Neft

Azərbaycan nefti bahalaşıb

8
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 20-də 47,9 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,19 dollar/barel çoxdur

BAKI, 21 iyul — Sputnik. CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 20-də 48,48 dollar/barel təşkil edib ki, bu da iyulun 19-na olan göstəricidən 0,15 dollar/barel çoxdur. Bunu Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə deyib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 20-də 47,9 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,19 dollar/barel çoxdur. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 20-də 44,35 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,37 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti iyulun 20-də 45,98 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,23 dollar/barel çoxdur.

8
Teqlər:
qiymət, neft, Augusta limanı, İtaliya, CIF bazisi
Əlaqədar
Neftin qiyməti son 2 ayın ən aşağı səviyyəsinə düşüb
İlham Əliyev: Neftin qiyməti bizim üçün əhəmiyyətsiz olacaq
Neft Fondu bankalara 50 milyon dollar satıb
Neftin qiyməti qalxır
Neftin qiyməti yenə düşdü
Neftin qiyməti bir qədər də uculaşdı
UNEC-in professoru Elnur Sadıqov

Professor: “Banklar bu əməliyyatlardan uzaq olsalar yaxşıdır”

30
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov deyir ki, bankların yeganə problemi müştəri hesablarında təhlükəsizliyin təmin edilməsidir
Elnur Sadıqov: “Müştərilərin banklardan uzaqlaşacağı ilə bağlı nəzəriyyələr özünü doğrultmayıb”

Ənənəvi banklarla onlayn ödəmə platformları və elektron portmanatlarının rəqabəti getdikcə artaraq bankların müştəri cəlb etməsini çətinləşdirəcək. Bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyi tərəfindən “Qlobal rəqəmsallaşma pərakəndə ödəmələrdə ənənəvi bankların üstün mövqeyini sual altına qoyur” adlı hesabatda bildirilir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov Sputnik Azərbaycan-a deyir ki, banklar bu gün kifayət qədər geniş elektron xidmətlər yerinə yetirir:

“Pandemiya səbəbindən bankların müştərilərlə apardığı əməliyyatlar azalıb. Ancaq bu, müştərilərin bir dəfəlik banklardan kənarlaşması demək deyil. Müasir texnologiyaların inkişafı müştərilərin daha geniş şəkildə bank xidmətlərindən istifadəsini zəruri edir. Bu gün bankların yeganə problemi müştəri hesablarında təhlükəsizliyin təmin edilməsidir. Müasir dövrdə elə əməliyyatlar var ki, banklar onlardan uzaq olsalar yaxşıdır. Müştərilərin banklardan uzaqlaşacağı ilə bağlı nəzəriyyələr özünü doğrultmayıb”.

Elnur Sadıqovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

30
Neft, arxiv şəkli

Neft pandemiyanın ikinci dalğasına dair narahatlıqlar fonunda həftəni itkilərlə tamamlayır

35
(Yenilənib 20:47 24.10.2020)
ABŞ və Avropada artan koronavirusa yoluxma hallarının enerji tələbatına təsirsiz ötüşməyəcəyi ilə bağlı narahatlıqlar neftin qiymətində itkilərə səbəb olub. Nəticədə neft qiymətləri həftəni az da olsa itkilərlə tamamlamağa doğru irəliləyir.

BAKI, 24 oktyabr — Sputnik. Birjalarda neft qiymətləri koronavirusun ikinci dalğasına dair artan narahatlıqlar fonunda həftəni itkilərlə tamamlayır.

Sputnik Azərbaycan xəbər verir ki, ABŞ və Avropada artan koronavirusa yoluxma hallarının enerji tələbatına təsirsiz ötüşməyəcəyi ilə bağlı narahatlıqlar neftin qiymətində itkilərə səbəb olub. Nəticədə neft qiymətləri həftəni az da olsa itkilərlə tamamlamağa doğru irəliləyir.

Rusiya Prezidenti Vladimir Putinin ehtiyac duyulacağı təqdirdə hasilat məhdudiyyətlərini artıra biləcəklərini söyləməsi həftə ərzində neft qiymətlərinin yuxarı istiqamətli dəyişməsinə dəstək olub. V.Putinin şərhi "OPEC+" koalisiyasının yanvar ayında istehsal məhdudiyyətlərini azaltmaqla bağlı planını təxirə sala biləcəyinə işarə kimi qiymətləndirilir.

Lakin koronavirus epidemiyasındakı ikinci dalğanın Avropa və ABŞ-da enerji tələbatını alt-üst edəcəyinə dair narahatlıqlar durmadan artır. ABŞ-ın bəzi ştatlarında artan koronavirus hadisələri ölkədəki benzin ehtiyatlarında may ayından bəri ən böyük artıma səbəb olub.

Ekspertlərə görə, hazırda 40 dollar/barel civarında dəyişən neft qiymətləri Liviya kimi ölkələrdə artan hasilat fonunda bazarı daha təmkinli olmağa vadar edir. Bazar gözləntiləri isə "OPEC+"un planlaşdırdığı istehsal artımına getməyəcəyi istiqamətində dəyişir.

"Brent" neftinin bir bareli Londonun ICE birjasında 41,77 dollara, "Light" markalı neftin bir bareli isə Nyu-Yorkun NYMEX birjasında 39,85 dollara alıcı axtarır.

35

İlham Əliyev Azərbaycanı dəstəkləyən ölkələrin başçılarına məktublar ünvanlayıb

0
Prezident BMT TŞ-da Azərbaycanı dəstəkləyən ölkələrin dövlət və hökumət başçılarına məktublar ünvanlayıb.

BAKI, 25 oktyabr - Sputnik. Məlum olduğu kimi, bu günlərdə BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə Qoşulmama Hərəkatının və eyni zamanda, hazırda Təhlükəsizlik Şurasının üzvü olan ölkələr - İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadin təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdiriblər. Nəticədə Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olublar.

Sputnik Azərbaycan xəbər verir ki, bununla əlaqədar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadinin dövlət və hökumət başçılarına məktublar ünvanlanıb.

Prezident İlham Əliyev, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Məktublarda BMT Təhlükəsizlik Şurasında keçirilmiş müzakirələr zamanı göstərdikləri prinsipial mövqeyə görə sözügedən ölkələrə təşəkkür ifadə olunub.

Məktublarda qeyd edilib ki, bu ölkələrin belə qəti mövqe sərgiləmələri onların Bandunq prinsiplərinə, Qoşulmama Hərəkatının dəyərlərinə sadiqliyini, multilateralizmə və beynəlxalq hüquqa olan hörmətini nümayiş etdirir. Bu mövqe ikitərəfli münasibətlərimizdə tarixi dostluq əlaməti kimi qəbul olunur.

Daha sonra məktublarda bildirilir ki, həmin ölkələrin davamlı dəstəyi münaqişənin beynəlxalq hüquq və Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinə töhfə verəcək.

Sonda isə ikitərəfli münasibətlərimizin, eləcə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində çoxtərəfli əməkdaşlığımızın uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə