Milli Məclis

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı oldu

33
"Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında" 2016-cı il martın 14-də Pekin şəhərində imzalanmış Memorandum təsdiq edilib

BAKI, 17 may — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında" Memorandumun təsdiq edilməsi barədə qanun layihəsinə baxılıb.

Sputnik xəbər verir ki, "Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında" 2016-cı il martın 14-də Pekin şəhərində imzalanmış Memorandum təsdiq edilib. Tərəflər qarşılıqlı maraq kəsb edən aşağıdakı istiqamətlərdə əməkdaşlıq edəcəklər: regional təhlükəsizliyin və stabilliyin gücləndirilməsi, terrorçuluq, ekstremizm, separatçılıqla mübarizə, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz istehsalı və dövriyyəsinə qarşı fəaliyyət, hüquqi və gömrük məsələləri üzrə qarşılıqlı fəaliyyət və s.

Qanun layihəsi səsə qoyularaq təsdiqlənib.

33
Teqlər:
qanun layihəsi, saziş, Şanxay Əməkdaşlıq Təşkilatı, memorandum, Milli Məclis
Əlaqədar
Parlament AİİB-lə sazişi təsdiq edib
İranla Azərbaycan arasında tarixi "Xudafərin Sazişi" imzalandı
"Türk diplomatların hesabını dondurmaq Vyana sazişinə ziddir"
Lavrov: ABŞ əldə olunmuş sazişlərə heç də həmişə əməl etmir
Türkiyə "Türk axını" barədə saziş layihəsini Rusiyaya göndərib
Pul qabı, arxiv şəkli

İqtisadi paketlə əlaqədar yeni təkliflər var

13
Əlavə olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər strukturlar tərəfindən bu barədə məlumat diqqətə çatdırılacaq

BAKI, 3 avqust — Sputnik. “İqtisadi paketlə əlaqədar yeni təkliflər təqdim edilib”.

Sputnik Azərbaycan bildirir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, yaxın günlərdə İqtisadiyyat Nazirliyi, aidiyyəti strukturlar tərəfindən vergi ödəyicilərinə və muzdlu işçilərini ixtisara salmamış və dövlət tərəfindən müəyyən olunmuş qanun çərçivəsində fəaliyyət göstərən vergi ödəyicilərinə münasibətdə bu şərtlər tətbiq olunacaq.

H.Hacıyev əhaliyə sosial müavinətlərin verilməsi ilə bağlı vurğulayıb ki, hazırda bununla bağlı müzakirələr davam etdirilir: “Əlavə olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər strukturlar tərəfindən bu barədə məlumat diqqətə çatdırılacaq”.

13
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Azərbaycanda karantin rejimi qismən yumşaldılır - DETALLAR
İcazə sisteminin ləğvindən sonra rayonlara getmək üçün kağız tələb olunacaq
"Gündəlik 200-dən çox yoluxma var. Buna da kütləvi tədbirlər səbəb olub"
Hikmət Hacıyev vətəndaşları xaricə səfər etməkdən çəkindirdi
Metro niyə bağlı qaldı?
Mənzil açarı, arxiv şəkli

Postpandemiya dövründə daşınmaz əmlakın qiyməti kəskin dəyişəcək - SƏBƏB

1662
(Yenilənib 13:06 03.08.2020)
Boş torpaq sahələrinin məhdud olması, torpaqların qiymətinin kəskin artması, tikitni normativlərinin sərtləşdirilməsi və s. bu kimi amillər danışnmaz əmlakın qiymətinin artacağından xəbər verir.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 3 avqust — Sputnik. Postpandemiya dövründə daşınmaz əmlakın qiyməti arta bilər. Belə ki, pandemiya dövründə satış daşınmaz əmlakın alqı-satqısı dayandığı üçün bazarda durğunluq yaranıb. Bu dövrdə sahibkarlar zərərlərini postpandemiya dövründə çıxara bilmək üçün əmlak qiymətlərini artıra bilər.

