Даже после закрытия обменников, все еще висят пустующие вывески с указанием валют, где можно встретить и лари

Valyutadəyişmə məntəqələrinin yaradılması yenidən gündəmə gələ bilər

105
Ekspert: Xarici vətəndaş şənbə günü dəmiryolu ilə ölkəyə gəlirsə, qara bazarla bağlı məlumatlara malik deyilsə, onun valyutadəyişmə imkanları yoxdur.

BAKI, 8 apr-Sputnik. Azərbaycanda, xüsusən Bakıda dəmiryol vağzalında və beynəlxalq avtovağzal kompleksində, həmçinin otellərdə valyutadəyişmə məntəqələri yaradılmalıdır. Və onlar fasiləsiz olaraq fəaliyyət göstərməlidir. Əks halda Azərbaycan yeni mövsümdə turistlərin cəlb edilməsi ilə bağlı ciddi problemlərlə üzləşə bilər.

Bunu Sputnik-in əməkdaşına iqtisadçı-ekspert Vüqar Bayramov turistlərin qarşılaşdıqları problemlərdən danışarkən deyib.

Ekspert bildirib: "Xarici vətəndaş şənbə günü dəmiryolu ilə ölkəyə, Bakıya gəlirsə, qara bazarla bağlı məlumatlara malik deyilsə, onun valyutadəyişmə imkanları yoxdur. Belə çıxır ki, həmin adam bazar ertəsinə qədər dəmiryol vağzalında gecələməlidir ki, bazar ertəsi valyutanı manata dəyişsin və özünə oteldə yer alsın. Bu kifayət qədər absurddur".

O, deyib ki, turizm prioritet sahədir. Bu gün turizm ölkəyə valyutanın daxil olmasına ciddi şəkildə yardım edə bilər: "Ona görə də Mərkəzi Bank valyutadəyişmə məntəqələrinin fəaliyyətinin bərpa edilməsi ilə bağlı təkliflərə baxmalıdır. Mərkəzi Bank tərəfindən valyutadəyişmə məntəqələrinin ləğv edilməsi doğru addım deyil. Bunun sosial tərəfləri var idi. 6 min insan işsiz qaldı, digər tərəfdən vətəndaşların valyuta alqı-satqısı ilə bağlı ciddi maneələr yaradıldı. Baxmayaraq ki, Mərkəzi Bank bunu qara bazarın aradan qaldırılması ilə əlaqələndirdi. Amma valyutadəyişmə məntəqələri ləğv edildikdən sonra qara bazar daha çox inkişaf etdi".

Ekspertin təklifinə görə, ən azından xüsusən Bakının rayonları, bölgə rayonları üzrə müəyyənləşdirilmiş sayda valyutadəyişmə məntəqələrinin fəaliyyət göstərməsinə icazə verilməlidir. Bu, hər hansı bir seçilmiş banka valyutadəyişmə məntəqələrinin yaradılması səlahiyyətinin verilməsi formasında ola bilər. Və bunlar bayram günləri ya da həftəsonu, yəni qeyri-iş günləri fəaliyyət göstərməlidir. Rayonlar üzrə tender elan etməklə banklardan təklifləri alıb valyutadəyişmə məntəqələrinin yaradılmasını həyata keçirmək olar.

Ekspert qeyd edib ki, ölkəyə gələn turist hər hansı bir çətinlik, maneə olmadan öz pulunu milli valyutaya çevirməlidir. Əks halda o turisti yenidən Azərbaycana gətirmək olduqca çətin olacaq: "Çox təəssüf ki, Mərkəzi Bank heç bir qabaqlayıcı addım atmadı və nəticədə ölkəyə gələn iranlı turistlərin ən ciddi problemi məhz valyutanın dəyişməsi ilə bağlı oldu. Hətta kifayət qədər ucuz qiymətə aşağı kursla onların valyutaları qara bazarda manata çevrildi".

Qeyd edək ki, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev Novruz bayramında İrandan gələn turistlərin valyutadəyişmə problemi ilə üzləşməsinə münasibət bildirib. Nazir bu məsələnin məntiqə uyğun olmadığını deyib: "Bütün dünyada "exchange"lər, bankomatlar qeyri-iş günlərində də işləyir. Hesab edirəm ki, yaxın vaxtlarda "Turizm haqqında" yeni qanun və dövlətin bu sahə ilə bağlı inkişaf strategiyasının qəbulundan sonra bu kimi problemlərin həllinə hüquqi baza yaranacaq. Hər bir dövlət qurumu çalışacaq ki, turistlərə normal xidmət göstərilsin".

105
Teqlər:
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Əbülfəs Qarayev, Vüqar Bayramov, Mərkəzi Bank, valyutadəyişmə məntəqəsi, valyuta, exchange
Əlaqədar
Valyutadəyişmə məntəqələrinin fəaliyyətinin qadağan edilməsi cəmiyyətdə ajiotaj yaradıb
Azərbaycanda valyutadəyişmə məntəqələri bağlanır
Valyutadəyişmə məntəqələri bağlanacaq
Taxılçılıqla məşğul olan fermer

Rayonda bir ilki sınaqdan keçirən Balakən sakini ayın fermeri oldu

14
(Yenilənib 21:10 30.11.2020)
"Ayın fermeri" müsabiqəsinin məqsədi nümunəvi fermerlərin müəyyən edilməsi, onların mükafatlandırılaraq həvəsləndirilməsi və qabaqcıl fermerlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasından ibarətdir

BAKI, 30 noyabr — Sputnik. Azərbaycanda aqrar sahədə fəaliyyətin daha da stimullaşdırılması üçün fermerlər arasında elan edilən "Ayın fermeri" müsabiqəsinin qalibi müəyyənləşib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat veriblər ki, müsabiqədə iştirak üçün 40 rayondan ümumilikdə 56 fermer müraciət edib. Müsabiqənin iki mərhələsi üzrə ayrı-ayrılıqda fermerlərin fəaliyyəti qiymətləndirilib.

