Prezident İlham Əliyev hərbçilərlə görüşdə çıxış edir

İlham Əliyev: Neftin qiyməti bizim üçün əhəmiyyətsiz olacaq

42
Azərbaycan prezidenti: Aparılan islahatlar dərinləşdikcə biz neftdən asılılığı tamamilə aradan götürəcəyik. Bundan sonra neftin qiymətinin bizim üçün əhəmiyyəti olmayacaq.

BAKI, 11 iyul — Sputnik. Biz artıq postneft dövründə yaşayırıq.

Sputnik xəbər verir ki, bunu iyulun 10-da  Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

"Bir neçə ildən sonra Azərbaycan dünya bazarına çox böyük həcmdə təbii qaz ixrac edəcək və bunun nəticəsində ölkəyə valyuta axını davam edəcək. Ancaq biz elə postneft dövründə olduğu kimi yaşamalıyıq. Aparılan islahatlar dərinləşdikcə biz neftdən asılılığı tamamilə aradan götürəcəyik. Bundan sonra neftin qiymətinin bizim üçün əhəmiyyəti olmayacaq", — deyə prezident qeyd edib.

42
Valyutadəyişmə məntəqəsində dollarlar sayılır, arxiv şəkli

Azərbaycan xalqının dollara tələbi azalıb

8
(Yenilənib 22:47 29.10.2020)
Azərbaycanda keçirilən bugünkü valyuta hərracında tələb əvvəlki hərracla müqayisədə 1,9% və ya 1,2 mln. dollar azalıb.

BAKI, 29 oktyabr — Sputnik. Bu gün Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, hərracda tələb 62,9 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Bugünkü valyuta hərracında tələb əvvəlki hərracla müqayisədə 1,9% və ya 1,2 mln. dollar azalıb.

Qeyd edək ki, oktyabrın 27-də Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirilib. Hərracda tələb 64,1 mln. ABŞ dolları təşkil edib.

8
Neft buruğu, arxiv şəkli

"Brent" nefti kədərli vəziyyətə düşdü

13
Dünya bazarlarında neftin qiymətləri aşağı düşməkdə davam edir. "Brent" markalı neftin bir barelinin qiyməti 38 dollardan da aşağı düşüb.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 29 oktyabr — Sputnik. Dünya bazarlarında neftin qiymətləri aşağı düşməkdə davam edir.

Sputnik Azərbaycan xəbər verir ki, bu gün "Brent" markalı neftin bir barelinin qiyməti 38 dollardan da aşağı düşüb.

Bakı vaxtı ilə saat 15:40-da "Brent" markalı neft 3,7 faiz ucuzlaşma ilə 37,65 dollardan alıcı tapıb. ABŞ xam neftinin qiyməti isə 3,8 faiz ucuzlaşma ilə 35,95 dollara düşüb.

Qeyd edək ki, neftin qiyməti qlobal miqyasda koronavirusa yoluxma hallarında artımın neft tələbatının bərpa prosesini ləngitdiyinə dair narahatlıqlar fonunda ucuzlaşır.

13
Avropa Liqasının qrup mərhələsinin 2-ci tutu çərçivəsində Qarabağ - Vilyareal matçı

"Qarabağ" azarkeşlərini məyus etdi

0
(Yenilənib 23:52 29.10.2020)
Azərbaycanın "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

BAKI, 29 oktyabr — Sputnik. "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, görüş Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutub.

Komandalar oyunun birinci hissəsini heç-heçə başa vurublar. İkinci hissədə isə "Qarabağ"ın oyunçusu Kvabena Ovusu fərqlənib. O, 78-ci dəqiqədə hesabı açıb. Lakin Ağdam klubunun azarkeşlərinin sevinci uzun çəkməyib. 2 dəqiqə sonra "Vilyarreal" Yeremi Pinonun vurduğu qolla hesabı bərabərləşdirib. Matçın 84-cü dəqiqəsində Pako Alkaser Ağdam klubunu cəzalandırıb. "Vilyarreal" ikinci qolla önə çıxıb. 

Oyuna əlavə edilən dəqiqələrdə "Vilyarreal" 3-cü topu "Qarabağ"ın qapısından keçirib. Üçüncü topu da 90+6-cı dəqiqədə penaltidən Pako Alkaser vurub.

Beləliklə, "Qarabağ"-"Vilyarreal" matçında oyun ispan klubunun qələbəsi ilə başa çatıb.

Bu oyunun nəticəsi olaraq xallarını 6-ya çatdıran "Vilyarreal" qrupda liderliyini möhkəmlədib. "Qarabağ" isə 1 xalla 3-cü pillədə qalıb.

0