Milli valyutanın dəyərdən düşməsindən sonrakı vəziyyət ən çox xırda ticarət obyektlərinə təsir edib

Bağlanan mağazalar, batan sahibkarlar ölən ümidlər...

196
Manatın dəyərdən düşməsi bölgələrdə həyat şəraitinə ağır zərbə vurub. Topdansatış firmaları mağazalara məhsul satışını dayandırıb, gündəlik tələbat malları satan xeyli sayda mağaza bağlanıb. Sahibkarlar çıxış yolu tapa bilmirlər.

Hikmət Orhun, Sputnik Azərbaycan

BAKI, 31 mart — Sputnik. Manatın son devalvasiyasından sonra Qazaxın mərkəzindən keçən Heydər Əliyev küçəsində bir-birinin ardınca ərzaq və paltar dükanları, xırdavat mağazaları bağlanıb. Yerli sakinlər bunu işsizliyin baş alması, insanlarda pulun olmaması və alıcılıq qabiliyyətinin aşağı düşməsiylə əlaqələndirirlər.

Milli valyutının dəyəri aşağı düşdüyündən, bir-iki ay qabaq topdansatış firmaları da mağazalara məhsul satışını dayandırmış, gündəlik tələbat malları satan bəzi mağazalar bağlanmışdı. İri mağazalar mövcud durumdan çıxıb, alqı-satqını bərpa etsə də, xırda ticarət obyektləri hələ də "özünə gələ bilməyib". Hətta, bəzi xırda sahibkarlar artıq dükanı boşaldıb, qapısından "icarəyə verilir" elanı asıblar.

Bu kimi hallar Ağstafa, Tovuz, Şəkmir rayonlarında da müşahidə olunmaqdadır. Sahibkarlar yaranmış vəziyyətdən şikayətçidirlər. Bilidirirlər ki, milli valyuta dirçəlmədən şəxsi bizneslərinin yenidən fəaliyyətə başlaması mümkünsüzdür.

  • Manatın son devalivasiyasından sonra Qazaxdakı dükanları bir-birinin ardınca bağlanır
    Manatın son devalivasiyasından sonra Qazaxdakı dükanları bir-birinin ardınca bağlanır
    © Sputnik / Hikmet Orhun
  • Yerli sahibkarlar bunu işsizliyin artması, əhalininalıcılıq qabiliyyətinin aşağı düşməsi ilə əlaqələndirirlər
    Yerli sahibkarlar bunu işsizliyin artması, əhalininalıcılıq qabiliyyətinin aşağı düşməsi ilə əlaqələndirirlər
    © Sputnik / Hikmet Orhun
  • Xırda sahibkarlar artıq dükanlarını boşaldıb, qapısından “icarəyə verilir” elanı asıblar
    Xırda sahibkarlar artıq dükanlarını boşaldıb, qapısından “icarəyə verilir” elanı asıblar
    © Sputnik / Hikmet Orhun
  • İndi bu tip elanlara Qazaxın Heydər Əliyev küçəsində tez-tez rast gəlmək olur
    İndi bu tip elanlara Qazaxın Heydər Əliyev küçəsində tez-tez rast gəlmək olur
    © Sputnik / Hikmet Orhun
  • Milli valyutanın dəyərdən düşməsindən sonrakı vəziyyət ən çox xırda ticarət obyektlərinə təsir edib
    Milli valyutanın dəyərdən düşməsindən sonrakı vəziyyət ən çox xırda ticarət obyektlərinə təsir edib
    © Sputnik / Hikmet Orhun
1 / 5
© Sputnik / Hikmet Orhun
Manatın son devalivasiyasından sonra Qazaxdakı dükanları bir-birinin ardınca bağlanır

Böhran zamanı mədaxil-məxarici hesablaya bilmədiyinə görə, iflas edən xırda sahibkar Mehdi Rəhimov Sputnik-in bölgə müxbiri ilə söhbətində, vəziyyətinin düzələcəyinə ümidinin az olduğunu deyib: "Günü-gündən batıram. Böhran yarananda köhnədən qalan malları o biri mağazalardan fərqli olaraq, üstünə yeni qiymət qoymadan satırdım, dövlətə külli miqdarda borcum yarandı".

"Son aylar alver tamamilə ölmüşdü, bu üzdən dükanı da bağladım. Vəziyyətim nə zaman düzələcək, bilmirəm. Hərçənd, düzələcəyinə ümid etmirəm", —deyib sahibkar.

Hazırda işləyən mağazalarda da alver ürəkaçan deyil. Qazax rayonundakı mağazalardan birinin satıcısı Mehman deyib: "Bayram günlərində camaatın "dəndiyi"ndə bir az var idi, onu da bayram süfrəsinə xərclədi. Tanıdığım adamlar var, gəlirlər ki, borca ərzaq alsınlar. Müdiriyyətdən kəskin tapşırıq olduğundan heç kimə niysə mal verə bilmirik. İnsanların sosial durumu çox aşağıdır".

196
Teqlər:
rayonlar, bölgə, sahibkar, devalvasiya, manat, dollar
Əlaqədar
Növbəti devalvasiya təhlükəsi: Mərkəzi Bank uçot dərəcəsini artırdı
Bakı restoranları devalvasiyaya təslim oldu
Devalvasiya büdcənin göstəricilərinə artıq təsir göstərib
"İkinci əl" avtomobillər: devalvasiyadan əvvəl və sonra
Manat üçüncü dəfə devalvasiyaya uğraya bilər
DGK-nın binası, arxiv şəkli

Dövlət büdcəsinə edilən gömrük ödənişlərinin həcmi açıqlanıb

11
(Yenilənib 22:13 03.03.2021)
Nəzərdə tutulan proqnozdan əlavə 77,74 mln. manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub

BAKI, 3 mart — Sputnik. İlkin məlumata görə, Dövlət Gömrük Komitəsi cari ilin yanvar-fevral ayları üzrə nəzərdə tutulan büdcə öhdəliyinə 115,09 % əməl edib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev özünün "Twitter" hesabında yazıb.

O qeyd edib ki, nəzərdə tutulan proqnozdan əlavə 77,74 mln. manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub.

11
Teqlər:
büdcə, gömrük
Məhəmməd Sanusi Barkindo, arxiv şəkli

OPEC-in Baş katibi: "Mənfi göstəricilərin yaşandığı günlər geridə qalıb"

8
(Yenilənib 19:43 03.03.2021)
"2021-ci ildə qlobal neft tələbatı 5,8 milyon barel artaraq sutkada 96 milyon barel civarında olacaq. Asiyada ümidverici qlobal iqtisadi inkişaflar və davamlı tələbat buna təsir edən amillərdir".

BAKI, 3 mart — Sputnik. "Cari ildə qlobal neft tələbatı gündəlik 96 milyon barel olacaq".

Sputnik Azərbaycan xəbər verir ki, bunu OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkindo deyib.

Baş katib qlobal neft bazarı və ümumiyyətlə dünya iqtisadiyyatının yaxşılaşdırılması perspektivini vurğulayıb, davamlı neft bazarı sabitliyini bərpa etmək kursunda qalmağın vacibliyini qeyd edib.

"Həm qlobal iqtisadi vəziyyət, həm də neft bazarının perspektivləri davamlı inkişaf əlamətləri göstərir. Pandemiyanın səbəb olduğu şoklar səbəbindən ÜDM və neft tələbatındakı mənfi göstəricilərin yaşandığı günlər geridə qalıb. 2021-ci ildə qlobal neft tələbatı 5,8 milyon barel artaraq sutkada 96 milyon barel civarında olacaq. Asiyada ümidverici qlobal iqtisadi inkişaflar və davamlı tələbat buna təsir edən amillərdir", - deyə M.Barkindo bildirib.

Qeyd edək ki, bu gün "OPEC+" Nazirlərinin Birgə Monitorinq Komitəsinin  27-ci iclası, martın 4-də isə "OPEC+" ölkələri nazirlərinin 14-cü toplantısı keçiriləcək.

Xatırladaq ki, yanvarda "OPEC+" ölkələri nazirlərinin 13-cü iclasında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral-mart aylarında da davam etdirilməsi barədə qərar qəbul edilib. Yeni razılaşmaya əsasən, "OPEC+" ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları fevralda 7 milyon 125 min barel, martda isə 7 milyon 50 min barel təşkil edəcək.

 

8
Teqlər:
tələbat, hasilat, artım, gəlir, neft, OPEC
Türkiyənin Cobra zirehli maşını, arxiv şəkli

Türkiyə minaya davamlı yeni zirehli maşınını göstərdi - VİDEO

0
Cobra zirehli maşınlarının əvvəlki versiyaları 15 ölkədə, o cümlədən Azərbaycanda, Gürcüstanda və Qazaxıstanda istifadə olunur. 

BAKI, 3 mart - Sputnik. Türkiyənin Otokar şirkəti Cobra sinfindən olan, mina əleyhinə müdafiə ilə təmin olunmuş təkərli zirehli Cobra II MRAP avtomobilini nümayiş etdirib. 

Sputnk Azərbaycan Anadolu agentliyinə istinadən bildirir ki, Cobra II MRAP ekipajı ballistik, mina və əldəqayırma partlayıcı təhlükəsindən qoruyur. 

​Zirehli maşının xüsusi konstruksiyası, təmir və xidmətin asanlığı hətta döyüş şəraitində belə onu tam və sürətli yığıb-sökməyə imkan verir. 

Zirehli maşında 11 sərnişin yerləşir, tələbə görə, üç və ya beş qapılı ola bilər.

Cobra zirehli maşınlarının əvvəlki versiyaları 15 ölkədə, o cümlədən Azərbaycanda, Gürcüstanda və Qazaxıstanda istifadə olunur. 

0