ABŞ dolları

Bu ilin sonuna qədər 1 dollar 1,80 AZN olacaq

142
(Yenilənib 14:42 03.08.2016)
Azərbaycanda ABŞ dollarının məzənnəsinin artması prosesi davam edəcək.

BAKI, 3 avq-Sputnik. Azərbaycanda ABŞ dollarının məzənnəsinin artması prosesi orta müddətdə davam edəcək.

Sputnik "Report"-a istinadla xəbər verir ki, dolların bahalaşmasının bir neçə səbəbi var.

Bunlardan birincisi Azərbaycanın idxal mallarına olan tələbatının yüksək olması ilə bağlıdır. Belə ki, hazırkı iqtisadi şəraitdə Azərbaycanın ildə 5 mlrd. dollardan çox dəyərdə idxal mallarına ehtiyac duyur. Neft gəlirlərinin yüksək olduğu illərdə idxalın real həcmi hətta 10 mlrd. dolları üstələyirdi, baş verən devalvasiyalar isə idxalın həcmini əhəmiyyətli şəkildə azaldıb.

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) həftədə 100 mln. dollarlıq valyuta kütləsini hərracda satışa çıxarması illik valyuta satışının 5,2 mlrd. dollar həcmində olması deməkdir. Bu qədər valyuta birbaşa idxal tələbatının qarşılanmasına xərclənir.

Valyuta tələbinə təsir edən digər amil bankların və bir sıra böyük şirkətlərin xarici kredit borcları ilə əlaqəlidir. Qeyd edək ki, Azərbaycandakı kommersiya banklarının xarici borcları iyunun 1-nə 6,7 mlrd. manat və ya 4,2 mlrd. ABŞ dolları təşkil edir. Bu borcun əksər hissəsi qısamüddətli olduğundan, kommersiya banklarının xarici valyutaya tələbinin orta müddətdə davam etməsi gözlənilir.

Dollara tələbi artıran daha bir amil isə ümumiyyətlə əhalinin son aylarda məzənnənin artması səbəbindən dollara yaranan təbii tələbidir. Bununla yanaşı, lisenziyası ləğv edilən banklardakı əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən əsasən yerli valyutada geri ödənilir və bu vəsaitlərin əksər hissəsinin xarici valyutaya (əsasən dollara) çevrilməsi valyutaya tələbatı artıracaq.

Bundan başqa, dünya bazarında neft qiymətləri aşağı düşməyə başlayıb. Neft qiymətlərinin bundan əvvəlki kəskin azalmalarda devalvasiya ilə nəticələnməsi bu valyutaya tələbi hər zaman ən azından sabit saxlayacaq.

Dolların məzənnəsi ilin sonuna qədər artım tendensiyasını qoruyacaq və rəsmi məzənnə 1,75 AZN/USD səviyyəsinə qədər yüksələcək. Nağd valyuta bazarında isə dolların 1,80 AZN/USD-yə qədər artması ehtimal edilir. Dolların məzənnəsinin sabitləşməsi ancaq ARDNF-nin valyuta hərracına 300-500 mln. dollar vəsait çıxarması ilə mümkün ola bilər. Lakin bu, müvəqqəti sabitliyin yaranmasına səbəb olacaq. Neft qiymətlərinin kəskin artımı baş verməsə, dolların ucuzlaşması mümkün görünmür.

142
Teqlər:
Azərbaycan Dövlət Neft Fondu, manatın məzənnəsi, manatın devalvasiyası, valyuta, manat, dollar, neft
Əlaqədar
Dollar 1.58 manatı keçdi
Dollar 2 faiz bahalaşdı
Dollar 1.57 manatı keçdi
1 dollar 1.56 manat oldu
Daha 100 milyon dollar satıldı
Bakıda 200 milyon dollar satıldı
Mənzilin giriş qapısında açarlar, arxiv şəkli

Yasamal Xətaidə mənzillərə "kupça" veriləcək

28
(Yenilənib 21:27 26.10.2020)
Vətəndaşların mənzillərə aid mülkiyyət hüququnu təsdiq edən sənədin (çıxarışın) hazırlanması 15 iş günü ərzində təmin edilir.

