Bankomat

Gələcəkdə pensiyaçılara ödəməyə pul tapılmayacaq

542
(Yenilənib 14:13 07.03.2016)
Ekspert özəl pensiya fondlarının yaradılmasını həm zəruri, həm də riskli hesab edir: "Bu addım müsbət nəticə də verə bilər, mənfi nəticə də. Yəni özəl fond müflis də ola bilər. Digər ölkələrdə belə hallar olub"

Bakı, 7 mart — Sputnik. "Azərbaycanda özəl pensiya fondlarının yaradılmasının vaxtı çatıb. Nə üçün? Dövlət Sosial Müdafiə Fondunun kifayət qədər daxili borcu var. Əmək pensiyalarının 3 hissəsi var — baza hissəsi, sığorta hissəsi, yığım hissəsi. Yığım hissəsini prinsipcə indi vermirlər. Bu, gənclər üçün çox vacibdir. Çünki, gənclər yeni işə başlayıblar. İşəgötürənlər Fonda köçürmələr edir. Onlar yığılırlar və 20-40 ildən sonra həmin gənclər pensiyaya çıxanda baza hissəsinin üzərinə yığım hissəsi də gələcək. Bu, gənclər üçün önəmlidir".

Fuad Rəsulov, Xəzər Universitetinin professoru
© Photo : iqtisadiforumedf
Fuad Rəsulov, Xəzər Universitetinin professoru

Bunu Xəzər Universitetinin professoru Fuat Rəsulov Sputnik-ə açıqlamasında deyib. Xarici təcrübəyə toxunan professor deyib ki, yığım hissəsinə gedən pullar bankda real pul kimi şəxsi hesaba otuzdurulur: "Azərbaycanda isə heç bir pensiyaçının bankda şəxsi hesabı yoxdur. Bunlar şərti olaraq virtual xarakter daşıyır. Bu gün təxminən 2 milyard manata qədər Dövlət Sosial Müdafiə Fondunun borcu var. Borcu var nə mənada? Gələcəkdə bu pulları pensiyaçılara vermək lazım olacaq. Ancaq bu pul yoxdur".

"Nə üçün deyirlər ki, özəl pensiya fondları investisiya fondlarıdır? Çünki, onlar bankda hesablar açırlar. Daxil olan pulları depozitə yerləşdirirlər. Bu günkü gündə fiziki şəxs banka gətirib fazilə depozit qoyur. Bank kreditlər verir və s. Nəticədə fiziki şəxs öz depozitinə görə bankdan faiz alır", —deyə F. Rəsulov bildirib.

Onun sözlərinə görə, eyni mexanizm özəl pensiya fondlarında da işləyir: "Yəni, pullar yerləşdirilir banklarda depozit hesablarında. İkincisi, ola bilər, özəl pensiya fondu hansısa perspektiv layihədə iştirak etsin və oraya investisiya qoysun. Hər bir halda o pullar yavaş-yavaş işləyir və özü-özündə də artırlar. Gələcəkdə pensiya üçün bunun böyük rolu var və pensiyalar arta bilər".

Professor deyib ki, eyni zamanda, özəl pensiya fondları riskli sahədir: "Çünki, qiymətli kağızlara pul qoya bilərlər. Gördünüz ki, böhran vaxtında dünyada qiymətli kağızlar bazarında qiymətlər necə aşağı düşdü. Özəl pensiya fondu risklərdən qorunmalıdır, sığortalanmalıdır. Aydındır ki, Dövlət Sosial Müdafiə Fondu risksiz bir fonddur. Çünki, arxasında dövlət özü durub. Amma özəl pensiya fondu özü riskə gedir. Bu alına da bilər, alınmaya da bilər. Müflis də ola bilər. Digər ölkələrdə belə hallar olub. Neçə ildir ki, hökumət özü də ölçüb-biçir ki, bu riskə gedək, yoxsa getməyək, icazə verək, yoxsa verməyək".

Onun fikrincə, özəl pensiya fondlarının yaranması pis olmaz: "İlk olaraq ən azı 1 özəl pensiya fondu yaradılsın. Sonra baxsınlar ki, necə işləyir. Əgər yaxşıdırsa, ondan sonra daha bir neçə özəl pensiya fondları yaradıla bilər".

Qeyd edək ki, martın 4-də Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyevin iştirakı ilə Bakıda keçirilmiş biznes-forumda Azərbaycanda yığım pensiya planlarının tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub.

E.Mehdiyev vurğulayıb ki, Azərbaycanın pensiya təminatı sisteminin uzunmüddətli maliyyə dayanıqlığına və pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq məqsədilə milli pensiya sisteminin inkişafında beynəlxalq tendensiyaların nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması zəruridir. Beynəlxalq ekspertlərlə birgə ölkəmizdə könüllü sosial sığortalanmanın tətbiqi sahəsində hazırlanan dövlət sığorta-pensiya sistemində real yığım komponentinin tətbiqinə dair və qeyri-dövlət pensiya fondlarının fəaliyyətinin təşkilinə aid iki yeni qanun layihəsinin hazırlandığını diqqətə çatdıran Fond sədri bildirib ki, həmin qanun layihələrində könüllü sosial sığorta haqlarının toplanması mexanizmləri, vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin fərdi uçotunun aparılması, idarəedici şirkətlərə olan tələblər, investisiya qaydaları, qeyri-dövlət pensiya fondlarının yaradılması və fəaliyyətinin təşkili, bu institutlarda öhdəliklərin yerinə yetirilməsi üçün adekvat və səmərəli təminat mexanizmlərinin formalaşdırılması və effektiv idarəetmə sisteminin tətbiqi, qeyri-dövlət pensiyalarının təyinatı, ödənilməsi, bu sahədə dövlət tənzimlənməsi və nəzarətinin əsas istiqamətləri və digər məsələlər öz əksini tapıb. Bundan əlavə, könüllü sığortalanmanın stimullaşdırılması üçün bir sıra əlavə mexanizmlərin tətbiqi də nəzərdə tutulub.

İqtisadi münasibətlərdə yeni bazar iqtisadiyyatı aləti olan yığım pensiya planlarının təşəkkül tapması ilə birincisi, maliyyə bazarı iştirakçılarına (özəl fondlar və ya banklar) davamlı likvidliyi qorumağa və "uzun pullar" əldə etməyə imkan verən iqtisadi mühitin formalaşdırılması, ikincisi idarəetmədən gələn gəlirlərin pensiya şəklində vətəndaşa çatdırılmasını əks etdirən birbaşa nəticənin olması, üçüncüsü uzun müddətli səmərə hesab olunan ölkənin pensiya sistemini gələcək maliyyə dayanıqlığı və əvəzetmə əmsalının artımının əldə edilməsi hədəflənir.

542
Teqlər:
özəl pensiya fondları, Elman Mehdiyev, Fuat Rəsulov, Dövlət Sosial Müdafiə Fondu, pensiya
Əlaqədar
Əmək pensiyalarının baza hissəsi artırıldı
Maliyyə Nazirliyi: Qiymətlər qalxsa, pensiyalar artırılacaq
DSMF: Pensiya kartlarında hər hansı dəyişiklik baş verməyib
Azərbaycanda 14 mindən çox dövlət qulluqçusu pensiya alır
İyun ayı üzrə əmək pensiyaları vaxtından əvvəl maliyyələşdirilib
Dağıdılmış Ağdam şəhərinə mənzərə

Qarabağda yeni iqtisadi model tətbiq ediləcək - onu türkiyəli adamları quracaq

9
(Yenilənib 22:15 24.01.2021)
Millət vəkili Qarabağın necə bərpa ediləcəyindən danışıb, azad edilmiş ərazilərin yaxın illərdə Azərbaycanda iqtisadi inkişafın əsas drayverlərindən birinə çevriləcəyini söyləyib.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 24 yanvar — Sputnik. "Azad edilmiş torpaqlarda hər şey planlı şəkildə aparılmalıdır, düzgün aparılmalıdır. Azad edilmiş torpaqların idarə edilməsi ilə bağlı məndə fikirlər var. Bu fikirlər yaxın zamanlarda həyata keçiriləcək". Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibədə deyib.

