Azerenerji ASC-nin baş ofisi

“Azərenerji” ASC-də dövlət vəsaiti mənimsənilib

44
(Yenilənib 11:49 09.04.2016)
Azərbaycan Hesablama Palatası 2015-ci il üzrə hesabatını açıqlayıb. Hesabata görə, "Azərenerji" ASC-də dövlət vəsaiti mənimsənilib.

BAKI, 9 apr — Sputnik. “Azərenerji” Açıq Səhmdar Cəmiyyətində (ASC) dövlət vəsaitini mənimsəmə və digər maliyyə pozuntuları, qanuna ziddi hallar aşkarlanıb.

Sputnik-in məlumatına görə, bu barədə Azərbaycan Hesablama Palatasının 2015-ci il üzrə açıqladığı hesabatda bildirilir.

Hesabatda bildirilir ki, ümumilikdə 2013-2014-cü illərdə podratçılar və layihə təşkilatları ilə cəmi vəsaitin 95%-i olmaqla 8 satınalma müqaviləsi bağlanıb. Amma təhlillər göstərir ki, həmin müqavilələrin 7-si və cəmi vəsaitin 76,4 %-i birbaşa müqavilələrin bağlanması ilə icra edilib. Qurumda dövlət satınalamalarını tənzimləyən normative hüquqi aktların tələblərinə tam əməl edilməyərək 2013-2014-cü illərdə cəmi vəsaitin 58,6%-i satınalma proseduru tətbiq edilmədən xərclənib. Audit sübutları ilə “Azərenerji” ASC tərəfindən 2013-2014-cü illər üzrə dövlət əsaslı vəsait qoyuluşu üçün tələb olunan büdcə vəsaitlərinin proqnozlaşdırılması zamanı bir sıra nöqsanlara yol verildiyi müəyyən olunub. ASC tərəfindən Azərbaycan Prezidentinin 2010-cu il 17 mart tarixli 239 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”nın tələblərinə əməl edilməyərək sahə üzrə dövlət investisiya layihələrinin əsaslandırılmasını, ilkin strukturunu və qiymətləndirilməsini özündə əks etdirən investisya təkliflərinin tərtib edilmədiyi aşkarlanıb. İki obyektin layihə-smeta sənədlərinin hazırlanması xərcləri podrat müqaviləsinə daxil edilib, tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi üzrə artıq vəsait ödənilməsi hesabına debitor borcun formalaşmasına, bununla yanaşı üç layihə üzrə kreditor borcun yaranmasına yol verilib.

Yoxlamaların nəticələri Hesablama Palatasının Kollegiyasında müzakirə olunaraq müvafiq qərar qəbul edilib. Qərarın surəti zəruri tədbirlərin həyata keçirilməsi və görülmüş işlər barədə Palataya məlumat verilməsi məqsədilə quruma göndərilib, məsələ ilə bağlı Milli Məclisə məlumat verilib.

Bundan sonra Palataya təqdim edilmiş məlumata görə,”Azərenerji” ASC tərəfindən 29,7 min manta dövlət büdcəsinə bərpa edilib, 35658,4 min məbləğində debitor borc üzrə işlər podratçı tərəfindən icra edilib.

Palatanın hesabatı aprelin 15-də Milli Məclisdə qəbul edilməsi üçün müzakirəyə çıxarılacaq. 

44
Dollar əskinasları və cüzdan, arxiv şəkli

"Dollar avronun devalvasiyası qaçılmazdır"

324
(Yenilənib 15:24 13.04.2021)
Azərbaycanda avro niyə ucuzlaşır? İqtisadçılar ölkədə avronun ucuzlaşmasının səbəblərindən danışıblar. "Ucuzlaşma ilk növbədə Avropa Mərkəzi Bankı tərəfindən avronun emissiyasının kəskin şəkildə artırılması, pul-kredit siyasətinin yumşaldılması ilə bağlıdır".

