılıb, ən son beynəlxalq konvensiya tələblərinə uyğun səs və titrəmə izolyasiyası təmin edilib, istirahət sahələri quraşdırılıb. "Rəşid Behbudov" sürətli sərnişin gəmisi eyni tipli "Müslüm Maqomayev" gəmisi ilə bərabər BP şirkətinin sifarişlərini yerinə yetirəcək. Bütövlükdə alüminium təbəqələrdən yığılmış katamaran tipli gəmi saatda 60 kilometr sürət yığmaq imkanına malikdir. Onun uzunluğu 70, eni isə 16 metrdir. Gəmi ən müasir avadanlıqla, o cümlədən DP-2 dayanıqlı mövqeləndirmə sistemi, sərnişinlərin platformalara təhlükəsiz keçidi üçün xüsusi teleskopik körpü ilə təchiz olunub. Bu isə onun Beynəlxalq Dənizçilik konvensiyalarının tələblərinə tam səviyyədə cavab verməsini təsdiqləyir. Belə gəmilərdə xüsusi teleskopik körpünün istifadəsi dünyada ilk dəfə tətbiq olunur. Hazırda irimiqyaslı neft və qaz layihələrinə xidmət edən bir sıra digər gəmiçilik şirkətləri teleskopik körpü texnologiyasının tətbiqini Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin təcrübəsi əsasında öyrənir. Bu texnologiya platformaya yan almadan, heyətin gəmidən platformaya qalxma-enmə əməliyyatlarında təhlükəsizliyə etibarlı zəmin yaradır.

Dünya şöhrətli müğənninin nəvəsi Rəşid Behbudov gəminin istismara verilməsini bildirən düyməni basdı. Görkəmli sənətkar Rəşid Behbudovun ailə üzvlərinə gəminin maketi hədiyyə olundu.

Dövlət başçısı İlham Əliyevə yeni alınmış "Qafur Məmmədov" quru yük gəmisi barədə də məlumat verildi. Bu gəminin dedveyti 5,500 ton, uzunluğu 108,3, eni 16,5, saya oturumu isə 4,79 metrdir. Gəmi Xəzərdəki quru yük donanmasının yenilənməsi, hazırda balansda olan, maksimum yükgötürmə qabiliyyəti 3 min ton təşkil edən və istismar müddətini başa vurmuş gəmiləri yeniləməyə və növbəti illər ərzində Gəmiçiliyin quru yük daşımaları bazarında mövqeyinin sabitləşməsinə imkan yaradır. Eyni zamanda, belə gəmilərin istismara verilməsi strateji əhəmiyyətə malik Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə salınması nəticəsində ölkəmizin ərazisindən keçməklə daşınacaq tranzit yüklərin və konteyner həcmlərinin mənzil başına vaxtında çatdırılmasında da mühüm əhəmiyyət daşıyır. Ümumilikdə, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 2014-2016-cı illər ərzində donanması üçün 5,500 ton yükgötürmə qabiliyyətinə malik 8 yeni quru yük gəmisi alıb. Hazırda Gəmiçiliyin Xəzərdən kənarda Azərbaycan bayrağı altında üzən gəmilərinin sayı 10-a çatıb.

56
Teqlər:
"Qafur Məmmədov" quru yük gəmisi, "Gəncə" tankeri, "Rəşid Behbudov" sürətli sərnişin gəmisi, Xəzər Dəniz Gəmiçiliyi, istismar, İlham Əliyev
Əlaqədar
İlham Əliyev Leonid Slutskini qəbul edib
İlham Əliyev Konqres nümayəndələrini qəbul edib
İlham Əliyev Dubay Ticarət və Sənaye Palatasının sədrini qəbul edib
İlham Əliyev Ramiz Mehdiyevi sədr təyin etdi
İlham Əliyev daha 4 səfirin etimadnaməsini qəbul edib
İlham Əliyev 4 ölkənin səfirlərinin etimadnaməsini qəbul edib
Neft, arxiv şəkli

Azərbaycan nefti bu gün özünü necə aparıb?

