Bakıda neft nasosları

Neftin qiymətinin 20 dollara düşməsi, bilirsiniz deməkdir?

1608
(Yenilənib 14:29 11.02.2016)
"Qara qızıl"ın qiymətinin 20 dolların altına düşəcəyi barədə proqnoz açıqlandı. Ekspertlərin hesablamalarına görə, bu proses baş verərsə, Azərbaycanda 1 dollar 2 manatdan da yüksək olacaq.

Neftin qiymətinin 20 dollara düşməsi bilirsiniz nə deməkdi?
BAKI, 11 fev — Sputnik. Dünyanın iri investisiya banklarından biri olan "Goldman Sachs", neft qiymətinin 20 dollardan da aşağı düşəcəyi haqda proqnoz verib. Bank ehtimal edir ki, təklif və tələb balansının tapılması üçün qiymətlər daha oynaq hala gələcək və bunun nəticəsində də neftin 1 barelinin qiyməti 20 dollardan da aşağı düşəcək.
Нефтяные насосы. Архивное фото
© AP Photo / Hasan Jamali

"Goldman"ın əmtəə araşdırma direktoru Jeff Currie bildirib ki, neft hasilatı yüksək olaraq qalır və artıq naft bazalarında nefti saxlamaq üçün yer bitmək üzrədir: "Hasilat isə dayanmır. Hasilatın dayanması üçün neftin daha da ucuzlaşması lazımdır. Bu səbəbdən, neft 20 dollardan da aşağı düşəcək və nəticədə bir sıra istehsalçılar hasilatı dayandıracaq".

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Sputnik-ə deyib ki, neftin qiyməti 20 dollar və ya ondan daha aşağı düşərsə, ARDNŞ neft hasilatını saxlaya bilər: "Belə ki, neftin qiyməti daim dəyişkəndir. Bu gün neftin qiymətinin kəskin enməsini müşahidə edirik. Amma bu prosesin daim belə olacağını heç kəs iddia edə bilməz. Neft qiymətləri təbii ki, artım dövrünü də yaşayacaq. Azərbaycan üçün neft hasilatının dayandırılması heç də düzgün qərar olmazdı".

"Məlum olduğu kimi, neft qiymətləri 1990-cı illərdə 10 dollar ətrafında dəyişirdi. Azərbaycan ən böyük neft müqavilələrini məhz həmin dövrlərdə bağladı. İndiki dönəm Azərbaycan üçün çətin dönəm hesab edilir. Amma bu prosesləri normal dəyərləndirə bilsək, çox az ziyanla bu mərhələni adlaya bilərik", —deyə ekspert bildirib.

İqtisadçı ekspert Anar Rzayev isə hesab edir ki, neftin qiymətinin aşağı enməsi inkişaf etmiş ölkələrdə də problemlər yaradır. O, Sputnik-ə açıqlamasında deyib ki, neftin qiymətinin aşağı düşməsi bir tərəfdən dünya iqtisadiyyatında müsbət trendlər yaradıbsa (inkişaf etmiş ölkələr ucuz enerji daşıyıcıları əldə edirlər), o biri tərəfdən də, bəlli olub ki, dünyanın inkişaf etməkdə olan ölkələrində tənəzzül başlayıb.

Нефтяной насос в Баку
© AFP 2020 / TOBIAS SCHWARZ

"Yəni inkişaf etmiş ölkələr bundan mənfəət götürürlər, amma dünya iqtisadiyyatı mənfəət götürə bilmir. Çünki aparıcı qüvvə olan inkişaf etməkdə olan ölkələrdə tənəzzüllər özünü göstərir. İnkişaf etmiş ölkələrin özlərində də yanvar ayından başlayaraq deflyasiya trendləri başlayıb. Deflyasiyanın da sonu işsizlikdir. Nəticədə bu, orada da iqtisadi tənəzzülə gətirib çıxara bilər", deyən iqtisadçının sözlərinə görə, Azərbaycan iki seçim arasında qala bilər.

"Neftin qiymətinin aşağı düşməsi bizim valyuta gəlirlərini daha da azaldacaq, iqtisadiyyatımıza təyziqi bir az da artıracaq. Bu, bəlli bir həqiqətdir. Amma bunun qarşısında hökümət atdığı addımları onsuz da atır və islahatlar yolu ilə gedir. Bizdə hökümət pul kütləsini kifayət qədər azaldıb, yəni manatın kütləsi indi iqtisadiyyatımızda yetərincə azdır. Bu onun üçün olub ki, dollara təlabat aşağı olsun", —A. Rzayev qeyd edib.

Onun sözlərinə görə, əgər neftin qiyməti düşməyə davam etsə, bu o deməkdir ki, iki variant baş verə bilər: "Ya hökümət manat kütləsinin genişləndirilməsini ertələməli olacaq və yaxud da manat kütləsini bir az da sıxacaq. Bunun nəticəsində manata təyziq azalacaq, amma iqtisadi artımın baş verməsə, bu, əngəllənə bilər. Biz bu iki seçim arasında qala bilərik".

Qeyd edək ki, neftin qiymətinin 20 dollara düşməsi Azərbaycan üçün arzuolunmaz ssenaridir. Azərbaycan rəsmiləri neftin barelinin 25 dollardan aşağı düşməyəcəyini gözləyirlər. Ekspertlər isə bildirirlər ki, neft 20 dollara düşərsə, 1 dollar 2 manatdan yüksək olacaq.

