Dollar və manat

O "batmış" 500 milyonu kim qaytaracaq?

158
Mərkəzi Bankdan kredit almış bir sıra təşkilatlar həmin borcu geri ödəyə bilmir. Hesablama Palatası həmin kreditlərin vaxtının keçdiyini bildirir. Ekspertlərin fikrincə, bu məsələdə MB və krediti götürən qurumlar məsuliyyət daşıyır.

BAKI, 24 may — Sputnik. Hesablama Palatası tərəfindən aparılan təhlillərə əsasən, dövlət zəmanəti ilə verilmiş və Mərkəzi Bankdan kredit almış bir sıra təşkilatlar həmin kreditin və ona hesablanmış faizlərin ödənişi zamanı müəyyən çətinliklərlə üzləşir. Bu barədə məlumat Hesablama Palatasının "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata rəyində əksini tapıb.

Azərbaycan Mərkəzi Bankı
© Sputnik / Murad Orujov

Sənəddə qeyd edilib ki, bu da son nəticədə ödənişin büdcənin digər mənbələri hesabına aparılması zərurəti ilə nəticələnir. Müəyyən olunub ki, bir sıra hallarda büdcədən maliyyələşən təşkilatlara, nəzarət zərfi dövlətə məxsus səhmdar cəmiyyətlərə Mərkəzi Bankdan hökumət zəmanətli kreditlər verilir ki, bunun da ödənişi daxili borc üzrə xidmət xərclərində nəzərdə tutulmadığından, hökumətin müvafiq sərəncamları ilə növbəti ilin büdcəsində əsaslı vəsait qoyuluşu planlaşdırılarkən müvafiq vəsaitlərin həmin təşkilatların nizamnamə kapitalının və ya aktivlərinin artırılmasına yönəldilməsi kimi nəzərdə tutulur.

Mərkəzi Bank tərəfindən verilmiş məqsədli kreditlər barədə məlumata əsasən, Hesablama Palatası tərəfindən aparılan təhlil nəticəsində müəyyən olunub ki, daxili dövlət borcu hesab edilən məqsədli kreditlərin hesabat ilinin sonuna qalığı 3 milyard 769,78 milyon manat təşkil edib. Qeyd edilən məbləğdən 376,46 milyon manatı vaxtı keçmiş əsas borc öhdəliyi, 122,85 milyon manat isə vaxtı keçmiş faiz borc öhdəliyi olub. Vaxtı keçmiş borclar əsasən "Azəraliminium" ASC üzrə (76 mln. manat əsas borc, 18,7 mln. manat faiz borcu), "Azərenerji" ASC üzrə (əsas borc üzrə 29,9 mln. manat), "Azərbaycan Hava Yolları" QSC (əsas borc üzrə 270,47 mln. manat əsas borc, faiz borcu üzrə 104,15 mln. manat) müşahidə olunub.

Bank eksperti Əkrəm Həsənov
© Photo : REPORT
Əkrəm Həsənov

Adıçəkilən təşkilatların hesabat ilində vəsaitlərin icrası ilə bağlı təqdim etdiyi hesabat göstəriciləri üzrə aparılan təhlil işləri onların maliyyə vəziyyətlərinin qeyri-qənaətbəxş olmasından xəbər verir. Bu da qeyd olunan təşkilatların dövlət zəmanətli kreditlər üzrə borcunun vaxtında qaytarılmaması ehtimalını artırır. Bütün bunlar isə öz növbəsində dövlət zəmanətli kreditlərin dövlət büdcəsi hesabına qaytarılması riskini artırır.

"Sual ortaya çıxır ki, bu təşkilatlar özü-özlərini maliyyələşdirməli idilər. Niyə bunların kreditlərə ehtiyacları əmələ gəlib? İndi də götürdükləri kreditləri qaytara bilmirlər".

Bunu, Sputnik-ə şərhində bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib: "İlk növbədə müəyyən edilməlidir ki, götürülən kreditlər təyinatı üzrə xərclənib, yoxsa yox. Bu təşkilatların pulları hara xərclədiyi bilinmir, hələ üstəlik kreditlər də götürüblər. Bunları da qaytarmırlar".

Ekspert bildirib ki, Mərkəzi Bank bu kreditləri həmin təşkilatlara birbaşa deyil, hansısa banklar vasitəsilə verib: "Mərkəzi Bank birbaşa kredit verə bilmir. Sual çıxır ki, niyə Mərkəzi Bank, kredit təşkilatları heç bir tədbir görmür ki, bu kreditlər hara gedib, necə olub? Burada ən vacib məsələ odur ki, bu kreditlər veriləndə necə verilir? Mərkəzi Bankda kredit vermə prosesi qeyri-şəffafdır. Yəni, həmin o müqavilələr qaldırılmalıdır".

