Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Gənc sahibkarlara dəstək məqsədilə proqram hazırlanıb

© Sputnik / Fuad Hasanov"Davamlı Müəssisənin İnkişaf Proqramı"nın yekun mərhələsinə həsr olunan "Biznes Günü"
Davamlı Müəssisənin İnkişaf Proqramının yekun mərhələsinə həsr olunan Biznes Günü - Sputnik Azərbaycan
Abunə olmaq
"Davamlı Müəssisənin İnkişaf Proqramı" fərdi müəssisənin yaradılması və idarə edilməsi üçün gənc sahibkarları zəruri bilik və bacarıqlarla təmin etmək məqsədi daşıyır

BAKI, 12 fev — Sputnik. "Keçən ilin sentyabr ayında başlayan "Davamlı Müəssisənin İnkişaf Proqramı" fərdi müəssisənin yaradılması və idarə edilməsi üçün gənc sahibkarları zəruri bilik və bacarıqlarla təmin etmək məqsədi daşıyır. Bu layihə dövlət qurumu, özəl sektor və ictimai sektorun dəstəyi ilə həyata keçirilib".

Продукты в магазине - Sputnik Azərbaycan
"Sahibkarlığın inkişafına inhisarçı oliqarxlar mane olur"

Sputnik xəbər verir ki, bu fikirləri gənclər və idman nazirinin müavini İntiqam Babayev, bu gün, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "Davamlı Müəssisənin İnkişaf Proqramı"nın yekun mərhələsinə həsr olunan "Biznes Günü"ndə səsləndirib.

Tədbirdə dövlət orqanlarının və digər şirkətlərin nümayəndələri, həmçinin Lənkəran və Xaçmaz regionunu təmsil edən 60 gənc sahibkar iştirak edib. Yığıncaqda həmçinin digər özəl və dövlət qurumlarının nümayəndələri də çıxış ediblər. Onlar bu proqramın mahiyyətindən danışıblar.

"Seçim prosesi ərizəçilərin sahibkarlıq fəaliyyətinə dair təcrübə və marağının olması, proqramı bitirdikdən sonra reallaşdırılması nəzərdə tutulan şəxsi fəaliyyət planına əsaslanır", —deyə nazir müavini bildirib.

Daha sonra söz alan gənc sahibkarlar öz biznes ideyalarını plan şəklində təqdim ediblər. Münsiflər heyəti gənc sahibkarların təklif etdiyi ideyaların həyata keçirilə bilmə dərəcəsi, rəqabətə davamlılığı, yeniliyi və biznes fəaliyyətinin inkişaf planına əsaslanaraq qiymətləndirmə aparıblar.

Xəbər lenti
0