Manat və dollar

Bu günə olan valyuta məzənnələri

39
(Yenilənib 10:51 26.08.2016)
Xarici valyutalar Azərbaycan manatına nisbətdə bahalaşıb

BAKI, 26 avq — Sputnik. Mərkəzi Bank (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb. Sputnik AMB-nin saytına istinadən xəbər verir ki, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi avqust ayının 25-i ilə müqayisədə 0,22% bahalaşaraq 1,6280 manata yüksəlib.

Avro manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,36% möhkəmlənərək 1,8374 manat olub. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublu ötən günlə müqayisədə 0,8% artaraq 0,0251 manat səviyyəsinə yüksəlib.

Türkiyə lirəsinin məzənnəsi 0,56% möhkəmlənərək 0,5544 manat olub. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1501 manatdır. Beləliklə, funt sterlinq 0,07%-lik bahalaşma nümayiş etdirib. Gürcüstan larisinin məzənnəsi 0,66% artaraq 0,7125 manat təşkil edib.

39
Teqlər:
lirə, lari, rubl, avro, funt sterlinq, manat, dollar
Əlaqədar
Bu günə olan rəsmi valyuta məzənnələri
Dolların məzənnəsi sabit qaldı
Bu günə olan valyuta məzənnələri
Bu günə olan valyuta məzənnələri açıqlandı
Dolların sabaha olan məzənnəsi açıqlandı
Bu günə olan valyuta məzənnələri açıqlandı
ARDNF

ARDNF bu il valyuta satışını 16,6% artırıb

2
(Yenilənib 14:46 01.12.2020)
Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında 2020-ci ilin noyabr ayı ərzində 495,5 mln. ABŞ dolları məbləğində vəsait satılıb

BAKI, 1 dekabr — Sputnik. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən noyabr ayı ərzində valyuta hərraclarında 495,5 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Bu barədə Sputnik Azərbaycan-a ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.

Noyabrda valyuta satışında oktyabr ayı ilə müqayisədə 11,6% azalma qeydə alınıb. Belə ki, 2020-ci ilin okyabrında ARDNF tərəfindən 560,3 mln. dollar məbləğində vəsait satılıb. Bu, ötən ilin noyabr ayına nisbətən 8,2% azdır.

Bundan başqa, bu ilin yanvar-noyabr aylarında ARDNF tərəfindən 6665,9 mln. dollar məbləğində vəsait satılıb ki, bu da ötən ilin 11 ayı ilə müqayisədə 16,6% çoxdur.

2
Teqlər:
vəsait, ABŞ dolları, Azərbaycan Respublikası Dövlət Neft Fondu, valyuta
Neft buruğu, arxiv şəkli

Azərbaycan nefti ucuzlaşıb

27
Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

 

BAKI, 1 dekabr — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,68 dollar ucuzlaşaraq 48,05 dollar təşkil edib.

“Brent” markalı neftin bir barelinin qiyməti 0,59 dollar geriləyərək 47,59 dollar, “Light” markalı neftin bir barelinin qiyməti isə 0,28 dollar ucuzlaşaraq 45,06 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

27
Teqlər:
barel, birja, qiymət, neft
Vurulmuş erməni tankı, arxiv şəkli

Ermənistanın məhv edilən qənimət götürülən texnikaların siyahısı açıqlandı

0
Prezident: "Bunlar deməyə əsas verir ki, Ermənistan ordusu yoxdur, məhv etmişik. Bu ordu onilliklər ərzində yaradılırdı"

BAKI, 1 dekabr — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev İkinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusunun məhv edilmiş və qənimət kimi götürülən texnikalarının siyahısını açıqlayıb. Sputnik Azərbaycan həmin siyahını təqdim edir:

Məhv edilmiş Ermənistan ordusunun texnikaları:

