Buğda. Arxiv şəkli

Toyuq-cücə yemini xaricdən alırıqsa...

885
(Yenilənib 15:20 25.08.2016)
Vahid Məhərrəmov: "Adi yem komponentlərini - arpa, qarğıdalı, soya və s. xaricdən gətirmək o deməkdir ki, bizdə taxılçılıqla bağlı ciddi problemlər var"

BAKI, 25 avq — Sputnik. Azərbaycanda quş əti istehsalı prosesində istifadə olunan yem komponentlərinin dəyəri hazırda yerli istehsalçıları narahat edən əsas çətinlikdir. Quşların qidalanmasında istiadə edilən bu komponentlər xaricdən idxal edilir və ötən il milli valyutanın devalvasiyası nəticəsində bunun dəyəri iki dəfədan çox yüksəlib.

Kartof
© Sputnik / Виталий Аньков

Bu barədə quş əti satışını reallaşdıran yerli şirkətlərdən bildirilib. Mütəxəssislərin sözlərinə görə, toyuq-cücə üçün zəruri olan bu vasitələr ölkəyə idxal olunur: "Azərbaycana həmin komponentlər Türkiyə, Hollandiya, İspaniya və s. ölkələrdən gətirilir. Yemə 80 növ belə komponentlər qarışdırılır. Manatın məzənnəsi sabitliyini itirdikdən sonra onların dəyərində 80% fərq yaranıb".

"Ona görə də hazırda istehsal etdiyimiz hazır məhsulu maya dəyərindən nisbətən ucuz satmalı oluruq. Üstəlik, ilk devalvasiya zamanı quş məhsullarının satışından ilk iki ay ərzində yüz minlərlə dollar ziyana uğradıq. İkinci devalvasiyanın təsirini isə hələ də tam hesablayıb yekunlaşdıra bilmirik", — məlumatda bildirilir.

O da qeyd olunur ki, hazırda Azərbaycan Quşçular Cəmiyyəti ilə birgə ölkədə yem istehsalının təşkili məqsədi ilə torpaq sahələrinin ayrılması üçün İqtisadiyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinə yenidən müraciət olunub.

Qeyd edək ki, 2016-cı ilin yanvar-iyun aylarında quşçuluq fabriklərində diri çəkidə 30,4 min ton quş əti, 342,9 milyon ədəd yumurta istehsal olunub. Ümumilikdə, fabriklər üzrə cəmi quşların sayı 10162,9 min baş olub, hər yumurtlayan toyuqdan orta hesabla 106 ədəd yumurta alınıb.

Azərbaycan Quşçular Cəmiyyətinin (AQC) sədri Aydın Vəliyev Sputnik-ə açıqlamasında deyib ki, məhsulun maya dəyərinin 60-70 faizini yem təşkil edir: "Yem əsasən xaricdən gətirilir. Devalvasiyadan sonra bir sıra quşçuluq müəssisələri bağlanıb. Yemin yerli istehsalını təşkil etmək üçün müvafiq qurumlara müraciət edilib".

Onun sözlərinə görə, hazırda toyuq ətinin qiymətində dəyişiklik yoxdur: "Devalvasiyadan əvvəl necə idisə, indi də o qiymətədir".

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov Sputnik-ə açıqlamasında bildirib ki, Azərbaycanda yemi istehsal etmək mümkün olduğu halda, hətta yem komponentlərini belə, xaricdən gətirirlər: "Digər istehsal vasitələrinin gətirilməsi — avadanlıqlar, genetik materiallar başa düşüləndir. Hələ ki bizdə bu sahə inkişaf etməyib. Ancaq adi yem komponentlərini — arpa, qarğıdalı, soya və s. xaricdən gətirmək o deməkdir ki, bizdə bu sahədə taxılçılıqla bağlı ciddi problemlər var".

"Problem idarəetmədədir. Azərbaycanın torpaq-iqlim şəraiti imkan verir ki, biz həm keyfiyyətli məhsul istehsal edək, həm də məhsulun maya dəyərini aşağı salaq, rəqabətqabiliyyətli edək. Həmin məhsuldan biz quşçuluqda, yumurta istehsalında istifadə edərək quşçuluq məhsullarının da rəqabətqabiliyyətli olmasına nail ola bilərik", — V. Məhərrəmov vurğulayıb.

Vahid Məhərrəmov - Kənd təsərrüfatı üzrə ekspert
© Sputnik / Anar Mustafayev
Vahid Məhərrəmov - Kənd təsərrüfatı üzrə ekspert

Ekspert qabaqlar vəziyyətin fərqli olduğunu deyib: "Əvvəllər indiki texnologiyadan istifadə olunmurdu. Müasir texnologiya artıq daha keyfiyyətli yemin istehsalını zəruri edir. Digər halda, broyler, ət istehsalında lazımi nəticəni əldə etmək mümkün deyil, eləcə də yumurta istehsalında".

