Nazim Məmmədov - iqtisadçı-ekspert

Manatın qüvvətlənməsi təlabat bazarında qiymətləri endirməyəcək

72
(Yenilənib 14:11 01.04.2016)
Nazim Məmmədov: Azərbaycanda belə bir ənənə var - milli valyutanın kursunun dollar qarşısında zəifləməsi tələbat mallarının qiymətlərinin qalxmasına səbəb olur, manatın kursu ilə bağlı əksinə proses gedəndə isə, qiymətlər aşağı düşmür.

BAKI, 31 mart-Sputnik. İdxal mallarının qiymətlərinin "ədalətli" olması üçün islahatlar kompleks xarakter daşımalıdır və milli valyutanın kursu dünya bazarındakı qiymətlərlə sinxronlaşdırılmalıdır.

Bunu Sputnik-ə açıqlamasında Azərbaycan parlamentinin sabiq deputatı Nazim Məmmədov deyib.

Dolların martın 31-nə olan məzənnəsi 1,5421 manatdır. 11 martla müqayisədə dollar 6,3% ucuzlaşıb. Həmin vaxt dolların rəsmi məzənnəsi rekord qiymətə — 1,6456 manata bərabər idi.

Ekspertin sözlərinə görə, Azərbaycanın tələbat mallarının idxaldan asılı olması heç kəsə sirr deyil.

Rəsmi statistikaya görə, ölkənin idxaldan asılılığı 30-40% təşkil edir. Amma müstəqil ekspertlər tərəfindən aparılan hesablamalar, həmçinin bizim ticarət şəbəkələrindəki mallarla bağlı apardığımız müşahidələr göstərir ki, bir sıra idxal məhsulları 70-80%, ayrı-ayrı halda isə 90-100% təşkil edir.

İdxaldan yüksək asılılığı bir neçə il ərzində aradan qaldırmaq mümkün deyil. "Təəssüf ki, artıq belə bir ənənə formalaşıb — milli valyutanın dollar qarşısında zəifləməsi tələbat mallarının qiymətlərinini artmasına səbəb olur. Amma proses bunun əksinə gedəndə, biz bunun əksini görmürük" — deyə Məmmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda tələbat mallarının bazar qiymətlərini idxalı inhisarda saxlayan bir qrup şəxs müəyyənləşdirir. Bununla belə, ekspert ümid edir ki, ilin əvvəlindən prezidentin sərəncamı əsasında malların idxalı və gömrük keçid məntəqələrində komisyon yığımla bağlı şəffaflığın təmin olunması ilə əlaqədar görülən tədbirlər ölkədə rəqabət mühiti yaradacaq.

"Sahibkarlar hələ də psixoloji gərginlikdədirlər və onlar gömrük işçilərinə etibar etmirlər. Sözügedən Komitə isə məsələn, Vergilər Nazirliyi nəzdində xidmət səviyyəsinə enməyincə, idxal olunan malların qiymətinin enməsini görməyəcəyik" — deyə eks-deputat bildirib.

Valyuta bazarında kursun formalaşması əsasən gözləntilərdən asılıdır. Sirr deyil ki, neftin qiymətləri milli valyutanın kursuna ciddi təzyiq göstərir. İxracdan gələn gəlirlərin böyük əksəriyyətini neft və neft məhsullarından gələn pullar təşkil edir.

"Əgər neft 40 dollar səviyyəsində qalsa, milli valyutanın 30% möhkəmlənəcəyini demək olar. Belədə istənilən halda bu, ajiotaj fonunda baş verəcək.

İş ondadır ki, əhali öz maaşına valyuta alır və ümid edir ki, dollar yaxın vaxtlarda yenə qalxacaq. Və hazırda manatın qüvvətlənməsi fonunda yenə də eyni prosesi — əhalinin manatı kütləvi şəkildə banka satmasını gözləmək olar.

Dollara olan mövcud tələbatın ödənilməsi milli valyutanın möhkəmlənməsinə kömək edə bilər.

"Mən manatın möhkəmlənməsi ilə bağlı hazırda atılan addımları müsbət qiymətləndirirəm və məsləhət görürəm ki, xarici ticarət əməliyyatları ilə məşğul olmayan, xarici turist səfərlərinə getməyən və öz əmanətlərini dollarda saxlamayan vətəndaşlarımız aylıq gəlirlərini dərhal qaçıb banklarda dollara çevirməsinlər və əlavə süni tələb yaratmasınlar. Onlar bilməlidirlər ki, belə etməklə dolların kursundan qazanmayacaqlar. Sadəcə pulu 2 dəfə — manatdan dollara, dollardan da manata dəyişərək komisyon yığımında 8 faiz itirəcəklər. ", — deyə Məmmədov bildirib.

72
Teqlər:
Gömrük Komitəsi, Dövlət Gömrük Komitəsi, ixrac, idxal, manatın kursu, manatın devalvasiyası, valyuta, Azərbaycan, manat, dollar
Əlaqədar
Dünyada dollar bumu: Manat bu dalğada duruş gətirə biləcəkmi?
"Manat artıq öz fundamental məzənnəsini tapmaqdadır"
Mart ayında manat yenidən dəyərdən düşə bilər
Manat dollara qarşı möhkəmlənib
Manat üçüncü devalvasiyadan döndü
Bank işçiləri, arxiv şəkli

Dövlətlə yarıbayarı "şərik": kredit sel kimi axacaq

281
(Yenilənib 19:45 03.07.2020)
"Yeni mexanizmə uyğun olaraq sahibkar 15 faizlə 10 min manat kredit götürəcəksə, təxminən illik 1500 manat faiz üzrə xərci yaranacaq. Bu 1500 manatın yarısını, yəni 750 manatını dövlət kompensasiya edəcək"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 3 iyul — Sputnik. Azərbaycanda sahibkarların dövlət zəmanətli krediti asan əldə etməsi üçün Elektron Kredit Platforması yaradılıb (www.e-edf.gov.az). Sputnik Azərbaycan xəbər verir ki, biznes krediti almaq istəyən sahibkar onlayn rejimdə bu platforma üzərindən müraciət edə bilər. Elektron Kredit Platforması sahibkara şəffaf, çevik, məmur müdaxiləsindən kənar, sağlam rəqabət mühitində kredit almaq imkanı yaradır. Bu Platforma sahibkarlığa yeni dəstək mexanizmləri və sahibkarların bu dəstək üçün onlayn rejimdə müraciət etməsi üçün yaradılıb. Elektron Kredit Platforması artıq sahibkarların istifadəsinə verilib.

Bu Platformanın tətbiqi ilə kreditlərin əldə olunmasında çeviklik və şəffaflıq, sahibkarlar üçün bərabər şərait təmin ediləcək, sağlam rəqabət mühiti formalaşdırılacaq, sahibkarların kreditlərə çıxış imkanları genişləndiriləcək, sərf olunan vaxta və xərclərə qənaət olunacaq.

İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyib ki, sahibkarların dövlət zəmanətli krediti asan əldə etməsi üçün yaradılan Elektron Kredit Platforması müsbət addımdır: "Platforma yeni bir məhsuldur və sahibkarların maliyyə resurslarına çıxış imkanlarının artırılması baxımından yaxşıdır. Bu addımla təminat və kreditlər üzrə faizlərin subsidiyalaşdırılması imkanları genişlənəcək.

Yeni mexanizm mövcud göstəricilərlə müqayisədə təxminən 6 dəfə çox kredit vəsaitinin bazara axını üçün imkanlar yaradır. Biznes kreditlərinə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizminə əsasən, dövlət zəmanəti kreditlərin 60 faizədək hissəsinə veriləcək və bu addım bankların risklərinin azalmasına səbəb olur. Nəticədə bu, bankların izafi likvidliyinin aradan qalxmasına və həmin vəsaitlərin iqtisadiyyata axmasına gətirib çıxardacaq".

"Biznes kreditlərinə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizmi, müddəti 3 ilədək, illik faiz dərəcəsi 15%-dən çox olmayan kreditlərə şamil ediləcək, yəni illik faiz dərəcəsi 15 faizədəkdir. Bu, o deməkdir ki, banklar rəqabət aparıb daha aşağı faizlərlə kredit verə biləcək. Bu, müsbətə doğru dəyişiklikdir. Bu mexanizmlə verilən kreditlərin illik faiz dərəcəsinin 50%-i dövlət tərəfindən maliyyələşdiriləcək. Yəni subsidiya kreditlərin illik faiz dərəcəsinin 50 faizi həddində veriləcək. Bu, o deməkdir ki, sahibkar illik 7,5 və daha aşağı faizlə kredit götürə biləcək", - deyə ekspert bildirib.

O qeyd edib ki, sahibkar bankdan illik 15 faizlə kredit götürürsə, bunun 7,5 faizini, yəni 50 faizini dövlət kompensasiya edəcək, subsidiyalaşdıracaq: "Məsələn, sahibkar 15 faizlə 10 min manat kredit götürəcəksə, təxminən illik 1500 manat faiz üzrə xərci yaranacaq. Bu 1500 manatın yarısını, yəni 750 manatını dövlət kompensasiya edəcək. Bu mexanizm üzrə 3 milyon manatadək kredit götürmək olacaq. Sahibkarlıq subyektinin müraciətinə sürətli kredit (200 min manatadək) üzrə 7 iş günü, ənənəvi kredit (200 min manatdan çox) üzrə isə 10 iş günü ərzində baxılacaq".

Qeyd edək ki, dövlət zəmanəti pandemiyadan (COVİD 19) zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə şamil edilir və sahibkarların zərər çəkmiş iqtisadi fəaliyyət sahələri üzrə manatla aldıqları kreditlərə verilir.

Sahibkarlıq subyekti www.e-edf.gov.az saytından "Asan imza" vasitəsilə "Elektron kredit platforması"na daxil olur, bu zaman onun fəaliyyət sahəsinin pandemiyadan zərər çəkmiş iqtisadi fəaliyyət növlərinə aid olub-olmadığı avtomatik müəyyənləşdirilir. Fəaliyyət sahəsi pandemiyadan zərər çəkmiş iqtisadi fəaliyyət növlərinə aid olan sahibkarlıq subyekti zəmanət tələb edilən kredit sifarişi üzrə müvəkkil kredit təşkilatını seçir, biznes-planına uyğun olaraq kredit məbləğini qeyd edir və müraciətini təsdiq edir. Sahibkarlıq subyekti "Elektron kredit platforması"nda "Şəxsi kabinet"inə daxil olmaqla müraciətin nəticələri ilə bağlı məlumat əldə edə bilər.

281
Əlaqədar
Mərkəzi Bankda valyuta ehtiyatları ilə nə baş verir?
Birinə bonus, o birinə malus: Adlara təəccüblənməyin, baş verəcəklərə mat qalacaqsınız
Professor: "Vahid valyutaya söykənən dünya iqtisadi sisteminin gələcəyi yoxdur"
Dövlətin sandığı dardır, vətəndaşın cibi: Yardım çatmır, qaldırmaq da mümkün deyil
Dollardan kəsirimiz var: nə borc əl verir, nə də devalvasiya

Azərbaycanda dünyada elektrik enerjisi - iyirmi il sonra bizi gözləyir

8
(Yenilənib 14:26 03.07.2020)
REA-nın Enerji Tədqiqatları İnstitutunun və RF hökuməti yanında Analitik Mərkəzin alimlərinin proqnozlarına görə, 2040-cı ilə qədər digər bərpa olunan enerji mənbələri ilə yanaşı, bioenerji, hidroenerji, atom enerjisi, kömür, qaz və neft populyar olaraq qalacaq
İnfoqrafika: Azərbaycanda elektrik enerjisi
© Sputnik / Elnur Salayev

2020-ci ilin yanvar-may aylarında Azərbaycanda 865,5 milyon manatlıq elektrik enerjisi istehsal olunub, bölüşdürülüb və təchiz edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 13% çoxdur.

Aylıq istehlak həcmi 300 kilovat-saatdan çox olmayan əhali kateqoriyasından olan abunəçilər üçün bir kilovat-saat elektrik enerjisinin pərakəndə qiyməti 0,07 manat (0,04 dollardan bir qədər çox) təşkil edir. Koronavirus pandemiyası ilə əlaqədar olaraq bu güzəştli limit müvəqqəti olaraq 400 kilovat-saata qədər artırılıb. Əhali kateqoriyasından olan digər abunəçilər üçün tarif hər kilovat-saat elektrik enerjisinə görə 0,11 manat (0,06 dollar) təşkil edir.

İstehsal olunan elektrik enerjisinin strukturunu müvafiq olaraq 94,1% istilik enerjisi, 5,3% hidroenerji, 0,4% külək, 0,2% günəş enerjisi təşkil edir.

Əhali üçün elektrik enerjisi tariflərinin ən yüksək olduğu TOP-10 ölkə Almaniya, Danimarka, Belçika, İrlandiya, İspaniya, İtaliya, Kipr, Portuqaliya, Böyük Britaniya və Niderlanddır.

Dünya ölkələrində elektrik enerjisinin generasiyasının strukturunu əsasən qaz, kömür, su, atom, külək, mazut və biokütlə elektrik stansiyaları təşkil edir.

REA-nın Enerji Tədqiqatları İnstitutunun və RF hökuməti yanında Analitik Mərkəzin alimlərinin proqnozlarına görə, 2040-cı ilə qədər digər bərpa olunan enerji mənbələri ilə yanaşı, bioenerji, hidroenerji, atom enerjisi, kömür, qaz və neft populyar yanacaq növləri olaraq qalacaq.

Azərbaycanda və dünyada elektrik enerjisi istehsalı haqqında daha ətraflı məlumatla Sputnik Azərbaycan-ın hazırladığı infoqrafikadan tanış ola bilərsiniz.

8
 İranda epdimioloji vəziyyət

İranda bir gündə 150-dən çox şəxs koronavirusdan öldü

0
(Yenilənib 00:14 04.07.2020)
Son 24 saat ərzində koronavirusa 2566 yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə virusa yoluxanların sayı 235429-a çatıb

BAKI, 4 iyul — Sputnik. İranda koronavirusa yoluxanların sayı bir gün ərzində 2566 nəfər artıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Sima Sədat Lari bildirib.

Hospitalda koronavirus xəstəsinin yoxlanılması
© Sputnik / Vladimir Astapkovich

"Son 24 saat ərzində koronavirusa 2566 yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə virusa yoluxanların sayı 235429-a çatıb. Bir gün ərzində 154 nəfər virusdan ölüb, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 11260-a çatıb", - deyə məlumatda bildirilib.

O həmçinin qeyd edib ki, virusa yoluxan 235429 şəxsdən 196,5 mindən çoxu sağalıb.

Xatırladaq ki, SARS-CoV-2 koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 10,8 milyonu keçib, 521 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0
Mövzu:
Dünyanı cənginə almış bəla