BAKI, 26 oktyabr — Sputnik. İstismarına icazə verilmiş yeni çoxmənzilli binalardakı mənzillər üçün "Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol" kampaniyası çərçivəsində növbəti səyyar sənəd qəbulu oktyabrın 28-i Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 586 saylı məhəllə, (Yeni ünvan sisteminə görə Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, 259), oktyabrın 30-da isə Xətai rayonu, M.Hadi küçəsi, 2944A (Yeni ünvan sisteminə görə Xətai rayonu, Ç.Kərimov küçəsi, 92) ünvanında keçiriləcək.

Bu barədə Sputnik Azərbaycan-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, iyulun 24-dən bərpa olunan səyyar sənəd qəbulu prosesi çərçivəsində artıq 23 ünvanda səyyar qəbul aparılıb. Vətəndaşların mənzillərə aid mülkiyyət hüququnu təsdiq edən sənədin (çıxarışın) hazırlanması 15 iş günü ərzində təmin edilir.

28
Dağlıq Qarabağ, arxiv şəkli

Pandemiyanın əlimizdən aldıqlarını Qarabağ geri verəcək

106
(Yenilənib 18:05 26.10.2020)
"Qarabağ bölgəsində turizmin inkişafı gəlmə turizmin böyük marağına səbəb olacaq. Çünki postsovet məkanında da insanlar Qarabağ bölgəsinə davamlı axın edirdilər. Azıx mağarası bəşəriyyət üçün unikal abidədir. Bu mağara dünyada 7 möcüzədən biri hesab olunur"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 26 oktyabr — Sputnik. Kəlbəcərin "İstisu" sanatoriyası, termal sularla zəngin Zəngilan rayonu, Şuşanın Turşsu, Şırlan mineral su bulaqları... Qarabağ bölgəsinin bu müalicəvi şəfa ocaqları 30 ilə yaxındır ki, işğal altında olsa da, onların adı bu gün də dillərdədir. Qarabağ torpağı təbii yollarla bir çox xəstəliklərin müalicəsində məşhur olsa da, indiyədək bu torpaqların işğal altında saxlanılması həmin bölgənin turizm potensialından istifadəni mümkünsüz edirdi. İşğal altında olan torpaqlarımızın azad olunması unikal iqlimə malik Qarabağ bölgəsinin mineral sularından, müalicəvi bitki aləmindən, sanatoriya-kurort sistemindən yenidən bəhrələnmək imkanı yaradıb.

Tarixçi Kamal İsmayılov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu sırada ilk növbədə kurort şəhəri Şuşanın adını çəkmək lazımdır. Həmsöhbətimiz bildirir ki, dəniz səviyyəsindən 1300-1500 metr hündürlükdə yerləsən Şuşanın unikal iqlimi, havası, mineral bulaqları öz müalicəvi xüsusiyyətləri ilə Davos və Kislovodsk kimi tanınmış kurortları geridə qoyur:

"Hələ qədimlərdən Şuşa şəhərinin, Cıdır düzünün havası, İsa bulağı, Turşsu, Şirlan bulaqlarının suyu bir çox xəstəliklərdən, o cümlədən ümumi halsızlıq, qanazlığı, qapalı vərəm və s. xəstəliklərdən şəfa tapmaq üçün uzaq-uzaq diyarlardan gələn xəstələrə məlhəm olub. Şuşanın müalicəvi xüsusiyyətlərini nəzərə alaraq XX əsrin ortalarında burada şəhərin kurort mərkəzi kimi inkişaf etdirilməsi qərara alınıb. Qısa müddət ərzində burada müasir sanatoriya korpusları və müəssisələri tikilib və şəhər SSRİ-nin bütün respublikalarından qonaq qəbul edən kurort şəhərinə çevrilib. Şuşa şəhəri 1991-ci ilin mayında Ermənistan qoşunları tərəfindən işğal edilərək, şəhərin yalnız azərbaycanlılardan ibarət olan bütün əhalisi öz doğma ocaqlarından deportasiya olunubdur.

Qarabağ torpağının digər təbii zənginliklərindən biri də İstisu mineral su bulağı və bu bulaq üstündə yaradılmış İstisu kurortudur. Öz səmərəliyinə görə Gürcüstanın Sxaltuba suyunu geridə qoyan İstisu kurortunun yerləşdiyi Kəlbəcər rayonu 1993-cü ilin aprelində Ermənistan tərəfindən işğal edilib. İstisu kurortunu ələ keçirən Ermənistan eyniadlı məşhur müalicəvi mineral suyun adını dəyişib və "Cermux" adı ilə xarici ölkələrə satmağa başlayıb".

Tarixə nəzər salsaq, görərik ki, Qarabağın əsas turizm potensialı Şuşa və Ağdamda çəmlənsə də, regionun bütün bölgələri müalicə və istirahət üçün yararlı idi. Sovet dönəmində Şuşada ötən əsrin 30-cu illərindən başlayaraq və 80-ci illərdə isə Ağdamda turizmin potensialı inkişaf etdirilib. Şuşa şəhərində ilk istirahət evi 1936-ci ildə istifadəyə verilib. Şuşa şəhərində 1316 yerlik Şuşa Sanatoriya Kurort birliyi, 130 yerlik "Şəfa" turist bazası və Ağdam rayonunun Gülablı kəndində 100 yerlik, Şelli kəndində 50 yerlik, Şahbulaqda isə 40 yerlik müalicə istirahət mərkəzləri fəaliyyət göstərib. Şuşa Sanatoriya-Kurort Birliyinin balansına aid 2 və 3 mərtəbəli 17 bina daxil idi.

Əlavə olaraq qeyd edilməlidir ki, 80-ci illərdə Şuşada daha 200 nəfərlik, Ağdamda 255 nəfərlik sanatoriya binasının inşası münaqişə başlandığından istifadəyə verilməmiş qaldı. Şuşa Sanatoriya-Kurort Birliyinin balansında işçilər üçün nəzərdə tutulmuş 28 yerlik yaşayış kompleksi də var idi. Bütün bunlarla yanaşı, şəhərdə məktəblilər üçün nəzərdə tutulmuş istirahət düşərgələri də fəaliyyətdə idi. Onun ikisi 500 və 300 yerlik respublika səviyyəsində, digəri isə vilayət məktəblilərinə xidmət göstərirdi.

Ağdamın Gülablı kəndində ilk 100 yerlik sanatoriya inşa edilərək 1983-cü ilin fevral ayında istifadəyə verildi. Bundan əvvəl isə ərazidə 14 kottec və 4 qırğız çadırı quraşdırılmışdı. İlboyu işləməsi nəzərdə tutulan sanatoriyada həm də müalicə korpusu fəaliyyət göstərirdi. Sanatoriyanın nəzdində yardımçı təsərrüfatların yaradılması istirahətə gələnlərə yüksək keyfiyyətli ərzaq məhsullarının təqdim edilməsinə, həm də əlavə gəlir əldə etməyə şərait yaradıb. Müəssisəyə təqdim edilmiş Qarabağ atının köməyi ilə turistlərın gəzintiyə aparılması da maraq doğuran faktlardandır. Yeri gəlmişkən, qeyd edək ki, turistlərə atla gəzinti Şahbulaq turist bazasında təklif olunurdu. 40 nəfər turist üçün nəzərdə tutlmuş Şahbulaq turizm bazası isə 1988-ci ildə istifadəyə verilmişdi. Gülablı sanatoriyası hazırda Azərbaycan Kollektiv Təsərrüfatlararası İstirahət Mərkəzləri Birliyinin balansındadır.

Göründüyü kimi, Qarabağ və ətraf rayonların erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində bütün sahələrlə yanaşı, regionun turizm iqtisadiyyatına ciddi ziyan dəyib.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, Milenium Konqres Turizm şirkətinin rəhbəri, turizm mütəxəssisi Ruslan Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, beynəlxalq tədbirlərdə, sərgilərdə iştirak edən zaman Qarabağa turizm marşrutu kimi diqqət ayırmağa, onun unudulmasına imkan verməməyə çalışsalar da, buna çox zaman imkan verilməyib. Onun sözlərinə görə, ermənilər bu sahədə də təxribata əl atmaqdan çəkinməyiblər: "Onlar beynəlxalq tədbir və sərgilərdə Qarabağı ayrı stend kimi göstərirdilər. Hətta Qarabağı Ermənistan xəritəsində göstərirdilər. Biz, təbii ki, buna etirazımızı bildirirdik".

R.Quliyev deyir ki, əsas marşrutlar içərisində Qarabağ və Naxçıvan marşrutu mövcuddur:

"Sovet dövründə də ümumittifaq əhəmiyyətli marşrutlar içərisində Qarabağ marşrutu çox populyar idi. Şuşada balneoloji mərkəzlər mövcud olub, orada kanat yollarının çəkilməsi üçün 42 il öncə verilmiş anonslar da var idi. Əfsuslar olsun ki, biz o günü görmədik. Unikallıq ondadır ki, bu bölgədə dini, ekoloji, aqroturizm, eləcə də turizmin digər növləri üçün əlverişli imkanlar var. Təkcə Zəngilanda çoxlu sayda termal su mənbələri mövcuddur. Zəngilan rayonunun Mincivan qəsəbəsində Araz çayının sol sahilində "Ocaq çinar" deyilən, müqəddəs sayılan bir çinar ağacı var. Şəfa şəhərlərinin qalıqları, Məmmədbəyli türbəsi və s. böyük turizm potensialı olan məkanlardır".