Dövlət başçısı bildirib ki, o bölgələrdə mövcud olan vəziyyətə uyğun müasir idarəetmə sistemi qurulmalıdır ki, orada hər şey planlı şəkildə təmin edilsin - şəhərsalma, dövlət orqanlarının funksiyaları: "...Azad edilmiş torpaqlarda hər şey demək olar ki, dağıdılıb. Ona görə biz elə bir inkişaf modeli qurmalıyıq ki, ondan sonra biz onu bütün başqa torpaqlara da, necə deyərlər, transfer edə bilək, mövcud qüsurlar aradan qalxsın və ölkəmizin uğurlu inkişafı təmin edilsin".

Məsələ ilə bağlı millət vəkili Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, azad edilmiş torpaqlarımızda bərpa işlərinə başlanıb:

"Burada yeni iqtisadi modelin tətbiq edilməsi nəzərdə tutulur. Bununla bağlı dövlət başçısının Sumqayıt Kimya Sənaye Parkındakı çıxışında xüsusi qeydləri olub. Yeni iqtisadi model bir tərəfdən azad edilmiş torpaqlarda müasir standartlara uyğun infrastrukturun formalaşmasını özündə ehtiva edəcək. Artıq bu proses başlanıb".

Deputatın sözlərinə görə, həmin ərazilərdə formalaşacaq infrastruktur beynəlxalq standartlara uyğun olacaq: "Belə ki, Füzulidə beynəlxalq hava limanının formalaşmasına, Füzuli-Şuşa yolunun çəkilməsinə başlanması, beynəlxalq standartlara uyğun olaraq kommunal xidmətlərin verilməsi və digər infrasturkturun genişləndirilməsi ilə bağlı aparılan fəaliyyətlər ondan xəbər verir. Bu da müasir standartlara uyğun olaraq azad edilmiş ərazilərimizdə iqtisadiyyatın formalaşmasına imkan verəcək. Eyni zamanda, burada yeni modelin tətbiq edilməsi nəzərdə tutulur. Bu model özündə vergi güzəştlərini, təşviq mexanizmlərini, o cümlədən xarici investisiyaların cəlbi üçün xüsusi zonaların yaradılmasını da ehtiva edir".

Deputat artıq hökumətdə azad edilmiş ərazilərin iqtisadi inkişafı ilə bağlı xüsusi konsepsiyanın hazırlandığını diqqətə çatdırıb:

"4 mühüm istiqaməti əhatə edəcək konsepsiya, eyni zamanda, bu ərazilərdə təşviqin tətbiq olunmasını nəzərdə tutur. Bu təşviqin həm sahibkarlar, həm də vətəndaşlar üçün nəzərdə tutulacağı gözlənilir. Xüsusən də bu gün passiv formada olan vəsaitlərin real olaraq işğaldan azad edilmiş ərazilərə cəlb edilməsi ilə bağlı fəaliyyətlərin genişləndirilməsi prioritetdir. Təşviq paketləri bu kontekstdən tətbiq olunacaq. Məqsəd burada formalaşacaq inkişaf modelinin Azərbaycanın digər ərazilərinə transfer olunmasıdır. Bu, eyni zamanda, müasir çağırışlara uyğun olaraq iqtisadi menecmentin formalaşması anlamına gəlir".

"Azad edilmiş ərazilərdə infrastruktur, iqtisadi menecment və biznes mühiti müasir çağırışlara və beynəlxalq standartlara uyğun olaraq formalaşacaq. Azad edilmiş ərazilərin yaxın illərdə Azərbaycanda iqtisadi inkişafın əsas drayverlərindən birinə çevriləcəyi gözlənilir", - deyə deputat əlavə edib.

