Taxıl zəmisi. Arxiv şəkli

Dövlətdən taxıl istehsalçılarına dəstək

185
Taxıl Fondu üçün yüksək keyfiyyətli buğda tədarükünün vaxtının uzadılması və qiymətin qaldırılması ekspertlər tərəfindən yüksək qiymətləndirilir

BAKI, 2 sen — Sputnik. Fövqəladə Hallar Nazirliyinin Dövlət Taxıl Fondu üçün yüksək keyfiyyətli buğdanın tədarükünün vaxtı bu ilin 1 noyabr tarixinədək uzadılıb. Həmçinin, yerli buğda istehsalçılarından tədarük olunan keyfiyyətli buğdanın qiyməti bir ton üçün 250 manatdan 270 manata qaldırılıb.

Vüqar Bayramov
Vüqar Bayramov

Bu barədə Sputnik-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Nazirliyin Dövlət Material Ehtiyatları Agentliyi 21 iyun 2016-cı il tarixində Dövlət Taxıl Fondu üçün 2016-cı ildə ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğdanın tədarükünü elan edib.

Məsələ ilə əlaqədar iqtisadçı-ekspert Vüqar Bayramov Sputnik-ə açıqlamasında deyib ki, qiymətlərin artırılması vacib idi və bu, davam etdirilməlidir: "Çünki, indiki məqamda qiymətlərin artırılması fermer təsərrüfatlarının buğda istehsalını stimullaşdıra bilər. Fermerə istehsal etdiyi buğdaya görə verilən qiymət yüksək olmalıdır ki, fermer təsərrüfatı buğda istehsalında maraqlı olsun".

"Əvvəla daxili mənbələr hesabına taxıla olan tələbin ödənilməsi və bu istiqamətdə addımların atılmasına ehtiyac var. Bir tərəfdən bu, aqrar sektorun inkişafı deməkdir. Əgər qiymət yüksək olacaqsa, fermerlər artıq məhsul istehsalında maraqlı olacaqlar. Digər üstünlüyü odur ki, bu, idxaldan asılılığın aradan qaldırılması baxımından vacibdir", — mütəxəssis vurğulayıb.

O, indiki halda taxılla bağlı idxaldan asılılığın aradan qaldırılmasının real olduğunun düşünmür: "Bu, zaman tələb edəcək. Digər tərəfdən Azərbaycanda istehsal edilən buğdanın böyük hissəsi taxıl üçün yararlı deyil və onların bir qismi daha çox dən kimi aqrar sektorda istifadə olunur. Həm də məqsəd ondan ibarət olmalıdır ki, keyfiyyəti artırmaq mümkün olsun".

V. Bayramov keyfiyyətin artırılması istiqamətində addımların atılmasına ehtiyac olduğunu da qeyd edib: "İl ərzində təxminən 2,7 milyon ton taxıl istehsal edirik. Amma təəssüf ki, onun böyük bir hissəsi istehsal üçün, yəni, çörək bişirmək üçün yararlı deyil. Bu taxılın da 1,7 milyon tonu buğdadır. Amma buğda idxalı yenə yüksək olaraq qalır. Buğda, xüsusən çörək bişirmədə istifadə edilən buğda idxalı yüksək olduğu üçün, nəticədə bu, idxaldan asılılığın qorunub saxlanmasına gətirib çıxardır".

Vahid Məhərrəmov - Kənd təsərrüfatı üzrə ekspert
© Sputnik / Anar Mustafayev
Vahid Məhərrəmov - Kənd təsərrüfatı üzrə ekspert

"Taxıl Fondu hər il buğda alır, amma il ərzində Azərbaycan 1,4 milyon ton buğda istehsal edir. Bu da kifayət qədər böyük bir rəqəmdir. Onun bir hissəsi dövlət ehtiyatı üçün alınan buğdadır, amma digər hissəsi sahibkarlar tərəfindən gətirilən buğdadır. Ona görə də mərhələli şəkildə idxaldan asılılığın aradan qaldırılmasına ehtiyac var", — iqtisadçı əlavə edib.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov da ölkədə istehsal olunan buğdanın keyfiyyətindən narazıdır. "Çox təəssüf ki, Azərbaycanda istehsal olunan buğda siniflərə bölünmür. Yəni, onun keyfiyyəti ilə bağlı bəzi problemlər var. Belə olan halda buğda tədarükünün alış qiymətinin lap 2 dəfə artırılmasının da bir faydası yoxdur. Buğdanın sinfə ayrılması xüsusi texnologiya tələb edir və bunu bizim sahibkarlar istehsal prosesi zamanı həyata keçirməlidir", — deyə o, Sputnik-ə açıqlamasında bildirib.