R.Quliyev bildirir ki, Xudafərin körpüsü, Azıx mağarasına da gələcəkdə turist marşrutu ola bilər: "Mədəni-tarixi abidələrimiz dağıldılsa da, onların bərpasından sonra həmin istiqamətlərə turların təşkili mümkündür.

Gələcəkdə İranla bu sahədə əməkdaşlıq olacaq. Türk birliyinin burada müasir İpək yolu layihəsi mövcuddur. Azərbaycana daxil olmaq üçün Qars-İğdır-Naxçıvan marşrutu, İran ərazisindən dəmiryol xəttinin çəkilməsi mümkün ola bilər. Burada marşrutlar təyyarə ilə nəzərdə tutulsa da, dəmir yolunun çəkilməsi tur paketin maya dəyərini də aşağı salacaq. Hazırlanacaq baş fəaliyyət planının içərisində turizm də çox böyük yer alacaq. Bu da Azərbaycanda daha çeşidli turizm xidmətlərinin təklif olunmasına gətirib çıxaracaq".

R.Quliyevin sözlərinə görə, Qarabağ bölgəsində turizmin inkişafı gəlmə turizmin böyük marağına səbəb olacaq: "Çünki postsovet məkanında da insanlar Qarabağ bölgəsinə davamlı axın edirdilər. Azıx mağarası bəşəriyyət üçün unikal abidədir. Bu mağara dünyada 7 möcüzədən biri hesab olunur. Bizim Qarabağ bölgəsində UNESCO-nun irs siyahısına düşəcək abidələrimiz var. Orada quruculuq bərpa işlərinin keçirilməsi müəyyən zaman alsa da, Qarabağın turizm potensialından istifadə Azərbaycana iqtisadi baxımdan böyük qazanc gətirəcək".

Dövlət Turizm Agentliyindən Qarabağ bölgəsinin turizm potensialının öyrənilməsi ilə bağlı artıq işlərə başlanıldığını, bu günlərdə ictimaiyyətə bu barədə geniş açıqlama veriləcəyini söylədilər.

106
Teqlər:
marşrut, Naxçıvan, Azıx mağarası, Xudafərin, Ağdam, İstisu, Kəlbəcər, Şuşa, Qarabağ, turizm
Əlaqədar
Xaricə çıxış olmayacaq deyə, gözlər daxilə dikilib: Məhdudiyyət tələbatı artıracaq
Bu məkan yalnız Azərbaycandadır: hər kəsdən bir "parça" qalıb - FOTO
Zəngilanın azad edilməsi Ermənistanın daha bir saxtakarlığına son qoyur
"Xırdalıqlar" içində itən tibb ocağı: Onun özünün şəfaya ehtiyacı var - FOTOLAR
Qarabağın gələcəyi daha çox ekoturizmə bağlı olacaq - Samir Dübəndi

Manas Ata Dədə Qorqudun ruhu sizə kömək olsun - Qırğız ziyalılar İlham Əliyevə dua etdi

0
(Yenilənib 01:31 27.10.2020)
Qırğız ziyalılardan İlham Əliyevə dəstək: "Azərbaycan bizə türk xalqlarının totem quşunu - havaya qalxarkən qanadından yaralanan azadlıqsevər qızıl qartalı xatırladır".

BAKI, 27 oktyabr — Sputnik. "Biz, Aytmatov Əskər Çingizoviç, Osmanaliyev Kayrat Mederbekoviç, əsas vəzifəsi qırğız və türk yazıçısı Çingiz Aytmatovun yaradıcılıq və mənəvi irsinin qorunub saxlanılması və təbliği, onun humanist ideallarının təşviqi olan “Ç.Aytmatov adına Beynəlxalq İssık-Kul Forumu” İctimai Birliyinin üzvləriyik".

Sputnik Azərbaycan-ın məlumatına görə, "Çingiz Aytmatov adına Beynəlxalq İssık-Kul Forumu" İctimai Birliyinin üzvlərinin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktub bu sətirlə başlayır.

