Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

OPEC-in bu dəfəki toplantısı da nefti "yerdən qaldırmayacaq"

© voxOPEC
OPEC - Sputnik Azərbaycan
Abunə olmaq
İlin sonuna kimi neftin qiymətinin hazırki səviyyələrdə olacağı gözlənilir

BAKI, 28 sen — Sputnik. Bu gün Əlcəzairdə OPEC üzvlərinin keçirəcəyi toplantıdan əvvəl "Brent" markalı neftin bir barelinin qiyməti 46 dollar səviyyələrində qərarlaşıb. Sputnik Sondakika-ya istinadla xəbər verir ki, "Brent" markalı neftin bir barelinin qiyməti dünən OPEC üzvlərinin müsbət yöndə açıqlamalarına əsasən 47,3 dollar olsa da, hasilatın "dondurulma"sı ilə bağlı gözləntilərin azalması qiymətin enməsinə səbəb olub. Belə ki, bu markalı neftin qiyməti dünən 1,5 faiz azalma ilə 46,3 dollar olub.

© Photo : Из личного архива Э. БагирзадеElşən Bağırzadə, UNEC-in dosenti, iqtisadçı ekspert
Elşən Bağırzadə, UNEC-in dosenti, iqtisadçı ekspert - Sputnik Azərbaycan
Elşən Bağırzadə, UNEC-in dosenti, iqtisadçı ekspert

Bu gün isə OPEC üzvlərinin gözlənilən qeyri-rəsmi toplantısında veriləcək qərarlardan öncə, ucuzlaşmaqda olan "Brent" markalı neftin bir barelinin qiyməti 0,3 faiz azalaraq 46,1 dollara düşüb. Qərbi Texas markalı neftin qiyməti də 0,3 faiz azalaraq 44,8 dollardan özünə alıcı tapıb.

OPEC toplantısından gözlənilən qərarı Sputnik-ə şərh edən, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə neft istehsalının azaldılacağını gözləmir: "Amma İranın indiyədək verdiyi açıqlamalar göstərir ki, bu, işə yanaşmayacaq. Düşünürəm ki, toplantıda neft istehsalının azalması ilə bağlı qərar çıxmayacaq. Ona görə də biz hələ uzun müddət neft qiymətlərinin bu şəkildə davam etməsi ilə qarşı-qarşıya qalacağıq".

"Düşünmürəm ki, Səudiyyə Ərəbistanının mövqeyində o qədər də böyük dəyişiklik olacaq. Çünki, bu, daha çox Qərbin maraqlarına uyğun bir addımdır. Fikrimcə, bu ölkə Qərbin maraqlarına zidd ciddi bir addım atmaz. Bu toplantını daha çox manevr kimi düşünürəm", — ekspert bildirib.

Onun qənaətinə görə, yalnız neftin qiymətinin bu səviyyəyə gəlib çıxmasına qərar verən Qərb ölkələri bu prosesi dəyişə bilər: "Onların da mövqeyində dəyişiklik görmürük. Bu prosesin davam edəcəyini düşünürəm. İlin sonuna kimi neftin qiymətlərinin hazırki səviyyələrdə olacağını düşünürəm".

Qeyd edək ki, ABŞ-ın "Goldman Sachs" bankının yaydığı hesabatında OPEC-in qeyri-rəsmi görüşünə də yer verilib və toplantıda müsbət nəticənin çıxacağı təqdirdə bunun təsirlərinin qısa sürəcəyi vurğulanıb. Hesabatda deyilib ki, potensial bir razılaşma, qısa dövrdə neftin qiymətlərini dəstəkləyə bilər. Ancaq, anlaşmaya dair qeyri-müəyyənlik hələ də davam edir.

Xəbər lenti
0