Boş qalmış bank ofisi. Arxiv şəkli

Azərbaycanda problemli kreditlərin həcmi beynəlxalq normanı üç dəfə üstələyir

84
"Beynəlxalq reytinq agentliklərinin açıqlamasına görə, Azərbaycanda problemli kreditlərin həcmi ümumi kredit portfelinin ən azı 20 faizindən çoxdur"

BAKI, 12 iyul — Sputnik. "Əslində Azərbaycanda problemli kreditlərin həcmi daha böyükdür. Sadəcə Mərkəzi Bank öz hesabatında Beynəlxalq Bankda yaranmış problemli kreditləri ümumi portfeldən ayırıb. Yəni, onları da bu portfelə qatsaq, kifayət qədər böyük bir məbləğ alınır və bunun getdikcə artmasının bank sistemi üçün çox böyük təhlükələri var".

Natiq Cəfərli, iqtisadçı-ekspert
© Photo : N.Cəfərlinin şəxsi arxivi
Natiq Cəfərli, iqtisadçı-ekspert

Bunu, problemli kreditlərlə bağlı Sputnik-ə açıqlamasında, iqtisadçı-ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, Mərkəzi Bankın açıqladığı 1,5 milyard manatdan çox problemli kreditlərin həcmi ümumi kredit portfelinin 8 faizini keçib: "Dünya təcrübəsində isə problemli kreditlərin həcmi ümumi kredit portfelinin 3 faizini keçərsə, bu, böyük bir təhlükənin baş verdiyindən xəbər verir və banklar bu məsələyə daha ciddi yanaşmağa başlayır".

"Azərbaycanda isə bu, beynəlxalq normanı, az qala 3 dəfə üstələyir. Problemli kreditlərin artım tempi də göstərir ki, getdikcə hər ay problemli kreditlərin həcmi artacaq və artmaqda da davam edir. Bu da bankları daha da çıxılmaz vəziyyətə salıb. Banklar kreditləri toplaya bilmirlər deyə, yeni kredit xətlərinin açılmasında da problemlər yaşayırlar", — ekspert bildirib.

İqtisadçının fikrincə, hökumət və Mərkəzi Bank problemli kreditlərin artmasını 1-ci və 2-ci devalvasiyadan əvvəl proqnozlaşdırmalı idi: "Tez bir zamanda komissiya yaradılmalı və bu problemin qarşısını almaq üçün müəyyən yollar düşünülməli idi".

O bildirib ki, problemli kreditlərin həcminin getdikcə artması gələcəkdə daha ciddi problemlərə səbəb olacaq: "Bankların fəaliyyəti iflic vəziyyətinə düşə bilər. Hökumət də, Mərkəzi Bank da bank sistemini qurtarmaq üçün sonradan daha artıq xərc qoymağa məcbur olacaq, onların dəstək proqramına ehtiyacı yaranacaq. Yəni, banklar öz gücünə bu problemi həll edə bilməyəcək. Amma daha öncədən bu proqramlar qəbul edilsəydi, bu gün banklar daha az ziyanla çıxa bilərdi. Zaman keçdikcə problemi kreditlərin həcmi də artır və bunun həll olunmasına sərf olunacaq vəsaitin həcmi də artacaq".

"Ən yaxşı çıxış yolu məsuliyyət bölgüsüdür. Yəni, məsuliyyət vətəndaş, bank və hökumət arasında bərabər bölünməlidir ki, bütün yük vətəndaşın, ya da bankın üzərində qalmasın. Vaxt uzandıqca ziyanın həcmi və onun iqtisadiyyata vurduğu zərbə də daha güclü olacaq", — deyə ekspert qeyd edib.

Bank eksperti Əkrəm Həsənov
© Photo : REPORT
Əkrəm Həsənov

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov da Mərkəzi Bankın açıqladığı rəqəmlərin həqiqəti əks etdirmədiyini düşünür. "Əslində, problemli kreditlər daha çoxdur. Beynəlxalq reytinq agentliklərinin açıqlamasına görə, Azərbaycanda problemli kreditlərin həcmi ümumi kredit portfelinin ən azı 20 faizindən çoxdur", — o, Sputnik-ə açıqlamasında deyib.

Ekspertin sözlərinə görə, banklar problemli kreditlərin həcmini gizlədir: "Ona görə ki, problemli kreditlər üzrə banklar ehtiyat yaratmalıdır və bunun üçün də pul lazımdır, pulları da yoxdur. Ona görə də əslində problemli kreditlərin həcmi 20 faizdən də çoxdur".

Problemdən çıxış yollarına gəlincə, ekspert deyib ki, problemli kreditlərin xeyli hissəsi elə bank sahiblərinin və bankı idarə edən şəxslərin özlərinə, yaxınlarına verdiyi kreditlərdir: "Onlar da götürdükləri kreditləri qaytarmırlar. O pullar mənimsənilib. Adını da qoyublar ki, problemli kreditlərdir. Ona görə də dövlətin ilk addımı o olmalıdır ki, bununla əlaqədar banklarda yoxlama aparılsın. Bu yol ilə xeyli kreditləri qaytarmaq olar. Digərləri isə doğrudan problemli kreditlərdir və kənar şəxslərə, əhaliyə, sahibkarlara verilib".

Ə. Həsənov ilk növbədə "Müflisləşmə haqqında" Qanunun qəbul edilməsini təklif edir: "Kim borcunu ödəyə bilmirsə, həmin borc bağışlanmalıdır. Bu, yalnız vətəndaşın xeyrinə deyil, həm də bankın xeyrinədir".

"Amma o biri kreditlər üzrə güzəştlər tətbiq edilməlidir. Xüsusən də dollar kreditləri üzrə. Bunun üçün müəyyən güzəşt sistemi yaradılmalıdır. Bu addımları atmaq lazımdır ki, problemli kreditlər artmasın", — deyə ekspert bildirib.

Qeyd edək ki, ölkəmizdə ödəniş vaxtı keçmiş kreditlərin ümumi həcmi iyun ayının 1-nə 1 milyard 514,2 milyon manat təşkil edib. Təkcə may ayında problemli kreditlərin həcmi 132,9 milyon manat artıb. Ötən ilin sonuna nisbətən vaxtı keçmiş kreditlər 5,7 milyon manat və yaxud 0,37% artıb. Son bir ildə isə problemli kreditlər 201 milyon manat və yaxud 15,3% çoxalıb.

84
Teqlər:
problemli kredit, Natiq Cəfərli, Əkrəm Həsənov, Mərkəzi Bank, kredit, bank
Əlaqədar
Azərbaycanda problemli kreditlərin həcmi maksimuma çatıb
Ölkədə problemli kreditlərin sayı yüksək səviyyəyə çatıb
Problemli kreditlərlə bağlı dördpilləli həll planı
Problemli kreditlərin həcmi 13% azalıb
Problemli kreditlərlə bağlı qərar qəbul oluna bilər
Azərbaycanda problemli kreditlər sürətlə artır
Taxılçılıqla məşğul olan fermer

Rayonda bir ilki sınaqdan keçirən Balakən sakini ayın fermeri oldu

14
(Yenilənib 21:10 30.11.2020)
"Ayın fermeri" müsabiqəsinin məqsədi nümunəvi fermerlərin müəyyən edilməsi, onların mükafatlandırılaraq həvəsləndirilməsi və qabaqcıl fermerlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasından ibarətdir

BAKI, 30 noyabr — Sputnik. Azərbaycanda aqrar sahədə fəaliyyətin daha da stimullaşdırılması üçün fermerlər arasında elan edilən "Ayın fermeri" müsabiqəsinin qalibi müəyyənləşib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat veriblər ki, müsabiqədə iştirak üçün 40 rayondan ümumilikdə 56 fermer müraciət edib. Müsabiqənin iki mərhələsi üzrə ayrı-ayrılıqda fermerlərin fəaliyyəti qiymətləndirilib.

