Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan və Macarıstan kənd təsərrüfatı sahəsində əməkdaşlıq edəcəklər

© REUTERS / Stephane MaheƏkin sahəsi
Əkin sahəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Mayın 25-dək kənd təsərrüfatı naziri Heydər Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstana səfər edəcək.

BAKI, 21 may — Sputnik. Azərbaycan və Macarıstan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları, investisiya mühiti və həyata keçiriləcək layihələr müzakirə ediləcək.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Sputnik-ə bildiriblər ki, mayın 25-dək kənd təsərrüfatı naziri Heydər Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstana səfər edəcək.

Səfər çərçivəsində nümayəndə heyəti Macarıstan-Azərbaycan kənd təsərrüfatı üzrə biznes görüşdə iştirak edəcək, Macarıstanın kənd təsərrüfatının müxtəlif sahələri, o cümlədən atçılıq, quşçuluq, toxumçuluq, kənd təsərrüfatı texnikası, süd, şərab, yem istehsalı üzrə ixtisaslaşmış şirkətlərin təcrübəsi ilə tanış olacaq, bu ölkənin fermerlərinin istehsal etdiyi məhsullara baxış keçirəcəklər.

İki ölkənin iş adamları arasında işgüzar görüşlər təşkil olunacaq.

Xəbər lenti
0