Bank

Azərbaycan iqtisadiyyatını çətin günlər gözləyir

127
Yaxın dövrdə bank sektorunu nə gözləyir? Hələ ki yaxşı heç nə görünmür. Yaxın dövrlərdə daha 3-4 bankın "qara kağız" almaq ehtimalı var.

BAKI, 25 iyul — Sputnik. Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) iyulun əvvəlindən başlayaraq banklarda yoxlamala başlayanda bunun nəticəsinin bəzi banklər üçün ağrılı olacağını güman edilirdi. Palatanın bəzi banklara kapitalı müxtəlif səviyyədə artırmaq tələbi sərt addımların atılacağından xəbər verirdi.

Rüfət Aslanlı, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri
© Sputnik / Murad Orujov

Palatanın Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarı ilə 4 bankın — "Dekabank" ASC, "Kredobank" ASC, "Parabank" ASC və "Zaminbank" ASC-nin lisenziyasının ləğv edilməsi diqqəti yenidən bank sektoruna yönəltdi. Bu, Palatanın ilk bağlama qərarı idi. Çünki ona qədər Mərkəzi Bank bankları ləğv etmək səlahiyyətinə malik olub.

Hökumətin əmanətlərə 3 il müddətində tam zəmanət verməsindən sonra bankların bağlanmasına 3 illik moratorium qoyulacağı ilə bağlı gözləntilər özünü doğrultmadı. Bu gözləntilərə rəğmən Palata özünün ilk və sərt qərarını verdi. Azərbaycanın bank sektorunda indiyədək bir gündə 4 bankın lisenziyasının alınması təcrübəsinə rast gəlinməyib.

İlin əvvəlində Mərkəzi Bank bankları bağlamağa başlayanda ehtimal edilirdi ki, əmanətlərin tam sığortalanması haqqında Qanunun qüvvəyə minməsi ilə proses başa çatacaq. Həmin dövrdə hətta bəzi banklar nəticəsi qabaqcadan məlum olan birləşmə oyununu ortaya atıb vaxt qazanmağa müvəffə oldu. Sonrakı dövrlərdə birləşmə ideyası əhəmiyyətini itirərək gündəmdən çıxdı.

Son bağlanma dalğasında lisensiyası alınmış banklardan biri — "Zamin bank"ın ilin əvvəlində bağlanması nəzərdə tutulurdu. Ancaq bağlanma prosesi müvəqqəti donduruldu və həllini tapmamış bir sıra problemlər, o cümlədən bankların devalvasiya nəticəsində yaranmış kapital itkiləri kimi problemlər yeni yaradılmış Palatanın öhdəsində buraxıldı. Ona görə də Mərkəzi Bankla müqayisədə Palatanın qərarlarının daha sərt olacağı gözlənilirdi.

İndi gələk bankların bağlanması məsələsinə. Devalvasiyadan əvvəl ekspertlər kəskin devalvasiyanın bank sektoruna dağıdıcı təsiri olacağı barədə xəbərdarlıq etmişdilər. Əgər birinci devalvasiyadan sonra bankları kiçik istisnalarla qorumaq mümkün idisə, ikinci devalvasiyadan sonra bunun mümkünsüz olduğu aydın idi. Ümumiyyətlə, bu vaxtadək 12 bank devalvasiyanın qurbanı olub. Onların 2-si 1-ci, 10-u isə 2-ci devalvasiyadan sonra bağlanıb. Hətta bir bank — NBC Bank lisenziyasını bərpa edə bilib.

Artıq ölkədə fəaliyyətdə olan bankların ¼-i lisenziyasız qalıb. Devalvasiyalardan sonra bankların valyuta mövqeləri pozuldu, aktivləri pisləşdi, beynəlxalq reytinqləri aşağı düşdü, kreditləşmələri məhdudlaşdı, əmanətləri dollarlaşdı. Bütün bunlar ona gətirib çıxartdı ki bankların gəlirləri kəskin azaldı, problemli kreditlərin atması nəticəsində bankların əhali və xarici qurumlar qarşısında öhdəliklərinin yerinə yetirməsi ilə bağlı çətinliklər ortaya çıxartdı. Bütün bunlar ölkənin maliyyə sabitliyi təhlükə altına qoyur.

Palata bankları bağlayanda bir sıra səbəbləri əsas götürüb: aktivlərin qanunvericiliklə tələb olunan qaydada təsnifləşdirilməməsi, mümkün zərərlər üzrə adekvat ehtiyatlar yaradılmaması, məcmu kapitalın minimum məbləği tələbinə əməl edilməməsi, təhrif edilmiş hesabatların təqdim edilməsi, bütövlükdə cari fəaliyyətlərin etibarlı və prudensial qaydada idarə olunmaması, nəzarət orqanının verdiyi yazılı göstərişləri yerinə yetirilməməsi.

Bank
© AFP 2020 / TIMOTHY A. CLARY

Göründüyü kimi, səbəblər kifayət qədər çoxdur. Hətta qanunvericiliyə görə, bu səbəblərin biri onların bağlanması üçün əsasdır. Bəs, sual olunur: Oxşar vəziyyət digər banklarda, o cümlədən Beynəlxalq Bank və Bank Standartda da mövcud olub və niyə onlara münasibətdə analoji addım atılmadı? Axı, təkcə Beynəlxalq Banka verilən yardımın həcmi ilə yerdə qalan bütün bankları xilas etmək olardı.

Çünki ölkənin ən böyük bankının arxasında dövlətin durması, eyni zamanda system əhəmiyyətli olması onun immuniteti idi. "Bank Standart"ı isə cəlb etdiyi depozitlərin həcmi qorudu. O, ikinci ən böyük depozit payına malik bankdır. Ancaq bağlanan bankların heç biri nə sistem əhəmiyyətlidir, nə də bazarda ciddi paya malikdir. Onların arxasında heç böyük güclər də durmur.

Palatanın vəziyyətini anlamaq olar. Bank sisteminin çətin dövründə bazara girib. Palatanın yaradılması qərarı doğru olsa da, zaman uğursuz seçilmişdi. Palata maliyyə sistemində sabitliyi təmin etmək üçün bir qədər sərt addımlar atmağa məcburdur. Sistemə təhlükə törədən, düzgün idarəetmə qurmayan, məsuliyyətsiz əmanət cəlb edən, eyni zamanda məsuliyyətsiz kreditləşmə həyata keçirən bankların bazardan getməsi labüddür. Ona görə Palatanın bu addımını düzgün saymaq olar.

Ancaq problem başqadır. Bütün proseslər, o cümlədən qərarlar qapalı şəkildə verilir. Əvvəla, Palatanın bu gün verdiyi qərarların hüquqi qüvvəsi sual altındadır. İkincisi, əsaslandırmalar çox ümumi şəkildə təqdim edilir və qeyd etdiyimiz kimi oxşar səbəbləri digər banklara da şamil etmək olar. Halbuki sistem əhəmiyyətli bankları çıxmaq şərti ilə həmin əsaslarla bağlanmalı olan digər banklar da var. Prosesin şəffaf aparılmaması çoxlu suallar yaradır və arxasız bankların ilk öncə sıradan çıxarılması fikrini qüvvətləndirir.

Yaxın dövrdə bank sektorunu nə gözləyir? Hələ ki yaxşı heç nə görünmür. Yaxın dövrlərdə daha 3-4 bankın "qara kağız" almaq ehtimalı var. Depozit portfelinin kiçikliyi bankların bağlanmasını asanlaşdıran meyarlardan biridir. Bankların sağlamlaşdırılması və bağlanması prosesi şəffaf aparılmadığından qərarların subyektiv şəkildə verilməkdə davam edəcəyini deməyə əsas verir.

Hər bir halda bankaların maliyyə problemlərinin aradan qaldırılması, sağlamlaşdırılması onların bağlanmaq təhlükəsindən xilas etməyəcək. Manat getdikcə mövqelərinin itirir və proses zəif olsa belə, davam edəcək. Dollar kreditlərinin qaytarılması problemİ banklar üçün, işə düşməsi yavaşıdılan mina rolunu oynamaqda davam edir. Real sektor zəif inkişaf etdiyindən və getdikcə də kiçildiyindən bankların fəaliyyəti məhdudlaşdır. Bankların kapitallaşması onları bir müddət qorusa da, gələcəkdə iflasdan xilas edə bilməyəcək.

Ona görə də Palatanın addımını heç də bankların tələbləri yerinə yetirə bilməməsinin səbəbi kimi göstərmək olmaz. Qərarlar daha çox strateji xarakter daşıyır. Yəni bankların getdikcə sayının azaldılması prioritet olaraq qalacaq. Ona görə də banklar təcili birləşməyə qərar verməlidir.
Qarşıda Azərbaycan iqtisadiyyatını çətin günlər gözləyir…

127
Teqlər:
iqtisadiyyat, iflas, müflis, bank, Maliyyə Bazarlarına Nəzarət Palatası
Əlaqədar
Mərkəzi Bank depozit hərracı keçirəcək
Mərkəzi Bankın valyuta ehtiyatları azalıb
Banklar dövlətdən dollar tələb edir
Bakıda banklar dollar almaq üçün növbəyə durub
Azərbaycana nə qədər bank bəs edər?
Bankların problemi: vergi tətilləri mümkündürmü?
Avropa Parlamentinin iclası, arxiv şəkli

Avropa Parlamenti Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnamə qəbul etdi

17
(Yenilənib 12:22 27.11.2020)
Bir oktyabr 2020-ci il tarixinə milli iqtisadiyyatda muzdlu işçilərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,6% artaraq 1,681 milyon nəfərə çatıb.

BAKI, 27 noyabr — Sputnik. Avropa Parlamenti Avropa İttifaqı üzv dövlətlərini Aralıq dənizindəki davranışına görə Türkiyəyə qarşı sərt sanksiyalar tətbiq etməyə çağıran qətnamə qəbul edib.

Banker.az xəbər verir ki, sənədlə bağlı səsvermə Avropa Parlamentinin Brüsseldəki plenar iclasında baş tutub.

Bildirilir ki, qətnaməyə 631, əleyhinə 3 deputat səs verib. "Parlament üzvləri Avropa Şurasını Türkiyənin qanunsuz fəaliyyəti ilə bağlı vahid mövqe tutmağa və buna cavab olaraq sərt sanksiyalar tətbiq etməyə çağırırlar", – sənəddə deyilir.

Qətnamə Türkiyənin Kiprin şimalındakı keçmiş Varoşa kurort zonasını açmaq qərarının bu problemin həlli perspektivlərini sarsıtdığını vurğulayır.

Eyni zamanda sənəddə Ankaranın Aralıq dənizi, Liviya və Suriyadakı hərəkətləri sayəsində Avropa İttifaqı ilə Türkiyə arasındakı münasibətlərin "tarixi minimuma" çatdığı qeyd edilir. Avropa İttifaqı və Türkiyə münasibətləri 10-11 dekabr sammitində diqqət mərkəzində olan mövzulardan biri olacaq.

17
Teqlər:
Brüssel, plenar iclas, Kipr, Türkiyə, Avropa Parlamenti, Sanksiya
Bakıda neft nasosları, arxiv şəkli

Azərbaycan nefti neçəyə satılır?

6
(Yenilənib 11:43 27.11.2020)
Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

BAKI, 27 noyabr — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,09 dollar ucuzlaşaraq 48,28 dollar təşkil edib.

"Brent" markalı neftin bir barelinin qiyməti 0,14 dollar geriləyərək 47,66 dollar, "Light" markalı neftin bir barelinin qiyməti isə 0,87 dollar ucuzlaşaraq 44,84 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

6
COVİD-19 xəstəsi, arxiv şəkli

Qubada yaşadıqları evi qanunsuz olaraq tərk edən koronavirus xəstələri aşkarlandı

0
(Yenilənib 13:30 27.11.2020)
Hər iki şəxs təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.

BAKI, 27 noyabr — Sputnik. Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində qurulmuş karantin postunda xidmət aparan zaman yaşadığı evi qanunsuz olaraq tərk edən koronavirus xəstəsi aşkarlayıblar.

Sputnik Azərbaycan DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, araşdırmalarla həmin şəxsin rayonun Amsar kənd sakini Süleyman Mütəllimov olduğu müəyyən edilib.

Onun koronavirus testinin nəticəsi pozitiv olduğuna görə, ev şəraitində müalicə təyin edilsə də, ancaq S.Mütəllimov qaydaları pozaraq Qusar rayonuna getmək istəyib.

Dərhal həmin əraziyə həkim briqadası dəvət edilib və təcili tibbi yardım avtomobili ilə S.Mütəllimov yaşadığı ünvana geri qaytarılıb.

Gün ərzində şöbə əməkdaşları karantin postunda xidmət aparan zaman yaşadığı evi qanunsuz olaraq tərk edən daha iki şəxsi də aşkarlayıblar. COVID-19 infeksiyasına yoluxduğunu bilərək özünütəcrid qaydalarına riayət etməyən Şabran rayon sakini İlyas İsaqov və Bakı şəhər sakini Gülnaz Bağırova Quba rayonuna daxil olmaq istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılıblar.

Hər iki şəxs təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.

Qeyd edilən faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

0