Нефтяной насос, фото из архива

Neftin qiyməti 30 dollara enə bilər

1053
Ekspert neftin qiyməti ilə bağlı həyəcanlı açıqlama verdi

BAKI, 4 noy-Sputnik. Qərbi Texas nefti (WTI) NYMEX bazarında 13 sent yüksələrək bir barrel üçün 44.79 dollara satılıb. Dünən isə qiymət 1.5 faiz ucuzlaşaraq 44.66 dollar nəticə ilə 23 sentyabrdan bəri ən aşağı səviyyəyə düşüb.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barrelinin dəyəri 14 sent yüksələrək 46.49 dollara çatıb. Dünən isə 1.1% düşərək günü 46.35 dollarla tamamlayıb. "AzəriLayt" markalı neftin bir barrelinin qiyməti 0,28 dollar ucuzlaşaraq 46,30 dollar təşkil edib.

Məsələ ilə əlaqədar iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik-ə açıqlamasında deyib: "OPEC ölkələrinin ilin əvvəlindən bəri bazara sözlü müdaxilələri, bunun arxasınca heç bir əməli tədbir görməməsi bazar oyunçularında belə bir fikir formalaşdırdı ki, bu təşkilat neft bazarına ciddi təsir göstərə bilməyəcək. Ən maraqlısı da budur ki, oktyabr ayında OPEC tarixində ilk dəfədir ki, bütün ölkələrdə maksimal hasilat olub.

 Bu da onu göstərir ki, hətta noyabr ayının sonunda hasilatın dondurulması ilə bağlı hər hansı bir qərar olsa, bütün ölkələr bu qərara qədər maksimal dərəcədə neft hasil etmək istəyirlər. Onlar bununla da çalışırlar ki, neft hasilatının dayandırılmasından uduzmasınlar. Bunun özü də bazara çox ciddi mənfi təsir göstərir".

Ekspert bildirib ki, "AzəriLayt" markalı neft Brent markalı neftdən müəyyən qədər baha satılırdı: "Yəni, təqribən 70-80 sent, bəzən 1 dollar daha baha satılırdı. İndi qiymətlərin az qala bərabərləşməsi bəzən isə aşağı düşməsinin səbəbi ola bilər ki, Ceyhan limanından "AzəriLayt" markalı neftə müəyyən qiymət endirimi elan olunub. Bunda da məqsəd bazar payımızı saxlaya bilməkdir. Bir çox ölkələr, o cümlədən Səudiyyə Ərəbistanı, İran, İraq neft satışından birjada olan qiymətdən daha ucuz qiymət təklif edir ki, bazar payını genişləndirsin. Ola bilər, bu rəqabətə görə Azərbaycan da Ceyhan limanından satılan neftə müəyyən dərəcədə qiymət endirimi elan edib. Bu, bir ehtimaldır".

O, qeyd edib ki, ilin sonuna neftin qiyməti noyabr ayında keçiriləcək OPEC toplantısından sonra daha da aydınlaşacaq.

"OPEC-in toplantısında hər hansı bir kəskin qərarların verilməsi ehtimalı çox aşağıdır. Müəyyən anlaşma və razılaşma olacaq. Çünki, bu, olmazsa, neft bazarında qeyri-ciddi vəziyyət yaranacaq. Vyanada müəyyən anlaşma olsa, neftin qiymətləri 45-50 dollar civarında qala bilər. Əgər normal anlaşma olmazsa, neftin qiyməti 40 dollardan aşağı düşə, hətta bir müddət sonra 30 dollara qədər enə bilər" — deyə Cəfərli bildirib.