Nazirlər Kabinetinin Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsinin müdiri Feyruz Mustafayev "Anadolu" agentliyinə Qarabağın yenidən qurulması üçün müxtəlif ölkələrin bərpa təcrübəsini araşdırdıqlarını deyib:

"Bizim üçün ən uyğun təcrübənin Türkiyə modeli olacağını düşünürük. Bu qənaətə qonşu ölkənin son 20 ildə tikinti sektorunda əldə etdiyi nailiyyətləri nəzərə alaraq gəldik".

Onun sözlərinə görə, bu məsələ ilə bağlı Türkiyənin Ətraf Mühit və Şəhərsalma Nazirliyi ilə görüş keçirilib.

O əlavə edib ki, Qarabağın bərpasında Türkiyə şirkətlərinə üstünlük veriləcək: "Türkiyəli iş adamları azərbaycanlı həmkarları ilə birlikdə Qarabağı yenidən quracaqlar. Hazırda Füzulidən Şuşaya yeni yolun inşasında iki ölkənin şirkətləri birlikdə çalışırlar. Bu, ilk addımdır".

9
Teqlər:
İlham Əliyev, iqtisadçı-ekspert Vüqar Bayramov, Vüqar Bayramov, Türkiyə, Qarabağ
Kassir dollarları sayır, arxiv şəkli

Azərbaycandan Gürcüstana pul köçürmələri niyə kəskin artıb?

50
(Yenilənib 18:37 24.01.2021)
Gediş-gəliş olmadığı üçün Azərbaycandan pul köçürmə yolu ilə Gürcüstandan avtomobillərin gətirilməsi daha da sürətlənib.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 24 yanvar — Sputnik. 2020-ci ildə Azərbaycandan Gürcüstana 53,9 milyon dollar həcmində pul köçürmələri həyata keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının hesabatında deyilir. Məlumata görə, bu göstərici 2019-cu illə müqayisədə 2,6 dəfə çoxdur. Təkcə 2020-ci ilin dekabrında Azərbaycandan Gürcüstana 5,8 milyon dollar həcmində pul köçürmələri həyata keçirilib. Bu, Gürcüstana edilən ümumi pul köçürmələrinin 2,9%-nə bərabərdir. 

Bəs maraqlıdır, Azərbaycandan Gürcüstana pul köçürmələrinin kəskin artmasının səbəbləri nədir?

İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, 2020-ci ildə Gürcüstandan onlayn avtomobil sifarişlərində artım baş verib:

"Gediş-gəliş olmadığı üçün Azərbaycandan pul köçürmə yolu ilə Gürcüstandan avtomobillərin gətirilməsi daha da sürətlənib. Əvvəllər insanlar özləri gedib avtomobili alırdılar, indi pul köçürmələri vasitəsilə bu baş verir. 2020-ci ildə 2019-cu ilə nisbətən Gürcüstandan Azərbaycana gətirilən avtomobillərin sayında 12,9 faiz artım var. Bu da ölkəmizdən Gürcüstana pul köçürmələrinin artımına səbəb olub".

O bildirib ki, digər tərəfdən, həm gömrük, həm də vergi işlərində ağ mühasibatlığa keçidlə bağlı rəsmiləşdirmənin artdığının şahidi oluruq: "Çünki ölkəyə gətirilən malların həcminə görə 2020-ci ildə Azərbaycandan Gürcüstana pul köçürmələrinin kəskin artması ehtimalı çox aşağıdır. Yəni, adətən Gürcüstandan ölkəmizə eyni həcmdə mallar idxal edilir. Yəqin, ölkəyə gətirilən məhsulların qeydiyyata alınması prosesi daha da sürətlənib. Bu da ümumi dövriyyənin artmasına və pul köçürmələrinin həcminə təsir edir".

"Digər bir amil bu ola bilər ki, Gürcüstanda olan soydaşlarımızın Azərbaycanda yaşayan övladları var. Ola bilər, onların pandemiya dövründə öz ailələrinə maddi yardım etmələri Gürcüstana pul köçürmələrinin həcmində artıma səbəb olub", - deyə iqtisadçı qeyd edib.

50
Teqlər:
avtomobil, pul, Gürcüstan
Almaniya mətbuatı ABŞ başda olmaqla, NATO-nun Rusiyaya hücum məşqlərini ifşa edib.

"Rusların zəif yerindən vuraq": NATO-da fikirləşiblər

0
(Yenilənib 22:45 24.01.2021)
NATO qüvvələri tərəfindən Kalininqrada hücumun məşq edilməsi və rusiyalı hərbçilərin şəhər döyüşlərinə hazırlığı aşkar şəkildə kimin kiminlə döyüşməyə hazırlaşdığını göstərir.

BAKI, 24 yanvar - Sputnik, Andrey Kots. Hərbi kontingentin artırılması, ordu infrastrukturunun qurulması və beynəlxalq konsolidasiya - 2021-ci ildə NATO Rusiyanın qərb sərhədlərinə təzyiqi gücləndirəcək. May-iyun aylarında alyans soyuq müharibədən sonra ən iri Defender Europe 2021 manevrlərini keçirəcək. Onlara cavab olaraq sentyabrda Rusiya və Belarusun birgə “Qərb-2021” təlimləri baş tutacaq. Bütün bunların nə ilə nəticələnəcəyi barədə RİA Novosti-nin məqaləsində.

Döyüş meydanı - Avropa

Defender Europe 2021-də əvvəlki kimi Şərqi Avropa və Pribaltikada müdafiə və hücum əməliyyatlarını məşq edəcəklər. Təlimlərin əfsanəsinə görə, NATO qoşunları Kalininqrad vilayətinə hücum etməli, Rusiyanın qərb vilayətlərini mühasirəyə almalı və rusların genişmiqyaslı hücumunun qarşısını almalıdırlar. Ötən illərdən fərqli olaraq, 2021-ci ildə xüsusi diqqət Şərqi yox, Cənubi Avropaya ayrılacaq. Manevrlər Monteneqro, Kosovo və Albaniyada keçirilməlidir. Bolqarıstan və Rumıniyada HƏM təlimləri və “yer-yer” tipli raketlərin atışı olacaq. Macarıstan isə “müharibə”nin dərin arxa cəbhəsi olacaq.

Amerikalılar Avropaya böyük qüvvələr atacaqlar. Onların arasında 1-ci kavaleriya və 82-ci hava-desant diviziyalarının bölmələri də olacaq. Atlantikadan müxtəlif təyinatlı yüzlərlə texnika vahidi göndəriləcək. Bundan əlavə, Florida ştatından 53-cü piyada briqadası gələcək. İstisna edilmir ki, təlimlərdən sonra silahların bir hissəsini amerikalılar yenidən Avropada “unudacaqlar”. Mütəxəssislərin fikrincə, bu şəkildə Pentaqon ildən-ilə bölgədəki hücum imkanlarını artırır.

Defender Europe 2021-ə cavab olaraq Rusiya və Belarus sentyabrda “Qərb-2021” manevrlərini keçirəcəklər. Belarusun müdafiə naziri Viktor Xreninin bildirdiyinə görə, "birgə təlimlər yüksək şəhərləşmiş ərazidə birləşmiş hücum bölmələrinin birgə hərəkətlərinin yeni üsullarını sınaqdan keçirməyə imkan verəcək", həmçinin "yeni və müasir silah və texnika  nümunələrinin effektivliyi qiymətləndiriləcək". Minskdə vurğulayıblar ki, strateji manevrlər "İttifaq dövlətinin hərbi təhlükəsizliyini təmin etmək baxımından Belarus və Rusiya müdafiə qurumlarının möhkəm müttəfiq münasibətlərini və yekdil baxışlarını" əks etdirir.

