Mərkəzi Bankın sədri Elman Rüstəmov Azərbaycan Dövlət İqtisad Universitetində olub

Elman Rüstəmov maliyyə siyasətinin prioritetlərindən danışdı

50
Mərkəzi Bankın sədri UNEC-də olub. Baş bankir əhalinin əmanətlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə mühüm tədbirlər görüldüyünü bildirib.

BAKI, 20 iyun — Sputnik. İyunun 20-də Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub. Universitetin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, rektor, professor Ədalət Muradov UNEC-də ölkə və dünya iqtisadiyyatında baş verən proseslərə dair müzakirələrin aparılmasının əhəmiyyətindən danışıb.

Mərkəzi Bank sədri, eyni zamanda universitetin fəxri məzunu Elman Rüsəmovla görüşün UNEC-in elmi-tədqiqat mərkəzinə çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə öz töhfəsini verəcəyini bildirib. Rektor bu məqəsdlə "Diskurs.az" iqtisadi forumunun və "UNEC Exspert" jurnalının təsis edildiyini qeyd edib. Bildirib ki, bu resurslar universitetin iqtisadçılarına iqtisadi proseslərə öz münasibətini bildirmək imkanlarını yaradır.

Ə.Muradov UNEC-in artan nüfuzundan danışıb: "Universitetimiz dünyanın ali təhsil müəssisələrinin ən nüfuzlu reytinqlərində yer alır. "Webometrics" reytinqində UNEC ardıcıl olaraq, iki dəfə Azərbaycan universitetləri arasında liderliyini qoruyub saxlayıb. Bundan başqa, iyunun 14-də QS reytinqinin açıqlamasında UNEC Avropa və Mərkəzi Asiya regionunun ən yaxşı 200 universiteti arasında qərarlaşaraq, iqtisadyönümlü universitetlər arasında 4-cü yerə yüksəlib".

AMB sədri Elman Rüstəmov ölkənin aparıcı universitetlərindən olan UNEC-də iqtisadçı mütəxəssis və ekspertlərlə müzakirələr aparmağın əhəmiyyətini vurğulayıb. Bildirib ki, universitet iqtisadçılarının ölkə iqtisadiyyatında cərəyan edən hadisələrə münasibəti əhəmiyyətlidir.

  • Mərkəzi Bankın sədri Elman Rüstəmov Azərbaycan Dövlət İqtisad Universitetində olub
    Mərkəzi Bankın sədri Elman Rüstəmov Azərbaycan Dövlət İqtisad Universitetində olub
    © Photo : UNEC
  • Mərkəzi Bankın sədri Elman Rüstəmov Azərbaycan Dövlət İqtisad Universitetində olub
    Mərkəzi Bankın sədri Elman Rüstəmov Azərbaycan Dövlət İqtisad Universitetində olub
    © Photo : UNEC
  • Mərkəzi Bankın sədri Elman Rüstəmov Azərbaycan Dövlət İqtisad Universitetində olub
    Mərkəzi Bankın sədri Elman Rüstəmov Azərbaycan Dövlət İqtisad Universitetində olub
    © Photo : UNEC
  • Mərkəzi Bankın sədri Elman Rüstəmov Azərbaycan Dövlət İqtisad Universitetində olub
    Mərkəzi Bankın sədri Elman Rüstəmov Azərbaycan Dövlət İqtisad Universitetində olub
    © Photo : UNEC
  • Mərkəzi Bankın sədri Elman Rüstəmov Azərbaycan Dövlət İqtisad Universitetində olub
    Mərkəzi Bankın sədri Elman Rüstəmov Azərbaycan Dövlət İqtisad Universitetində olub
    © Photo : UNEC
1 / 5
© Photo : UNEC
Mərkəzi Bankın sədri Elman Rüstəmov Azərbaycan Dövlət İqtisad Universitetində olub

AMB sədri "İqtisadi artım və makroiqtisadi siyasət" mövzusunda məruzə ilə çıxış edib. E.Rüstəmov son on ildə qazanılan makroiqtisadi sabitlik, iqtisadi artım, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, monetar siyasət, bankların kapitallaşması barədə ətraflı məlumat verib. Bildirib ki, regionda son dövrlər baş verən hadisələrə və dünya bazarında neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycan öz iqtisadi artım tempini qoruyub saxlayıb. İqtisadiyyatda qeydə alınan müsbət dinamikanın qeyri-neft sektorunun inkişafı hesabına təmin edildiyini diqqətə çatdırıb. Son 10 ildə ölkə iqtisadiyyatı 3,4 dəfə artıb ki, bu da ən yüksək göstəricidir.

E.Rüstəmov bundan sonra da makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində Mərkəzi Bankın hökumətlə birgə həyata keçirəcəyi kompleks tədbirlərdən danışıb: "Mərkəzi Bank 2016-cı ildə pul siyasətinin çevikliyinin artırılmasına, milli iqtisadiyyatın maliyyə dayanıqlığının və beynəlxalq rəqabət qabiliyyətinin təmin olunmasına imkan verən siyasət həyata keçirəcək".

Bank sektorunda maliyyə sabitliyinin qorunmasının prioritetlərdən biri olduğunu bildirən E.Rüstəmov banklarda əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bank sektorunun maliyyə dayanıqlığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlər görüldüyünü də qeyd edib.

