Barama qurdu

Bu həşərat Azərbaycana milyonlar qazandıra bilər

16020
(Yenilənib 16:35 21.04.2016)
Beş min illik tarixə malik baramaçılıq bu gün də dünyanın ən gəlirli təsərrüfat sahələrindən biridir. Sovet dövründə ipəkçilik sənayesinin əsas mərkəzi olan ölkəmizdə, hazırda bu sahənin vəziyyətçi acınacaqlıdır.

BAKI, 21 apr — Sputnik. Onun üçün uzun karvan yolları salındı — Böyük İpək Yolu. Eramızdan əvvəl 2600-cü illərdə ipəkqurdunu bəsləməyə başlayan, ipək parçaları istehsal etməyin yollarını tapan çinlilər, bu dəyərli parçaları dünyaya satmağa başladılar.

2 ay qısa ömür sürən ipəkqurdunun bir baramasından 1000-1500 metr uzunluğunda sap əldə edilir. İpəkqurdunun tut yarpağı yediyi və inkişaf etdiyi dövr 1 yaş ərəfəsidir. 1-3 yaş dövrünə gənc ipəkqurdu dövrü, 4-5 yaş dövrünə də yetişkin ipəkqurdu dövrü deyilir.

1 yaşında 45 milliqram olan ipəkqurdu, 5 yaşın sonunda ağırlığı 4,5 qrama çatır. Barama dövründə ipəkqurdu 4 dəfə dəri dəyişdirir. İpəkqurdu dəri dəyişdirərkən tut yarpağı yemədən, ən az 24 saat hərəkətsiz qalır. Bu dövrə yuxu dövrü də deyilir. Bu dövrəni tamamlayan barama qurdu yeni bir yaşa girərək yarpaq yeməyə başlayır.

İpəkqurdu kəpənəyi
© REUTERS / Alessandro BIANCHI
İpəkqurdu kəpənəyi

"İpək ilahəsi"

İpəyin çox maraqlı bir tarixi var. İpəkqurdunun ana vətəni Çindir. Rəvayətə görə, eramızdan əvvəl 2600-cü illərdə Çin imperatoru Hoanq-Ti zamanında sarayın bağçasında bir qurdun tut yarpağı yediyi və sonra da barama hördüyü müşahidə edilir. Bu vəziyyət imperatorun diqqətini çəkir və bu qurdun həyatının daha yaxından araşdırılmasını əmr edir. Bu vəzifəni arvadı kraliça She-Linq-Sheyə verir.

Kraliça uzun müddət apardığı araşdırmalardan sonra baramadan ipək düzəldilə biləcəyini və bunun da toxumaçılıqda istifadə edilə biləcəyini təsbit edir. Buna görə də ipəkçilik tarixində She-Ling-She bir "İpək ilahəsi" olarak bilinir.

Çində geniş yayılmış baramaçılıqla yüz illər boyu gizli şəkildə məşğul olunub. Baramaçılıq ölkənin məşhurlaşmasında və böyük gəlirlərin əldə edilməsində mühüm rol oynayıb.

Çində bu dəyərli xəzinəni itirməmək üçün yüz illər boyunca kəskin qanunlar tətbiq edilib. Bu sənətin ölkə xaricinə çıxmasına göz yumanlar, ya da buna kömək edənlər bir vaxtlar ölümlə cəzalandırılıb. Hələ də dünyadakı ipək istehsalının yarısından çoxu Çinin payına düşür.

Barama
© REUTERS / Alessandro BIANCHI
Barama

Azərbaycanda 2000 illik məşğuliyyət

Azərbaycan qədim zamanlardan bəri Şərqin ən böyük ipəkçilik ölkələrindən biri kimi tanınırdı və Şirvan əyaləti Azərbaycanda ən iri ipəkçilik rayonu idi. Bundan başqa, Azərbaycanın Şamaxı, Basqal, Gəncə, Şəki, Şuşa bölgələrində da ipəkçilik istehsalı çox inkişaf edib.

Bu rayonlarda ipəkdən çox qəşəng, bəzəkli, naxışlı, zərif qadın baş örpəkləri istehsal olunurdu. Azərbaycanda ipəkçilik həm qədim vaxtlarda, həm də müasir dövrdə əhalinin əsas fəaliyyət növlərindən biri olub. Fərziyyələrə görə, ipəkçiliklə bağlı işlərlə burada təxminən 2000 ildən artıqdır ki, məşğul olurlar.

20 min insan üçün iş yeri və 40 günə hazır məhsul

"Sovet dövründə Azərbaycan barama istehsalına görə Özbəkistandan sonra ikinci yerdə idi. Amma keyfiyyətinə görə birinci yeri tuturdu. 1960-70-ci illər arasında Azərbaycanda hər il təxminən 7800 ton barama istehsal olunub. 1982-ci ildə 6 min ton olub. 2000-ci ildə istehsal 57 tona düşüb. 2014-cü ildə bu rəqəm 10 ton olub".

Bunu Sputnik-ə açıqlamasında, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Qadir Bayramlı deyib. Onun sözlərinə görə, ölkəmizdə baramaçılığın inkişaf etdirilməsi üçün imkanlar var, amma bu uzun zaman alacaq: "Çünki, Sovet vaxtı Azərbaycanda təxminən 15-16 rayonda geniş tut bağları var idi. İpəkqurdunun əsas qidası budur. İndi tut bağları ləğv olub, yerinə başqa əkin sahələri əlavə olunub. Əvvəlcə o tut bağlarının yenidən salınması lazımdır. Bu da məhsul, yarpaq verənə qədər 3-4 il çəkir. Bunun dirçəldilməsi lazımdır".

"Şəki Regional İpəkçilik Mərkəzi var. Onun laboratoriyasında yerli məhsuldar cinslər indi də yetişdirilir. Bunun geniş tətbiqi lazımdır. Azərbaycanın bu sahədə təcrübəsi var. O vaxt bu sahədə çalışan insanların yaşı bu gün təxminən 55-60-ın üstündə də olsa, yenə o sahəni bilirlər. O mütəxəssislərdən istifadə etmək imkanlarımız var", —ekspert bildirib.

Baramaçılığın Azərbaycan üçün gəlirli sahə olduğunu deyən Q. Bayramlının sözlərinə görə, 1966-cı ildə Şəkidə İpəkçilik Stansiyası yaradılıb: "Bu, 300 tonluq damazlıq barama istehsal edirdi. İndiki dövrdə onun dirçəldilməsi üçün müəyyən təşəbbüslər var. Azərbaycanda əgər Şəki İpək Kombinatının fəaliyyəti dirçəldilirsə, bu, təxminən ən azından 15-20 min insan üçün yeni iş yerinin açılması demək olacaq".

"Baramaçılığın üstün cəhəti odur ki, bu sahə ilə məşğul olanlar, təxminən 40 gün içərisində hazır məhsul əldə edirlər. Sonra bundan başqa sahələrdə istifadə edə bilirlər",-deyə dosent əlavə edib.

Barama
© REUTERS / Alessandro BIANCHI
Barama

"Çox təəssüf ki, bu sahəyə maraq azaldı"

Qazax rayon sakini Əliyar Bağırov Sovet dövründə baramaçılıqla məşğul olub. Baramaçılığın çox gəlirli sahə olduğunu deyən təsərrüfatçı, sonralar bu sahəyə maraq azaldığını deyir.

"Müstəqillikdən sonra, çox təəssüf ki, bu sahəyə maraq azaldı, mən də məcbur olub işi dayandırdım. İndi yenidən bu sahənin inkişafı diqqət mərkəzindədir. Əgər mümkün olsa, yenidən bu işlə məşğul olacağam", —deyə o, Sputnik-ə açıqlamasında bildirib.

"75 ton barama istehsalı nəzərdə tutulub"

Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov Sputnik-ə açıqlamasında deyib ki, qeyri-neft sektorunda baramaçılıq vacib sahələrdən biridir: "Baramaçılığın inkişafı ilə bağlı nazirlik tərəfindən ardıcıl işlər həyata keçirilir, toxum tədarük olunub. Çindən və İrandan gətirilən barama toxumları Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulub".

"Əldə ediləcək barama qurdları kümçülərə (barama istehsalçıları) pulsuz olaraq paylanılacaq. İmran Cümşüdov bildirib ki, keçən il Azərbaycanda 236 kiloqram barama istehsal olunub", — KTN rəsmisi qeyd edib.

Bu il 75 ton barama istehsalının nəzərdə tutulduğunu deyən İ. Cümşüdovun sözlərinə görə, 23 rayonda hazırlıq işləri həyata keçirilir: "İndi baramanın alış qiymətində artım var. Keçən il 3 manat idisə, indi 8 manat olub".

16020
Teqlər:
Özbəkistan, tut yarpağı, ipəkqurdu, ipək, barama, sovet, Böyük İpək Yolu, Çin, Azərbaycan
Əlaqədar
Tarixi İpək yolu yenidən canlanır
Azərbaycan İpək Yolu layihəsinin reallaşmasında vacib rol oynayır
Samir Əliyev: daxili istehsal olsa insanlar gedib Dərbənddən aylıq ərzaq alıb gəlməz
"Acer" kompüterləri Azərbaycanda istehsal olunacaq
Yeniyetmə türk ayaqqabıdan enerji istehsal edib
Çində saxta “iPhone” istehsal edən fabrik bağlanıb
Müslüm İbrahimov

Professor: "Bu ölkə neft bazarında defisit yaratmağa çalışır"

18
(Yenilənib 00:10 17.01.2021)
Almaniyanın Zigen Universitetinin qonaq professoru Müslüm İbrahimov deyir ki, neft bazarındakı vəziyyətə 3 vacib faktor təsir edir
Müslüm İbrahimov: “Neft ilə bağlı OPEC proqnozları çətinləşir”

ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) OPEC-in gündəlik neft hasilatına dair proqnozunu açıqlayıb. Cari ildə OPEC-in neft hasilatının sutkada orta hesabla 27,2 milyon barrel olacağı gözlənilir. 2020-ci ildə bu göstərici 25,6 milyon barrel olub.