"Biz deyirik ki, Hesablama Palatası həmin təşkilatları yoxlayıb. Amma Mərkəzi Bankı yoxlamır. Çünki, "Mərkəzi Bank haqqında" qanuna görə, Hesablama Palatası Mərkəzi Bankın özünü yoxlaya bilmir. Yaxşı olar ki, Palata Mərkəzi Bankı yoxlasın ki, bu kreditləri necə verib. Əlbəttə, bunun üçün qanuna dəyişiklik lazımdır. Qoy dəyişiklik etsinlər, Palataya imkan versinlər ki, Mərkəzi Bankı yoxlansın. Mərkəzi Bankı yalnız yoxlayır audit şirkəti. Yəni, özəl şirkət yoxlayır. Heç bir dövlət qurumu bu gün Mərkəzi Bankı yoxlamır. Bu vəziyyət anormaldır", — Ə. Həsənov vurğulayıb.

Mütəxəssisin sözlərinə görə, son nəticədə dövlət o borcları bağlayacaq: "Amma pulları kim yeyib, hara xərclənib, onun yoxlaması lazımdır. Bunu etmək lazımdır".

İqtisadçı ekspert Nicat Hacızadə isə hesab edir ki, burada məsuliyyət təkcə MB-nin üzərinə düşmür: "Mərkəzi Bank kreditləri verərkən riskləri müəyyənləşdirməliydi. Burada problem tək Mərkəzi Bankın üzərində deyil, həmin o təşkilatların üzərinə də düşür".

Ekspert deyib ki, neftin qiymətinin aşağı düşdüyü bir vaxtda həmin o təşkilatların borc yükü yığması düzgün deyil: "Dövlət bu məsələyə müdaxilə edəcək".

158
Teqlər:
Nicat Hacızadə, Əkrəm Həsənov, borc, kredit, Mərkəzi Bank, Hesablama Palatası
Əlaqədar
Problemli kreditlərlə bağlı dördpilləli həll planı
Bundan sonra 1000 manat kredit götürmək istəyən şəxs 50 minlik evini girov qoymalı olacaq
Dollar kreditləri ilə bağlı təkliflər paketi açıqlandı
AMB 1 milyard krediti kimlərə verib?
Təqaüdçülərə kredit verilməyəcək: bəs əvəzində...?
Banklara kredit qadağası nəyə hesablanıb?
İş adamı, arxiv şəkli

Sahibkarlara koronavirusla bağlı xəbərdarlıq

2
(Yenilənib 21:38 26.01.2021)
Sahibkarlara koronavirusa görə xəbərdarlıq edən agentlik sıravi vətəndaşları da sayıq olmağa səsləyib. Onlar 1003 çağrı mərkəzinə şikayət edə bilrlər

BAKI, 26 yanvar — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ictimai iaşə müəssisələrində koronavirus (COVID-19) infeksiyasına qarşı effektiv mübarizə tədbirlərinin təmin olunması ilə bağlı sahibkarlara müraciət edib. Sputnik Azərbaycan-ın məlumatına görə, müraciətdə bildirilir ki, sahibkarlar xəstəliyin yayılmaması üçün əks-epidemik tədbirlərə ciddi riayət etməli, ictimai iaşə müəssisələrində karantin rejiminin tələblərini daim diqqət mərkəzində saxlamalıdırlar.

İctimai iaşə müəssisələrində virusun yayılmasının qarşısının alınması və təhlükəsizliyin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara mütləq əməl edilməlidir. Belə ki, insanların sıx toplaşdığı mühit infeksiyanın yayılma intensivliyinə birbaşa təsir etdiyindən COVID-19-un profilaktikası məqsədilə hər bir ictimai iaşə müəssisəsində müştəri qəbulu 2 dəfə azaldılmalı, hər adambaşına müəyyən edilən sahə isə 2 qat artırılmalıdır.

Həmçinin qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olmamalıdır. İctimai iaşə müəssisələrində mütəmadi dezinfeksiya işləri aparılmalı, hər bir masada dezinfeksiyaedici məhlulların yerləşdirilməsi təmin olunmalıdır. Qida qəbulu zallarında, otaqlarda və açıq məkanlarda sərinkeşlərdən (ventilyatorlardan) istifadə olunmamalı, təmizlik-dezinfeksiya işləri iş saatı ərzində əsasən işlək sahələrdə (giriş-çıxış, kassa və s.), iş saatından sonra isə bütün sahələrdə həyata keçirilməlidir. Müəssisə təmizlik vasitələri, dezinfeksiyaedici maddələr, axar isti və soyuq su təchizatı ilə daimi olaraq təmin edilməlidir. Sanitar məişət otaqlarının (sanitar qovşaq, soyunub geyinmə otağı və s.) işlək və təmiz vəziyyətdə saxlanması əsas şərtlərdəndir.

İşçi heyət hər zaman şəxsi gigiyena qaydalarına ciddi riayət etməlidir. Həmçinin onlar dəyişəkli, təmiz iş geyimi, gün ərzində bir çox insanla təmasda olduqlarından qoruyucu vasitələr və dezinfeksiyaedici məhlulla təmin olunmalıdırlar. Həmçinin kafe və restoranlarda məhsulların, mətbəxdə istifadə olunan əşya və avadanlıqların istifadədən əvvəl təmizliyinə diqqət edilməli, yeməklər hazırlanarkən termiki emala düzgün əməl olunmalıdır.

Agentlik sahibkarları mövcud qaydalara əməl etməyə, koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin artırılması istiqamətində səylərini gücləndirməyə çağırır. Vətəndaşlardan ictimai iaşə müəssisələrində qaydalara əməl edilmədiyi halları ilə rastlaşdıqda bu barədə Agentliyin 1003-Çağrı Mərkəzinə zəng edib məlumat vermələri xahiş olunur.

2
Teqlər:
AQTA, xəbərdarlıq, Koronavirus, epidemiya, COVID-19, sahibkar
Dollar əskinasları və cüzdan, arxiv şəkli

20 dollarlıq əskinaslar dəyişir - SƏBƏB

11
(Yenilənib 20:27 26.01.2021)
Ağ Evin sözçüsü Cen Psaki bildirib ki, ABŞ-ın milli valyutasının ölkənin tarixi ilə yanaşı, müxtəlifliyini ifadə etməsi də çox vacibdir.

BAKI, 26 yanvar — Sputnik. Demokratlar partiyasının namizədi Co Baydenin hakimiyyətə gəlişindən sonra ABŞ-da bir sıra yeniliklərin baş verəcəyi gözlənilir. Onlardan biri də 20 dollarlıq əskinasların üzərindəki təsvirin dəyişdirilməsi ilə bağlıdır.

Sputnik Azərbaycan-ın CNN Türk-ə istinadla yaydığı xəbər görə, bu barədə Ağ Evdən açıqlama verilib. Ağ Evin mətbuat katibi Cen Psaki bildirib ki, 20 dollarıq əskinasların üstünə ABŞ-ın 7-ci prezidenti, quldarlıq tərəfdarı kimi tanınan Endryu Ceksonun rəsminin yerinə aktivist Harriet Tabmanın təsviri vurulacaq. C.Psaki hazırda prezident Co Baydenin tapşırığı ilə bu prosesin sürətləndirilməsi yollarının araşdırıldığını da vurğulayıb.

Qeyd edək ki, bu barədə qərar hələ Barak Obamanın hakimiyyətdə olduğu dövrdə, 2016-cı ildə qəbul edilsə də, həmin il prezident seçilən Donald Tramp bu fikrə qarşı çıxmışdı. O, əskinasların üzərindəki rəsmləri dəyişdirmək yerinə, dolların saxtalaşdırılmasının qarşısını almağa imkan verən tədbirləri artırmağı və bu işə vəsait ayırmağı daha məqsədəuyğun hesab etmişdi.

ABŞ-ın maliyyə naziri Stiven Mnuçin yeni 20 dollarlıq əskinasların 2028-ci ildən əvvəl dövriyyəyə buraxılmayacağını bildirmişdi. Bayden hökumətində maliyyə naziri postunu tutacağı gözlənilən Janet Yellen isə bu prosesi sürətləndirmək fikrindədir.

C.Psaki onu da vurğulayıb ki, ABŞ-ın milli valyutasının ölkənin tarixi ilə yanaşı, müxtəlifliyini ifadə etməsi də çox vacibdir.

Xatırladaq ki, keçmiş prezident Donald Tramp Amerikanın yerli hindu tayfalarının sürgün edilməsi təşəbbüsünü irəli sürmüş və quldarlıq tərəfdarı kimi tanınan Endryu Ceksonun pərəstişkarı olduğunu dəfələrlə dilə gətirmişdi.

11
Teqlər:
dəyişiklik, ədəd saxta əskinas, ABŞ, dollar