BAKI, 18 okt — Sputnik. Ötən həftə Milli Məclisin plenar iclasında "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" qanunda dəyişikliklərə baxılıb. Millət vəkili Ziyad Səmədzadə layihə ilə bağlı bildirib ki, "Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 2016-cı il 6 may tarixli qanuna əsasən, 1 yanvar 2017-ci ildən müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən ediləcək.
Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qayda və meyarlar əsasında müəyyən ediləcək. Bu qanunun tətbiqi ilə əlaqədar Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" qanuna müvafiq dəyişiklik təklif edilib. Başqa sözlə, həmin torpaq vergisinin bələdiyyə vergilərinin vergitutma obyekti olması təklif edilib.
Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib. Bu Qanun 2017-ci ilin 1 yanvar tarixindən qüvvəyə minir.
Məsələ ilə əlaqədar iqtisadçı-ekspert Vüqar Bayramov Sputnik-ə açıqlamasında deyib ki, Azərbaycanda bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsinə ehtiyac var: "Bələdiyyələr xeyli müddətdir ki, fəaliyyət göstərir, amma təəssüf ki, mövcud maliyyə imkanları onların hətta mövcud səlahiyyətlərindən belə, istifadə edilməsinə imkan vermir. Nəticədə bu gün bələdiyyələrin regionların inkişafına təsir imkanları xeyli məhduddur. Bu baxımdan bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsinə ehtiyac var".
Ekspert bildirib ki, bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsi maliyyə imkanlarından birbaşa asılıdır: "Amma bu gün bələdiyyələr üçün ən ciddi problemlərdən biri, məhz onların maliyyə imkanlarının məhdud olmasıdır. Əvvəllər yerli vergilərə fiziki şəxslərin torpaq vergisi, əmlak vergisi, yerli əhəmiyyətli tikinti materialları üçün mədən vergisi, eyni zamanda, bələdiyyə mülkiyyətində olan müəssisələrin mənfəət vergisi aid idi. Eyni zamanda, vergilərdə əlavə olaraq müəyyən ödənişlər var".
"Əslində, vergilərin strukturu göstərir ki, bələdiyyələrin cəlb etdiyi vergilərin məbləği heç də çox deyil. O baxımdan imkan daxilində daha çox, xüsusən yerli əhəmiyyətli vergi növlərinin bələdiyyələrə verilməsinə ehtiyac var. Çünki, bələdiyyə nə qədər çox vergi yığarsa, maliyyə imkanları genişlənəcək. Bu da bələdiyyələrin, xüsusən də regionların inkişafında rolunun artırılmasına gətirib çıxaracaq", — V. Bayramov vurğulayıb.
O, bu baxımdan, sözügedən dəyişikliyi məqsədəuyğun hesab edir: "Bu dəyişiklik tətbiq olunarsa, bələdiyyələrin gəlir mənbələrinin genişləndirilməsinə gətirib çıxara bilər".
BAKI, 16 yanvar - Sputnik. Avropa Şurası dünya bazarında "dolların ağalığının" həddi aşdığını bəyan edəcək.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Financial Times Avropa Komissiyasındakı mənbələrinə istinadən yazıb.
Qəzetin məlumatına görə, AŞ bu məsələni ABŞ-ın yeni prezidenti Co Baydenin yanvarın 20-də planlaşdırılan inauqurasiyasından əvvəl qaldırmaq istəyir. Avropa Komissiyasının layihəsinin yanvarın 19-da qəbul ediləcəyi gözlənilir, həmçinin ona əlavələrin ediləcəyi də istisna olunmur.
FT əlavə edir ki, layihədə ABŞ Prezidenti Donald Trampın İrana qarşı tətbiq etdiyi məhdudlaşdırma tədbirlərindən sonra Avropa ölkələrinin müəyyən çətinlik çəkdiyi qeyd olunur. Sənəddə bazarların "qeyri-qanuni eksterritorial tətbiqin nəticələrindən" qorunmasının vacibliyi vurğulanır.
"Trampın hakimiyyət illəri bizim zəif yerlərimizi üzə çıxardı və hətta o gedəndən sonra da biz bu zəiflikləri aradan qaldırmalıyıq. Söhbət AŞ-nın dünyadakı yerindən, ölçülərimizə müvafiq olan iqtisadi və maliyyə dövlətinin imkanlarından gedir", - mənbələrdən biri deyib.
BAKI, 16 yanvar — Sputnik. Sahibkarlara dəymiş ziyanın ödənilməsi ilə bağlı tədbirlər planı üzrə proseslər davamlı olaraq həyata keçirilir. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi Məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.
Ş.Mövsümov deyib ki, müxtəlif sahələr və istiqamətlərdə sahibkarlara yardım nəzərdə tutulub:
"Bunun üçün vəsaitlər ayrılıb, proses gedir. Məsələ ilə İqtisadiyyat Nazirliyi məşğul olur. Ümumilikdə zərərçəkmiş sahələrdə çalışanlara yardım heç vaxt dayandırılmayıb".
BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur.
Посмотреть эту публикацию в Instagram
Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir.
Посмотреть эту публикацию в Instagram
"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.
Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın.
Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq.