“Şimal-Cənub” nəqliyyat dəhlizi ilə yüklərin daşınması prossesi gerçəkləşdirilir

İrandan Rusiyaya sıxılmış maye qaz nəql edilib

30
Artıq 60-dan çox belə tank-konteyner Azərbaycan ərazisindən keçməklə, şimala göndərilib

BAKI, 31 avq — Sputnik. Azərbaycanda beynəlxalq tranzit dəhlizlərin inkişafı sahəsində görülən işlər artıq öz bəhrəsini verməkdədir. Ölkə ərazisində reallaşdırılan iri beynəlxalq layihə, "Şimal-Cənub" nəqliyyat dəhlizi ilə yüklərin daşınması prosesi gerçəkləşdirilir.

Eyni zamanda, bu nəqliyyat marşrutunda, Azərbaycan və İran dəmir yollarının birləşdirilməsi işləri davam edir. Hazırda Azərbaycanın Astara stansiyası ilə İranın Astara stansiyası arasında dəmir yolu, iki ölkə arasında sərhəddə dəmir yol körpüsünün tikintisi sürətlə davam edir.

“Şimal-Cənub” nəqliyyat dəhlizi ilə yüklərin daşınması prossesi gerçəkləşdirilir
© Photo : Azerbaijan Reilways CJSC
“Şimal-Cənub” nəqliyyat dəhlizi ilə yüklərin daşınması prossesi gerçəkləşdirilir

Baxmayaraq ki, Azərbaycan və İran arasında dəmir yolu əlaqəsi hələ mövcud deyil, artıq qeyd edilən marşrutla, "ADY Express" şirkəti yükdaşımalara start verib. Şirkətdən daxil olan məlumata görə, son müddət ərzində, kampaniya sıxılmış maye qaz — Butadieni İrandan Rusiyaya nəql edib. Nəql prosesi tank-konteynerlər vasitəsi ilə həyata keçirilib. Qeyd edək ki, artıq 60-dan çox belə tank-konteyner Azərbaycan ərazisindən keçməklə, şimala göndərilib.

“Şimal-Cənub” nəqliyyat dəhlizi ilə yüklərin daşınması prossesi gerçəkləşdirilir
© Photo : Azerbaijan Reilways CJSC
“Şimal-Cənub” nəqliyyat dəhlizi ilə yüklərin daşınması prossesi gerçəkləşdirilir

Onu da vurğulayaq ki, həmin konteynerlər İrandan Azərbaycana yük avtomobilləri ilə daxil olaraq, sonradan Astara dəmir yolu stansiyasında platformalara yüklənərək Rusiyaya göndərilib. Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi fərman və sonradan Nazirlər Kabinetinin bu qərardan irəli gələn qaydaları təsdiq etməsi, ölkəmizdən xaricə, həmçinin əks istiqamətdə, Azərbaycan ərazisindən dəmir yolu ilə sonrakı nəql edilməsi şərti ilə, yükləri daşıyan xarici avtomobil nəqliyyatı vasitələri rüsum və yol vergisindən azad olunublar və bu da öz növbəsində Azərbaycan ərazisindən yükdaşımaları ucuzlaşdırmaqla nəqliyyat dəhlizinə yüklərin cəlb olunması üçün əlverişli şərait yaradıb.

Qeyd edək ki, Şimal-Cənub Beynəxlaq Nəqliyyat Dəhlizi vasitəsi ilə yüklər Hindistan-İran körfəzi-İran-Azərbaycan-Rusiya-Skandinaviya dövlətləri, yəni Şimali Avropa marşrutu ilə 14 gün ərzində nəql edilir.

30
Teqlər:
yük daşıma, "Şimal-Cənub" nəqliyyat dəhlizi, beynəlxalq tranzit dəhlizi, İran, Rusiya, Azərbaycan
Əlaqədar
Azərbaycan, Rusiya və İran prezidentlərinin sammitinin yekun bəyannaməsi imzalanıb
Bakıda Azərbaycan, İran və Rusiya prezidentlərinin görüşü başa çatıb
Azərbaycan, Rusiya və İran arasında üçtərəfli sənəd imzalanıb
"Azərbaycan-Rusiya-İran alyansı bölgəyə fayda verə bilər"
Azərbaycan, İran və Rusiya xarici işlər nazirləri nədə razılığa gəliblər?