Milli Məclis

Neft Fondundan büdcəyə transfertlərin həcmi 3.3 milyard manat azalıb

30
(Yenilənib 14:23 31.05.2016)
Ziyad Səmədzadə: "2015-ci ilin dövlət büdcəsində 286,5 mln. manat məbləğində büdcə kəsiri olub. 2016-cı ilin 1 yanvar tarixinə dövlət büdcəsi üzrə vahid xəzinə hesabının qalığı 1433,9 mln. manat təşkil edib"

BAKI, 31 may — Sputnik. Parlamentin iclasında "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirə edilir. Sputnik xəbər verir ki, millət vəkili Ziyad Səmədzadə büdcənin icrasından danışarkən, neftin qiymətinin 3 dəfə aşağı düşməsinin iqtisadiyyata mənfi təsirinlərini diqqətə çatdırıb.

"Ötən il iqtisadi inkişafa nail olunub. 2015-ci ildə büdcənin icrasında vergi və gömrük proqnozu artıqlaması ilə yerinə yetirib. Vergi-gömrük sistemindəki iqtisadi islahatların nəticəsində büdcənin gəlirləri üzrə proqnozlar uğurla həyata keçirilib", — deyə deputat bildirib.

Onun sözlərinə görə, ölkənin müdafiəsi ilə bağlı xərclərdə heç bir azalma olmayıb: "Təhsil, səhiyyə, mədəniyyət xərclərinin xüsusi çəkisi artıb. Son 5 ildə aqrar sektorun inkişafına 2,5 milyard manat ayrılıb".

Z. Səmədzadə əlavə edib ki, dövlət büdcəsində Dövlət Neft Fondunun gəlirləri üstünlük təşkil edir: "2013-cü ildə transfert 11,3 mlrd. manat, 2015-ci ildə 8 mlrd. manat təşkil edib. Gələcəkdə Dövlət Neft Fondunun gələcək nəsillər üzrə optimal bölüşdürülməsi təmin ediləcək".

"Gələcəkdə büdcə gəlirlərinin artması nəticəsində büdcənin strukturu da təkmilləşəcək. Son 10 ildə dövlət büdcəsinin kəsiri proqnozdan artıq olmayıb ki, bu da düşünülmüş büdcə siyasətinin nəticəsidir", — deputat vurğulayıb.

Millət əlavə edib ki, dövlət büdcəsi xərclərinin ÜDM-də xüsusi çəkisi 32,7% təşkil edib: "2015-ci ilin dövlət büdcəsində 286,5 mln. manat məbləğində büdcə kəsiri (defisit) olub. Dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi qiymətli kağızların yerləşdirilməsindən, özəlləşdirmədən daxiolmalar, xarici qrantlar və dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçirilib. 2016-cı ilin 1 yanvar tarixinə dövlət büdcəsi üzrə vahid xəzinə hesabının qalığı 1433,9 mln. manat təşkil edib".

"Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirələrdən sonra səsəqoyularaq qəbul edilib.

30
Teqlər:
Dövlət Neft Fondu, Ziyad Səmədzadə, Milli Məclis, millət vəkili, parlament, büdcə, iclas
Əlaqədar
Neft Fondu 50 milyon dollar satdı
Təsəvvür edin, Neft Fondu olmasaydı, nə baş verərdi...
Dövlət Neft Fondu 48,4 milyon dollar satıb
Büdcəyə yenidən baxılması risk daşıyır - neftin bahalaşması aldadıcıdır
Dövlət Neft Fondu hərracda 49 milyon dollar satıb
ABŞ-dan neftin qiyməti ilə bağlı ağılalmaz proqnoz
Post-neft dövrünün ilk nikbin proqnozu
Xəzər dənizindən Bakıya mənzərə, arxiv şəkli

"Xəzəryanı dövlətlər arasında anlaşılmayan məqamların sayı azalır"

24
(Yenilənib 22:26 23.01.2021)
Professor Azərbaycan və Türkmənistan arasında Xəzər dənizində "Dostluq" yatağının birgə istismarı məsələsini şərh edib, bölgənin iqtisadi inteqrasiyasından danışıb.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 23 yanvar — Sputnik. Dünən Azərbaycan və Türkmənistan arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen ehtiyatlarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalanıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında sənədin əhəmiyyətini şərh edib.

