Qızıl və dollar

Azərbaycanda kapitalı cəmi 2 manat olan lombardlar var

497
(Yenilənib 18:38 29.03.2016)
Ekspert: "Əgər bank olmayan kredit təşkilatlarının fəaliyyətinin güclənməsini istəyiriksə, lombardların qeyri-qanuni fəaliyyətini təcili dayandırmalıyıq"

Son zamanlar Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyəti hiss olunmur. Bəzi hallarda lombardların BOKT-ların fəaliyyətinə əngəl törətdiyi də iddia olunur. Məsələ ilə bağlı Sputnik-in əməkdaşı bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov ilə həmsöhbət olub.

Bank eksperti Əkrəm Həsənov
© Photo : REPORT
Əkrəm Həsənov

- Əkrəm bəy, ölkədə bank olmayan kredit təşkilatlarının fəaliyyəti niyə hiss olunmur?

— Azərbaycanda qanunsuz fəaliyyət göstərən, bank olmayan kredit təşkilatları var. Yəni, lisenziya almamış, bu fəaliyyəti göstərən təşkilatlar var. Bunlar lombardlardır. Bizdə lombardlar faktiki olaraq, elə bank olmayan kredit təşkilatlarıdır. Bunlar da müəyyən şəxslərdən aşağı faiz ilə kredit alırlar, o biri şəxslərə böyük fazilə kredit verirlər. Halbuki lombard öz pulu ilə kredit verməlidir. Məhz buna görə bizdə BOKT-lar o qədər də aktiv deyil.

- BOKT-ların fəaliyyətini necə gücləndirmək olar?

— Kimsə BOKT təsis etmək istəyir. Deyir ki, gərək qeydiyyatdan keçim, 300 min manatım olmalıdır, lisenziya almalıyam və s. Ondansa gedərəm, lombard açaram, kapitalım da olmayacaq. Azərbaycanda lombard var ki, kapitalı cəmi 2 manatdır. Bu pulu hardan götürməlidir? Deməli, bu pulu kimdənsə borc alır. Əgər borc alırsa, bu, artıq bank olmayan kredit təşkilatı olur. Əgər BOKT-ların fəaliyyətinin güclənməsini istəyiriksə, lombardların qeyri-qanuni fəaliyyətini təcili dayandırmalıyıq. BOKT-ların bazarda aktiv olması üçün pul cəlb etmək lazımdır. Belə çıxır ki, onların pulu yoxdur, ona görə də aktiv deyillər. Və yaxud da necə ki, bəzi banklar yaradıblar, amma əslində onlar da heç aktiv deyil. Sadəcə müəyyən öz təsisçilərinə xidmət göstərirlər. Ola bilər ki, BOKT-ların içərisində də belələri var. Bu, yaxşı hal deyil. Azərbaycanda nə bank, nə də BOKT-ları təsis etmək asandır. Hətta pul olsa belə, çox zaman bunu təsis etmək olmur.

- Lombardların fəaliyyətinə nəzarət varmı?

— Ümumiyyətlə, Mülki Məcəlləyə görə, lombardların lisenziyası olmalıdır. Amma qanunvericilik onlara lisenziyanın kimin tərəfindən və necə verilməsini müəyyənləşdirməyib. Ona görə də kimin keyfi istəyir, özü üçün lisenziyasız lombard açır, necə istəyirlər, elə də işləyirlər. Bunlara nəzarət yoxdur. Belə bir şəraitdə BOKT-lar lombardlar ilə rəqabətqabiliyyətli olmurlar. İlk növbədə lombardların fəaliyyəti yoxlanmalı və çoxu bağlanmalıdır.

- Bank ilə BOKT-ların fərqi nədir?

— Bankın 3 fəaliyyəti var: Başqalarından əmanət, kreditlər cəlb etmək, cəlb etdiyi pul ilə kreditlər vermək və üçüncüsü, bank hesabları, pul köçürmələri aparmaq və s. BOKT-lar isə yalnız bir şəxsdən kredit alır, o birisinə krediti verir. BOKT-lar bank hesabı, pul köçürməsi, nağd pul əməliyyatı apara bilməz və s. Bankın minimal kapitalı əgər 50 milyon manatdırsa, BOKT-da isə cəmi 300 min manatdır. Bizdə kredit təşkilatlarının çoxlarının heç 300 min manat kapitalı yoxdur. Onları bağlamaq lazımdır. Amma Azərbaycanda elə BOKT-lar var ki, banklardan qat-qat güclüdür.