1608
Teqlər:
İqtisadçı ekspert Anar Rzayev, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban, 20 dollar, "Goldman Sachs", Dünyanın iri investisiya bankı, neft
Əlaqədar
Diqqətlər Vaşinqtonda: neft erasını bitirəcək qərar verilə bilər
Neft bahalaşır
"Artıq kim necə bacarırsa, neftini elə satır"
Neftin qiymətləri neqativ dinamikaya qayıtmağa başlayıb
Manat, arxiv şəkli

Əmanətçilərə kompensasiya ödənişində vəziyyət yerdədir?

14
(Yenilənib 13:16 23.11.2020)
Azərbaycan Mərkəzi Bankı və Əmanətlərin Sığortalanması Fondunun birgə fəaliyyəti əsasında fondun hazırlanan yeni strateji modelinin bu ilin sonunadək formalaşdırılması nəzərdə tutulub

BAKI, 23 noyabr — Sputnik. Noyabrın 20-nə Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış "AG Bank", "Amrah Bank", "NBC Bank" və "Ata Bank" üzrə 23 min 837 əmanətçiyə 586,5 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

Sputnik Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna istinadla xəbər verir ki, bu il iyunun 16-dan noyabrın 20-dək ləğv prosesində olan "AG Bank" və "NBC Bank"ın əmanətçilərinə "Azərbaycan Beynəlxalq Bankı" tərəfindən 214,86 milyon manat kompensasiya ödənilib. "AG Bank" üzrə 4462 əmanətçiyə 95,52 milyon manat, "NBC Bank" üzrə isə 4089 əmanətçiyə 119,34 milyon manatdan çox kompensasiya ödənilib. İyunun 1-dən noyabrın 20-dək "Kapital Bank" tərəfindən "Amrah Bank" və "Ata Bank"ın əmanətçilərinə 371,64 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib. Hesabat dövründə "Amrah Bank" üzrə 5685 əmanətçiyə ödənilən kompensasiyanın məbləği 137,99 milyon manat, "Ata Bank" üzrə 9601 əmanətçiyə isə 233,64 milyon manat təşkil edib.

Fond tərəfindən son bağlanmış banklar üzrə əmanətçilərin kompensasiyalarının təmin edilməsi artıq yekunlaşmaq üzrədir. Tam ödənilmə prosesi qısa zaman içərisində qanunla müəyyən olunmuş qaydada yekunlaşdırılacaq.

Azərbaycan Mərkəzi Bankı və Əmanətlərin Sığortalanması Fondunun birgə fəaliyyəti əsasında fondun hazırlanan yeni strateji modelinin bu ilin sonunadək formalaşdırılması nəzərdə tutulub. Qeyd edək ki, yeni strateji modelin hazırlanması ölkə iqtisadiyyatına, bank sektoruna və əmanətçilərə öz yüksək töhfəsini verməsi gözlənilir. Bağlanmış banklarda problemlərlə üzləşmiş əmanətçilərin nəzərinə çatdırılır ki, sözügedən məsələ ilə əlaqədar vəsaitlərin qanunvericiliyə müvafiq qaydada və qısa müddətdə qaytarılmasının təmin edilməsi ilə bağlı Əmanətlərin Sığortalanması Fondu tərəfindən bütün lazımi tədbirlər görülür.

14
Teqlər:
kompensasiya, əmanət, banklar
Neft buruğu, arxiv şəkli

Neft bahalaşır

10
(Yenilənib 12:34 23.11.2020)
Dünya birjalarında neft qiymətləri bahalaşıb. "Brent" markalı neftin bir barelinin qiyməti 45,34 dollara satılıb.

BAKI, 23 noyabr — Sputnik. Dünya birjalarında neft qiymətləri bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Brent" markalı neftin bir barelinin qiyməti 0,38 dollar artaraq 45,34 dollar, "Light" markalı neftin bir barelinin qiyməti isə 0,29 dollar bahalaşaraq 42,71 dollar olub.

Keçən həftə ərzində "Azeri Light" markalı neftin orta qiyməti isə 44,38 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

10
Teqlər:
bahalaşma, neft
Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində

Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını ucaldıb - VİDEO

0
(Yenilənib 21:02 23.11.2020)
Səfər zamanı Prezident və Birinci xanım Ağdam Cümə məscidində olublar. Həmçinin Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını qaldırıb.

BAKI, 23 noyabr — Sputnik. Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar.

Səfər zamanı Prezident və Birinci xanım Ağdam Cümə məscidində olublar. Həmçinin Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını qaldırıb.

Ağdam rayonu Ermənistan silahlı qüvvələri tərəfindən noyabrın 20-də üçtərəfli bəyanatın şərtlərinə əsasən azad edilib.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 9-da imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına qaytarılır. 2020-ci il noyabrın 15-də Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarılır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

https://mod.gov.az/az/news/prezident-ilham-eliyev-ve-birinci-xanim-mehriban-eliyeva-isgaldan-azad-edilmis-agdam-seherinde-olublar-yenilenecek-video-33867.html

0
Teqlər:
Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, Cümə məscidi, Üçtərəfli bəyanat, Azərbaycan bayrağı, Ağdamın azad olunması