Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dünyada neftin aqibəti İrandan asılı olacaq

© AP Photo / Ebrahim Norooziİran prezidenti Həsən Ruhani
İran prezidenti Həsən Ruhani - Sputnik Azərbaycan
Abunə olmaq
"İranla görüş baş tutmasa, neftin qiyməti yenidən 30 dollara düşəcək. Əgər İran görüşə qatılmayacaqsa, o zaman OPEK-in görüşü olsa da, bu, ciddi deyil, formal xarakter daşıyacaq. İransız qəbul edilən qərar proseslərə təsir göstərmək imkanına malik olmayacaq"

Dünyada neftin aqibəti İrandan asılı olacaq
BAKI, 11 mart — Sputnik. İran razılıq verməzsə, OPEK ölkələrinin və bu təşkilata üzv olmayan neft istehsalçısı ölkələrinin martın 20-nə nəzərdə tutulan görüşü, çox güman ki, baş tutmayacaq. Bu iddia ilə Qərb mətbuatı çıxış edib.

"İran hazırda neft bazarında sanksiyalar dövründə itirdiyi payını bərpa etmək niyyətindədir. İran görüşün keçirilməsi ilə razı deyil. Onun nə isə etmək niyyəti yoxdur. İranın neft hasilatının "dondurulması"na razılaşacağı təqdirdə, hər şey dəyişiləcək", — deyə bildirilir.

© Photo : N.Cəfərlinin şəxsi arxiviNatiq Cəfərli, iqtisadçı-ekspert
Natiq Cəfərli, iqtisadçı-ekspert - Sputnik Azərbaycan
Natiq Cəfərli, iqtisadçı-ekspert

Digər mənbə isə bildirib ki, yanvardakı orta sutkalıq hasilat həcmi Tehranı qane etməyib: "Ölkə neftin sutkalıq hasilat həcmini 4 milyon barrelədək artırmaq niyyətindədir. Əgər onlar həll yolunu tapmaq istəyirlərsə, onda İrana ədalətli sövdələşmə təklif etməlidirlər". İqtisadçı ekspert Natiq Cəfərli Sputnik-ə açıqlamasında bildirib ki, İran neft hasilatını artırmaqla bazarda öz yerini tutmaq istəyir: "Əslində bu məsələdə İran haqlıdır. Çünki uzun illər sanksiyalar altında yaşadığı dövrdə İranda hasilat xeyli dərəcədə aşağı düşmüşdü və İran qoyulan qadağalara görə bazarlarını itirmişdi. İndi İranın tələbi odur ki, hasilatı sanksiyalardan öncəki dövrə çatdırsın və bazarlarda öz yerini tutsun".

"Ondan sonra o, hasilatın dondurulması məsələsinə qoşula bilər. İndi İranda təqribən 2.5-3 milyon barel civarında gündəlik hasilat olur, amma onu 4 milyon barelə çatdırmaq istəyir. 4 milyon barelə çatdırdıqdan sonra, o səviyyədə saxlamağa razı ola bilər. Bununla bağlı onun ilkin razılaşması olub", —deyə ekspert bildirdi.

İqtisadçı ekspert Vüqar Bayramlının sözlərinə görə isə, İranın qərarları birmənalı şəkildə bazara təsir edir: "Bütün hallarda bu, OPEK-in qəbul edəcəyi qərardır və bu baxımdan İranın iştirakı vacibdir. İran bu gün bazarda aparıcı oyunçulardan birinə çevrildiyi üçün onun hansı qərarı qəbul etməsi birmənalı şəkildə bazara təsir göstərir. Güman olunur ki, əgər İran görüşə qatılmayacaqsa, o zaman OPEK-in görüşü olsa da, bu, ciddi deyil, formal xarakter daşıyacaq. İransız qəbul edilən qərar proseslərə təsir göstərmək imkanına malik olmayacaq".

© Photo : Social media page of Vugar BayramovVüqar Bayramov
Vüqar Bayramov - Sputnik Azərbaycan
Vüqar Bayramov

Lakin məsələ tək İranın iştirak edib-etməməsi ilə həll olmur, çünki digər ölkələrin də bu qərara riayət edib-etməməsi sual altındadır. Natiq Cəfərlinin sözlərinə görə, görüş baş turmasa, neftin qiymətində yenidən enmə müşahidə olunacaq: "Hətta razılaşma İran iştirak etmədən əldə olunsa belə, nəzarət mexanizmi olmadığından, bir çox ölkələrin buna riayət edəcəyi də sual altındadır. Rusiya və OPEK-in uzun zaman sözlü müdaxilələri bazarda neftin qiymətini 40 dollara qədər qaldırdı. Amma bu sözlü müdaxilələrlə uzun müddət qiyməti bu səviyyələrdə saxlamaq mümkün deyil. Əməli iş olmasa, martın 20-də görüş baş tutmasa və ümumiyyətlə, bu görüşlə bağlı xəyal qırıqlığı yaransa, neftin qiymətinə bu, çox ciddi mənfi təsir göstərəcək və neftin qiyməti yenidən 30-lara doğru düşməyə başlayacaq".

Qeyd edək ki, məsələ ilə bağlı Rusiyanın energetika naziri Aleksandr Novak da martın 14-də Tehrana səfər edəcəyini bildirib.

Xəbər lenti
0