Komissiya üzvlərinin qiymətləndirməsi nəticəsində qarğıdalı istehsalı sahəsində yüksək məhsuldarlıq əldə etdiyinə görə fermer Zaur Əhmədiyev "Ayın fermeri" müsabiqəsinin qalibi elan edilib. Balakən rayonunda fermer təsərrüfatı quran Zaur Əhmədiyev düzgün aqrotexniki qulluq nəticəsində 35 ha qarğıdalı sahəsindən 308 ton dənlik qarğıdalı istehsal edib. Rayonda ilk dəfə qarğıdalı sahəsində damlama üsulu ilə suvarma sistemini quran fermerin qarğıdalı sahəsində orta məhsuldarlıq 88 sentner təşkil edib. O, ötən il 175 ha sahədən 460 ton taxıl əldə edib. 2019-cu ildə 20 hektar sahədə intensiv bağ salan Zaur Əhmədiyev heyvandarlıq sahəsində də fəaliyyət göstərir və hazırda təsərrüfatında 298 baş iribuynuzlu heyvan var.

Qeyd edək ki, "Ayın fermeri" müsabiqəsinin məqsədi nümunəvi fermerlərin müəyyən edilməsi, onların mükafatlandırılaraq həvəsləndirilməsi və qabaqcıl fermerlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasından ibarətdir.

Xatırladaq ki, müsabiqənin təşkili ilə bağlı təsdiqlənən qaydalara əsasən, müsabiqədə "Elektron Kənd Təsərrüfatı" İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş və 2 ildən az olmayan müddətdə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlər iştirak edə bilər.

14
Teqlər:
qarğıdalı, fermer, Balakən
Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov

Ekspert: “Əmlak bazarında ciddi dəyişikliklərin olacağı gözlənilmir”

12
(Yenilənib 14:24 27.11.2020)
Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov deyir ki, rəqabət müşahidə edilən ərazilərdə endirimləri görmək olar
Elnur Azadov: “Kirayə bazarında 20% endirim müşahidə edilir”

“Pandemiya ilə əlaqədar olaraq iqtisadi proseslərin dayanması daşınmaz əmlak bazarındakı qiymətlərə ciddi təsir etməyib”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov deyib.

O bildirib ki, bəzi tikinti şirkətləri inşaat prosesini davam etdirə bilmək üçün endirim aksiyalarına başlamışdılar:

“Bu ümumi bazara təsir göstərməsə də, rəqabət müşahidə edilən ərazilərdə endirimləri görmək olar. Kirayə bazarında isə 20% endirim müşahidə edilir. Bu baxımdan ilin sonuna qədər əmlak bazarında ciddi dəyişikliklərin olacağı gözlənilmir. Məcburi köçkünlərin qayıdışından sonra əmlak bazarında hansı vəziyyətin yaranması isə dövlət proqramından asılı olacaq”.

Elnur Azadovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

12
Tovuzun Əsrik Cırdaxan kəndindən olan Bədir Süleymanov

Qələbənin bir addımlığında yaralanan qazi: "Bir əsgərdə qorxu hissi yox idi"

139
(Yenilənib 21:37 30.11.2020)
"Komandirə dedim, icazə versin, onsuz axşama kimi qanaxmadan burada sağ qalmaq mümkün olmayacaq. O biri yaralını da götürüb sürünə-sürünə çıxardım düşmən əhatəsindən. Hazırda ikimiz də sağıq. Tez-tez zəng vurur indi"

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 30 noyabr — Sputnik. Döyüş meydanında qəhrəmanlıq göstərən igid Azərbaycan oğullarının şücaəti indi dillərə dastan olur. Torpaqlarımızı işğaldan azad etmiş bu vətən oğullarının sayəsində biz zəfər yazan ölkənin vətəndaşına çevrilmişik. Onlardan biri də Tovuzun Əsrik Cırdaxan kəndindən olan Bədir Süleymanovdur.

© Sputnik / Ilham Mustafa
Qarabağ qazisi Bədir Süleymanov övladı ilə

O, Vətən müharibəsinin ilk günlərindən cəbhəyə könüllü qatılıb, döyüşlərdə iştirak edib. Bədir torpaqlarımızın işğaldan azad olunması zamanı əldə edilən qələbənin əsas səbəblərindən birinin yüksək döyüş əhval-ruhiyyəsi olduğunu deyir:

“Əhval-ruhiyyə ordumuzda çox yüksək idi. Bir əsgərdə belə qorxu hissi yox idi. İndi fikirləşirəm ki, bir nəfər belə qorxmuş olsaydı, bu bütün döyüşçülərə sirayət edərdi. Amma hər kəs qorxmadan mərdliklə döyüşürdü. Bizim döyüşçülərin döyüş ruhunu yüksəldən düşmənin qabağımızda dayana bilməməsi idi. Hücum vaxtı erməni əsgəri uzağı 5-10 güllə atıb avtomatı tullayıb qaçırdı. Onda hiss edirdik ki, qarşımızı heç bir düşmən kəsə bilməz”, - deyə döyüşlər haqda danışıb.
  • Bədir Süleymanov övladları ilə
    © Sputnik / Ilham Mustafa
  • Bədir Süleymanovun övladları
    © Sputnik / Ilham Mustafa
  • Tovuzun Əsrik Cırdaxan kəndindən olan Bədir Süleymanov
    © Sputnik / Ilham Mustafa
  • Bədir Süleymanovun övladı
    © Sputnik / Ilham Mustafa
  • Bədir Süleymanovun övladı
    © Sputnik / Ilham Mustafa
1 / 5
© Sputnik / Ilham Mustafa
Bədir Süleymanov övladları ilə

Füzuli, Laçın və Xocavənd istiqamətində döyüşlərdə iştirak edən Bədir Süleymanov əlindən yaralansa da, digər yaralı əsgər yoldaşını da döyüş meydanında buraxmayıb. O anı yaralı qazi belə xatırlayır:

“Noyabrın 9-da Xocavənd istiqamətində əlimdən güllə yarası aldım. Mən zərbə manqasında döyüşürdüm. Döyüşlərə ilk biz atılırdıq. Yaralandığım döyüşdə erməniləri qovaraq içərilərə getdik. Düşmən bizi mühasirəyə salmaq istəyəndə yaralandım. Mənimlə eyni vaxtda bir yoldaşım da yaralandı. Güllə sinəsindən girib kürəyindən çıxmışdı. Olduğumuz yerdən işıqlı havada çıxmaq mümkün deyildi. Snayperləri çox idi ərazidə. Ona görə komandir dedi, qaranlıq düşsün, sonra sizi aşağı düşürək. Komandirə dedim, icazə versin, onsuz axşama kimi qanaxmadan burada sağ qalmaq mümkün olmayacaq. O biri yaralını da götürüb sürünə-sürünə çıxardım düşmən əhatəsindən. Hazırda ikimiz də sağıq. Tez-tez zəng vurur indi”, - deyə o, son döyüşündən məlumat verib.

© Sputnik / Ilham Mustafa
Qarabağ qazisi Bədir Süleymanov ailəs ilə birgə

Bədirin 2 körpə övladı var. Qazinin gəlişinə ən çox sevinənlər də elə onlardır.

Qazi anası Aybəniz Salmanova övladı ilə fəxr etdiyini deyir.

“Bədir mənim fəxrimdir. Müharibə başlayanda öz kəndimizdəydim. Zəng elədi ki, mən döyüşə gedirəm, gəl, uşaqların yanında qal. Gedən gündən döyüşlərə qatılıb son günlərədək vuruşdu. Gələndə onu bir qəhrəman oğul kimi qarşıladım. Mən övladımla, ordumuzla, prezidentimizlə fəxr edirəm. Çünki birlik olmasaydı, müharibədə qalib gələ bilməzdik,” - deyə o bildirib.

Bədir indi tezliklə sağalacağı günü gözləyir. Fikri-zikri döyüş yoldaşlarının yanında olduğundan sağalan kimi onların yanına getmək istəyir.

139
Teqlər:
əsgər, döyüş, söhbət, Tovuz, Qarabağ, qazi