Tank əleyhinə vasitələr - 53 dənə, "Smerç" - dörd dənə, "Qrad" - 97 dənə, "Uraqan" - 2, "YARS" - 1, TOS odsaçan - 1, "S-300" zenit-raket kompleksləri - 7 atıcı qurğusu məhv edildi. İndi əgər təkcə bunun qiymətini hesablasalar, görərlər ki, biz Ermənistan ordusuna nə qədər böyük zərbə vurduq. Beləliklə, 7 atıcı qurğu, bir "S-300" radiolokatoru və iki "S-300" aşkaretmə stansiyası məhv edildi. "Oborona" radiolokasiya stansiyası - 1 dənə, "TOR" zenit-raket kompleksi - 5 dənə, "Osa" zenit-raket kompleksi - 40 dənə, "KUB" zenit-raket kompleksi - 4 dənə, "KRUQ" zenit-raket kompleksi - 1 dənə, zastava - 14 dənə, "S-125" zenit-raket kompleksi - 2 dənə, pilotsuz uçuş aparatları - 22 dənə, "Elbrus" əməliyyat-taktiki raket kompleksi - 2, ballistik raket - 1, "Toçka-U" raket kompleksi - 1, radioelektron mübarizə vasitələri - 5 dənə, "R-142" komanda qərargah maşını - 2 dənə, "Nebo-M" radiolokasiya stansiyası - 1 dənə, müxtəlif radiolokasiya stansiyaları - 7 dənə, "Reppelent" radio-texniki maneə vasitəsi - 4 dənə.

Düşmənin məhv edilmiş və qənimət götürülmüş texnikaları:

Özüyeriyən artilleriya qurğuları "Akasiya" və "Qvozdika" – 28-i məhv edilib, 5-i qənimət götürülüb. Müxtəlif çaplı toplar – 315-i məhv edilib, 37-si hərbi qənimət kimi götürülüb. Minaatanlar – 63-ü məhv edilib, 62-si qənimət götürülüb. Xüsusi avtomobillər – 10-u məhv edilib, 93-ü qənimət götürülüb. Qumbaraatan – 178-i qənimət götürülüb. Traktor – 10, "Şilka" zenit qurğusu – 5 ədəd qənimət götürülüb. Atıcı silahlar – 1380 atıcı silah qənimət götürülüb. 7 komanda məntəqəsi, 11 sursat anbarı dağıdılıb. Tank – 287-si məhv edilib, 79-u qənimət götürülüb, toplam 366 tank. Siyahı davam edir. Piyadaların döyüş maşını – 69-u məhv edilib, 47-si qənimət götürülüb. "Su-25" təyyarəsi – 5-i məhv edilib. Yük avtomobilləri – 252-si məhv edilib, 270-i hərbi qənimət kimi götürülüb.

"Bunlar deməyə əsas verir ki, Ermənistan ordusu yoxdur, məhv etmişik. Bu ordu onilliklər ərzində yaradılırdı. Bu orduya silahlar, sursatlar, ən müasir texnika verilirdi, özü də pulsuz, bunu hər kəs bilir. İndi mütəxəssislər getsinlər hesablasınlar, sadaladığım bu texnikanın qiyməti bəlkə də bir neçə milyarddır. Bəziləri deyirlər ki, 3 milyarddan çox, bəziləri daha çox. İndi hesablayarlar. Haradandır bu kasıb ölkədə bu qədər pul? Ermənistanın xarici dövlət borcu 8 milyard dollardır. Valyuta ehtiyatları təqribən 1 milyardın üstündədir. Bu ölkə borc içindədir. Xarici dövlət borcu ümumi daxili məhsulun 60 faizini təşkil edir. Bu ölkədə indi bütün iqtisadiyyat məhv olub gedir. Müharibədən sonra milli valyuta kəllə-mayallaq getdi. Haradandır bu? Bu, bankrotdur. Bu, iflasa uğramış ölkədir. Bu qədər pulu haradan ödəyib? Bir də ki, göstərsin görüm, bu pulköçürmələrini necə həyata keçirib. Biz beynəlxalq qurumlara da müraciət edəcəyik, desinlər bizə, hansı kontraktlar əsasında bu pullar ödənilib. Ödənilibmi? Ödənilməyibsə, deməli, pulsuz alıb. Otuz il ərzində yığdıqları texnikanı 44 gün ərzində məhv etdik. Yoxdur Ermənistan ordusu, yoxdur. İndi onlar canlı qüvvəsinin də məhv edilməsi ilə bağlı saxta rəqəmlər verirlər. Bizdə məlumat var. Lazım olanda biz o məlumatı səsləndirəcəyik, işğalçı dövlət nə qədər canlı qüvvə itirib. Biz məhv etmişik Ermənistan ordusunu. Məhz buna görə məcbur olub, diz çöküb bizim qabağımızda və kapitulyasiya aktına imza atıb. Hər kəs üçün bu, dərs olmalıdır," - deyə İlham Əliyev qeyd edib.

0
Teqlər:
Ermənistan ordusu, siyahı, texnika, hərbi qənimət