Вклады в манатах и долларах

Problemli kreditlərin həcmi 13% azalıb

17
(Yenilənib 23:04 09.03.2016)
Vaxtı keçmiş kreditlərin həcmi bu ilin fevralın 1-ə 1 mlrd. 314,6 mln. manat təşkil edib.

BAKI, 9 mart — Sputnik. Kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi bu ilin fevralın 1-ə 1 mlrd. 314,6 mln. manat təşkil edib.

Sputnik Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 283,7 mln. manat və ya 27,52% çoxdur.

Ötən ilin dekabr ayı ilə müqayisədə bu ilin yanvarında problemli kreditlərin həcmi 193,9 mln. manat və ya 12,85% azalıb.

Onu da qeyd edək ki, vaxtı keçmiş kreditlərin həcmi ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 6,2% təşkil edir.

17
Mövzu:
Mərkəzi Bank ətrafındakı situasiya (6)
Pomidor, arxiv şəkli

Qonşuların pomidor bəhanəsi: Yerli aqronomlar onları təkzib edir

144
(Yenilənib 20:45 21.01.2021)
"İri istixanalar virusa görə pomidor seçiminə, sort seçiminə çox diqqət edirlər. İri istixanalar mütəxəssislərlə işləyirlər və orada virusun olma ehtimalı aşağıdır" - aqronom.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 21 yanvar — Sputnik. Qazaxıstan Azərbaycandan qeyri-müəyyən müddətə pomidor idxalını dayandırıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyi bildirib.

Qeyd edilib ki, yanvarın 2-dən 12-dək Azərbaycandan idxal olunan pomidorlarda qəhvəyi qırışlı meyvə virusu (Tomato brown rugose fruit virus – ToBRFV) aşkar edilib. İdxalın dayandırılması qərarı yanvarın 16-da qəbul edilib. Qadağa müvəqqəti xarakter daşıyır.

Aqronom Vüsal Hacıyev Sputnik Azərbaycan-a deyib ki, qış aylarında pomidorlarda virus xəstəliklərinin yayılma ehtimalı azdır:

"Əgər bitkilər virus xəstəliyinə yoluxubsa, onların payız və qış aylarında inkişaf sürəti azalır. İstixanalara gedib baxıram. Pomidorlarda qəhvəyi qırışlı meyvə virusuna demək olar ki, rast gəlməmişəm. Hazır şitillərin üzərində də virus gələ bilər.

Bu virus ancaq primitiv istixanalarda görülə bilər. İri istixanalar virusa görə pomidor seçiminə, sort seçiminə çox diqqət edirlər. İri istixanalar mütəxəssislərlə işləyirlər və orada virusun olma ehtimalı aşağıdır. Bizim məhsullar orqanik məhsullara yaxın məhsullardır. İl ərzində günəşli günlərin sayı çox olduğundan, bitkinin istehsal prosesi zamanı təbii bioloji proses daha çox getdiyindən bizim məhsulların insan sağlamlığına mənfi təsiri demək olar ki, yoxdur".

O qeyd edib ki, ToBRFV virusu bütün Avropa ölkələrində, xüsusən İtaliya və Fransadakı istixanalarda və açıq sahələrdə daha çox yayılıb:

"Ona görə də xaricdən gələn toxumların virus xəstəlikləri daşıyıcısı olub-olmadığı dəqiq yoxlanılmalıdır. Bizdə pomidor toxumları əsasən xaricdən gətirilir. Əsasən Hollandiyadan, Türkiyədən, İsraildən toxumlar gətirilir".

O bildirib ki, bitki xəstəlikləri və zərərvericilərinə qarşı mübarizə tədbirləri aparılır, dərmanlar vurulur: "Ancaq bəzən bu, düzgün aparılmır. Təkcə dərmanlama aparmaq kifayət etmir. Eyni zamanda, mexaniki və bioloji üsullardan da istifadə olunmalıdır. İstixanalarda virus xəstəliklərinin yayılması əsasən iki halda olur. Birincisi, toxumun özündə gəlir. İkincisi isə zərərvericilər vasitəsilə istixanaya yayılır. Burada sistemli iş aparılmalıdır. Məsələn, bir ərazidə yerləşən istixanalarda dərmanlama eyni vaxta aparılmalıdır. Və ya kimsə istixananı sökürsə, dezinfeksiya edib sökməlidir".

"Bu işlər kompleks şəkildə aparılmalıdır. Əminəm ki, müvafiq qurumlar və təşkilatlar bu məsələlərə xüsusi diqqət yetirirlər", - deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məsələ ilə bağlı açıqlama verəcəyini bildirib.

144
Teqlər:
aqronom, Qazaxıstan, Rusiya, "pomidor böhranı", pomidor
İmza, arxiv şəkli

Azərbaycan Türkmənistandan tarixi qərar - Xəzərdən artıq "pul iyi" gələcək

63
Azərbaycan və Türkmənistan Xəzərdə “Dostluq” yatağının birgə işlənilməsi ilə bağlı Memorandum imzaladı.

BAKI, 21 noyabr - Sputnik. Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalanıb.

Sputnik Azərbaycan xəbər verir ki, sənədi Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov imzalayıblar.

Qeyd edək ki, yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib.

63
Moskva şəhərinə mənzərə, arxiv şəkli

Rusiyada evləri yoxlamağa başlayacaqlar

0
(Yenilənib 00:34 22.01.2021)
Mənzili ziyarət etməzdən əvvəl kirayəçilərə müfəttişlərin dəqiq gəliş tarixini göstərən poçt vasitəsilə bildiriş göndərilir. Bildiriş iki dəfə göndərilə bilər.

BAKI, 22 yanvar — Sputnik. Rusiyada qeyri-qanuni yenidənqurma işlərini aşkarlamaq üçün mənzillər kütləvi şəkildə yoxlanılacaq.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, məlumata görə, mənzil müfəttişləri tərtibatdakı razılaşdırılmamış dəyişikliklərlə maraqlanırlar. Təkcə otaqları və ya əlavə olaraq boruları genişləndirmək üçün yıxılan divarlara diqqət yetirilmir. Müfəttişlik həmçinin mətbəxin qaz sobası ilə təchiz olunmasına görə, qapının çıxarılması üçün də cərimə kəsə bilər.

Mənzili ziyarət etməzdən əvvəl kirayəçilərə müfəttişlərin dəqiq gəliş tarixini göstərən poçt vasitəsilə bildiriş göndərilir. Bildiriş iki dəfə göndərilə bilər.

Buna fikir verməsəniz, nəzarətçilər məhkəməyə müraciət edəcək və məhkəmə icraçıları ilə birlikdə mənzilə gələcəklər.

Texniki tələblərə cavab verən yaşayış dəyişiklikləri reyestrə daxil edilir. Məhkəmənin qərarı ilə mənzildə olan qeyri-qanuni dəyişikliklər aradan qaldırılmalıdır.

Ekspertlərin fikrincə, genişmiqyaslı yoxlamalar fırıldaqçıların da artmasına səbəb olacaq.

0