- BOKT-lara fəaliyyət göstərmək üçün lisenziyanı kim verir?

— İndiyə kimi, BOKT-lara fəaliyyət göstərmək üçün lisenziyanı Mərkəzi Bank verirdi. Mərkəzi Bank da müəyyən əngəllər törədirdi, hamıya lisenziya vermirdi. Tutaq ki, təsisçilər gəlib deyirlər ki, "300 min manatımız var, fəaliyyət göstərmək istəyirik". Sənədlər də qaydasındadır. Mərkəzi Bank isə bunlara lisenziya vermirdi. İndi həmin səlahiyyət Mərkəzi Bankdan alındı və Maliyyə Bazarlarına Nəzarət Palatasına verildi. Palatadan gözləntimiz odur ki, qanunauyğun olaraq kim bu fəaliyyətlə məşğul olmaq istəyirsə, onlara süni əngəllər törədilməsin, lisenziya versin ki, işləsin.

Qeyd: Azərbaycanda dövlət qeydiyyatına alınmış 47 bank olmayan kredit təşkilatı olsa da, bunun təxminən yarısı bazarda aktiv fəaliyyət göstərir. Bu barədə fins.az-a açıqlamasında Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva bildirib.

Onun sözlərinə görə, BOKT-ların təxminən yarısının fəaliyyəti yox dərəcəsindədir: "20 BOKT bizim assosiasiyaya üzvdür, onların hamısı normal fəaliyyət göstərir. Həmçinin AMFA-nın üzvü olmayan 5-6 BOKT var ki, onlar da bazarda nəzərəçarpacaq paya malikdir. Qalan BOKT-ların isə fəaliyyəti elə də hiss olunmur. Yəni, nə vaxtsa qeydiyyatdan keçsələr də, bu gün onlar camaat arasında elə də tanınmır, aktiv şəkildə kredit vermilər, bəzilərinin heç dəqiq baş ofislərinin, filiallarının ünvanı məlum deyil".

497
Teqlər:
əmanət, faiz, lombard, pul, bank olmayan kredit təşkilatı, kredit, qızıl, bank
Əlaqədar
Mərkəzi Bank: İqtisadi subyektlər üzən məzənnə rejiminə uyğunlaşıb
"Mərkəzi Bankın statusunun dəyişməsi heç nəyi dəyişməyəcək"
Mərkəzi Bank artıq dövlət orqanı deyil
Növbəti devalvasiya təhlükəsi: Mərkəzi Bank uçot dərəcəsini artırdı
Əmanətlərini dollarla banka qoyanlar maksimum 3% qazanacaqlar
Banka borcu olduğuna görə özünü asdı
Bakıda bankdan külli miqdarda pul oğurlanıb
Neft buruğu, arxiv şəkli

Azərbaycan neftinin qiyməti son bir ildə maksimum göstəriciyə çatdı

4
"Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub

BAKI, 5 mart — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşır.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 2,95 dollar artaraq 67,70 dollar təşkil edib. Bu, son 13 ayın maksimum göstəricisidr.

"Brent" markalı neftin qiyməti 0,90 dollar artaraq 67,64 dollar, "Light" markalı neftin qiyməti isə 0,82 dollar bahalaşaraq 64,65 dollar olub.

Qeyd edək ki, "Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

4
Teqlər:
qiymət artımı, Azərbaycan, neft
Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj
İşsiz adam, arxiv şəkli

Bir çox sahələrdə işsizlik olacaq - Bu da elmi-texniki tərəqqinin Azərbaycana "töhfəsi"

1742
(Yenilənib 20:18 04.03.2021)
"Bu gün dünyada ticarət sektorunda da böyük dəyişikliklər baş verir. Bizdə hələ də böyük alış-veriş mərkəzlərinə maraq qalsa da, yaxın gələcəkdə həmin məkanların da boş qalacağını görəcəyik" - Natiq Cəfərli.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 4 mart — Sputnik. "Texnoloji kəşflərin tətbiqi çoxdan başlayıb. Sadəcə olaraq son bir ildə bu təsir daha da sürətləndir. Təbii ki, burada pandemiyanın da təsiri oldu".

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında süni intellektin ölkəmizə təsiri haqda danışarkən belə deyib. 

Onun fikrincə, təxminən 10-12 il öncə başlayan proses yaxın gələcəkdə daha da sürətlənəcək.

"Biz süni intellektin təsirini ilk olaraq bankçılıq sahəsində gördük. Onlayn bankçılıq bank şöbələrinə ehtiyacı azaltdı, hətta qeyd edim ki, 2012-2013-cü illərdə Böyük Britaniyada ciddi böhran yaşandı. Təqribən 200 minə yaxın bank işçisi ixtisar oludu. Bu tendensiya bu gün də davam edir. Son illər Azərbaycanda da yeni texnologiyaların tətbiqi tendensiyası özünün göstərməyə başlayıb. Azərbaycanda da bank sektoruna işçi sayının azalması müşahidə olunacaq", - ekspert deyib.

O bildirib ki, bank sektoru ilə yanaşı süni intellekt digər sahələri də vuracaq:

"Süni intellekt həm hesablamalarda, həm qərarvermə mexanizmlərinin yaranmasında, həm də insan faktoru olmadan sənaye xərclərinin yaradılmasında da geniş istifadə olunacaq. Azərbaycanda isə ehtimal ki, insan əməyinin daha çox istifadə olunduğu sahələrdə süni intellekt tətbiq olunacaq. Bunlardan biri aqrar sektordur. Bizdə aqrar sektorda əl əməyindən hələ də çox yüksək səviyyədə istifadə olunur ki, bu da rentabelliliyi aşağı salır. Bir çox ölkələrdə isə digər sahələrdə olduğu kimi kənd təsərrüfatında da əl əməyini dronlar əvəz edir. Yəni, komputer özü qərar verir ki, nə vaxt gübrə vermək lazımdır, nə vaxt sulamaq lazımdır və məhsulun yetişməsi üçün hansı tədbirlər görülməlidir".

Cəfərlinin sözlərinə görə, aqrar sektor qeyri-neft sektorunda lokomativ sayıldığından gələcəkdə bu sahədə iş yerlərinin azalmasına hazır olmaq lazımdır.

"Urbanizasiya hələ də başa çatmayıb. Rəsmi rəqəmlərə görə, bizdə kənd əhalisi ölkə əhalisinin 44 faizini təşkil edir ki, bu da çox böyük rəqəmdir. İnkişaf etmiş ölkələrdə isə bu rəqəm 7-8 faiz civarındadır", - deyə N.Cəfərli bildirib.

Ekspert deyir ki, işsizliyin qarşısını almaq üçün indidən bu barədə düşünmək lazımdır. Lakin yaranacaq bu vəziyyətdən qorxmaq da lazım deyil: "Vaxtı ilə liftçi qız, telefonçu qız var idi. İndi isə nə liftçi qıza ehtiyac var, nə də telefonçu qıza. Bu isə o deməkdir ki, texnologiya inkişaf etdikcə, zamanla bəzi peşələrin tarixə qovuşması baş verir".

Bu gün dünyada ticarət sektorunda da böyük dəyişikliklərin baş verdiyini qeyd edən iqtisadçı bildirib ki, Azərbaycanda hələ də böyük alış-veriş mərkəzlərinə maraq qalsa da, yaxın gələcəkdə həmin məkanların boş qalacağını görəcəyik.

"Bir müddətdən sonra bu böyük alış-veriş mərkəzləri də tarixə qovuşacaq. Evdən çıxmadan süni intellektin yaratdığı imkanlarla virtual geyinib-soyunma otaqları da artıq mövcuddur. Yəni, bir geyimin, ayaqqabının üzərində necə göründüyünü görə bilirsən. Bu səbəbdən dünyada gedən tendensiya ilə bir müddətdən sonra Azərbaycanda da böyük alış-veriş mərkəzlərinin boş qalma ehtimalı var. Bu da müəyyən bir işsiz kütlənin yaranacağı deməkdir", - deyə ekspert əlavə edib.

Qeyd edək ki, Azərbaycanda elektron ticarətin (e-ticarət) həcmi son 3 ildə (2018-2020-ci illər ərzində) 5 dəfə artıb.

1742
Miqrantlar Azərbaycan Dövlət Miqrasiya Xidmətinin həyətində, arxiv şəkli

"Azərbaycanda vurdurmuşam" - yüz iyirmi min əcnəbi üçün "yaşıl işıq"

4
Azərbaycanda vaksinasiyanın əhatə dairəsi genişlənir. Bizimlə yanaşı, xaricdən gələn və yerli əhali ilə sıx təmasda olan əcnəbilərin də sağlam olmaları şərtdir. Bəs onların vaksinasiyası necə aparılır?

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 4 mart — Sputnik. Bu gün ölkəmizdə rəsmi qeydiyyatda olan 120 minə yaxın xarici ölkə vətəndaşı var ki, onlar Azərbaycanda yaşadıqlarından əhali ilə sıx təmasda olurlar.

Azərbaycanda qeydiyyatda olan əcnəbilər arasında da vaksinasiya kriteriyalarına uyğun gələnlər var. Sputnik Azərbaycan ölkəmizdə qeydiyyatda olan xarici ölkə vətəndaşlarının COVID-19 əleyhinə vaksinasiyasının necə aparıldığını araşdırıb.

Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, bu gün ölkəmizdə rəsmi qeydiyyatda olan əcnəbilər Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"nda nəzərdə tutulan kateqoriyaya aid olduqları halda onların peyvənd olunmasında heç bir problem yoxdur:

"Azərbaycanda iş icazəsi əsasında, eləcə də müvəqqəti və daimi yaşama əsasında icazəsi olanlar ərazi üzrə qeydiyyatda olduqları poliklinikalara müraciət edərək vaksin edilə bilərlər. Bunun üçün xarici ölkə vətəndaşı kimliyini təsdiq edən və Azərbaycanda müvəqqəti yaşama icazəsi olduğu sənədi poliklinikaya təqdim etməklə COVID-19 əleyhinə peyvənd edilə bilərlər".

Əlaqə saxladığımız poliklinikalardan da eyni cavabı verdilər. S.Əfəndiyev adına 2 saylı poliklinikadan Sputnik Azərbaycan-a bildirdilər ki, ölkəmizdə yaşama icazəsi olan əcnəbilər vaksin olunmaq üçün pasport və yaşama icazəsini təsdiq edən sənədi poliklinikaya təqdim etməklə vaksin oluna bilərlər.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bunun üçün müvafiq icazə almalıdırlar.

Avropaya gedənlərdən vaksin sertifikatı tələb olunacaq>>

Azərbaycanda 2021-ci il yanvarın 18-dən əhalinin risk qrupuna aid kateqoriyasının vaksinasiyasına başlanılıb və getdikcə əhatə dairəsi genişlənir. Məsələn, martın 3-də təhsil işçiləri də COVID-19 əleyhinə vaksinasiyaya qoşulublar. Ölkə əhalisinin vaksinasiyası "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na əsasən, iki mərhələdə aparılır. Birinci mərhələdə səhiyyə işçiləri və 65 yaşdan yuxarı şəxslər, hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət; ikinci mərhələdə isə tibbi cəhətdən yüksək risk qrupu vaksin edilib. İkinci mərhələdə isə 50 yaş və daha yuxarı, ən azı bir xroniki xəstəliyi olan şəxslər; təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar və digərlərinin vaksinasiyası aparılır.

Vaksinasiyada Çinin Sinovac şirkətinin CoronaVac peyvəndindən istifadə olunur.

4
Teqlər:
əcnəbi, Azərbaycan, Çin, Sinovac Biotech, vaksinasiya, vaksin, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya