Efiopiya səfiri Alayev Qobiziye Vorknex

Efiopiyadan Azərbaycana çağırış: "Burada sizin üçün yaxşı imkanlar var"

87
Efiopiya səfiri Alayev Qobiziye Vorknex azərbaycanlı iş adamlarını ölkəsinin iqtisadiyyatına sərmayə qoymağa çağırıb: "Ümid edirəm ki, güclü iqtisadi əlaqələr quracağıq"

BAKI, 2 may — Sputnik. Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda 150 ölkədən 4 mindən artıq nümayəndə iştirak edib. Gənclərin inklüziv cəmiyyət, ekstremizmin qarşısının alınması, sülhün təmin olunması və terrorizmlə mübarizə, miqrasiya problemlərinin həlli, ekstremizm əleyhinə propaqandaların aktivləşdirilməsi, vətəndaş cəmiyyəti və biznes əlaqələrində iştirakı ilə bağlı müzakirələrdə Efiopiya nümayəndələri də iştirak ediblər.

Nümayəndə heyətinin başçısı, Efiopiyanın Türkiyə və Azərbaycandakı səfiri Alayev Qobiziye Vorknex Sputnik-ə verdiyi müsahibədə sözügedən forumun aktuallığından, Efiopiya-Azərbaycan münasibətlərinin inkişaf perspektivlərindən danışıb. Onun sözlərinə görə, Forum müxtəlif ölkələrin təmsilçiləri üçün dünyada sülhün və təhlükəsizliyin təmin olunması ilə bağlı fikir mübadiləsi aparmaq, informasiya mübadiləsi etmək baxımından yaxşı imkan yaradır.

O, həmçinin qeyd edib ki, dünyada sabitliyin bərqərar olması, özəl sektor, hökumət və qeyri-hökumət təşkilatları arasında dialoqun qurulması ilə bağlı müzakirələr aparılmalıdır: "Bu, bizim üçün faydalıdır. Biz burada nə isə yeni şeylərlə tanış oluruq, yeni ideyalar eşidirik. Beləliklə, dünyanın ayrı-ayrı bölgələrində sülh və sabitliyə nail ola bilərik. Forum ayrı-ayrı dövlətlərin və təşkilatların baxışlarını və mövqeyinin öyrənmək imkanı verən çox vacib tədbirdir".

Azərbaycan-Efiopiya əlaqələrinə toxunan diplomat, ilk növbədə Addis-Ababada Azərbaycan səfirliyinin fəaliyyətinin əhəmiyyətini qeyd edib. Qobiziye qeyd edib ki, bu, siyasi əlaqələrin qurulması üçün çox vacibdir.

"Növbəti mərhələdə bizim ölkələrin qarşısında iqtisadi və mədəni əlaqələrin gücləndirilməsi məsələsi dayanır. İki ölkənin biznesmenləri arasında əlaqələr yaratmaq, gələcəkdə qarşılıqlı səfərləri təşkil etmək, ticarət əlaqələrini inkişaf etdirmək lazımdır", deyən diplomat Azərbaycanın Efiopiyadakı səfirinin fəal rolunu da qeyd edib.

Sputnik həmsöhbətinin fikrincə, hər iki ölkənin istehsal, tikinti və ticarət sahəsində əməkdaşlıqla bağlı böyük potensialı var: "Efiopiya orqanik kənd təsərrüfatı məhsullarının istehsalı, yüngül sənaye, turizm, əczaçılıq sahəsinə investisiya qoymaq baxımından çox cəlbedicidir. Biz biznes-forumların keçirilməsində maraqlıyıq. Azərbaycan şirkətlərinin Efiopiyanın enerji sektoruna, xüsusilə də bərpa olunan enerji mənbələrinə investisiya qoyması üçün yaxşı imkanlar var".

O, həmçinin qeyd edib ki, bazarın gələcəyindən asılı olaraq Bakı ilə Addis-Ababa arasında birbaşa hava nəqliyyatı da açmaq mümkündür. Səfir əməkdaşlıq məsələlərinin müzakirəsi üçün Azərbaycanın xarici siyasət idarəsinin nümayəndələri ilə görüşəcəyini də deyib.

Qobezienin fikrincə, xarici, eləcə də azərbaycanlı investorların münaqişədən sonrakı sabitlik və quruculuq dövründə iştirakı ayrı-ayrı ölkələrdə korrupsiyanın səviyyəsinin azalmasına da təsir göstərə bilər. Ona görə də, cəmiyyətlər sabitlik və inkişaf üçün sülhün vacib olduğunu dərk etməlidirlər.

"Ölkəmiz istəyir ki, kasıblıqla bağlı situasiyanı dəyişsin. Amma bunun üçün sülh lazımdır. Son dövrlərdə ölkədə sülhün bərqərar olması nəticəsində iqtisadi inkişaf müşahidə olunur. Bu, öz növbəsində infrastrukturun, təhsilin inkişafına, korrupsiyanın səviyyəsinin aşağı düşməsinə təsir edib. Bu baxımdan mən ümid edirəm ki, Azərbaycan və Efiopiya möhkəm iqtisadi əlaqələr quracaqlar", — deyə səfir bəyan edib.

Ölkəsinin Türkiyə ilə əlaqələrinə də toxunan səfir, Türkiyə biznesinin Efiopiyadakı fəal rolunu yüksək qiymətləndirib: "Türkiyənin iş adamları Efiopiyada 300 layihəni həyata keçirirlər və bu ölkənin iqtisadiyyatına qoyulan türk sərmayəsi 2,5 milyard dollar təşkil edir. Bizim ölkələrimiz arasında çox yaxşı əlaqələr mövcuddur. Bizim regiona sülh və sabitlik olduqca lazımdır".

87
Teqlər:
Azərbaycan, sərmayə, investisiya, Alayev Qobiziye Vorknex, səfir, Efiopiya, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu
Əlaqədar
İlham Əliyev: Azərbaycanda sərmayə qoyuluşu üçün yaxşı imkanlar var
ABŞ sərmayələrinin azalmasında siyasi məqam axtarmaq düzgün deyil
Azərbaycan Gürcüstana ən çox sərmayə qoyan ölkədir
Ekspert: Azərbaycanda kənd təsərrüfatına investisiya qoymaq sərfəli deyil
"İndiki məqamda investisiya xərclərinin azaldılması çox risklidir"

İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib

0
İclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

BAKI, 15 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Baş naziri, İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, iclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

0
Şimal axını – 2 qaz kəmərinin tikintisi, arxiv şəkli

ABŞ yenə "Şimal axını-2"-yə cəlb olunan şirkətlərə qarşı tədbirləri gücləndirdi

9
(Yenilənib 19:44 15.01.2021)
"Qazprom" təqribən 150 kilometr boru çəkməlidir: Danimarkada 120, Almaniyada 30 kilometrdən bir qədər çox. Qaz kəmərinin inşası 94% tamamlanıb.

BAKI, 15 yanvar — Sputnik. Media xəbər verir ki, "Şimal axını-2" layihəsinin iştirakçısı olan Danimarkanın "Ramboll" şirkəti Vaşinqtonun sanksiyalarından qorxaraq geri çəkilib. Həqiqətən də, 1 yanvar tarixindən etibarən ABŞ layihəyə cəlb olunan şirkətlərə qarşı tədbirləri gücləndirib. Bununla belə, kəmərin inşası davam etdirilir.

Avropada bu məsələdə yenidən ehtiraslar qızışır: almanların sanksiyalardan qorunmaq üçün fond yaratdıqları bir vaxtda, ingilislər amerikalılardan nümunə götürmək istəyirlər, isveçlilər isə "təbii qaz müharibəsi"nin başlamasından ehtiyat edirlər. Bəs bütün bunlardan sonra qaz kəmərinin taleyi necə olacaq? Bu sualın cavabı RİA Novosti-nin növbəti materialında.

Norveç də geri çəkildi

"Şimal axını-2" layihəsinin Rusiyadan kənardakı quru hissəsinin inşası uğurla başa çatdırılıb. Hazırda Almaniyanın su hövzələrində boru döşənməsi prosesi gedir, daha sonra növbə Danimarkaya çatacaq. Layihə finiş nöqtəsinə yaxınlaşmaq üzrədir. Ancaq Vaşinqton bunu görməzdən gəlir. 1 yanvar tarixindən etibarən bu ölkədə Rusiya qaz kəmərinə qarşı əlavə sanksiyaların nəzərdə tutulduğu müdafiə büdcəsi haqqında yeni qanun qüvvəyə minib.

Əsasən test, yoxlama və ya sertifikatlaşdırma xidmətləri göstərən təşkilatlardan söhbət gedir. Norveçin DNV GL şirkəti artıq boru kəmərini yoxlamaq üçün bütün fəaliyyətini dayandıracağını və layihəni sertifikatlaşdıra bilməyəcəyini bəyan edib.

Bir qədər əvvəl ABŞ Senatında respublikaçıların lideri Mitç Makkonnel əvvəllər müdafiə büdcəsi qanununun milli təhlükəsizlik üçün vacib olduğunu, "Çin və Rusiya kimi rəqib super güclərin qarşısını aldığını" bildirmişdi. Onun sözlərinə görə, bu sənəd ABŞ-ın "dənizdə, quruda, havada, kiberməkanda və kosmosda" üstünlüyünü möhkəmləndirəcək.

"Qazprom" təqribən 150 kilometr boru çəkməlidir: Danimarkada 120, Almaniyada 30 kilometrdən bir qədər çox. Qaz kəmərinin inşası 94% tamamlanıb. Vaşinqtonun Avropanın beş böyük enerji şirkəti tərəfindən maliyyələşdirilən layihənin tamamlanmasının qarşısını almaq cəhdlərinə baxmayaraq, Almaniyanın ərazi sularında iş bir illik fasilədən sonra yanvarın 11-də bərpa edilib. Yanvarın 15-dən etibarən Danimarka sularına boru döşənməsinə başlanılacaq.

Fortuna boru kəmərinə Rusiya Dəniz Xilasetmə Xidmətinin "Murman", "Baltiyskiy İssledovatel" və digər təchizat gəmiləri dəstək verəcək. Dənizdə boru döşəmə xəttinin hər iki tərəfində 200 metr enində müvəqqəti təcrid zonası yaradılacaq.

"Gazprom Export"-un baş direktoru Yelena Burmistrovanın bir qədər əvvəl qeyd etdiyi kimi, layihənin dəniz hissəsinin inşasının bitmə tarixi bir sıra amillərdən, xüsusən də hava şəraitindən asılıdır.

Müdafiə mexanizmi

Bu arada, Vaşinqton layihədə Rusiyaya kömək etdiklərini düşündüyü Avropa şirkətlərini yenidən təhdid edib. Reuters ABŞ Dövlət Departamentindəki mənbəyə istinadla bildirir: "Biz onları risk barədə xəbərdar etməyə və çox gec olmadan iş birliyindən imtina etməyə çağırırıq". Agentliyin məlumatına görə, yaxın günlərdə Ağ Ev "arzu olunmayan" şirkətlərin siyahısını açıqlayacaq.

Rusiya Xarici İşlər Nazirliyi isə vurğulayır: "Vaşinqton "Qazprom"un Qərbi Avropa tərəfdaşlarına nə qədər təzyiq göstərir-göstərsin, Moskvanın "Şimal axını-2" layihəsinin uğurla tamamlanacağına şübhəsi yoxdur".

Almaniya "Şimal axını-2"ni hələ də iqtisadi layihə hesab etdiyindən, ABŞ-dan kənar ərazilərə şamil olunan sanksiyaları qəbul etmir. Bu məsələni Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsinin müavini Ulrike Demmer da bu günlərdə yada salıb.

Üstəlik, yanvarın əvvəlində Almaniyanın Meklenburq federal əyalətinin parlamenti regional hökumətin "İqlim və Ətraf Mühitin Mühafizəsi " ətraf mühit fondunun yaradılması ilə bağlı təşəbbüsünü səs çoxluğu ilə dəstəkləyib.

Əslində bu fond ABŞ-ın sanksiyalarından yayınmaq üçün qurulub. Qurum tikinti üçün lazım olan avadanlıqları ala biləcək. İlk növbədə, boru kəmərinin ətraf mühit üçün vacib olduğunu qəbul edəcək. Almaniyanın "Bild" qəzetinin yazdığına görə, bu "Şimal axını-2" layihəsini "ətraf mühitin qorunmasının əsas elementi" kimi təsnif etməyə imkan verəcək.

Fond istisnasız olaraq "Şimal axını-2" layihəsinə cəlb olunan kommersiya şirkətlərini qeydiyyata almaq niyyətindədir. Sanksiyalarla təhdid olunan şirkətlər Rusiya tərəfi ilə həmin kommersiya qurumlarının təqdim etdiyi iqtisadi alətlər vasitəsilə qarşılıqlı əlaqədə olacaq.

Vaxt çatacaqmı?

Bəs almanlar özlərini sanksiyalardan qorumaq üçün vaxt tapacaqlarmı? Bu məsələdə ekspertlərin fikri ikiyə haçalanır. "TMT"-nin direktoru Daniil Rostovtsev bildirir ki, bir tərəfdən, fondun Vaşinqtonun sanksiyalarını nəzərə almamaq üçün kifayət qədər sərmayə və gücü var.

"Bununla belə, fondun təşəbbüsü cəmiyyətdə, xüsusən də "yaşıl siyasəti" dəstəkləyənlərdə narazılıq doğurur. Ekoloqlar belə hesab edirlər ki, layihənin bu şəkildə təbliği qeyri-etikdir və hiddət doğurur, eyni zamanda, ətraf mühit üçün təhlükəlidir", – deyə analitik vurğulayır. Onun sözlərinə görə, indi əsas məsələ "Şimal axını-2" layihəsinin tərəfdarlarının cəmiyyətlə dil tapıb-tapmayacağıdır.

Müstəqil sənaye mütəxəssisi Leonid Xazanov isə belə hesab edir ki, hər bir halda, Berlin Vaşinqtona güzəştə getməyəcək: Almaniyaya Amerikanın maye qazından xeyli ucuz olan Rusiyanın "mavi yanacağı" lazımdır. Üstəlik, Rusiya ilə iqtisadi əlaqələri qoruyub saxlamaq Almaniya üçün çox vacibdir. Çünki Rusiya bazarı alman şirkətləri üçün strateji əhəmiyyət daşıyır.

"Əlbəttə ki, fond sanksiyalara məruz qalacaq, amma bu effekt verməyəcək. Çünki onun podratçılarına qarşı yeni bir qanun layihəsi hazırlanmalı, Konqresdən keçirməli və prezidentin imzalamasını gözləməlidirlər. Bu isə ümumilkdə yarım il vaxt tələb edir ki, həmin müddətə qədər layihə tamamlanacaq", – deyə mütəxəssis qeyd edir.

Bununla belə, Xazanov kəmərin istismara verilmə ərəfəsində, özü də məhz ABŞ-ın müdafiə büdcəsində nəzərdə tutulan sanksiyalar səbəbindən.çətinliklərlə qarşılaşacağını istisna etmir.

Qorxu və nifrət

İngilislər də amerikalılardan nümunə götürmək fikrindədirlər. Britaniyanın Mühafizəkarlar Partiyasından olan parlament üzvü Deniel Koçinski bəyan edib ki, Rusiyanın qaz kəməri həddən artıq təhlükəlidir, çünki NATO ölkələri ərazisində yerləşən bütün qaz və neft şəbəkələrini adlayaraq "birbaşa Rusiyaya" aparır.

Onun sözlərinə görə, böyük britaniyalılar artıq Avropa Şurasının üzvü olmadıqlarından, "amerikalı dostlarının yolu ilə gedərək "Şimal axını-2" qaz kəmərinin inşasına cəlb olunmuş istənilən şirkətə qarşı sanskiya tətbiq etməlidirlər.

Bu arada, İsveçdə Co Baydenin prezidentliyi dövründə "qaz müharibələri"nin başlayacağından ehtiyat edirlər. Svenska Dagbladetin vurğuladığı kimi bu amerikalı demokrat məsələyə öz rəqibi Donald Trampdan da sərt yanaşa bilər.

Baydenin prezidentliyinin "Qazprom" üçün mənfi aspekti onun yaşıl enerji siyasətini dəstəkləməsidir. Demokratlar 2035-ci ilə qədər təmiz enerjiyə keçmək üçün 2 trilyon dollar xərcləməyi planlaşdırır. 2050-ci ilə kimi isə atmosferə sıfır tullantı hədəfinə nail olmaq nəzərdə tutulur. Ancaq "yaşıl enerji" siyasəti də Rusiyaya əl verir. Çünki "Şimal axını-2" kəməri ilə yalnız təbii qaz deyil, həm də hidrogen ötürmək mümkündür. Avropanın hidrogen yanacağına tələbatı isə potensial olaraq çox yüksəkdir.

Digər tərəfdən, ABŞ-ın özündə belə Ağ Evin "rus kəmərinə" vəd etdiklərini yerinə yetirə biləcəyinə şübhə ilə yanaşırlar. Virciniya ştatının keçmiş senatoru Riçard Blek əmin edir ki, Bayden tikintinin səssizcə başa çatdırılması barədə Moskva ilə razılığa gəlməyə üstünlük verəcək. Bunun müqabilində isə Rusiya ilə Vaşinqton üçün bəzi faydalı sövdələşmələrə nail olmağa çalışacaq.

9