"Əvvəllər əgər il ərzində bir toyuqdan təxminən 110-120 yumurta əldə olunurdusa, indi bu, 270 ədədə çatdırılıb. Eləcə də ət istehsalında. İndi təxminən 40 günə 1 kiloqram 300 qram ət əldə etmək mümkündür, buna yalnız keyfiyyətli yem məhsullarının istehsalı ilə nail olmaq olar", — mütəxəssis əlavə edib.

Onun sözlərinə görə, indiki tələbat istehsalı yüksək səviyyəyə çatdırmaq, əldə edilən məhsulların keyfiyyətini artırmağı tələb edir.

885
Teqlər:
Aydın Vəliyev, arpa, yem, buğda, cücə, toyuq, Vahid Məhərrəmov, idxal, taxıl
Əlaqədar
Gürcüstandan Azərbaycana idxal olunan 9,2 ton nektarin və şaftalı geri qaytarılıb
Bu məhsulların Azərbaycana idxalı qanunla qadağan edildi
Bəzi idxal malları vergidən azad olundu
Azərbaycana idxal olunan lobyada xəstəlik aşkarlandı
"Azərbaycan Avropanın ən böyük silah idxalçısıdır"
"Kənd təsərrüfatı ili"ndə idxaldan asılılığımız daha da artıb"
Neft buruğu, arxiv şəkli

"Brent" nefti 69 dolları keçib

5
(Yenilənib 12:51 06.03.2021)
“OPEC+” nazirlərinin videokonfrans formatında keçirilən 14-cü iclasında neft hasilatının azaldılması ilə bağlı mövcud razılaşmaların qüvvədə saxlanması qərarı veriləndən sonra qiymətlər artır.

 

BAKI, 6 mart — Sputnik. Dünya birjalarında neft qiymətləri bahalaşır.

Sputnik Azərbaycan xəbər verir ki, Londonun birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 2,62 dollar artaraq 69,36 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 2,26 dollar bahalaşaraq 66,09 dollar olub.

Qeyd edək ki, “OPEC+” nazirlərinin videokonfrans formatında keçirilən 14-cü iclasında "OPEC+"un neft hasilatının azaldılması ilə bağlı mövcud razılaşmaları qüvvədə saxlamağa qərar verməsindən sonra neft qiymətləri artır.

Xatırladaq ki, OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin ötən ilin dekabrında keçirilmiş 12-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin yanvar ayında 0.5 mln. barel artırılması, “OPEC+” nazirlərinin hər ay keçiriləcək görüşləri vasitəsilə kvotaların qarşıdakı aylarda tədricən 2 mln. barelədək yumşaldılması razılaşdırılmışdı. Bu çərçivədə “OPEC+” ölkələri nazirlərinin 2021-ci ilin yanvar ayındakı 13-cü iclasında gündəlik xam neft hasilatının fevralda 7 mln.125 min barel, martda isə 7 mln. 50 min barel azaldılmasına qərar verilmişdi.

5
Rus İqtisad Məktəbinin direktor müavini Elşad Məmmədov

Professor: “Uçot dərəcəsinin endirilməsinə ehtiyac var”

13
(Yenilənib 10:35 06.03.2021)
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, artıq uçot dərəcəsi iqtisadi proseslərin tənzimlənməsi baxımından ciddi təsirə malik deyil
Elşad Məmmədov: “Uçot dərəcələrinin sabit qalması dəyişikliklərə yol açamayacaq”

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsini sabit saxlanılması haqqında qərar qəbul edib. Bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edərkən Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

Mərkəzi Bankın bu qərarını Sputnik Azərbaycan-a şərh edən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, uçot dərəcələrinin sabit saxlanması iqtisadiyyatda hər hansı ciddi dəyişikliklərə yol açamayacaq:

“Hesab edirəm ki, uçot dərəcəsi hələ də yüksəkdir və onun endirilməsinə ehtiyac var. Digər tərəfdən artıq uçot dərəcəsi iqtisadi proseslərin tənzimlənməsi baxımından ciddi təsirə malik deyil. Bir göstərici üzərindən bütün iqtisadi proseslərin kreditləşməsi köhnəlmiş yanaşma kimi  qəbul edilməlidir”.

Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

13
Yerevanda etirazlar, arxiv şəkli

Ermənistan seçim qarşısında: bu ölkə uzun müddət özünə gələ bilməyəcək

0
Politoloqun fikrincə, bu gün Ermənistanda hakimiyyətə gəlmək istəyən qüvvələri Ermənistanın gələcəyi deyil, sadəcə hakimiyyətə sahib olmaq maraqlandırır

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 6 mart — Sputnik. Bu gün Ermənistanda hakimiyyətə gəlmək istəyən qüvvələri ölkənin gələcəyi deyil, sadəcə hakimiyyət maraqlandırır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) videokonfrans formatında keçirilən Zirvə toplantısında çıxış edərkən Ermənistanın sülh istiqamətində atacağı addımlarla regional sabitliyin bir parçası olacağına ümid etdiklərini bildirib. Ərdoğan Ermənistanda baş verən proseslərə də toxunub və xalqın iradəsini heçə sayan antidemokratik müdaxilələri əsla qəbul etməyəcəklərini deyib.

Xatırladaq ki, 1993-cü ildə Azərbaycanın Kəlbəcər şəhərinin Ermənistan tərəfindən işğal edilməsindən sonra Türkiyə Ermənistan sərhədləri bağlanıb.

Müxtəlif dövrlərdə Türkiyə-Ermənistan sərhəddinin açılması məsələsi gündəmə gəlsə də, Ermənistanın Türkiyəyə ərazi iddiaları və Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti sərhəd məsələsinin həllinə mane olub.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev fevralın 26-da yerli və xaric media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı məsələyə münasibət bildirib. Prezident deyib ki, Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına müsbət baxır.

Sputnik Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin gələcəyi və sərhədlərinin açılması ilə bağlı politoloq Elşən Manafovun fikirlərini öyrənib.

Politoloq deyib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması məsələsi 2009-cu ildə Sürix protokolları ilə gündəmə gəlmişdi, ancaq o zaman Azərbaycan iqtidarının sərgilədiyi birmənalı mövqe və Türkiyənin Azərbaycana verdiyi dəyər, onun maraqlarını nəzərə alması sərhədlərin açılmasını təxirə saldı:

“Azərbaycan, Rusiya, Ermənistan rəhbərləri tərəfindən imzalanmış 10 noyabr bəyanatında region ölkələri arasında nəqliyyat-kommunikasiya əlaqələrinin bərpa edilməsi təsbit olunub. Türkiyə tərəfi bəyanatda ifadə olunan bu məqamı müsbət qarşılayır. Onlar bildirir ki, ermənilər Qarabağa olan iddialarından əl çəkərlərsə, sərhədlərin açılması istiqamətində hər hansı problem yaşanmayacaq. Qeyd etməliyik ki, bu müharibədə məğlub olmuş Ermənistana verilmiş son şansdır. Ermənistan uzun illərdir iqtisadi məngənədə sıxışıb qalıb. Bu ölkənin iqtisadi kommunikasiyalara çıxışı İran vasitəsilə olub. Bu gün İran özü də şimal-cənub nəqliyyat dəhlizinin açılmasında maraqlıdır. Ehtimallar var ki, yaxın bir ay ərzində İran Avrasiya iqtisadi birliyinə qoşula bilər. Güman edirəm ki, İran bu mənada Paşinyan iqtidarına müəyyən təsirlər edə bilər. Ermənistanda yaşanan qeyri-sabitlik region ölkələri tərəfindən də pislənib. Bu da göstərir ki, Türkiyə Paşinyan iqtidarı ilə əməkdaşlığın qurulmasında maraqlıdır. Ermənistanda revanşist qüvvələrin hakimiyyətə gəlməsi isə əldə olunmuş üçtərəfli razılığın icrasını sual altına qoya bilər. Bu qüvvələr müharibə ritorikasından çıxış etsələr də, reallıq ondan ibarətdir ki, Ermənistanın nə hərbi, nə də iqtisadi gücü yeni müharibə üçün yetərlidir. Azərbaycan 44 günlük müharibədə Ermənistana elə bir zərbə vurub ki, bu ölkə uzun müddət özünə gələ bilməyəcək”.

Politoloqun fikrincə, bu gün Ermənistanda hakimiyyətə gəlmək istəyən qüvvələri Ermənistanın gələcəyi deyil, sadəcə hakimiyyətə sahib olmaq maraqlandırır:

“Bu mənada Rusiya da digər region dövlətləri kimi Paşinyanın keçid dövrü üçün hakimiyyətdə qalmasında maraqlıdır. Ötən il Ermənistan tərəfindən Sevr müqaviləsinin müddəaları yenidən gündəmə gətirildi. Ermənistan həmin müqavilə ilə bağlı iddialarından geri çəkilməsini bildirməlidir. Əgər bu baş verməzsə, Türkiyə Ermənistanla hər hansı əməkdaşlığa getməyəcək. Bütün hallarda görünən odur ki, nəqliyyat-kommunikasiya əlaqələrinin açılması ilk planda dayanır. Qarabağın statusu ilə bağlı məsələlər kənarda saxlanılır. Amma düşünürəm ki, Rusiya bölgədə təsir imkanları qorumaq üçün manevrlər edə bilər”.

0