Məktubda daha sonra deyilir:

"Biz qürur duyuruq ki, Çingiz Aytmatovun kitabları qardaş Azərbaycanda çox oxunur və sevilir, Azərbaycan xalqı onu öz yazıçısı kimi qəbul edir.

Biz ölkənizin inkişaf edən bir dövlət qurmaq istiqamətində qazandığı uğurlara, dünya miqyasında malik olduğu nüfuza sevinirik.

Bununla yanaşı, hər zaman azərbaycanlı qardaşlarımızın uzun müddətdir sağalmayan yarası - işğal olunmuş Dağlıq Qarabağ problemi ilə bağlı ağrı-acısını bölüşmüşük.

Azərbaycan bizə türk xalqlarının totem quşunu - havaya qalxarkən qanadından yaralanan azadlıqsevər qızıl qartalı xatırladır. Qızıl qartal havada qürurla yeni üfüqlərə doğru uçur, lakin yaralı qanad ona daha yüksəklərə qalxmağa və uçmağa imkan vermir.

İndi Qarabağda müharibə gedir və bütün dünya hərbi əməliyyatların gedişini narahatlıqla izləyir.

Azərbaycan Ordusu yüksək döyüş ruhu, döyüş qabiliyyəti və qalib gəlmək əzmi nümayiş etdirir.

Böyük Lev Tolstoyun və Çingiz Aytmatovun ardınca müharibənin insan zəkasına və mahiyyətinə zidd fenomen olduğuna əminik. Ancaq bəzən xalq belə bir addım atmağa məcbur olur. Vətəninə, torpağına məhəbbət - bu müqəddəs hiss hər bir xalqa instinktiv səviyyədə xasdır.

Azərbaycanlılar üçün Qarabağ onları birləşdirən milli meqafikrə, müstəqil dövlət olaraq yetkinlik və məsuliyyət imtahanına, ölkəsinin suverenliyini və ərazi bütövlüyünü qorumaq əzminə çevrildi.

Uca Allahdan döyüş əməliyyatlarının ən qısa müddətdə bitməsini, danışıqlar prosesinin bərpa edilməsini və Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu dərk edilərək problemin sülh yolu ilə həll olunmasını diləyirik.

Hər hansı müharibə, xüsusilə mülki əhaliyə qarşı bəşəriyyətin əsrlər boyu yaşadığı acı təcrübə əsasında aparılan müharibə qaydalara məhəl qoyulmadığı zaman qəddarlıq və insanlıqdan kənar nəticələrə gətirib çıxarır.

Müharibə cinayətlərinin bilərəkdən və soyuqqanlılıqla törədilməsi, Ermənistan ordusunun cəbhə xəttindən çox uzaqda yerləşən sülhsevər Azərbaycan şəhərlərini qəsdən bombalaması faciəvidir və dərindən pislənilməlidir. Uşaqlar da daxil olmaqla mülki şəxslərin qurban olması çox təəssüf doğurur.

Cənab Prezident, Sizə və bu hücumlar nəticəsində həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı veririk. Yerləri cənnət olsun. Bütün yaralıların tezliklə sağalmalarını arzu edirik.

Əminik ki, bu cür çirkin hərəkətlər Azərbaycan Ordusunun döyüş ruhunu qıra bilməyəcək, Azərbaycan xalqını qorxutmayacaq, müharibənin gedişini öz xeyrinə dəyişə bilməyəcək, əgər bu qeyri-insani hərəkətlərin məqsədi belə idisə.

Cənab Prezident, Siz dahi atanız və bütün Azərbaycan xalqının atası - Heydər Əliyevin işlərinin layiqli davamçısısınız.

İndi Azərbaycan xalqının qarşınıza qoyduğu tarixi vəzifənin - ölkənin ərazi bütövlüyünün bərpası üçün həlledici andır. Əminik ki, müdrik və uzaqgörən lider olaraq, bu missiyanı qardaş Azərbaycan xalqı naminə, bölgədə və dünyada sülhün və sabitliyin qorunması naminə, beynəlxalq hüquq və sivil vasitələr çərçivəsində danışıqlar yolu ilə layiqincə yerinə yetirməkdə uğur qazanacaqsınız. Ulu əcdadlarımız Manas Ata və Dədə Qorqudun ruhu bu nəcib işdə sizə kömək olsun".

0