Центральный банк Азербайджанской Республики

Mərkəzi Bankın depozit hərracının nəticələri açıqlanıb

21
Hərracda tələb 107,1 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,5 % təşkil edib.

BAKI, 31 okt-Sputnik. Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb.

Mərkəzi Bankdan Sputnik-ə bildiriblər ki, 31 oktyabr 2016-cı il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 107,1 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,5 % təşkil edib.

21
ARDNF

ARDNF bu il valyuta satışını 16,6% artırıb

5
(Yenilənib 14:46 01.12.2020)
Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında 2020-ci ilin noyabr ayı ərzində 495,5 mln. ABŞ dolları məbləğində vəsait satılıb

BAKI, 1 dekabr — Sputnik. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən noyabr ayı ərzində valyuta hərraclarında 495,5 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Bu barədə Sputnik Azərbaycan-a ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.

Noyabrda valyuta satışında oktyabr ayı ilə müqayisədə 11,6% azalma qeydə alınıb. Belə ki, 2020-ci ilin okyabrında ARDNF tərəfindən 560,3 mln. dollar məbləğində vəsait satılıb. Bu, ötən ilin noyabr ayına nisbətən 8,2% azdır.

Bundan başqa, bu ilin yanvar-noyabr aylarında ARDNF tərəfindən 6665,9 mln. dollar məbləğində vəsait satılıb ki, bu da ötən ilin 11 ayı ilə müqayisədə 16,6% çoxdur.

5
Teqlər:
vəsait, ABŞ dolları, Azərbaycan Respublikası Dövlət Neft Fondu, valyuta
Neft buruğu, arxiv şəkli

Azərbaycan nefti ucuzlaşıb

27
Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

 

BAKI, 1 dekabr — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,68 dollar ucuzlaşaraq 48,05 dollar təşkil edib.

“Brent” markalı neftin bir barelinin qiyməti 0,59 dollar geriləyərək 47,59 dollar, “Light” markalı neftin bir barelinin qiyməti isə 0,28 dollar ucuzlaşaraq 45,06 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

27
Teqlər:
barel, birja, qiymət, neft
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva, arxiv şəkli

Mehriban Əliyeva Laçının işğaldan azad edilməsi ilə bağlı paylaşım edib

0
(Yenilənib 16:14 01.12.2020)
Bu gün üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq, Laçın rayonu Ermənistanın işğalından azad edildi.

BAKI, 1 dekabr — Sputnik. Azərbaycanın I Vitse-prezidenti Mehriban Əliyeva Laçın rayonunu işğaldan azad edilməsi ilə bağlı paylaşım edib.

Sputnik Azərbaycan xəbər verir ki, paylaşımda deyilir: “Laçın rayonunun işğaldan azad edilməsi münasibətilə hamınızı səmimi-qəlbdən təbrik edirəm! Qoy, Uca Allah mərhəmətini xalqımızdan əsirgəməsin, bütün həmvətənlərimizə cansağlığı və səadət, Vətənimizə sülh, firavanlıq və nurlu gələcək bəxş etsin! Qarabağ Azərbaycandır!”

0
Teqlər:
Birinci vitse-prezident Mehriban Əliyeva, Laçının azad olunması