Yaşayış kompleksi, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev danışıb.

O, qeyd edib ki, 2020 ci ilin əvvəlindən başlayan koronovirus pandemiyası əksər dünya ölkələri ilə bərabər Azərbaycan iqtisadiyyatına da cox ciddi mənfi təsir görtərib: " Neftin qiymətinin düşməsi, bankların bağlanması və digər sahələrə olan yatırımların riskli olması vətəndaşlarda sabaha inamsızlıq yaradıb. Belə ki, əlində vəsaiti olan hər bir vətəndaş yeni yatırım mənbəyi və alternativlər axtarır".

Ekspertin sözlərinə görə, bu gün ölkədə ən etibarlı kapital yatırımı sahəsi məhz tikinti sahəsidir. Belə ki, 2000-ci illərin əvvələrindən inkişaf etməyə başlayan tikinti sahəsi bu gün öz pik həddini yaşayır.

"Tikinti sahəsi dəyərini qoruyub saxlayır. Bununla yanaşı, daşınmaz əmlakın qiymətlərinin artması da sübut edir ki, ən əlverişli gəlir mənbəyi tikinti sektorudur" - deyən E. Fərzəliyev bildirir ki, son 20 ildə əmlak bazarında qiymətlər 7-10 dəfə bahalaşıb.

Belə ki, 2000-ci ildə Elmlər Akademiyası metrosu yaxınlığında 1 otaqlı "xruşovka" layihəli mənzilin qiyməti 10 min manat idisə, indi bu qiymət 60-70 min manatdır.

Onun sözlərinə görə, tikinti sektoru həm də gəlir gətirən bir sahədir: "Məsələn, istənilən əmlak alındığı gündən öz dəyərinin 0.5 faizi nisbətində icarəyə verilərək, gəlir gətirə bilər".

Ekspertin fikrincə, pandemiya dövründə digər ölkələrlə sərhədlərin bağlı olması, xaricdən ölkəyə daxil olan tikinti materiallarının da qiymətlərinin artmasına səbəb olur.

Bununla əlaqədar 1 ildən çoxdur ki, çoxmərtəbəli binalaırn tikintiisndə azalma müşahidə edilir.

E. Fəzrəliyev hesab edir ki, boş torpaq sahələrinin məhdud olması, torpaqların qiymətinin kəskin artması, tikitni normativlərinin sərtləşdirilməsi və s. bu kimi amillər danışnmaz əmlakın qiymətinin artacağından xəbər verir.

"Qiymətlərin düşməsini gözləmək lazım deyil. Çünki daşınmaz əmlakın ucuzlaşmasına səbəb olacaq heç bir amil yoxdur, əksinə, bahalaşması üçün çox səbəb var. Yəni, daşınmaz əmlak üçün qiymət düşəcəyini gözləyənlər diqqətli olmalıdır" - deyə o bildirib.

1662
Kompüter arxasında qız, arxiv şəkli

Dəyişikliyin astanasındayıq: ənənəvi peşələr əhəmiyyətini itirəcək

0
(Yenilənib 02:14 04.08.2020)
"Çox güman ki, turizm agentliklərinin getdikcə sıradan çıxmasının şahidi olacağıq. Bir yükləmə ilə bilet almaq, otel seçmək, tur seçmək mümkündürsə, artıq fiziki turoperatorlara ehtiyac qalmayacaq"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 4 avqust — Sputnik. "Son 150-200 ildə 90 faiz peşələr dəyişib. Zaman-zaman yeni peşələrin yaranması və ənənəvi peşələrin tamamilə sıradan çıxması mümkündür. 60 il bundan qabaq liftçi qızlar var idi, artıq bu gün yoxdur".

Bunu iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a pandemiya dövründə dünyada yeni peşələrin önə çıxmasından, bir sıra ənənəvi peşələrin isə əhəmiyyətini itirə biləcəyindən danışarkən deyib.

O bildirib ki, koronavirus pandemiyası dünyanın rəqəmsallaşmasını xeyli sürətləndirəcək:

"Artıq bir sıra ölkələr rəqəmsal iqtisadiyyata keçidi daha da sürətləndirib. Rəqəmsal iqtisadiyyatın gətirdiyi yeni peşələr daha çox populyar olacaq. Onlayn satışlar və onlayn xidmətlər kimi peşələr daha çox populyar olacaq. Yəqin, gənclərin də bu sahələrə marağı artacaq".

Ənənəvi peşələr ilə bağlı danışan ekspert bildirib ki, rəqəmsallaşma artdıqca, məsələn, ənənəvi bankçılıq dəyişəcək: "Yəni bank şöbələrinin fiziki olaraq qalmasına ehtiyac qalmayacaq. 

Çox güman ki, turizm agentliklərinin getdikcə sıradan çıxmasının şahidi olacağıq. Bir yükləmə ilə bilet almaq, otel seçmək, tur seçmək mümkündürsə, artıq fiziki turoperatorlara ehtiyac qalmayacaq. Bu sahədə də ciddi azalmanın olması ehtimalı var. Dünyada artıq 250 minə yaxın restoran və kafenin bağlandığı xəbərləri var. Bu, çox böyük rəqəmdir və getdikcə bu tendensiya da arta bilər. İnsanların pandemiyadan doğan davranış qaydaları da dəyişir".

"Bütün bunlar yeni iş yerlərinin yaranmasına, yeni istiqamətlərin formalaşmasına, bir sıra köhnə peşələrin isə yavaş-yavaş sıradan çıxmasına səbəb olacaq. Məsələn, son zamanlar Avropada ən populyar yeni peşələrdən biri onlayn psixoloqlardır. Onlayn psixoloji yardım göstərərək pul qazana bilirlər", - deyə o qeyd edib.

Ekspert bildirib ki, rəqəmsal iqtisadiyyat istehsal və xidmət sahələrinin daha çox elektronlaşmasına, robotlaşmasına yol açır:

"Artıq müxtəlif mobil tətbiqlər mövcuddur. İnsanlar mobil tətbiq vasitəsilə həkimi ilə görüşə bilirlər və beləcə həkimə getməyə ehtiyac qalmır. Şəxsin xroniki xəstəliklər, ürək döyüntüsü, təzyiq ilə bağlı məlumatlarının, hətta analizlərin cavablarının onlayn rejimdə həkimə ötürülməsi və ondan məsləhətlər alınması mümkündür. Bir çox sahələr artıq rəqəmsallaşır, kağız dönəmi bitir".

"İstehsalın forması dəyişir, yəni istehsalda fiziki əməkdən daha çox, süni intellektdən, robotlardan istifadə genişlənir. Məsələn, 100 il əvvəl bir "Ford" avtomobilinin istehsalında 12 nəfərin əməyi var idisə, 50 il bundan əvvəl 5 nəfərin, bu gün isə 1 operatorun əməyi var. Bu da işsizlik ilə bağlı müxtəlif problemlər yaradır. Və dünyanı yaxın gələcəkdə ən çox məşğul edən problemlərdən biri də sərbəst qalmış əmək bazarının müxtəlif istiqamətlərə yönləndirilməsi olacaq", - deyə ekspert əlavə edib.

0
Əlaqədar
İş var: Altı ayda Azərbaycanda nə qədər adam işlə təmin edilib
Prezidentdən yeni nazirə tapşırıq: "Elə etməliyik ki, vətəndaşlar işlə təmin edilsinlər"
Kosmobioloq və neyroqastronom: koronavirusdan sonra hansı peşələr dəbdə olacaq?
Yeni təhsil islahatları – mütəxəssis olmaq üçün bəzilərinə kollec diplomu bəs etməyəcək
Azərbaycan məktəblərində şagirdlərə gələcəyi görməyi öyrədəcəklər: bu, mistika deyil