Professor bildirib ki, 2018-ci ildə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın Xəzəryanı dövlətlərin başçıları tərəfindən imzalanması bölgədə sabitlik, əmin-amanlıq və inkişaf baxımdan olduqca münbit şərait yaratmış oldu: "Bu gün Xəzəryanı dövlətlər həmin şəraitdən istifadə edərək illər ərzində yaranan problemlərin həlli istiqamətində irəliləyişə nail olurlar. Bu, olduqca mühüm məsələdir, çünki Xəzər faktiki olaraq son illərdə sabitlik, əmin-amanlıq və inkişaf hövzəsi kimi tanınmaqdadır".

Onun sözlərinə görə, "Dostluq" yatağının Azərbaycan və Türkmənistan arasında birgə istismarı ilk növbədə siyasi məna daşıyır: "Çünki iqtisadi baxımdan həmin yataqdan əldə edilən karbohidrogen ehtiyatlar nə Azərbaycanın, nə də Türkmənistanın enerji sektoru üçün o qədər də böyük xüsusi çəkiyə malik deyil. Burada əsas məsələ ondan ibarətdir ki, faktiki olaraq ölkələr arasında problemlərin həll edilməsinin şahidi oluruq. Eyni zamanda, tədricən Xəzəryanı dövlətlər arasında anlaşılmayan məqamların sayı azalmaqdadır. Bu da onu deməyə əsas verir ki, faktiki olaraq Xəzəryanı dövlətlər Xəzərdən uzaq olan ölkələrin müdaxilələri olmadan öz problemlərini daha rahat şəkildə həll edə bilirlər".

Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

"Xəzəryanı dövlətlər bundan sonra da öz problemlərini Xəzərin ümumi maraqları çərçivəsində həll edərlərsə, bu bölgənin sabitlik, əmin-amanlıq və inkişaf bölgəsi kimi mövqe tutmasının şahidi ola bilərik. Bununla yanaşı, tədricən Xəzəryanı dövlətlərin, o cümlədən Azərbaycan ilə Türkmənistanın kapital qoyuluşlarını xammal ixracatına deyil, emal sektoruna yerləşdirməsinə ciddi ehtiyac var. Əgər buna nail olunsa, Xəzəryanı dövlətlər dünya ticarəti çərçivəsində xeyli dərəcədə daha ekvivalent mübadiləyə çıxa bilər", - deyə o qeyd edib.

O diqqətə çatıdırıb ki, Qarabağ münaqişəsinin həlli, Xəzəryanı dövlətlər tərəfindən Xəzərin statusu ilə bağlı müəyyən konsensusun əldə olunması bütövlükdə bölgədə yeni geosiyasi və iqtisadi reallıqların formalaşması üçün çox yaxşı şərait yaradır: "Bu kontekstdə bölgədə iqtisadi inteqrasiyanın dərinləşməsi məqsədəuyğundur. Bu, artıq zamanın çağırışı kimi görünür. Yaxın illərdə, aylarda biz bölgədə texnoloji korporasiyanın, regional iqtisadi inteqrasiyanın və əməkdaşlığın dərinləşməsinin şahidi ola bilərik".

24
Azərbaycan manatı, arxiv şəkli

Azərbaycanın valyuta ehtiyatları artıb

10
(Yenilənib 21:41 23.01.2021)
Valyuta ehtiyatlarının 87,2%-i Dövlət Neft Fondunun, 12,8 %-i isə Azərbaycan Mərkəzi Bankının payına düşüb.

BAKI, 23 yanvar — Sputnik. Azərbaycanın valyuta ehtiyatları bu il yanvarın 1-nə 49 mlrd 933,7 mln ABŞ dolları təşkil edib.

Sputnik Azərbaycan xəbər verir ki, bunun 87,2%-i və yaxud 43 mlrd 564,3 mln ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 12,8 %-i və yaxud 6 mlrd 369,4 mln ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Son 1 ildə ölkənin valyuta ehtiyatları 352,4 milyon ABŞ dolları və yaxud 0,7 % artıb.

10
Dəniz quldurlarının bayrağı, arxiv şəkli

Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, azərbaycanlı mühəndis öldürülüb

0
(Yenilənib 00:29 24.01.2021)
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər: "Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.

“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.

Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:

"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

0