E.Rüstəmov nağdsız ödənişlərin inkişafı, elektron ödəniş xidmətlərinin və innovativ ödəniş texnologiyalarının tətbiqinin genişləndirilməsinın Mərkəzi Bankın fəaliyyətinin mühüm hədəflərindən olduğunu da vurğulayıb: "Yeni çağırışlardan irəli gələn vəzifələrin icrasında Mərkəzi Bankda insan kapitalının, tədqiqat və analitik bazasının, idarəetmə proseslərinin daha da müasirləşməsi və inkişafı vacib rol oynayacaq".

Daha sonra E.Rüstəmov ölkədə makroiqtisadi stabilliyin qorunması istiqamətində Mərkəzi Bankın görəcəyi tədbirlər, dünyanın valyuta, eləcə də enerji bazarlarında baş verən proseslərə Mərkəzi Bankın münasibəti və dolların dəyişən məzənnəsi haqda UNEC iqtisadçılarının suallarını cavablandırıb.

Tədbir müzakirələrlə davam edib. UNEC iqtisadçıları makroiqtisadi sabitliyin qorunub saxlanılması, ölkədə davamlı iqtisadi inkişafın təmin edilməsi, xüsusilə neftdən kənar sahələrin inkişafı, iqtisadiyyatın şaxələndirilməsi məqsədilə öz təkliflərini veriblər.

50
Teqlər:
AMB, Ədalət Muradov, Elman Rüstəmov, UNEC, maliyyə, Mərkəzi Bank
Əlaqədar
UNEC regionun iqtisadyönümlü universitetləri arasında 4-cü yerə yüksəlib
Fransada təhsil alacaq UNEC-in ilk tələbələri bəlli olub
UNEC Mərkəzi Asiya Universitetlər Birliyinə üzv seçilib
Fiziki məhdudiyyətli uşaqlar UNEC-in təhsil imkanları ilə tanış olublar
Webometrics nəticələri açıqladı: UNEC Azərbaycan birincisidir
UNEC-də nümunəvi dərslər aylığına start verilib
Avropa Parlamentinin iclası, arxiv şəkli

Avropa Parlamenti Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnamə qəbul etdi

17
(Yenilənib 12:22 27.11.2020)
Bir oktyabr 2020-ci il tarixinə milli iqtisadiyyatda muzdlu işçilərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,6% artaraq 1,681 milyon nəfərə çatıb.

BAKI, 27 noyabr — Sputnik. Avropa Parlamenti Avropa İttifaqı üzv dövlətlərini Aralıq dənizindəki davranışına görə Türkiyəyə qarşı sərt sanksiyalar tətbiq etməyə çağıran qətnamə qəbul edib.

Banker.az xəbər verir ki, sənədlə bağlı səsvermə Avropa Parlamentinin Brüsseldəki plenar iclasında baş tutub.

Bildirilir ki, qətnaməyə 631, əleyhinə 3 deputat səs verib. "Parlament üzvləri Avropa Şurasını Türkiyənin qanunsuz fəaliyyəti ilə bağlı vahid mövqe tutmağa və buna cavab olaraq sərt sanksiyalar tətbiq etməyə çağırırlar", – sənəddə deyilir.

Qətnamə Türkiyənin Kiprin şimalındakı keçmiş Varoşa kurort zonasını açmaq qərarının bu problemin həlli perspektivlərini sarsıtdığını vurğulayır.

Eyni zamanda sənəddə Ankaranın Aralıq dənizi, Liviya və Suriyadakı hərəkətləri sayəsində Avropa İttifaqı ilə Türkiyə arasındakı münasibətlərin "tarixi minimuma" çatdığı qeyd edilir. Avropa İttifaqı və Türkiyə münasibətləri 10-11 dekabr sammitində diqqət mərkəzində olan mövzulardan biri olacaq.

17
Teqlər:
Brüssel, plenar iclas, Kipr, Türkiyə, Avropa Parlamenti, Sanksiya
Bakıda neft nasosları, arxiv şəkli

Azərbaycan nefti neçəyə satılır?

6
(Yenilənib 11:43 27.11.2020)
Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

BAKI, 27 noyabr — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,09 dollar ucuzlaşaraq 48,28 dollar təşkil edib.

"Brent" markalı neftin bir barelinin qiyməti 0,14 dollar geriləyərək 47,66 dollar, "Light" markalı neftin bir barelinin qiyməti isə 0,87 dollar ucuzlaşaraq 44,84 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

6
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli

Putinin suallara cavab verəcəyi konkret tarix bilindi

0
(Yenilənib 13:28 27.11.2020)
Ağır epidemioloji vəziyyətlə bağlı tədbir videokonfrans formatında keçiriləcək. Putin Novo-Oqarevodakı iqamətgahından sualları cavablandıracaq.

BAKI, 27 noyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin ilin yekunları ilə bağlı dekabrın 17-si mətbuat konfransı keçirəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Noyabrın 29-u saat 12:00-da Rusiya Federasiyasının mətbuat xidməti və informasiya idarəsi jurnalistlərin akkreditasiyasına başlayacaq", - deyə məlumatda qeyd olunur.

Ağır epidemioloji vəziyyətlə bağlı tədbir videokonfrans formatında keçiriləcək. Putin Novo-Oqarevodakı iqamətgahından sualları cavablandıracaq.

0