Natiq Cəfərli

"Xarici investisiyalar olmadan ağır böhrandan çıxa bilməyəcəyik"

163
(Yenilənib 14:26 16.02.2016)
İqtisadçı-ekspert Natiq Cəfərli: ""Neftin qiyməti qalxacaq, yenə kef edəcəyik" yanaşması əsassız və zərərlidir. Bizim ölkəyə investisiya hava-su kimi lazımdır"

BAKI, 16 fev-Sputnik. "Bizim ölkəyə investisiya hava-su kimi lazımdır, xarici investisiyalarsız düşdüyümüz ağır böhrandan çıxa bilməyəcəyik". Sputnik-in məlumatına görə, bu fikirləri iqtisadçı-ekspert Natiq Cəfərli "Azərbaycanda investisiya mühiti və neft" mövzusunu şərh edərkən bildirib.

Ekspert öz "Facebook" hesabında investisiya mühiti haqqında yazıb: "Hər hansı bir xarici investor bir ölkədə yatırım qoymadan öncə öz şirkətində çalışan komandaya həmin ölkə haqqında ətraflı məlumat toplamağı tapşırır. Məlumat qovluğuna ölkənin beynəlxalq reytinqlərdə yeri, korrupsiyanın səviyyəsi, məhkəmələrin durumu, mülkiyyət toxunulmazlığının vəziyyəti, ancaq bundan sonra daxili bazarın araşdırması, işləmək istədikləri seqmentin analizi daxil olur. Bu məlumatlar toplanandan sonra investor qərar verir. Bizim ölkəyə investisiya hava-su kimi lazımdır, xarici investisiyalarsız düşdüyümüz ağır böhrandan çıxa bilməyəcəyik."


Natiq Cəfərli potensial xarici investorun "Azərbaycan qovluğunda" nələrin ola biləcəyinə belə aydınlıq gətirib: 1) Beynəlxalq reytinqimiz çox aşağıdır, 2) Korrupsiya reytinqində geridəqalmış Afrika və Asiya ölkələri ilə bir səviyyədəyik, 3) Məhkəmələr azad deyil, 4) Mülkiyyət haqlarının pozulması ilə bağlı onlarla iş Avropa İnsan Hüquqları məhkəməsindədir, 5) Daxili bazarımız kiçik və inhisar məngənəsindədir. Yəni, bu qovluğa baxan potensial investor həmən fikrindən vaz keçər, hə, ola bilər ki, investor bunlara göz yumub, uzun zamana və region ölkələrinə yayılmağı düşünərək Azərbaycanı seçsin. Az da olsa belə bir ehtimal var. Amma hər gün bu ehtimalın üzərindən hökumət qalın xətt çəkir: Bu gün prezident yeni fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının ərazisində xarici hüquqi şəxslərə, yaxud əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən təsis edilmiş hüquqi şəxslərə, o cümlədən birbaşa və ya dolayı yolla xarici kapitalın iştirakı ilə yaradılmış hüquqi şəxslərə münasibətdə bu barədə məlumatlar 3 gün müddətində Dövlət Təhlükəsizliyi Xidmətinə təqdim olunmalıdır.

Təsəvvür edirsinizmi ki, investor bu qədər problemlərdən sonra ölkəyə yatırım qoymağı düşünür, amma indi də məlum olur ki, ölkədə DTX-də qeydiyyata düşməlidir. Bunu bilən, duyan investor ölkənin adını belə unudar!"

Neftin qiymətləri barədə isə iqtisadçı-ekspert yazıb: "Görünən odur ki, hökumətin yeganə anti-böhran planı neftin qiymətinin qalxmasını gözləməkdir. Anlamırlar ki, ölkəmizin problemi ucuz neft deyil, qeyri-effektiv idarəetmə sistemi, qanunun aliliyinin olmamağı, azad və ədalətli mühitin məhv edilməsidir. Bu gün neft 35 dollar olub, bunun 2 səbəbi var: 1) Bloomberg agentliyi dünən gecə məlumat yaydı ki, bu gün Dohada Rusiya və Səudiyyə arasında neft bazarının stabilləşdirməsi mövzusunda gizli danışıqlar başlayıb. Bu danışıqların nəticə verəcəyi sual altındadır, çünki Səudiyyə və Rusiya indi ayrı-ayrı cəbhələrdədirlər. Həm də, İran artıq bazara aqressiv şəkildə daxil olur, dünən Avropaya 4 mln. barel neft satdı, əvvəlcədən yığdığı (gündəlik hasilatdan başqa) 70 mln. barel xam nefti tez satmağa çalışır. Hasilatı Səudiyyə və Rusiya azaltsalar (ehtimal 0-a yaxındır), o zaman onların bazar payını İran tutacaq.


Başqa bir məsələ odur ki, Rusiya hasilatı azalda bilmir, texnoloji olaraq buna hazır deyil. Digər bir məsələ də var: ABŞ-da "slans klapanı" adlı effekt neft bazarında işə düşür. Yəni, "slans neftinin" maya dəyəri artıq 15-17 dollara qədər enir. Yeni texnologiyalar gəlir, əgər qiymət qalxsa, 40 dolları keçsə, həmən 10 gün ərzində ABŞ-da yeni quyuları istefadə vermək üçün texnoloji altyapı var — qiymət qalxsa, həmən ABŞ-da hasilat da artacaq, "slans klapanı" işə düşərək, qiyməti yenə aşağı salacaq, 2) Digər səbəb isə bütün neft hasil edən ölkələrin endirimli qiymət siyasətidir. Bu gün Londonda satılan Brent markalı fyuçerslərin qiyməti ilə, real qiymət arasında 5-8% fərq var — real qiymətlər daha aşağıdır. Londona satılan Brent markası "kağız neftdir", fiziki neft deyil.

Yəni, hökumətin, "neftin qiyməti qalxacaq, yenə kef edəcəyik" yanaşması əsassız və zərərlidir, islahatları hər gün gecikdirməklə, ölkəni xaosa bir gün daha da yaxınlaşdırırlar. Təəssüf ki, real vəziyyət budur…"

163
Teqlər:
Doha, fyuçers, reytinq, Natiq Cəfərli, London, iqtisadçı-ekspert, Asiya, investisiya, Dövlət Təhlükəsizliyi Xidməti, "Brent" markalı neft, Səudiyyə Ərəbistanı, Afrika, Rusiya, birja, korrupsiya, Brent, neft
Əlaqədar
Ekspertlərdən "həyacan siqnalı": kreditlər bahalaşacaq, iş yerləri bağlanacaq!
Brent markalı neft 34,5 dollara qədər bahalaşıb
İlham Əliyev: Yaxın illərdə neft və qaz qiymətlərindən asılılıq aradan qaldırılacaq
Neft sürətlə ucuzlaşır
Neft uçurumun kənarında: Azərbaycan üçün bədbin proqnoz
Bank işçiləri, arxiv şəkli

Dövlətlə yarıbayarı "şərik": kredit sel kimi axacaq

325
(Yenilənib 19:45 03.07.2020)
"Yeni mexanizmə uyğun olaraq sahibkar 15 faizlə 10 min manat kredit götürəcəksə, təxminən illik 1500 manat faiz üzrə xərci yaranacaq. Bu 1500 manatın yarısını, yəni 750 manatını dövlət kompensasiya edəcək"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 3 iyul — Sputnik. Azərbaycanda sahibkarların dövlət zəmanətli krediti asan əldə etməsi üçün Elektron Kredit Platforması yaradılıb (www.e-edf.gov.az). Sputnik Azərbaycan xəbər verir ki, biznes krediti almaq istəyən sahibkar onlayn rejimdə bu platforma üzərindən müraciət edə bilər. Elektron Kredit Platforması sahibkara şəffaf, çevik, məmur müdaxiləsindən kənar, sağlam rəqabət mühitində kredit almaq imkanı yaradır. Bu Platforma sahibkarlığa yeni dəstək mexanizmləri və sahibkarların bu dəstək üçün onlayn rejimdə müraciət etməsi üçün yaradılıb. Elektron Kredit Platforması artıq sahibkarların istifadəsinə verilib.

Bu Platformanın tətbiqi ilə kreditlərin əldə olunmasında çeviklik və şəffaflıq, sahibkarlar üçün bərabər şərait təmin ediləcək, sağlam rəqabət mühiti formalaşdırılacaq, sahibkarların kreditlərə çıxış imkanları genişləndiriləcək, sərf olunan vaxta və xərclərə qənaət olunacaq.

İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyib ki, sahibkarların dövlət zəmanətli krediti asan əldə etməsi üçün yaradılan Elektron Kredit Platforması müsbət addımdır: "Platforma yeni bir məhsuldur və sahibkarların maliyyə resurslarına çıxış imkanlarının artırılması baxımından yaxşıdır. Bu addımla təminat və kreditlər üzrə faizlərin subsidiyalaşdırılması imkanları genişlənəcək.

Yeni mexanizm mövcud göstəricilərlə müqayisədə təxminən 6 dəfə çox kredit vəsaitinin bazara axını üçün imkanlar yaradır. Biznes kreditlərinə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizminə əsasən, dövlət zəmanəti kreditlərin 60 faizədək hissəsinə veriləcək və bu addım bankların risklərinin azalmasına səbəb olur. Nəticədə bu, bankların izafi likvidliyinin aradan qalxmasına və həmin vəsaitlərin iqtisadiyyata axmasına gətirib çıxardacaq".

"Biznes kreditlərinə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizmi, müddəti 3 ilədək, illik faiz dərəcəsi 15%-dən çox olmayan kreditlərə şamil ediləcək, yəni illik faiz dərəcəsi 15 faizədəkdir. Bu, o deməkdir ki, banklar rəqabət aparıb daha aşağı faizlərlə kredit verə biləcək. Bu, müsbətə doğru dəyişiklikdir. Bu mexanizmlə verilən kreditlərin illik faiz dərəcəsinin 50%-i dövlət tərəfindən maliyyələşdiriləcək. Yəni subsidiya kreditlərin illik faiz dərəcəsinin 50 faizi həddində veriləcək. Bu, o deməkdir ki, sahibkar illik 7,5 və daha aşağı faizlə kredit götürə biləcək", - deyə ekspert bildirib.

O qeyd edib ki, sahibkar bankdan illik 15 faizlə kredit götürürsə, bunun 7,5 faizini, yəni 50 faizini dövlət kompensasiya edəcək, subsidiyalaşdıracaq: "Məsələn, sahibkar 15 faizlə 10 min manat kredit götürəcəksə, təxminən illik 1500 manat faiz üzrə xərci yaranacaq. Bu 1500 manatın yarısını, yəni 750 manatını dövlət kompensasiya edəcək. Bu mexanizm üzrə 3 milyon manatadək kredit götürmək olacaq. Sahibkarlıq subyektinin müraciətinə sürətli kredit (200 min manatadək) üzrə 7 iş günü, ənənəvi kredit (200 min manatdan çox) üzrə isə 10 iş günü ərzində baxılacaq".

Qeyd edək ki, dövlət zəmanəti pandemiyadan (COVİD 19) zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə şamil edilir və sahibkarların zərər çəkmiş iqtisadi fəaliyyət sahələri üzrə manatla aldıqları kreditlərə verilir.

Sahibkarlıq subyekti www.e-edf.gov.az saytından "Asan imza" vasitəsilə "Elektron kredit platforması"na daxil olur, bu zaman onun fəaliyyət sahəsinin pandemiyadan zərər çəkmiş iqtisadi fəaliyyət növlərinə aid olub-olmadığı avtomatik müəyyənləşdirilir. Fəaliyyət sahəsi pandemiyadan zərər çəkmiş iqtisadi fəaliyyət növlərinə aid olan sahibkarlıq subyekti zəmanət tələb edilən kredit sifarişi üzrə müvəkkil kredit təşkilatını seçir, biznes-planına uyğun olaraq kredit məbləğini qeyd edir və müraciətini təsdiq edir. Sahibkarlıq subyekti "Elektron kredit platforması"nda "Şəxsi kabinet"inə daxil olmaqla müraciətin nəticələri ilə bağlı məlumat əldə edə bilər.

325
Əlaqədar
Mərkəzi Bankda valyuta ehtiyatları ilə nə baş verir?
Birinə bonus, o birinə malus: Adlara təəccüblənməyin, baş verəcəklərə mat qalacaqsınız
Professor: "Vahid valyutaya söykənən dünya iqtisadi sisteminin gələcəyi yoxdur"
Dövlətin sandığı dardır, vətəndaşın cibi: Yardım çatmır, qaldırmaq da mümkün deyil
Dollardan kəsirimiz var: nə borc əl verir, nə də devalvasiya

Azərbaycanda dünyada elektrik enerjisi - iyirmi il sonra bizi gözləyir

420
(Yenilənib 14:26 03.07.2020)
REA-nın Enerji Tədqiqatları İnstitutunun və RF hökuməti yanında Analitik Mərkəzin alimlərinin proqnozlarına görə, 2040-cı ilə qədər digər bərpa olunan enerji mənbələri ilə yanaşı, bioenerji, hidroenerji, atom enerjisi, kömür, qaz və neft populyar olaraq qalacaq
İnfoqrafika: Azərbaycanda elektrik enerjisi
© Sputnik / Elnur Salayev

2020-ci ilin yanvar-may aylarında Azərbaycanda 865,5 milyon manatlıq elektrik enerjisi istehsal olunub, bölüşdürülüb və təchiz edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 13% çoxdur.

Aylıq istehlak həcmi 300 kilovat-saatdan çox olmayan əhali kateqoriyasından olan abunəçilər üçün bir kilovat-saat elektrik enerjisinin pərakəndə qiyməti 0,07 manat (0,04 dollardan bir qədər çox) təşkil edir. Koronavirus pandemiyası ilə əlaqədar olaraq bu güzəştli limit müvəqqəti olaraq 400 kilovat-saata qədər artırılıb. Əhali kateqoriyasından olan digər abunəçilər üçün tarif hər kilovat-saat elektrik enerjisinə görə 0,11 manat (0,06 dollar) təşkil edir.

İstehsal olunan elektrik enerjisinin strukturunu müvafiq olaraq 94,1% istilik enerjisi, 5,3% hidroenerji, 0,4% külək, 0,2% günəş enerjisi təşkil edir.

Əhali üçün elektrik enerjisi tariflərinin ən yüksək olduğu TOP-10 ölkə Almaniya, Danimarka, Belçika, İrlandiya, İspaniya, İtaliya, Kipr, Portuqaliya, Böyük Britaniya və Niderlanddır.

Dünya ölkələrində elektrik enerjisinin generasiyasının strukturunu əsasən qaz, kömür, su, atom, külək, mazut və biokütlə elektrik stansiyaları təşkil edir.

REA-nın Enerji Tədqiqatları İnstitutunun və RF hökuməti yanında Analitik Mərkəzin alimlərinin proqnozlarına görə, 2040-cı ilə qədər digər bərpa olunan enerji mənbələri ilə yanaşı, bioenerji, hidroenerji, atom enerjisi, kömür, qaz və neft populyar yanacaq növləri olaraq qalacaq.

Azərbaycanda və dünyada elektrik enerjisi istehsalı haqqında daha ətraflı məlumatla Sputnik Azərbaycan-ın hazırladığı infoqrafikadan tanış ola bilərsiniz.

420
Fairmont hotelində saxlanılan şəxslər

DİN məşhur oteldəki əməliyyatla bağlı məlumat yaydı VİDEO

0
(Yenilənib 21:01 05.07.2020)
Səbail RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə yayılan görüntülərdə əks olunan şəxslər müvafiq polis idarəsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub

BAKI, 5 iyul – Sputnik. Paytaxtın Səbail rayonunda otellərdən birində xüsusi karantin rejim qaydalarına əməl olunmayan, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan görüntülərlə bağlı müvafiq nəzarət-profilaktik tədbir keçirilib.

DİN-in Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Səbail RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə yayılan görüntülərdə əks olunan şəxslər müvafiq polis idarəsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub.

Saxlanılan şəxslərin hər biri ilə profilaktik, izahedici söhbətlər aparılaraq onların diqqətinə çatdırılıb ki, bu əməllər ölkədə tətbiq olunan epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarına zidd olmaqla, insanların həyat və sağlamlığı üçün risk daşıyır. Onlar izahatlarında bu hərəkətlərindən səmimi peşimançılıqlarını ifadə ediblər.

Saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq  məsuliyyətə cəlb ediliblər.

0