Güc nümayişi

Heç bir tərəf manevrlərin hansısa dövlət və ya hərbi bloka qarşı yönəlmiş olmaması barədə ənənəvi diplomatik ifadələrdən istifadə etmir. NATO qüvvələri tərəfindən Kalininqrada hücumun məşq edilməsi və rusiyalı hərbçilərin şəhər döyüşlərinə hazırlığı aşkar şəkildə kimin kiminlə döyüşməyə hazırlaşdığını göstərir. Əlbəttə, tammiqyaslı hərbi münaqişə ehtimalı azdır, amma realdır.

Mütəxəssislərin fikrincə, 2021-ci ildə NATO-nun hərəkətlərinə ABŞ-da hakimiyyətin dəyişməsi birbaşa təsir edəcək. Donald Trampın 4 illik prezidentliyi dövründə Şimali Atlantika blokunun birliyi xeyli zəifləyib. Ağ Evin sahibi ilk növbədə ABŞ-ın maraqlarını güddüyünü gizlətmirdi, hətta alyansı tərk etmək variantını istisna etmirdi. Belə ritorika Avropada ciddi narahatlıq doğurdu, yenə də Aİ ordusu məsələsi gündəmə gəldi. Yeni prezident yəqin ki, hər şeyi düzəltməyə çalışacaq.

"Rusiya və NATO arasında münasibətlər bu il pisləşəcək. Bayden alyansı bərpa və səfərbər etmək istəyir. Bunun üçün isə xarici düşmən lazımdır. Rusiya bu rola yaxşı yarayır, çünki Çin çox uzaqdır. Xarici düşmən obrazı Vaşinqtona Amerika cəmiyyətini konsolidasiya etmək üçün lazımdır” – deyə Geosiyasi problemlər akademiyasının birinci vitse-prezidenti Konstantin Sivkov bildirir.

Pul qazanmaq

Ekspertlər onu da qeyd edirlər ki, həqiqətdə NATO-nun Rusiyaya dair aqressiv planları yoxdur. Alyansın getdikcə genişlənməsi isə amerikalılar üçün pul qazanmaq və Avropanı özlərinə daha sıx bağlamaq üsuludur. Vaşinqton Trampaqədərki dövrə qayıdacaq və Köhnə qitənin işlərinə qarışmağı gücləndirəcək.

“Mənə elə gəlir ki, 2021-ci ildə NATO hərbi təşkilatdan qlobal korporasiyaya çevrildiyini nümayiş etdirəcək. Alyansın əsas problemi yenə aktualdır. Söhbət maliyyələşmədən gedir. Pulu verən musiqini dı sifariş edir. Büdcənin üçdə ikisini ABŞ doldurur, bu heç kimə sirr deyil. Biz gözəl başa düşürük ki, xərclər artıq trilyon dolları keçib. İlk növbədə Vaşinqtonun sayəsində. Avropa dövlətləri ABŞ-dan tədarüklərə ümid edirlər. Bu ABŞ-ın nəhəng müdafiə büdcəsini ayaq üstə saxlayır. NATO-nun maraqların xidmət edən korporasiyalar böyük pullar qazanırlar”, - politoloq Sergey Sudakov bu fikirdədir.

Ekspert vurğulayır ki, NATO-nun fəaliyyəti artıq bu gün pulların bir cibdən digərinə ötürülməsi kimi görünür. Vaşinqton NATO-ya vəsait ayırır, müttəfiqlər o pullara ABŞ texnikası və silahlarını alırlar və dairə qapanır.

Avropa Baydenin dövründə ABŞ üçün hərbi məmulatın əsas tədarük bazarlarından biri olaraq qalacaq. Demək, okeanın o tayından anti-Rusiya ritorikasının güclənməsini gözləmək lazımdır. Lakin mütəxəssislərin çoxu əmindir: çətin ki, Vaşinqton və Brüssel gücünə görə dünyanın ikinci ordusunu həqiqətən sınağa çəkmək istəsinlər.

 

0