Xarici ticarət

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi azalıb

122
Ticarət dövriyyəsinin 41,8 faizi Avropa İttifaqı ölkələri, 12,2 faizi MDB üzvü dövlətləri, 46 faizi isə dünyanın digər ölkələrinin payına düşüb

BAKI, 13 iyul — Sputnik. 2016-cı ilin yanvar-may aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 155 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 95 ölkəyə məhsul ixrac olunub, 145 ölkədən idxal edilib. 

Dövlət Statistika Komitəsindən Sputnik-ə verilən məlumata görə, 2016-cı ilin yanvar-may aylarında xarici ticarət dövriyyəsi 8367,5 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 5036,1 milyon dollar, idxalın dəyəri 3331,4 milyon dollar təşkil edib, nəticədə 1704,7 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. Ticarət dövriyyəsinin 41,8 faizi Avropa İttifaqı ölkələri, 12,2 faizi MDB üzvü dövlətləri, 46 faizi isə dünyanın digər ölkələrinin payına düşüb.

İxrac edilmiş məhsulların ümumi dəyərində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, plastik kütlə, qara metallar və onlardan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatlar, şəkər, kimya sənayesi məhsulları, pambıq ipliyi və bitki yağlarının, idxal olunmuş məhsulların dəyərində isə maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, habelə ərzaq məhsulları, qara metallardan hazırlanan məmulatlar, nəqliyyat vasitələri və onların hissələri, plastik kütlə və ondan hazırlanan məmulatlar, əczaçılıq məhsullarının xüsusi çəkisi üstünlük təşkil edib.

Qeyd edək ki, 2015-ci ilin yanvar-may aylarında Azərbaycanın rezidentləri dünyanın 133 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib, 84 ölkəyə əmtəə ixrac olunub, 120 ölkədən idxal edilib. Xarici ticarət əlaqələri iştirakçılarının 45-i Avropa, 20-si Amerika, 41-i Asiya ölkələri və digərləridir.

Beş ay ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən 11723,6 milyon ABŞ dolları, o cümlədən ixracın həcmi 7655,8 milyon dollar, idxalın həcmi 4067,8 milyon dollar təşkil edib, nəticədə 3588,0 milyon dollarlıq müsbət saldo yaranıb.

122
Teqlər:
ticarət dövriyyəsi, saldo, xarici ticarət, Dövlət Statistika Komitəsi, ticarət
Əlaqədar
Gömrük Komitəsi xarici ticarət əlaqələrinin göstəriciləri üzrə fərqlər barədə izahat verib
Qanunsuz küçə ticarəti o qədər də "qanunsuz" deyilmiş...
Ukrayna Rusiya ilə azad ticarət zonasının ləğvinə hazırdır
"Hansısa ticarət mərkəzinin təhlükəsizliyini təmin etməklə iş bitmir"