Komissiya üzvlərinin qiymətləndirməsi nəticəsində qarğıdalı istehsalı sahəsində yüksək məhsuldarlıq əldə etdiyinə görə fermer Zaur Əhmədiyev "Ayın fermeri" müsabiqəsinin qalibi elan edilib. Balakən rayonunda fermer təsərrüfatı quran Zaur Əhmədiyev düzgün aqrotexniki qulluq nəticəsində 35 ha qarğıdalı sahəsindən 308 ton dənlik qarğıdalı istehsal edib. Rayonda ilk dəfə qarğıdalı sahəsində damlama üsulu ilə suvarma sistemini quran fermerin qarğıdalı sahəsində orta məhsuldarlıq 88 sentner təşkil edib. O, ötən il 175 ha sahədən 460 ton taxıl əldə edib. 2019-cu ildə 20 hektar sahədə intensiv bağ salan Zaur Əhmədiyev heyvandarlıq sahəsində də fəaliyyət göstərir və hazırda təsərrüfatında 298 baş iribuynuzlu heyvan var.

Qeyd edək ki, "Ayın fermeri" müsabiqəsinin məqsədi nümunəvi fermerlərin müəyyən edilməsi, onların mükafatlandırılaraq həvəsləndirilməsi və qabaqcıl fermerlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasından ibarətdir.

Xatırladaq ki, müsabiqənin təşkili ilə bağlı təsdiqlənən qaydalara əsasən, müsabiqədə "Elektron Kənd Təsərrüfatı" İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş və 2 ildən az olmayan müddətdə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlər iştirak edə bilər.

14
Teqlər:
qarğıdalı, fermer, Balakən
Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov

Ekspert: “Əmlak bazarında ciddi dəyişikliklərin olacağı gözlənilmir”

12
(Yenilənib 14:24 27.11.2020)
Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov deyir ki, rəqabət müşahidə edilən ərazilərdə endirimləri görmək olar
Elnur Azadov: “Kirayə bazarında 20% endirim müşahidə edilir”

“Pandemiya ilə əlaqədar olaraq iqtisadi proseslərin dayanması daşınmaz əmlak bazarındakı qiymətlərə ciddi təsir etməyib”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov deyib.

O bildirib ki, bəzi tikinti şirkətləri inşaat prosesini davam etdirə bilmək üçün endirim aksiyalarına başlamışdılar:

“Bu ümumi bazara təsir göstərməsə də, rəqabət müşahidə edilən ərazilərdə endirimləri görmək olar. Kirayə bazarında isə 20% endirim müşahidə edilir. Bu baxımdan ilin sonuna qədər əmlak bazarında ciddi dəyişikliklərin olacağı gözlənilmir. Məcburi köçkünlərin qayıdışından sonra əmlak bazarında hansı vəziyyətin yaranması isə dövlət proqramından asılı olacaq”.

Elnur Azadovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

12
Türkiyədə epidemioloji vəziyyət

Türkiyə qaydaları sərtləşdirir: artıq günlərində də...

0
(Yenilənib 22:19 30.11.2020)
"Son sınama mərhələsini keçmiş bütün vaksinləri tədqiq edirik. Bütün vətəndaşlarımızın pulsuz peyvəndlənmə imkanı olacaq" - Ərdoğan

BAKI, 30 noyabr – Sputnik. Koronavirusa yoluxmanın artması səbəbindən  çərşənbə axşamından etibarən Türkiyədə hamam, hovuz və idman zallarının fəaliyyəti dayandırılacaq.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Hamamlar, saunalar, hovuzlar, idman zalları çərşənbə axşamından etibarən işini dayandırır. Ticarət mərkəzlərinə məhdud sayda insanları rəqəmsal şifrə ilə buraxacaqlar. Küçələrdə insanların toplaşması da məhdudlaşdırılacaq. İş günlərində 21.00-dan 05.00-dək, eləcə də cümə axşamı 21.00-dan bazar ertəsi 05.00-dək komendant saatı tətbiq olunacaq. Dövlət müəssisələri 10-dan 16-dək işləyəcək”, - deyə Ərdoğan televiziya ilə müraciətində deyib.

“Son sınama mərhələsini keçmiş bütün vaksinləri tədqiq edirik. Bütün vətəndaşlarımızın pulsuz peyvəndlənmə imkanı olacaq. Vaksinasiya gələn aydan başlanacaq. Artıq 50 milyon doza vaksin sifariş etmişik”, - Türkiyə lideri əlavə edib.

Ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib ki, koronavirus pandemiyası Türkiyənin bir sıra bölgələrində, eləcə də İstanbulda üçüncü pik həddinə çatıb. Son həftə ərzində koronavirusa yoluxma və COVID-19-dan ölüm faktları üzrə rekord göstəricilər bir-birini əvəzləyib.

Bu gün qardaş ölkə yenə antirekordu təzələyib - COVID-19-dan 188 xəstə ölüb. Bir gün ərzində 31219 yeni yoluxma faktı aşkarlanıb. İndiyədək Türkiyədə 13746 nəfər COVID-dən dünyasını dəyişib. 5190 xəstənin vəziyyəti ağırdır.

0
Teqlər:
komendant saatı, sərt karantin rejimi, yoluxma, Koronavirus, epidemiya, COVID-19, Türkiyə
Mövzu:
Dünyanı cənginə almış bəla