1053
Teqlər:
neft, "Brent" markalı neft, "AzəriLayt" markalı neft, neftin qiyməti, OPEC, Natiq Cəfərli, Azərbaycan
Əlaqədar
Neft qiymətlərində 9 ayın ən böyük həftəlik ucuzlaşması
Goldman Sachs-dan neft ölkələri üçün bədbin proqnoz
Neft hasilatını indiki səviyyədə saxlamaq mümkün olmayacaq
Ekspert: Azərbaycan neft hasilatını bugünki səviyyədə saxlaya bilməyəcək
İki neft nəhəngindən önəmli mesajlar
Neft, arxiv şəkli

Azərbaycan nefti bu gün özünü necə aparıb?

10
(Yenilənib 13:59 20.01.2021)
Azərbaycan neftinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

BAKI, 20 yanvar — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,02 dollar artaraq 56,39 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,40 dollar artaraq 56,30 dollar, "Light" markalı neftin qiyməti isə 0,43 dollar bahalaşaraq 53,41 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

10
Teqlər:
"Brent" markalı neft, Brent, "AzeriLight" markalı neft, "AzeriLight", Azərbaycan nefti, neft, Neft

Nazir Mikayıl Cabbarov biznesin inkişafı üçün görülən işləri açıqlayır

12
(Yenilənib 19:22 19.01.2021)
İqtisadiyyat naziri Mikayıl Cabbarov deyir ki, ölkəmizdə biznes mühitinin sağlamdırılması ilə bağlı tədbirlər görülür və maliyyəyə çıxış imkanları sadələşdirilir
Mikayıl Cabbarov: “Maneələrin aradan qaldırılması istiqamətində işlər davam etdiriləcək”

“İqtisadiyyat nazirliyi və digər aidiyyəti strukturlar fəaliyyətlərini sahibkarlığın dəstəklənməsi və onların investisiya imkanlarının genişləndirilməsinə yönəldiblər”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Televiziyasına müsahibəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, sahibkarların istehsal etdikləri məhsulların ixrac potensialının artırılması istiqamətdə təşviqedici addımlar atılır:

“Ölkəmizdə biznes mühitinin sağlamlaşdırılması ilə bağlı tədbirlər görülür və maliyyəyə çıxış imkanları sadələşdirilir. Bundan sonra da iş yerlərinin qeydiyyata alınması, vergi və gömrük inzibatçılığındakı bariyerlərin aradan qaldırılması istiqamətində işlər davam etdiriləcək”.

Mikayıl Cabbarovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

12
Müharibə iştirakçılarının reabilitasiyası

Şəhid müharibə iştirakçılarının ailələrinə dəstək davam edir

0
(Yenilənib 15:07 20.01.2021)
3200-dən çox şəxsə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib.

BAKI, 20 yanvar — Sputnik. Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvləri, müharibə iştirakçıları, müharibədən zərər çəkənlər, erməni terroruna məruz qalanlardan ibarət olmaqla artıq 3200-dən çox şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial-psixoloji dəstək və reabilitasiya xidməti ilə əhatə olunub.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, qeyd olunan kateqoriyalara aid 2500 ailə ilə görüşülüb, psixoloqlardan ibarət qruplar tərəfindən onlardan ehtiyacı olan 1840 ailə ilə fərdi və ailə terapiyası, psixokorreksiya işləri aparılıb. Həmçinin "Onlayn psixoloji dəstək xidməti"nə daxil olmuş 610 zəng üzrə evlərinə gedilməklə psixoloji dəstək tədbirləri görülüb. Eyni zamanda, Nazirliyin reabilitasiya müəssisələrində 20-si şəhidlərin və yaralı hərbçilərin uşaqları, qalanları hərbi qulluqçular olmaqla 300-dən çox şəxsə, Bakı Sağlamlıq Mərkəzində və Sərhəd Qoşunları Hospitalında müalicə olunanlardan 28 hərbi qulluqçuya sosial-psixoloji reabilitasiya xidmətləri göstərilib.

125 hərbi qulluqçu 530-dan çox reabilitasiya vasitəsi, 7 nəfər yaralanmış qazi əlil arabası, 6 hərbçi yüksək texnologiyalı 8 müasir protezlə təmin edilib.

0