İlham Əliyev “Şahdəniz-2” layihəsi üzrə dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib

"Azərbaycan qazı daha da böyük həcmdə Avropaya nəql ediləcək"

53
Prezident İlham Əliyev "Şahdəniz-2" layihəsi üzrə dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib. Dövlət başçısı layihənin hasilat və dikborular platformasının dayaq blokunu dənizə yola salıb.

BAKI, 1 sen — Sputnik. Prezident İlham Əliyev Bakı dərin özüllər zavodunda "Şahdəniz-2" layihəsinin hasilat və dikborular platformasının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib. Sputnik president.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və BP-nin "Şahdəniz-2" üzrə vitse-prezidenti Yuan Dramond "Şahdəniz" layihəsi ilə bağlı görülən işlər barədə dövlətimizin başçısına məlumat verdilər. Bildirildi ki, indiyədək layihənin icrası dənizdə və quruda yerləşən bütün istehsalat-quraşdırma sahələrində uğurla davam edib. Hazırda mühəndis-layihələndirmə, təchizat-tədarük və tikinti də daxil olmaqla, işlərin 77 faizi tamamlanıb. Layihə çərçivəsində ilk qazın nəqlinə və sonradan hasilatın artırılmasına hazırlıq məqsədilə "Heydər Əliyev" və "İstiqlal" qazma qurğularından istifadə etməklə artıq 10 istismar quyusu qazılıb. "Şahdəniz Mərhələ 2" çərçivəsində əsas diqqət ildə əlavə 16 milyard kubmetr qaz və gündə 120 min barrelədək kondensat əldə etmək üçün hazırda istismar edilən lay intervallarında qalan ehtiyatlara yönəlib. Layihə çərçivəsində ildə 6 milyard kubmetr qaz Türkiyəyə nəql ediləcək. Qalan həcm, yəni ildə 10 milyard kubmetr Avropa alıcılarına çatdırılacaq. "Şahdəniz Mərhələ 2"yə bir-birinə körpü ilə birləşdirilən iki yeni hasilat platformasının, iki yarımdalma qazma qurğusundan qazılan 26 sualtı quyunun, suyun 550 metrədək dərinliyində quraşdırılan 500 kilometr uzunluğunda sualtı boru kəmərlərinin inşası və Səngəçal terminalının genişləndirilməsi işləri daxildir.

Sonra Prezident İlham Əliyev "Şahdəniz-2" layihəsinin hasilat və dikborular platformasının dayaq blokunun dənizə yola salınmasını bildirən düyməni basdı. Bu dayaq blokunun çəkisi 13 min 150 ton, hündürlüyü isə 105 metrdir. Blok 12 hasilat, 3 ixrac dikborusundan və bir idxal dikborusundan ibarətdir. Dayaq bloku suyun 94 metr dərinliyində quraşdırılacaq. Blok "BOS Shelf", "Star Gulf" və "Saipem" konsorsiumları tərəfindən inşa edilib. Tikinti işləri iki il davam edib. Bu dayaq bloku Xəzərdə ən çox dikboru sayına malikdir. Blokun konstruksiyasının daşınması, suya endirilməsi, yerləşdirilməsi və payalarla quraşdırılması işləri diqqətlə planlaşdırılıb. Bu işlərin təxminən 40 gün ərzində yekunlaşdırılması nəzərdə tutulur. Dayaq blokunun tikintisi cədvələ uyğun tamamlanıb və 2016-cı il iyulun 29-da dənizə yola salınmaq üçün uğurla Bakı dərin özüllər zavodunun yanalma körpüsündəki daşıma barjına yüklənib. Blok zavod ərazisində yerli infrastrukturdan və obyektlərdən istifadə edilməklə, bütövlüklə ölkə daxilində inşa edilib. Tikinti işlərinə subpodratçılar və ixtisaslaşmış təchizatçılar da daxil olmaqla, 5 mindən çox işçi cəlb edilib. Tikintiyə cəlb olunmuş işçi qüvvəsinin təxminən 90 faizi Azərbaycan vətəndaşları olub.

Onu da deyək ki, ilk dəfə olaraq "Şahdəniz-2" platformalarının tikintisinin 100 faizi ölkə daxilində həyata keçirilir. Tikinti işləri beynəlxalq standartlara uyğun şəkildə tam modernləşdirilmiş dünya səviyyəli istehsalat obyektləri olan Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda və "Amec-Tekfen-Azfen" tikinti-quraşdırma sahəsində həyata keçirilib. Xəzərdə ən böyük dayaq bloklarından biri olan "Şahdəniz-2" dayaq blokları yerli şirkət olan "BOS Shelf"in üzv olduğu konsorsium tərəfindən Bakı dərin özüllər zavodunda inşa edilir. "Şahdəniz-2" və "Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi" layihələrinin əsas töhfələrindən biri tikinti fazası ərzində minlərlə iş yerinin açılmasıdır. Bu vaxtadək Azərbaycanda bütün əsas müqavilələr üzrə tikinti işlərinə 24 min nəfərdən artıq insan cəlb edilib və onların 80 faizdən çoxu Azərbaycan vətəndaşı olub.

1 / 9
İlham Əliyev “Şahdəniz-2” layihəsi üzrə dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib

Sonra Prezident İlham Əliyev kollektiv ilə görüşüb və nitq söyləyib: "Əziz dostlar, bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Biz "Şahdəniz-2" platformasının dayaq blokunu dənizə yola salırıq. Bu əlamətdar hadisə münasibətilə sizi, bütün Azərbaycan xalqını təbrik edirəm. Bu, tarixi hadisədir. "Şahdəniz" layihəsi üzrə saziş 20 il bundan əvvəl imzalanmışdır və bu illər ərzində uğurla icra edilir, bütün vəzifələr yerinə yetirilir. "Şahdəniz-2" layihəsinin ölkəmiz üçün əhəmiyyəti çox böyükdür.

Bu gün yola saldığımız dayaq bloku onu göstərir ki, Azərbaycan böyük işləri görməyə qadir bir ölkədir. Sevindirici hal ondan ibarətdir ki, bu dayaq bloku və platformanın üst tikililəri 100 faiz Azərbaycanda inşa edilir. Bu nəhəng qurğuların inşasında işləyənlərin mütləq əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Bu da "Əsrin kontraktı"nın nəticəsidir. Çünki 1994-cü ildə imzalanmış "Əsrin kontraktı"nın şərtlərindən biri də o idi ki, yerli mütəxəssislər, fəhlələr tədricən üstünlük təşkil etsin və artıq işləyənlərin 80 faizdən çoxu Azərbaycan vətəndaşlarıdır. Bu, yeni iş yerlərinin yaradılması deməkdir. "Şahdəniz" layihəsinin icrasında 20 mindən çox Azərbaycan vətəndaşı işləyir, yaxşı maaş alır, təcrübə toplayır. Bu vətəndaşlar gələcəkdə digər layihələrdə işləyəcəklər. "Şahdəniz-2" layihəsi təkcə Azərbaycan üçün deyil, bütün region, Avropa üçün böyük əhəmiyyət daşıyan bir layihədir. İyirmi il bundan əvvəl saziş imzalanmışdır və bu gün biz bu sazişin gözəl nəticələrini görürük. Artıq neçə ildir ki, Azərbaycan qazı region ölkələrinə ixrac edilir. Azərbaycan öz enerji təhlükəsizliyini tam təmin edibdir və digər ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında öz rolunu oynayır. Bu rol getdikcə artacaq.

"Şahdəniz" və "Cənub Qaz Dəhlizi" layihələri dünyanın ən böyük enerji layihələrindəndir. "Cənub Qaz Dəhlizi"nin inşası da uğurla gedir. Bütün bu işlər əlaqəli şəkildə aparılır. Əminəm ki, cədvəl üzrə gedən işlər 2018-2020-ci illərdə tamamlanacaq və beləliklə, Azərbaycan qazı daha da böyük həcmdə qonşu ölkələrə, Avropa ölkələrinə nəql ediləcəkdir.

"Cənub Qaz Dəhlizi" artıq 7 ölkəni birləşdirir. Azərbaycan bu istiqamətdə öz liderlik fəaliyyətini davam etdirir. Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının iki dəfə iclası keçirilmişdir. Biz yeni bir beynəlxalq əməkdaşlıq formatını yaratdıq. Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya bu layihənin iştirakçılarıdır. Bununla bərabər, üç Balkan ölkəsi — Monteneqro, Bosniya və Herseqovina, Xorvatiya bu layihəyə növbəti mərhələdə qoşulacaqlar. Beləliklə, Azərbaycan qazının gələcəkdə müxtəlif ölkələrə ixracı üçün yeni imkanlar yaranır. Bunu tərəfdaşlarla birlikdə biz yaradırıq, Azərbaycan xalqı yaradır.

Mən bu layihələrin icrası ilə bağlı görülən işlərdə SOCAR-ın və BP-nin rolunu xüsusilə qiymətləndirmək istəyirəm. SOCAR-BP əməkdaşlığı artıq böyük tarixə malikdir. İyirmi ildən çoxdur ki, bu əməkdaşlıq davam edir və bu, uğurlu əməkdaşlıqdır. Görülən və görüləcək işlər ən azı növbəti 20 il ərzində də SOCAR-ın və BP-nin yaxın tərəfdaşlar kimi fəaliyyətini təmin edəcək. Azərbaycanda görüləcək işlər həm xarici tərəfdaşlar, xarici kompaniyalar, SOCAR və Azərbaycan xalqı üçün daha da böyük mənfəət gətirəcəkdir.

Əgər 1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə "Əsrin kontraktı" imzalanmasaydı, bu gün təsəvvür etmək mümkün deyil ki, Azərbaycan hansı vəziyyətdə ola bilərdi. Ölkəmizdə görülən quruculuq-abadlıq işlərinin, dayanıqlı iqtisadiyyatımızın, böyük valyuta ehtiyatlarımızın əsas mənbəyi "Əsrin kontraktı"dır. Yaxşı bilirsiniz ki, Azərbaycan o ağır, çətin dövrdə müəyyən təzyiqlərlə də üzləşmişdi. Heydər Əliyevin qətiyyəti, cəsarəti, uzaqgörənliyi, xalqa olan bağlılığı "Əsrin kontraktı"nın imzalanmasını təmin etmişdir. Mən də fəxr edirəm ki, o vaxt — 1994-cü ildə kontraktın imzalanmasına qədər aparılan danışıqlarda iştirak etmişdim. Ondan sonra Dövlət Neft Şirkətində çalışarkən bilavasitə bu məsələlərlə məşğul olmuşam. Bu gün də Prezident kimi bütün işləri nəzarətdə saxlayıram və Azərbaycanın enerji siyasətinin gələcək inkişafı üçün lazımi addımları atıram.

Bu gün Azərbaycan dünya xəritəsində etibarlı tərəfdaş, hörmətə layiq olan ölkə kimi tanınır. Biz bütün öhdəlikləri yerinə yetiririk, xarici sərmayədarlar üçün yaxşı şərait yaratmışıq. Onların sərmayələri qanun çərçivəsində qorunur. Əgər bu, olmasaydı, heç kim Azərbaycana milyardlarla, on milyardlarla dollar sərmayə qoymazdı. Sərmayə qoyuluşu üçün Azərbaycan çox cəlbedici ölkədir. Şadam ki, indi nəinki neft-qaz sektoruna, digər sektorlara da yerli, xarici sərmayələr qoyulur. Bütün bu işlərin təməli 1994-cü il sentyabrın 20-də qoyulmuşdur. 1996-cı ildə "Şahdəniz" layihəsi üzrə sazişin imzalanması növbəti uğurlu addım idi. Baxmayaraq ki o vaxt dünyada və xüsusilə Avropada enerji təhlükəsizliyi haqqında heç kim danışmırdı, qaz layihələri o qədər də böyük əhəmiyyət daşımırdı. Hesab olunurdu ki, qaz layihələri o qədər də böyük gəlir gətirən layihələr deyil, müəyyən tərəddüdlər var idi. Ancaq biz əmin idik ki, Azərbaycan qaz sektorunda da öz sözünü deyəcək.

Bu gün artıq Azərbaycan böyük qaz dövlətlərinin sıralarına daxil olur. Hasilat, nəqliyyat artacaq, Azərbaycan gələcəkdə tranzit funksiyalarını da oynaya bilər. Necə ki biz indi neftin, neft məhsullarının daşınması üçün bu rolu oynayırıq. Beləliklə, ölkəmizin qüdrəti, əhəmiyyəti artacaq, Azərbaycan xalqı daha da yaxşı yaşayacaq. Görülən bütün bu işlərin məqsədi budur — Azərbaycan vətəndaşı daha da yaxşı yaşasın, ölkəmizin iqtisadi müstəqilliyi daha da möhkəmlənsin və dünyada rolumuz, əhəmiyyətimiz artsın. Biz bütün bunları görürük. Ona görə, bugünkü mərasim çox rəmzi xarakter daşıyır. Bu, görülən işlərin bariz nümunəsidir. Azərbaycan vətəndaşları bu böyük, nəhəng işləri xarici tərəfdaşları, xarici sərmayədarlar ilə birlikdə görürlər. Hər bir vətənpərvər Azərbaycan vətəndaşı bununla fəxr edir. Fürsətdən istifadə edərək, bu işlərdə iştirak etmiş bütün insanlara — Azərbaycan fəhlələrinə, mütəxəssislərinə, xarici tərəfdaşlara, BP şirkətinə və digər partnyorlara minnətdarlığımı bildirmək istəyirəm. Bu, bizim ümumi işimizdir və hər bir tərəf — xarici şirkətlər, Azərbaycan dövləti, Azərbaycan şirkətləri, Azərbaycan vətəndaşları öz mənfəətini götürür.

Mən sizi bu əlamətdar hadisə münasibətilə təbrik edirəm. Platformanın üst tikililəri gələn il istismara veriləcək. İnşallah, gələn il növbəti mərasimdə sizinlə görüşəcəyik. Bir daha təbrik edirəm".

Sonda xatirə şəkli çəkdirilib.

53
Teqlər:
"Şahdəniz-2", Prezident, İlham Əliyev, Azərbaycan, layihə
Əlaqədar
Prezident daha bir səfirin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev Rusiyanın müdafiə nazirini qəbul edib
Azərbaycan, Rusiya və İran prezidentlərinin sammitinin yekun bəyannaməsi imzalanıb
Bakıda Azərbaycan, İran və Rusiya prezidentlərinin görüşü başa çatıb
Şimal axını – 2 qaz kəmərinin tikintisi, arxiv şəkli

ABŞ yenə "Şimal axını-2"-yə cəlb olunan şirkətlərə qarşı tədbirləri gücləndirdi

0
(Yenilənib 19:44 15.01.2021)
"Qazprom" təqribən 150 kilometr boru çəkməlidir: Danimarkada 120, Almaniyada 30 kilometrdən bir qədər çox. Qaz kəmərinin inşası 94% tamamlanıb.

BAKI, 15 yanvar — Sputnik. Media xəbər verir ki, "Şimal axını-2" layihəsinin iştirakçısı olan Danimarkanın "Ramboll" şirkəti Vaşinqtonun sanksiyalarından qorxaraq geri çəkilib. Həqiqətən də, 1 yanvar tarixindən etibarən ABŞ layihəyə cəlb olunan şirkətlərə qarşı tədbirləri gücləndirib. Bununla belə, kəmərin inşası davam etdirilir.

Avropada bu məsələdə yenidən ehtiraslar qızışır: almanların sanksiyalardan qorunmaq üçün fond yaratdıqları bir vaxtda, ingilislər amerikalılardan nümunə götürmək istəyirlər, isveçlilər isə "təbii qaz müharibəsi"nin başlamasından ehtiyat edirlər. Bəs bütün bunlardan sonra qaz kəmərinin taleyi necə olacaq? Bu sualın cavabı RİA Novosti-nin növbəti materialında.

Norveç də geri çəkildi

"Şimal axını-2" layihəsinin Rusiyadan kənardakı quru hissəsinin inşası uğurla başa çatdırılıb. Hazırda Almaniyanın su hövzələrində boru döşənməsi prosesi gedir, daha sonra növbə Danimarkaya çatacaq. Layihə finiş nöqtəsinə yaxınlaşmaq üzrədir. Ancaq Vaşinqton bunu görməzdən gəlir. 1 yanvar tarixindən etibarən bu ölkədə Rusiya qaz kəmərinə qarşı əlavə sanksiyaların nəzərdə tutulduğu müdafiə büdcəsi haqqında yeni qanun qüvvəyə minib.

Əsasən test, yoxlama və ya sertifikatlaşdırma xidmətləri göstərən təşkilatlardan söhbət gedir. Norveçin DNV GL şirkəti artıq boru kəmərini yoxlamaq üçün bütün fəaliyyətini dayandıracağını və layihəni sertifikatlaşdıra bilməyəcəyini bəyan edib.

Bir qədər əvvəl ABŞ Senatında respublikaçıların lideri Mitç Makkonnel əvvəllər müdafiə büdcəsi qanununun milli təhlükəsizlik üçün vacib olduğunu, "Çin və Rusiya kimi rəqib super güclərin qarşısını aldığını" bildirmişdi. Onun sözlərinə görə, bu sənəd ABŞ-ın "dənizdə, quruda, havada, kiberməkanda və kosmosda" üstünlüyünü möhkəmləndirəcək.

"Qazprom" təqribən 150 kilometr boru çəkməlidir: Danimarkada 120, Almaniyada 30 kilometrdən bir qədər çox. Qaz kəmərinin inşası 94% tamamlanıb. Vaşinqtonun Avropanın beş böyük enerji şirkəti tərəfindən maliyyələşdirilən layihənin tamamlanmasının qarşısını almaq cəhdlərinə baxmayaraq, Almaniyanın ərazi sularında iş bir illik fasilədən sonra yanvarın 11-də bərpa edilib. Yanvarın 15-dən etibarən Danimarka sularına boru döşənməsinə başlanılacaq.

Fortuna boru kəmərinə Rusiya Dəniz Xilasetmə Xidmətinin "Murman", "Baltiyskiy İssledovatel" və digər təchizat gəmiləri dəstək verəcək. Dənizdə boru döşəmə xəttinin hər iki tərəfində 200 metr enində müvəqqəti təcrid zonası yaradılacaq.

"Gazprom Export"-un baş direktoru Yelena Burmistrovanın bir qədər əvvəl qeyd etdiyi kimi, layihənin dəniz hissəsinin inşasının bitmə tarixi bir sıra amillərdən, xüsusən də hava şəraitindən asılıdır.

Müdafiə mexanizmi

Bu arada, Vaşinqton layihədə Rusiyaya kömək etdiklərini düşündüyü Avropa şirkətlərini yenidən təhdid edib. Reuters ABŞ Dövlət Departamentindəki mənbəyə istinadla bildirir: "Biz onları risk barədə xəbərdar etməyə və çox gec olmadan iş birliyindən imtina etməyə çağırırıq". Agentliyin məlumatına görə, yaxın günlərdə Ağ Ev "arzu olunmayan" şirkətlərin siyahısını açıqlayacaq.

Rusiya Xarici İşlər Nazirliyi isə vurğulayır: "Vaşinqton "Qazprom"un Qərbi Avropa tərəfdaşlarına nə qədər təzyiq göstərir-göstərsin, Moskvanın "Şimal axını-2" layihəsinin uğurla tamamlanacağına şübhəsi yoxdur".

Almaniya "Şimal axını-2"ni hələ də iqtisadi layihə hesab etdiyindən, ABŞ-dan kənar ərazilərə şamil olunan sanksiyaları qəbul etmir. Bu məsələni Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsinin müavini Ulrike Demmer da bu günlərdə yada salıb.

Üstəlik, yanvarın əvvəlində Almaniyanın Meklenburq federal əyalətinin parlamenti regional hökumətin "İqlim və Ətraf Mühitin Mühafizəsi " ətraf mühit fondunun yaradılması ilə bağlı təşəbbüsünü səs çoxluğu ilə dəstəkləyib.

Əslində bu fond ABŞ-ın sanksiyalarından yayınmaq üçün qurulub. Qurum tikinti üçün lazım olan avadanlıqları ala biləcək. İlk növbədə, boru kəmərinin ətraf mühit üçün vacib olduğunu qəbul edəcək. Almaniyanın "Bild" qəzetinin yazdığına görə, bu "Şimal axını-2" layihəsini "ətraf mühitin qorunmasının əsas elementi" kimi təsnif etməyə imkan verəcək.

Fond istisnasız olaraq "Şimal axını-2" layihəsinə cəlb olunan kommersiya şirkətlərini qeydiyyata almaq niyyətindədir. Sanksiyalarla təhdid olunan şirkətlər Rusiya tərəfi ilə həmin kommersiya qurumlarının təqdim etdiyi iqtisadi alətlər vasitəsilə qarşılıqlı əlaqədə olacaq.

Vaxt çatacaqmı?

Bəs almanlar özlərini sanksiyalardan qorumaq üçün vaxt tapacaqlarmı? Bu məsələdə ekspertlərin fikri ikiyə haçalanır. "TMT"-nin direktoru Daniil Rostovtsev bildirir ki, bir tərəfdən, fondun Vaşinqtonun sanksiyalarını nəzərə almamaq üçün kifayət qədər sərmayə və gücü var.

"Bununla belə, fondun təşəbbüsü cəmiyyətdə, xüsusən də "yaşıl siyasəti" dəstəkləyənlərdə narazılıq doğurur. Ekoloqlar belə hesab edirlər ki, layihənin bu şəkildə təbliği qeyri-etikdir və hiddət doğurur, eyni zamanda, ətraf mühit üçün təhlükəlidir", – deyə analitik vurğulayır. Onun sözlərinə görə, indi əsas məsələ "Şimal axını-2" layihəsinin tərəfdarlarının cəmiyyətlə dil tapıb-tapmayacağıdır.

Müstəqil sənaye mütəxəssisi Leonid Xazanov isə belə hesab edir ki, hər bir halda, Berlin Vaşinqtona güzəştə getməyəcək: Almaniyaya Amerikanın maye qazından xeyli ucuz olan Rusiyanın "mavi yanacağı" lazımdır. Üstəlik, Rusiya ilə iqtisadi əlaqələri qoruyub saxlamaq Almaniya üçün çox vacibdir. Çünki Rusiya bazarı alman şirkətləri üçün strateji əhəmiyyət daşıyır.

"Əlbəttə ki, fond sanksiyalara məruz qalacaq, amma bu effekt verməyəcək. Çünki onun podratçılarına qarşı yeni bir qanun layihəsi hazırlanmalı, Konqresdən keçirməli və prezidentin imzalamasını gözləməlidirlər. Bu isə ümumilkdə yarım il vaxt tələb edir ki, həmin müddətə qədər layihə tamamlanacaq", – deyə mütəxəssis qeyd edir.