13
(Yenilənib 13:59 20.01.2021)
Azərbaycan neftinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

BAKI, 20 yanvar — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,02 dollar artaraq 56,39 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,40 dollar artaraq 56,30 dollar, "Light" markalı neftin qiyməti isə 0,43 dollar bahalaşaraq 53,41 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

13
Teqlər:
"Brent" markalı neft, Brent, "AzeriLight" markalı neft, "AzeriLight", Azərbaycan nefti, neft, Neft

Nazir Mikayıl Cabbarov biznesin inkişafı üçün görülən işləri açıqlayır

13
(Yenilənib 19:22 19.01.2021)
İqtisadiyyat naziri Mikayıl Cabbarov deyir ki, ölkəmizdə biznes mühitinin sağlamdırılması ilə bağlı tədbirlər görülür və maliyyəyə çıxış imkanları sadələşdirilir
Mikayıl Cabbarov: “Maneələrin aradan qaldırılması istiqamətində işlər davam etdiriləcək”

“İqtisadiyyat nazirliyi və digər aidiyyəti strukturlar fəaliyyətlərini sahibkarlığın dəstəklənməsi və onların investisiya imkanlarının genişləndirilməsinə yönəldiblər”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Televiziyasına müsahibəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, sahibkarların istehsal etdikləri məhsulların ixrac potensialının artırılması istiqamətdə təşviqedici addımlar atılır:

“Ölkəmizdə biznes mühitinin sağlamlaşdırılması ilə bağlı tədbirlər görülür və maliyyəyə çıxış imkanları sadələşdirilir. Bundan sonra da iş yerlərinin qeydiyyata alınması, vergi və gömrük inzibatçılığındakı bariyerlərin aradan qaldırılması istiqamətində işlər davam etdiriləcək”.

Mikayıl Cabbarovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

13
Aleksey Navalnıy, arxiv şəkli

Navalnı Putinin sarayını axtarır

0
(Yenilənib 18:18 20.01.2021)
"Bir sarayın hovuzuna Putinin Yeniseydə üzdüyü kadrları montaj ediblər, o kadrları da bütün dünya görüb"

BAKI, 20 yanvar - Sputnik. Bloger və müxalifətçi Aleksey Navalnının Rusiya Prezidenti Vladimir Putinin Gəlincikdə sarayını araşdırması barədə xəbərləri Kremldə “cəfəngiyyat” və “kompilyasiya” kimi dəyərləndiriblər.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, yaxınlarda Navalnının komandası prezidentin Qara dəniz sahilində 100 milyard dollara saray tikdirdiyi barədə material yayıb.

“Bilirsiniz ki, bu mövzu üç-dörd il əvvəl ortaya atılmışdı. İndi də bu konkret halda həmin insinuasiyadan istifadə etməklə boş-boş danışırlar. Özü də heç özlərinə azacıq əziyyət verib nəyisə sübut etməyə, heç olmasa, şəklini göstərməyə də cəhd göstərmirlər”, - Putinin sözçüsü Dmitri Peskov deyib.

Onun fikrincə, bu işdə “yeganə yenilik” “monatj hekayələri”ndən istifadə olunmasıdır.

“Hansısa bir sarayın hovuzuna Putinin Yeniseydə üzdüyü kadrları montaj ediblər, hansı ki, o kadrları da bütün dünya görüb”, - Kremlin nümayəndəsi bildirib.

Peskov vurğulayıb ki, prezidentin administrasiyasının “bununla maraqlanmaq üçün azacıq da olsa həvəsi yoxdur”.  

“Dövlət başçısına qarşı hazırlanmış və hazırlanmaqda olan informasiya hücumlarından çoxdan xəbərimiz var. Təəssüf ki, onlar olub və olacaq. İndi prezidentə onun olmayan bir şeyi şamil etmək istəyirlər. Prezidentin bütün mülkiyyəti hər il özü tərəfindən bəyan edilir, deklarasyada göstərilir”, - Peskov deyib.

0
Teqlər:
Dmitri Peskov, Kreml, Qara dəniz, saray, Vladimir Putin, Aleksey Navalni