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 13 aprel — Sputnik. Bu il ilk dəfə martın 30-da Azərbaycanda avronun məzənnəsi 2 manatdan aşağı düşərək 1,9998 manat olub. Cari ilin yanvarın 7-də ölkədə avronun məzənnəsi 2,0958 manata çataraq 32 aylıq maksimumu yeniləmişdi. Həmin tarixdən avro manata nisbətdə 4,6% dəyər itirib.

Bəs maraqlıdır, Azərbaycanda avronun ucuzlaşmasının səbəbləri nədir və bu proses davam edəcəkmi?

İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyib ki, Azərbaycanda avronun ucuzlaşması dünya bazarında avro-dollar paritetindən yaranmış nəticədir: "Azərbaycanda manatın məzənnəsi ABŞ dolları ilə müqayisədə formalaşır və dolların məzənnəsi 1,7000 manat saxlanılıb. Ona görə adətən deyilir ki, manatın məzənnəsi sabitdir. Amma digər bütün valyutaların məzənnəsi manatla dollar arasında olan münasibətdən formalaşır, yəni çarpaz məzənnə hesablaması aparılır. Dünya bazarlarında valyutaların ABŞ dollarına qarşı mövqeyinin dəyişməsi son nəticədə manata qarşı da mövqeyinin dəyişməsinə, yəni ucuzlaşmasına və yaxud bahalaşmasına gətirib çıxarır. Xüsusilə Co Bayden ABŞ Prezidenti seçiləndən sonra dollar dünya bazarlarında öz mövqeyini möhkəmləndirir. Bu, Azərbaycanda da avronun məzənnəsinin zəifləməsinə gətirib çıxarıb".

"Növbəti aylarda avronun bahalaşması gözlənilirmi?" sualına ekspert belə cavab verib: "Avropada pandemiyanın təsirlərini azaltmaq məqsədilə yumşaq şəkildə monetar və fiskal siyasət həyata keçirməyə çalışacaqlar. Bu da avronun mövqeyinin zəifləməsini şərtləndirə bilər. Əgər belə olsa, bu proses Azərbaycanda da avronun ucuzlaşmasını şərtləndirəcək".

"Ölkədə avronun ucuzlaşması kimlərə sərf edir?" məsələsinə gəlincə, iqtisadçı bildirib ki, bu, vətəndaşın və biznesin mövqeyindən asılıdır: "Avropadan idxal edənlər, Avropa ilə biznes əlaqələri olanlar üçün sərfəlidir. Lakin Avropaya məhsul satanlar üçün sərfəli deyil. Əgər şəxs aktivlərini avroda yerləşdiribsə və avro ucuzlaşırsa, bu, müəyyən itkilərə gətirib çıxarır".

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov isə Sputnik Azərbaycan-a deyib ki, Azərbaycanda avronun ucuzlaşmasının səbəbi ilk növbədə Avropa Mərkəzi Bankı tərəfindən avronun emissiyasının kəskin şəkildə artırılması, pul-kredit siyasətinin yumşaldılması ilə bağlıdır: "Avronun devalvasiya prosesi davam edəcək. Dollarda da artıq devalvasiya baş verir. Dolların xüsusi çəkisi dünya ticarətində, dünya iqtisadiyyatında azalır. Dollar və avronun devalvasiya prosesinin baş verməsi qaçılmazdır. Eyni zamanda, Avropa iqtisadiyyatındakı problemlər, qeyri-tarazlıq və s. avronun tədricən ucuzlaşmasına səbəb olacaq".

Professor bildirib ki, Azərbaycanın xarici ticarət dövriyyəsi əsasən dollarla aparılır: "Amma ümumiyyətlə, ixracat baxımından aparıcı ehtiyat valyutalarının zəifləməsi Azərbaycan üçün problemlərin yaranmasına səbəb olur. Çünki manat sabitdir, amma ixracat nəticəsində ölkəyə gələn valyuta zəifləməkdədir. Belə olan halda bunun ixracata mənfi təsiri olur. Lakin bütün bunlara baxmyaraq, manatın məzənnəsinin sabitliyi qorunmalıdır. Əks-halda, bu, ölkə iqtisadiyyatında ciddi qeyri-tarazlıqların dərinləşməsinə səbəb ola bilər. Ona görə də avronun ucuzlaşmasının beynəlxalq ticarətə, o cümlədən Azərbaycanın xarici ticarətinə təsiri olacaq".

"Biz ixracatda ilk növbədə yüksək texnoloji tutumlu sahələrin xüsusi çəkisinin artırılmasına nail olmalıyıq. Eyni zamanda tədricən texnologiyaların idxalına nail olmalıyıq ki, ölkəmizin rəqabət üstünlüyünün gücləndirilməsinə şərait yarada bilək", - deyə o əlavə edib.

324
Teqlər:
idxal, ixrac, dollar, Azərbaycan, ucuzlaşma, avro
Azərbaycan Respublikasının Hesablama Palatası

Palata: Dövlət qurumlarında satınalmalar düzgün rəsmiləşdirilmir

5
(Yenilənib 15:08 13.04.2021)
V.Gülməmmədov bildirib ki, Hesablama Palatasının növbəti il üçün strateji planı tərtib edilib. O əlavə edib ki, cari ildə iş planında 50-dən çox nəzarət tədbirinin keçirilməsi nəzərdə tutulub.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 13 aprel — Sputnik. "Hesablama Palatasının ötənilki nəzarət tədbirləri əsasən aqrar sahəni, dövlət satınalmalarını, maliyyə hesabatlarını, həmçinin dövlət büdcəsinin planlaşdırılmasını və icrasını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu ilə bağlı hesabatlılığı əhatə edib".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisdə Palatanın illik hesabatını təqdim edərkən deyib.

V.Gülməmmədov bildirib ki, Hesablama Palatasının növbəti il üçün strateji planı tərtib edilib. O əlavə edib ki, cari ildə iş planında 50-dən çox nəzarət tədbirinin keçirilməsi nəzərdə tutulub.

Onun sözlərinə görə, dövlət qurumlarında yol verilən əsas nöqsanlardan biri də satınalmaların düzgün rəsmiləşdirilməməsidir.

"Mühasibat uçotunun aparılmasında ixtisaslaşmış kadrların çatışmazlığı, səriştəli kadrların isə özəl sektora axını müşahidə olunub", - deyə o, qeyd edib.

Palatanın sədri bildirib ki, səhiyyə işçilərinin əməyinin ödənilməsi və bu sahədə səhiyyə satınalmalarının həyata keçirilməsi ilə bağlı audit fəaliyyətinə artıq başlanılıb.

5

İnfoqrafika: Azərbaycanda ipoteka: insanlar ev almaq üçün hansı üsula üstünlük verirlər

0
(Yenilənib 16:43 13.04.2021)
İpoteka artıq bütün dünyada olduğu kimi, Azərbaycanda da adi bank xidmətinə çevrilib. Bəs azərbaycanlılar bu üsulla ev almağa necə yanaşırlar? Bu sualın cavabı Sputnik Azərbaycan-ın növbəti infoqrafikasında.
İnfoqrafika: İpoteka kreditləri
© Sputnik / Elnur Salayev

Hazırda əmlak qiymətləri ilə insanların illik gəlirləri arasında fərq çox böyük olduğundan, əksəriyyət vəziyyətdən çıxış yolunu ipoteka kreditində görür. Bu metodun Azərbaycanda da məşhur olub-olmadığını müəyyənləşdirmək məqsədilə potensial ev alıcıları arasında sorğu keçirilib.

Kreditlə daşınmaz əmlak almaq normal hal sayılsa da, sən demə, Azərbaycanda hələ də əsla ipoteka krediti götürmək istəməyən insanlar var. Sorğunun nəticəsinə görə, belələrinin sayı 11 faiz təşkil edir.

O da maraqlıdır ki, rəyi soruşulanların yalnız 5,6%-i ipoteka ilə ev almağa ümid edir. Ailəli insanların neçə faizinin valideynləri ilə birgə yaşadığı, eləcə də ipoteka krediti götürməyin qəti əleyhinə olanların faiz göstəriciləri də Sputnik Azərbaycan-ın xüsusi infoqrafikasında öz əksini tapıb.

0