Bununla belə, Xazanov kəmərin istismara verilmə ərəfəsində, özü də məhz ABŞ-ın müdafiə büdcəsində nəzərdə tutulan sanksiyalar səbəbindən.çətinliklərlə qarşılaşacağını istisna etmir.

Qorxu və nifrət

İngilislər də amerikalılardan nümunə götürmək fikrindədirlər. Britaniyanın Mühafizəkarlar Partiyasından olan parlament üzvü Deniel Koçinski bəyan edib ki, Rusiyanın qaz kəməri həddən artıq təhlükəlidir, çünki NATO ölkələri ərazisində yerləşən bütün qaz və neft şəbəkələrini adlayaraq "birbaşa Rusiyaya" aparır.

Onun sözlərinə görə, böyük britaniyalılar artıq Avropa Şurasının üzvü olmadıqlarından, "amerikalı dostlarının yolu ilə gedərək "Şimal axını-2" qaz kəmərinin inşasına cəlb olunmuş istənilən şirkətə qarşı sanskiya tətbiq etməlidirlər.

Bu arada, İsveçdə Co Baydenin prezidentliyi dövründə "qaz müharibələri"nin başlayacağından ehtiyat edirlər. Svenska Dagbladetin vurğuladığı kimi bu amerikalı demokrat məsələyə öz rəqibi Donald Trampdan da sərt yanaşa bilər.

Baydenin prezidentliyinin "Qazprom" üçün mənfi aspekti onun yaşıl enerji siyasətini dəstəkləməsidir. Demokratlar 2035-ci ilə qədər təmiz enerjiyə keçmək üçün 2 trilyon dollar xərcləməyi planlaşdırır. 2050-ci ilə kimi isə atmosferə sıfır tullantı hədəfinə nail olmaq nəzərdə tutulur. Ancaq "yaşıl enerji" siyasəti də Rusiyaya əl verir. Çünki "Şimal axını-2" kəməri ilə yalnız təbii qaz deyil, həm də hidrogen ötürmək mümkündür. Avropanın hidrogen yanacağına tələbatı isə potensial olaraq çox yüksəkdir.

Digər tərəfdən, ABŞ-ın özündə belə Ağ Evin "rus kəmərinə" vəd etdiklərini yerinə yetirə biləcəyinə şübhə ilə yanaşırlar. Virciniya ştatının keçmiş senatoru Riçard Blek əmin edir ki, Bayden tikintinin səssizcə başa çatdırılması barədə Moskva ilə razılığa gəlməyə üstünlük verəcək. Bunun müqabilində isə Rusiya ilə Vaşinqton üçün bəzi faydalı sövdələşmələrə nail olmağa çalışacaq.

0
Siqaret satışı, arxiv şəkli

Tütün məmulatlarında kəskin bahalaşma baş verib

46
(Yenilənib 12:52 15.01.2021)
2020-ci ildə istehlak qiymətləri indeksi 2019-cu ilə nisbətən 102,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,0 faiz təşkil edib.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 15 yanvar — Sputnik. 2020-ci ildə Azərbaycanda 2019-cu ilə nisbətən tütün məmulatlarının qiyməti 16.5% bahalaşıb. Sputnik Azərbaycan bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2020-ci ilin dekabr ayında ölkədə 2019-cu ilin müvafiq ayına nisbətən tütün məmulatlarının qiyməti 18,5% bahalaşıb.

Ötən ilin dekabr ayında noyabr ayına nisbətən isə qiymətlərdə dəyişiklik olmayıb.

Qeyd edək ki, 2020-ci ildə istehlak qiymətləri indeksi 2019-cu ilə nisbətən 102,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,0 faiz, qeyri-ərzaq məhsulları üzrə 101,3 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 101,0 faiz təşkil edib.

46