Ekspertin sözlərinə görə, son 3-4 ildə bu sahədə istehsal ilə məşğul olan bəzi inhisarçılar peyda olub: "Onlar kifayət qədər böyük həcmdə taxıl istehsal edirlər, xüsusən də buğda. Düşünürəm ki, qiymət artımı onlara xidmət edəcək. Düşünmürəm ki, adi fermerin, taxıl, buğda istehsal edən kəndlinin məhsulunu qəbul etsinlər".

O, qeyd edib ki, Azərbaycan 2014-cü ildə 1 milyon 500 min ton, 2015-ci ildə 1 milyon 358 min ton, 2016-cı ildə 788 min ton çox buğda idxal edib: "7 ay ərzində idxal edilən bu qədər buğda bizim 7 aylıq ərzaq buğdasına olan tələbatımızın 100 faizdən də çox ödənilməsi deməkdir. Yəni, Azərbaycanın istehsal etdiyi buğda un üyütmədə istifadə olunmur".

185
Teqlər:
Vahid Məhərrəmov, Vüqar Bayramov, Dövlət Taxıl Fondu, tədarük, ehtiyat, buğda, taxıl
Əlaqədar
Taxıl Kombinatının direktorunun qətlində şübhəli bilinən 3 nəfər saxlanılıb
Dünyada taxıl ehtiyatları artıb
Rusiyanın taxılı olmadan keçinmək mümkündürmü?
Biz taxılı dollarla alırıq, tenge ilə deyil
Ət, meyvə-tərəvəz, taxıl ucuzlaşıb, yumurta və bal bahalaşıb
Azərbaycan Özbəkistandan taxıl ixrac edəcək
ABŞ-ın Milli Təhlükəsizlik üzrə müşaviri Robert OBrayen

ABŞ G7 sammitinin vaxtını dəyişdi

8
(Yenilənib 21:06 24.05.2020)
ABŞ Prezidenti Donald Tramp bundan öncə bəyan eləmişdi ki, “Böyük yeddiliyin” sammitinin Vaşinqton yaxınlığındakı Kemp-Devid iqamətgahında keçirilməsi imkanını nəzərdən keçirir

BAKI, 24 may - Sputnik. ABŞ Vaşinqtonda gələn ayın 10-da keçirilməsi planlaşdırılan G7 sammitinin vaxtını koronavirus pandemiyasına görə iyunun sonuna keçirib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Robert O`Brayen deyib.

“G7 sammiti əgər şəxsi formatda keçərsə (yəni biz fikirləşirik ki, o keçiriləcək), o zaman iyunun sonunda baş tutacaq. Hesab edirəm ki, biz (koronavirusa yoluxmanın) pik həddinə yaxınıq, bəlkə də Vaşinqtonda artıq onun üzərindəyik”, - deyə O`Brayen CBS telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, G7-nin bütün liderləri videokonfransdansa şəxsi görüşü üstün tuturlar.

“Biz liderlərin buraya, Vaşinqtona gələ bilmələri üçün əvvəlcə hər kəsin (koronavirus) testindən keçəcəyinə, şəraitin təhlükəsiz olacağına əmin olmalıyıq.  <…> Biz iyunun sonunu ona görə nəzərdən keçiririk ki, dünya liderlərinin logistikasına uyğun olsun, tədbirin planlaşdırılması və təhlükəsizliyin təminatı detallarını təmin edə bilək”, - O`Brayen əlavə edib.

ABŞ Prezidenti Donald Tramp bundan öncə bəyan eləmişdi ki, “Böyük yeddiliyin” sammitinin Vaşinqton yaxınlığındakı Kemp-Devid iqamətgahında keçirilməsi imkanını nəzərdən keçirir və bunu pandemiyadan “qurtulmaq” rəmzi kimi görür.

8
Əlaqədar
Onu maska ilə tutdular! Tramp qanuna zidd gedə bilmədi
Camaat canının hayında, o isə qolf oynayır - VİDEO
Trampın “dərmanları” işə yaramadı
“Mən Putinin xoşuna gəlirəm, amma o mənim qələbəmi istəmir”
Qaz plitəsi, arxiv şəkli

Ukrayna əhali üçün qazın qiymətini yarıbayarı azaltdı

14
(Yenilənib 23:39 22.05.2020)
“Naftoqaz” bu dinamikanı ümumdünya iqtisadi böhranı və enerjidaşıyıcıların qiymətinin çökməsi ilə izah edir. Üstəlik, anomal isti qış səbəbindən Ukraynada qaz anbarları vaxtından əvvəl dolub

BAKI, 23 may - Sputnik. Ukraynada əhali və istehsal müəssisələri üçün qazın topdansatış qiyməti may ayında aprelə nisbətən 21% azalıb.

Spiutnik Azərbaycan bildirir ki, bu barədə “Naftoqaz” öz saytında məlumat yayıb.

Bildirilir ki, ümumilikdə ilin əvvəlindən bu yana bu azalma 51%-ə çatıb. Bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 62 faiz azalma edir.