OPEC proqnozlarını Sputnik Azərbaycan-a şərh edən Almaniyanın Zigen Universitetinin qonaq professoru Müslüm İbrahimov deyir ki, neft ilə bağlı OPEC proqnozları çətinləşir:

“Bunun bir neçə səbəbi var. ABŞ-da yeni administrasiyanın fəaliyyətə başlaması dövlət xərclərinin artması ilə nəticələnəcək. Bu proseslə paralel olaraq digər ölkələrdə də iqtisadi canlanma qeydə alınacaq. Hazırda ölkələr ucuz neftin alınmasında maraqlıdır. Digər faktor Səudiyyə Ərəbistanının makro-iqtisadi vəziyyəti ilə bağlıdır. Bu ölkə hasilatı azaltmaqla bazarda defisit yaratmağa çalışır. Ən mühüm təsiredici amillərdən biri də dünya miqyasında vaksinasiya prosesinin intensivləşməsidir”.

Müslüm İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

18
Teqlər:
OPEC, ABŞ, Səudiyyə Ərəbistanı, defisit, bazar, neft
Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj
Bankada dollarlar, arxiv şəkli

Financial Times: "Dolları taxtdan salacaqlar"

20
(Yenilənib 22:13 16.01.2021)
"Trampın hakimiyyət illəri bizim zəif yerlərimizi üzə çıxardı və hətta o gedəndən sonra da biz bu zəiflikləri aradan qaldırmalıyıq" - Avrokomissiyadakı mənbə

BAKI, 16 yanvar - Sputnik. Avropa Şurası dünya bazarında "dolların ağalığının" həddi aşdığını bəyan edəcək. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Financial Times Avropa Komissiyasındakı mənbələrinə istinadən yazıb. 

Qəzetin məlumatına görə, AŞ bu məsələni ABŞ-ın yeni prezidenti Co Baydenin yanvarın 20-də planlaşdırılan inauqurasiyasından əvvəl qaldırmaq istəyir. Avropa Komissiyasının layihəsinin yanvarın 19-da qəbul ediləcəyi gözlənilir, həmçinin ona əlavələrin ediləcəyi də istisna olunmur. 

FT əlavə edir ki, layihədə ABŞ Prezidenti Donald Trampın İrana qarşı tətbiq etdiyi məhdudlaşdırma tədbirlərindən sonra Avropa ölkələrinin müəyyən çətinlik çəkdiyi qeyd olunur. Sənəddə bazarların "qeyri-qanuni eksterritorial tətbiqin nəticələrindən" qorunmasının vacibliyi vurğulanır. 

"Trampın hakimiyyət illəri bizim zəif yerlərimizi üzə çıxardı və hətta o gedəndən sonra da biz bu zəiflikləri aradan qaldırmalıyıq. Söhbət AŞ-nın dünyadakı yerindən, ölçülərimizə müvafiq olan iqtisadi və maliyyə dövlətinin imkanlarından gedir", - mənbələrdən biri deyib.

20
Teqlər:
"The Financial Times", Avropa Komissiyası, Avropa Şurası, dollar
Шторм в Черном море

Qara dənizdə batan gəminin dörd üzvü ölüb, axtarışlar dayandırılıb

0
Rusiya Dənizçilərinin Həmkarlar İttifaqının məlumatına görə, gəminin operatoru Ukraynanın “Tesero Marine” şirkətidir.

BAKI, 17 yanvar - Sputnik. Qara dənizin Türkiyə sahillərində, Bartın vilayətinin İnkumu sahillərinə yaxın ərazidə batan Palau bayrağı altında üzən “Arvin” quru yük gəmisinin batması nəticəsində dörd nəfər həlak olub və həyatını itirənlərin sayı arta bilər.

Bunu Türkiyənin Bartın vilayətinin valisi Sinan Güner bildirib. Onun sözlərinə görə, “Arvin” gəmisinin batmasına əlverişsiz hava şəraiti səbəb olub:

“Son məlumata görə, 4 nəfər ölüb, 6 heyət üzvü xilas edilib. Yüksək dalğalara görə dənizdə axtarış-xilasetmə işləri dayandırılıb, helikopterlərdən isifadə edilərək havadan axtarışlar davam edir”.

Rusiya Dənizçilərinin Həmkarlar İttifaqının məlumatına görə, gəminin operatoru Ukraynanın Tesoro Marine LLC şirkətidir. Türkiyə Hərbi Dəniz Qüvvələri axtarış əməliyyatında iştirak etmək üçün freqat göndərmişdi.

Daha öncə gəminin Rusiya bayrağı altında üzdüyü bildirilirdi. Son məlumatlara görə, Palau bayrağı altında üzən gəminin 12 nəfərlik heyətinin 10 üzvü ukraynalı, ikisi isə rusdur. Gəminin sahibi Arvin Shipping LTD-dir (Beliz). Gəmi 1997-ci ildə Rusiyada qeydiyyatdan çıxarılıb.

0