Mərkəzi Bank

Mərkəzi Bankın valyuta ehtiyatları azalmaqda davam edir

774
Ötən ilin analoji dövrü ilə müqayisədə isə AMB-nin sərəncamında olan valyuta ehtiyatlarının həcmində 41,1% və ya 2 milyard 822 milyon dollar azalma olub

BAKI, 4 okt — Sputnik. Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmində azalma yaşanır. Sputnik AMB-nin saytına istinadən xəbər verir ki, 2016-cı il sentyabr ayının 30-a tənzimləyicinin sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 4 milyard 132,7 milyon dollar təşkil edib.

Bu, sentyabr ayının əvvəli ilə müqayisədə 1,43% və ya 59,8 milyon dollar çoxdur. Ötən ilin analoji dövrü ilə müqayisədə isə AMB-nin sərəncamında olan valyuta ehtiyatlarının həcmində 41,1% və ya 2 milyard 822 milyon dollar azalma olub.

774
Teqlər:
azalma, dollar, ehtiyat, valyuta, AMB, Mərkəzi Bank
Əlaqədar
Azərbaycanın valyuta ehtiyatları azalmaqda davam edir
Mərkəzi Bankın valyuta ehtiyatları azalıb
Mərkəzi Bankın valyuta ehtiyatları mayda 4% artıb
Mərkəzi Bankın valyuta ehtiyatları bu il ilk dəfə artıb
Sədərək ticarət mərkəzi, arxiv şəkli

“Sədərək” “Binə” ticarət mərkəzlərinin rəhbərləri ilə müzakirələr aparıldı

14
(Yenilənib 23:02 31.05.2020)
Metodiki göstərişlər “Sədərək” və “Binə” ticarət mərkəzlərində fəaliyyət göstərən sahibkarların İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) elektron kabinetlərinə də göndəriləcək.

BAKI, 31 may — Sputnik. “Sədərək” və “Binə” ticarət mərkəzlərinin rəhbərləri ilə müzakirələr aparılıb. Bu barədə Sputnik Azərbbaycan-a  İqtisadiyyat Nazirliyindən bildirilib. Məlumata görə, qurumun tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) keçirilən görüşdə nazir müavini Niyazi Səfərov, Dövlət Vergi Xidmətinin, KOBİA-nın və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri iştirak ediblər. Görüşdə mayın 31-dən etibarən ölkə ərazisində iri ticarət mərkəzlərinin (nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar və ictimai iaşə məkanları istisna olmaqla) fəaliyyətinin bərpa olunması ilə əlaqədar sahibkarların Nazirlər Kabineti yanında operativ qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə tam riayət etməsi vəziyyəti, ticarət obyektlərində işçilər və müştərilər üçün lazımi şərait yaradılması, iş və xidmət sahələrinin qoruyucu vasitələrlə (əlcək, tibbi maska, dezinfeksiyaedici materiallar və s.) təmin olunması məsələləri müzakirə edilib. TƏBİB-in nümayəndələri sahibkarlara ticarət və xidmət sahələrində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması profilaktikasına dair metodiki göstərişlər barədə məlumat veriblər.

Qeyd edilib ki, metodiki göstərişlər “Sədərək” və “Binə” ticarət mərkəzlərində fəaliyyət göstərən sahibkarların İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) elektron kabinetlərinə də göndəriləcək. Görüşdə “Sədərək” və “Binə” ticarət mərkəzlərinin xüsusiyyəti nəzərə alınmaqla, burada sosial davranış və sanitar-epidemioloji tələblərə və metodiki göstərişlərə riayət olunması sisteminin səmərəli təşkilinə dair məsləhətləşmələr aparılıb, müəyyən olunmuş tələblərə əməl edilməsinin zəruriliyi bir daha diqqətə çatdırılıb.

14
Bakıda malllar və AVM-lər iki aydan sonra yenidən fəaliyyətə başlayıb

Alış-veriş "dəliləri", kim tutar sizi? - FOTO

28
(Yenilənib 19:06 31.05.2020)
Koronavirusdan qorxan şoppinq aludəçiləri rahat olsunlar: Bakıda AVM-lərdən biri peşəkar dezinfeksiya şirkəti ilə də müqavilə bağlayıb, həftədə bir dəfə mərkəz təmizlənəcək

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 31 may — Sputnik. Bu gündən etibarən xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qismi aradan qaldırılır. Ölkə ərazisində iri ticarət mərkəzlərinin və “mall”ların fəaliyyəti onların nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyəti istisna olmaqla bərpa olunub. Sputnik Azərbaycan paytaxt sakinlərinin daha çox üz tutduğu iri ticarət mərkəzlərinin karantin dövründə necə fəaliyyət göstərdiyini araşdırıb.

© Sputnik / Zulfiyya Guluyeva.
Bakıda "mall"lar və AVM-lər iki aydan sonra yenidən fəaliyyətə başlayıb

"Park Bulvar" AVM də bu gün fəaliyyətini bərpa edən böyük ticarət mərkəzlərindəndir. Ticarət mərkəzinin girişinə temperaturu ölçən və dezinfeksiyaedici  avadanlıq qoyulub. Buradakı mağazalardan alış-veriş etmək məqsədilə ticarət mərkəzinə gələn maskasız müştərilərə tibbi maskalar paylanılırdı. Girişdəki mühafizəçi müştərilərin temperaturunu ölçən avadanlığa və müştərilərin hərarətinə nəzarət edir. Müştərilər arasında tibbi maska taxanlar olsa da, maskasız gələnlər də vardı. Onlara ticarət mərkəzinin işçiləri tərəfindən tibbi maskadan istifadənin zəruri olduğu izah edilir və maska ilə təmin olunurdular. Həmçinin ticarət mərkəzində müştərilərə koronavirusla bağlı səsgücləndirici qurğu ilə məlumat verilirdi. Eyni zamanda ticarət mərkəzində koronavirusla bağlı tövsiyə xarakterli məlumatlar yerləşdirilmişdi. Mağazalarda isə satıcılar arasında tibbi maskası olmayana, demək olar ki, rast gəlmədik.

© Sputnik / Zulfiyya Guluyeva.
Bakıda "mall"lar və AVM-lər iki aydan sonra yenidən fəaliyyətə başlayıb

"Park Bulvar" AVM-nın marketinq və PR-meneceri Günay Novruzqızı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ticarət mərkəzi karantin rejiminin tələblərinə uyğun fəaliyyətə başlayıb: "Artıq bu gündən etibarən "Park Bulvar" AVM öz fəaliyyətini bərpa edib. Ticarət Mərkəzindəki mağazalar bu gündən fəaliyyət göstərsələr də, buradakı uşaq və əyləncə mərkəzli, kinoteatr, ictimai iaşə məkanları olan restoran-kafelər bağlıdır. Gördüyünüz kimi, ticarət mərkəzinin girişində insanların hərarətini yoxlayan termokameralar quraşdırılıb. Əgər məkana gələnlərin hansındasa termokamera yüksək hərarət olduğunu göstərərsə, dərhal lazımi yerlərə müraciət olunur. Bu gün ilk gün olduğu üçün müştərilərin çoxu tibbi maskasız idi. Biz onların hər birini tibbi maska ilə təmin etdik. Girişdə həmçinin dezinfeksiyaedici aparatlar var. Ticarət Mərkəzində hər yarım saatdan bir müştərilərə koronavirusun təhlükəsi, ictimai yerlərdə davranış qaydaları izah olunur. Bütün mağazalarda işçilər maska ilə xidmət göstərirlər. Hər bir mağazada dezinfeksiyaedici məhlullar var. Kassalarda müştərilərin ara məsafəsi saxlamasına ciddi nəzarət olunur. Bütün bunlar "Park Bulvar" AVM-də çalışan və buraya gələn müştərilərin koronavirusa yoluxmaması üçün görülən zəruri tədbirlərdir".

  • Bakıda "mall"lar və AVM-lər iki aydan sonra yenidən fəaliyyətə başlayıb
    © Sputnik / Zulfiyya Guluyeva.
  • Bakıda "mall"lar və AVM-lər iki aydan sonra yenidən fəaliyyətə başlayıb
    © Sputnik / Zulfiyya Guluyeva.
1 / 2
© Sputnik / Zulfiyya Guluyeva.
Bakıda "mall"lar və AVM-lər iki aydan sonra yenidən fəaliyyətə başlayıb

G.Novruzqızı bildirdi ki, ticarət mərkəzi hər gün dezinfeksiya olunacaq. Bundan əlavə, peşəkar dezinfeksiya şirkəti ilə də müqavilə bağlanılıb: "Həmin müqaviləyə əsasən, şirkət həftədə bir dəfə "Park Bulvar" AVM-də dezinfeksiya işləri aparacaq".

28
Əlaqədar
"Mall"arın da bəxti açıldı, amma toy həvəsində olanların yox
Azərbaycanda iri ticarət mərkəzləri və “mall”ların fəaliyyəti bərpa olundu
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
Azərbaycan ilə Türkiyə müddətsiz saziş bağladılar
Sədərək yetmiş gün sonra: "Gəlməsəniz, işimiz çətin olacaq" - REPORTAJ
Minneapolisdə etirazlar

Rusiya ABŞ-a nota verdi

22
(Yenilənib 00:38 01.06.2020)
“Hətta ABŞ-da işləyən rus jurnalistlərinə qarşı ikili standartların tətbiq olunduğu halda hansı obyektivlikdən danışmaq olar ki?” – səfir Anatoli Antonov

BAKI, 31 may - Sputnik. Rusiya Federasiyasının səfirliyi ABŞ Dövlət Departamentinə RİA Novosti-nin müxbirinin başına gələn hadisəyə görə nota verib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov məlumat verib.

RİA Novosti-nin müxbiri Mixail Turgiyev Minneapolisdəki etiraz aksiyalarını  işıqlandırarkən polisin hücumuna məruz qalıb – o, jurnalist vəsiqəsini göstərib mətbuat nümayəndəsi olduğunu desə də onun üzünə gözyaşardıcı qaz sıxıblar. Turgiyevin yanında olan Amerikanın VICE telekanalının bir qrup jurnalisti də analoji təzyiqlə üzləşib.

“Mixail Turgiyev və yanılndakı amerikalı jurnalistlər yerli polislər tərəfindən yolverilməz münasibətə məruz qalıblar. Hadisə yerində çəkilmiş kadrlardan aydın olur ki, mətbuat işçiləri hündürdən və aydın şəkildə özlərinin jurnalist olduqlarını deyirlər, geyimləri üzərində lazımi nişanlar var, onlar sənədlərini təqdim edib və heç bir müqavimət göstərməyiblər”, - Antonovun sözləri səfirliyin Facebook səhifəsində yayımlanıb.

“Bu hiddətləndirici fakta görə Dövlət Departamentinə etiraz notası göndərilib. Biz geniş araşdırma aparılmasını və onun nəticələri barədə məlumatlandırılmağımızı tələb etmişik”, - Antonov deyib.

“ABŞ-da KİV işçilərinin hüquqlarının pozulmasının momitorinqini aparan hüquq müdafiə təşkilatlarının bu insidenti nəzərə almasına nail olacağıq”, - səfir dəqiqləşdirib.

O həmçinin qeyd edib ki, “Amerika mətbuatı tərəfindən hər-hansı ictimai təəssüf və ya təsəlli cəhdi sezməyib”.

“Hətta ABŞ-da işləyən rus jurnalistlərinə qarşı ikili standartların tətbiq olunduğu halda hansı obyektivlikdən danışmaq olar ki?” – deyə Antonov sual edib.

Bu həftə Minnesota və Amerikanın bəzi digər ştatlarında Corc Floydun ölümü ilə əlaqədar kütləvi etirazlar və iğtişaşlar başlayıb.

Xatırladaq ki, polis Floydu qandallayıb və yolun qırağında yerə yıxıb. Derek Şovin adlı polis əməkdaşı isə dizi ilə onun boynunu yerə sıxıb. Floyd nəfəs ala bilmədiyini deyib, amma asayiş keşikçiləri buna diqqət yetirməyiblər. Qısa müddət sonra Floyd xəstəxanada ölüb.

İğtişaşlar nəticəsində mayın 30-da Oklend şəhərində ABŞ Federal Mühafizə Xidmətinin iki əməkdaşı odlu silahdan atəş nəticəsində yaralanıb. Onlardan biri dünyasını dəyişib.

Mitinqlər xüsusilə Vaşinqtonda, Ağ Evin yaxınlığında da keçirilir.

22
Əlaqədar
ABŞ-da polis üsyana səbəb oldu: yenə "günahkar" qaradərilidir
Tramp hədələdi: qaradərilinin öldürüldüyü şəhərə qoşun yeridə bilər
ABŞ ştatında iğtişaşa səbəb olan polis həbs edildi
ABŞ-da iğtişaşlar yeni mərhələdə - Məsələyə Pentaqon qarışır
Qaradərilinin ölümü ilə əlaqədar aksiyalar ABŞ-dan Kanadaya sıçradı