“Naftoqaz” bu dinamikanı ümumdünya iqtisadi böhranı və enerjidaşıyıcıların qiymətinin çökməsi ilə izah edir. Üstəlik, anomal isti qış səbəbindən Ukraynada qaz anbarları vaxtından əvvəl dolub.

Qazın qiyməti indi bir kubmetrə görə 2.3 qrivna, yaxud 85 dollar/1000 kubmetrdir (ƏDV-siz və yanacağın nəqli xərcləri çıxılmaqla). Bu, son günlər ən iri Avropa habı TTF-dəkindən 2.5 dəfə çox, Rusiyadan isə təxminən iki dəfə azdır.

Bu yaxınlarda Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyadan qaz qiymətlərinin endirilməsini xahiş etmişdi. Çünki, onun sözlərinə görə, hətta Almaniya da Rusiya qazını iki dəfə ucuz alır. Eyni xahişi Qırğızıstan etsə də, Vladimir Putin faktiki olaraq onlara bu güzəştə getməyəcəyini deyib. Bunu isə qiymətin xərclər və tədarükçülərin investisiyaları da nəzərə alınmaqla bazar konyunkturası əsasında formalaşması ilə izah edib.

14
Əlaqədar
Dünya bazarında təbii qaz hansı səbəblərdən bahalaşır – ekspert şərhi
Nikol Paşinyan yenə də Rusiyadan narazı qalıb
Neft qiymətləri aylıq rekordu qırıb
Xətti təmir edənə mane oldular - indi 100 ailə qazsız oturub
Avstriya Prezidenti Aleksandr Van der Bellen, arxiv şəkli

Polis prezidenti... bağlı restoranda tapdı

0
(Yenilənib 23:36 24.05.2020)
Avstriyada restoranlar 23:00-dan sonra bağlanmalıdır, yəni həmin vaxtdan etibarən qonaqlara heç nə təqdim etmək olmaz, mətbəx və bar işləməməlidir

BAKI, 24 may — Sputnik. Vyana polisi Avstriya Prezidenti Aleksandr Van der Belleni və xanımını gecə vaxtı bir italyan restoranında “yaxalayıb”. Ölkədə mövcud olan karantin qaydalarına görə, 23:00-dan sonra ictimai iaşə müəssisələri bağlı olmalıdır.

Sputnik Azərbaycan bildirir ki, bu barədə “Kronen Zeitung” qəzeti yazıb.

“Lokdaundan sonra ilk dəfə xanımım və iki dostumla birlikdə şam etməyə getdik. Biz söhbətləşirdik, təəssüf ki, saata baxmağı unutduq. Çox təəssüf edirəm. Bu, səhv idi. Əgər restoran sahibinin hansısa itkiləri olacaqsa, buna özüm cavabdeh olacam”, - deyə Prezident Twitter-də yazıb, üstəlik qəzetin məqaləsini də paylaşımına əlavə edib.

Polis “Sole” adlı italyan restoranına 00:20-də gəlib və eyvanda əyləşmiş qonaqların içki içdiklərini görüb. Əslində isə bura saat yarım əvvəl bağlanmalı imiş. Qəzet yazır ki, tanınma zamanı qonaqlar özlərini mehriban aparıblar.

​“Federal Prezident bir çox artistlər kimi tez-tez qonağım olur. Şama bu dəfə balıq sifariş etmişdi. Mən hər şeyi doğru elədim, qanunun tələbi ilə: saat 23:00-da biz sonuncu içkiləri gətirib kafeni bağladıq. Sonra Prezident hələ bir müddət də - əvvəl mən də orada idim – xanımı ilə bayırdakı örtülü eyvanda söhbət elədi”, - deyə restoranın direktoru Aki Nuredini “Kronen Zeitung”a bildirib.

Avstriyada restoranlar 23:00-dan sonra bağlanmalıdır, yəni həmin vaxtdan etibarən qonaqlara heç nə təqdim etmək olmaz, mətbəx və bar işləməməlidir. Ancaq eyni zamanda, nəzəri olaraq restoran qonaqlara masa arxasında əyləşməyə icazə verə bilər. İndi Vyananın magistratı restoran sahibini 30 min avro cərimələmək, ya da günahını bağışlamaq haqda qərar verməlidir. Prezident və xanımına görə idə hadisəyə görə heç bir cərimə nəzərdə tutulmur.

Avstriyada martın 16-da bağlanan kafe və restoranlar mayın 15-də fəaliyyətlərini bərpa edib. Onlar səhər 6:00-dan 23:00-dək işləyə bilər. Bir masa arxasında maksimum dörd böyük adam (uşaqlar istisna) əyləşə bilər, qonaqlar arasındakı məsafə ən azı 1 m olmalıdır. Müştərilərlə birbaşa ünsiyyətdə olan personal ya qoruyucu maska, ya da üz sipəri taxmalıdır, müştərilər isə maska taxmaqda sərbəstdirlər.

0