Heyvandarlıq təsərrüfatı. Arxiv şəkli

Lazımsız investisiya xərclərindən necə qaçmalı?

108
(Yenilənib 13:18 13.05.2016)
Aparılan araşdırmalar göstərir ki, istənilən müddətlərdə boğaz qalmayan heyvanlar üzündən, müəssisənin gündəlik zərəri heyvan başına 5 dollardır

Seyit Sami KARYAĞDI,
Türkiyəli baytar həkim
(Sputnik Azərbaycan üçün)

BAKI, 13 may — Sputnik. Heyvandarlıq insanların ət və süd ehtiyacının qarşılanmasında, gənc nəsillərin bəslənməsində zülal qaynağı baxımından böyük əhəmiyyət kəsb edir. Bütün müəssisələrdə olduğu kimi, heyvandarlıq müəssisələrinin qurulmasında ən əhəmiyyətli nöqtə onun qazanc gətirməsi və uzun müddətli fəaliyyət göstərməsidir.

Seyit Sami Karyağdı, türkiyəli baytar həkim
Seyit Sami Karyağdı, türkiyəli baytar həkim

Əgər bunlar yoxdursa, heyvandarlıq müəssisələrinin yaradılmasının heç bir mənası yoxdur. İribuynuzlu və xırdabuynuzlu heyvandarlıq, quşçuluq, balıqçılıq və digər heyvandarlıq sahələrinin qurulmasının məqsədi gəlir əldə etməkdir. Gəlir gətirən bir fəaliyyətin sərfəli ola bilməsi üçün, əvvəlcə marketinq şərtlərinin yaxşı olması, eyni zamanda, xammal ehtiyaclarını qarşılamaq üçün xərclərin aşağı olması lazımdır. Müəssisə yaradılarkən marketinq və xammal şərtləri baxımından bölgənin yaxşı analiz edilməsi vacibdir.

Heyvandarlıq müəssisələrində xərclərin təxminən 70 faizini yem xərcləri təşkil edir. Bu səbəbdən müəssisənin yem xərclərinin azaldılması məqsədi ilə bölgədə qaba yemlərin (quru ot, küləş) və qüvvəli yemlərin olması mühümdür. Qaba və qüvvəli yemlərin mövcud olduğu ərazilər heyvandarlıq təsərrüfatının qurulması baxımından daha əlverişlidir.

Təsərrüfatın qaba yem ehtiyacının böyük bir hissəsini özü qarşılaması daha yaxşıdır. Yəni, qaba yemi özü istehsal etməsi əhəmiyyətlidir. Təsərrüfatın davamlı fəaliyyət göstərməsi üçün iqlimə uyğun cinslərin seçilməsi mühüm rola malikdir. Təsərrüfat yaradılarkən heyvanların sayı müəyyən edilməli və bu, nəzərə alınmalıdır. Lazımsız investisiya xərclərindən qaçmaq lazımdır.

Damazlıq maldarlıqda süd istehsalı əhəmiyyətlidir və əsas gəlir gətirən məhsullardandır. Təsərrüfat heyvanların fizioloji və bioloji ehtiyaclarını qarşılayacaq şəkildə dizayn edilməlidir. Südlük cinslər seçilərkən ətraf mühit, iqlim və marketinq şərtləri nəzərə alınmalıdır. Südlük cins inəklərdən (holştinfriz, simmental və s.) istifadə edilə bilər. Bunlar məhsuldar cinslərdir.

Qurulan müəssisələrdə heyvanlardan uzun müddət məhsul alına bilməsi üçün düyə ilə başlanması uyğun olacaq. Damazlıq müəssisələrdə ən əhəmiyyətli məhsul süddür. Südvermə qabiliyyətinin səmərəli olması üçün inəkdən ildə bir bala alınmalıdır.

Aparılan araşdırmalar göstərir ki, istənilən müddətlərdə boğaz qalmayan heyvanlar üzündən, müəssisənin gündəlik zərəri heyvan başına, təxminən 5 dollardır. Sağım gigiyenası südün keyfiyyətini artırdığı kimi, eyni zamanda heyvanların süd vəzisi xəstəliklərinə tutulmasını da böyük nisbətdə azaldacaq.

Sağım, heyvanın südvermə qabiliyyətinə görə gündə 2 və ya 3 dəfə mümkündür. Sağım müddətinin tez bitməsi üçün heyvan sayına uyğun bir sağım sistemi qurulmalıdır. Qeyri-kafi sağım müddəti artıracağı üçün süd səmərəsini azaldır və vaxt itkisinə səbəb olur. Əldə edilən balanın sağlamlığını qorumaq mühüm məsələdir.

Xırdabuynuzlu heyvandarlıq təsərrüfatının yaradılması az xərc tələb edir. Ərazi və ətraf mühit şərtlərinə bağlı olaraq ilin böyük bir hissəsini otlaqlarda keçirdikləri üçün xərcləri də olduqca aşağıdır. Əgər investisiya büdcəsi azdırsa, bu cür təsərrüfatların yaradılması daha asandır.

Xırdabuynuzlu heyvanlarda boğaz qalma müddəti 5 ay olduğu üçün sürünün artması daha sürətli olacaq. Müəssisə qurulduqdan sonra 1 il içərisində quzu satışı ilə gəlir əldə edilə bilər. Ümumiyyətlə, investisiya xərci nə qədər yüksək olursa, gəlirlərin investisiya xərclərini qarşılaması o qədər gec olacaq.

108
Teqlər:
təsərrüfat, fermer, inək, heyvandarlıq, investisiya, heyvan, qoyun
Əlaqədar
"Kənd təsərrüfatı ili"ndə idxaldan asılılığımız daha da artıb"
Kənd Təsərrüfatı Nazirliyi əhaliyə xəbərdarlıq etdi
Prezident kənd təsərrüfatı sərgisiylə tanış olub
Gürcüstandan Azərbaycana diri heyvanların idxalı qadağan olundu
Ərzaq əvəzinə heyvan yemi yeməyə məhkumuq
Paytaxtda mənşəyi məlum olmayan 4 baş heyvan cəmdəyi aşkarlanıb
Bakıda mənşəyi məlum olmayan heyvandarlıq məhsulları aşkarlanıb